Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-491/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli 06 nömrəli birgə qərarına əsasən ona verilmiş 15 nömrəli orderlə mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli 06 nömrəli birgə qərarına əsasən ona verilmiş 15 nömrəli orderlə mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(120)-491/2025 nömrəli qərardadı ilə Kürdəmir rayon Mənzil İstismar Sahəsinin iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə hazırda ünvan 3 ünvanda yaşayır. Bakı şəhərinə köçməmişdən çox əvvəl işlədiyi Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti tərəfindən trestin idarə və müəssisələri işçi-qulluqçularına şəhərdə təzə istifadəyə verilmiş 16 mənzilli yaşayış binasından mənzil verilməsi barədə keçmiş Kürdəmir rayon X5 İcraiyyə Komitəsinə təqdim edilmiş siyahıya əsasən Kürdləmir rayon X6 İcraiyyə Komitəsinin 25 dekabr 1987-ci il tarixli, 372 nömrəli qərarına əsasən Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli binanın 2-ci mərtəbəsindən ona 1 otaqlı, 19,80 kv metr sahəsi olan mənzil verilmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar müraciətinə əsasən Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" trestinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli birgə qərarına əsasən ailə üzvlərinin sayı nəzərə alınaraq ona Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən həmin 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzil verilmiş və bu barədə ona Trest rəhbərliyi tərəfindən 15 nömrəli order verilmişdir. Bakı şəhərinə köçənə kimi ailə üzvləri ilə birlikdə həmin mənzildə 30 ildən çox bir müddət ərzində daimi yaşamış, hazırda da rayona gedəndə həmin mənzildə yaşayır və mənzilin bütün kommunal xərcləri də onun tərəfindən ödənilir. Yaşadığı mənzilə görə orderi olsa da, həmin mənzilə öz adına Dövlət reyestrindən çıxarış və texniki pasport almaq üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 16 saylı Ucar Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 16 saylı Ucar Ərazi İdarəsi "Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən çıxarışın verilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin ona verilən mənzilə görə Kürdəmir Mənzil İstismar Sahəsi ilə aralarında kirayə müqaviləsi bağlanmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 16 saylı Ucar Ərazi İdarəsi onun qanuni tələbini icra etməməklə özünün və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil məcəlləsinə əsasən ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam, order və ya kirayə müqaviləsi əsas hesab edildiyi halda və ona həmin mənzilə görə order verilməsinə baxmayaraq 16 saylı Ucar Ərazi idarəsi hazırda ailə üzvlərimlə birlikdə 30 ildən çox müddətdə yaşadığı və mülkiyyətində olan mənzilə görə ona çıxarışın və texniki pasportun verilməsindən əasassız olaraq imtina etmişdir. Göründüyü kimi Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Qanunvericiliyin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqavilə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmçinin onun hazırda mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti, 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqla, həmin mənzilə çıxarış almaq istəyi digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmur. Hazırda mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən həmin 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzilə Dövlət reyestrindən çıxarış almadığına görə həmin mənzilə dair istifadə və mülkiyyət hüquqlarım kobud surətdə pozulur. Pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli 06 nömrəli birgə qərarına əsasən ona verilmiş 15 nömrəli orderlə mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X3 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı1 və üçüncü şəxs Kürdəmir rayon Mənzil İstismar Sahəsinə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı1 və üçüncü şəxs Kürdəmir rayon Mənzil İstismar Sahəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə cavahdenin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-2730/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə ********** qeydiyyat nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №- forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, təqdim edilmiş 15 nömrəli orderdə və 08 iyun 2023-cü il tarixli kiraiyə müqaviləsində, həmçinin mənzil istismar təşkilatının arayışında (2 № forma) mənzilin yaşayış sahəsi 19.80 kv.metr və 1 ( bir) otaqlı göstərilməsinə baxmayaraq, müayinə və araşdırma zamanı mənzilin 3 ( üç).otaqlı olmaqla yaşayış sahəsinin 35.5 kv.metr olduğu aşkar edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-25/2A/2- 91/2023 nömrəli arxiv arayışından görünür ki, Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin 25 dekabr 1987-ci il tarixli 372 nömrəli qərarının adlı siyahısı sıralarında X2 adına 2-ci mərtəbədən 1 otaqlı 19.80 kv.metr olan mənzil qeyd olunur. İşdə olan Kürdləmir rayon X6 İcraiyyə Komitəsinin 25 dekabr 1987-ci il tarixli, 372 nömrəli qərarından görünür ki, Kürdləmir rayon X6 İcraiyyə Komitəsinin 25 dekabr 1987-ci il tarixli, 372 nömrəli qərarına əsasən Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli binanın 2-ci mərtəbəsindən ona 1 otaqlı, 19,80 kv metr sahəsi olan mənzil verilmişdir. İşdə olan xx.xx.1990-cı il tarixli, 06 nömrəli qərarından görünür ki, iddiaçının ailə vəziyyəti ilə əlaqədar müraciətinə əsasən Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" trestinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli birgə qərarına əsasən ailə üzvlərinin sayı nəzərə alınaraq ona Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən həmin 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzil verilmiş və bu barədə ona Trest rəhbərliyi tərəfindən 15 nömrəli order tərtib edilmişdir. İşdə olan 08 avqust 2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, Kürdəmir Mənzil İstismar Sahəsi ilə iddiaçı kirayə müqaviləsi bağlamışdır. İşdə olan Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 8 ünvanında yaşayır. Mənzil 3 otaqdan ibarətdir, yaşayış sahəsi 35.6 kv.m, 2 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-48-25KA/2-06/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-48-25/2A/2-22/2024 nömrəli eyni məzmunlu məktublarında qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə daxil olmuş 05 fevral 2024-cü il tarixli (daxilolma xx.xx.2024-cü il) 2-1(120)-1340/2024 nömrəli məktubunza cavab olaraq bildiririk ki,araşdırılma aparılmış Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 372 nömrəli qərarı və qərara aid olan Kürdəmir 14 nömrəli Aqrosənaye Tikinti Trestin İdarə və müəssisələri işçiqulluqçularına şəhərdə təzə istifadəyə verilmiş 16 mənzilli yaşayış binasından mənzil verilməsi barədə adlı siyahı aşkar edilərək təsdiq olunmuş surəti tanış olmaq üçün Sizə göndərilir.Lakin İddiaçı1 adına verilmiş 15 nömrəli orderin və həmin orderin verilməsinə əsas olan sənədlər Arxiv İdarəsində aşkar edilməmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-432/2024 nömrəli etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4075/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, Şirinova X4 şəhəri, Bakı prospekti bina 6, mənzil 6 ünvanında yerləşən mənzil üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9n 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar bildiririk ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, təqdim edilmiş 15 nömrəli orderdə və 08 iyun 2023-cü il tarixli kiraiyə müqaviləsində, həmçinin mənzil istismar təşkilatının arayışında (2 №- forma) mənzilin yaşayış sahəsi 19.80 kv.metr və 1 ( bir) otaqlı göstərilməsinə baxmayaraq, müayinə və araşdırma zamanı mənzilin 3 ( üç) otaqlı olmaqla yaşayış sahəsinin 35.5 kv.metr olduğu aşkar edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 16 saylı Ucar Ərazi İdarəsinin 11 dekabr 2024-cü il tarixli, 3-21-3-36/2-5340/2024 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddiası bağlı vətəndaşın istifadəsində olan Kürdəmir şəhəri Bakı prospekti 6 ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 6 nömrəli mənzilə reyestrdən çıxarış və texniki posportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair müraciətinzə baxılmışdır. Müraciətlə bağlı verilmiş sallar cavablandırılaraq mütəxəssis rəyi sizə təqdim edilir. 1 Bildiririk ki, təqdim edilmiş 15 nömrəli orderdə və 08 iyun 2023-cü il tarixli kirayyə müqaviləsində, həmçinin mənzil istismar təşkilatının arayışında (2 №-li forma) mənzilin yaşayış sahəsi 19.80 kv.metr və 1 ( bir) otaqlı göstərilməsinə baxmayaraq, müayinə və araşdırma zamanı mənzilin 3 ( üç) otaqlı olmaqla yaşayış sahəsinin 35.5 kv.metr olduğu aşkar edilmişdir. 2 Kürdəmir şəhəri Bakı prospekti 6 ünvanda yerləşən 16 mənzilli yaşayış binasının təyinatı 16 mənzilli çox mərtəbəli yaşayış binasıdır. 3 15 nömrəli orderdə və 08 iyun 2023-cü il tarixli kiraiyə müqaviləsində, həmçinin mənzil istismar təşkilatının arayışında (2 №-li forma) mənzilin yaşayış sahəsi 19.80 kv.m və 1 (bir) otaqlı göstərilməsinə baxmayaraq, müayinə və araşdırma zamanı mənzilin 3 (üç) otaqlı olmaqla yaşayış sahəsinin 35.5 kv.m olduğu aşkar edilmişdir. 4 Kürdəmir şəhəri Bakı prospekti 6 ünvanda yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 6 nömrəli mənzil istismara yararlı olmaqla İddiaçı1 istifadəsindədir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" trestinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli birgə qərarına əsasən ailə üzvlərinin sayı nəzərə alınaraq ona Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən həmin 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzil verilmişdir. İddiaçı1 Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" trestinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli birgə qərarına əsasən ailə üzvlərinin sayı nəzərə alınaraq ona Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən həmin 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması” ilə bağlı 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 16 saylı Ucar Ərazi İdarəsi iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərərək, qeyd etmişdir ki, Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 6 nömrəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizə 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş 15 nömrəli orderdə və 08 iyun 2023-cü il tarixli kiraiyə müqaviləsində, həmçinin mənzil istismar təşkilatının arayışında (2 № forma) mənzilin yaşayış sahəsi 19.80 kv.metr və 1 ( bir) otaqlı göstərilməsinə baxmayaraq, müayinə və araşdırma zamanı mənzilin 3 ( üç).otaqlı olmaqla yaşayış sahəsinin 35.5 kv.metr olduğu aşkar aşkar edilməmişdir. Göstərilən səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan başqa Kürdəmir rayon Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 8 ünvanında yaşayır. Mənzil 3 otaqdan ibarətdir, yaşayış sahəsi 35.6 kv.m, 2 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. Hazır ki, vəziyyətdə 08 avqust 2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, Kürdəmir Mənzil İstismar Sahəsi ilə iddiaçı kirayə müqaviləsi bağlamışdır. İddiaçı1 Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" trestinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli, 06 nömrəli birgə qərarına əsasən ailə üzvlərinin sayı nəzərə alınaraq ona Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindən 3 otaqlı 6 nömrəli mənzil verilməsi, onun 35 (otuz beş) il həmin mənzilin onun istifadə və sahibliyində olması, hazırda üçüncü şəxlərlə hər hansı mübahisənin olmaması, mənzil balas saxlayıcısı olan Kürdəmir Mənzil İstismar Sahəsinin onunla yenidən müqavilə bağlaması və mənzilin iddiaçının adına mülkiyyət hüquqlarının dövlət reysterində qeydiyyata alınmasına etiraz etməməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh inzibati orqan isə iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını istisan edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti ilə Həmkarlar ittifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli 06 nömrəli birgə qərarına əsasən ona verilmiş 15 nömrəli orderlə mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 iddia tələbi təmin edilsin. Kürdəmir rayon 14 nömrəli "Aqrosənayetikinti" tresti ilə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli 06 nömrəli birgə qərarına əsasən ona verilmiş 15 nömrəli orderlə mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospekti 6 ünvanında yerləşən 16 mənzilli yaşayış binasının 2-ci mərtəbəsindəki 3 otaqlı 6 nömrəli mənzilə onun adına Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin 16 saylı Ucar ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-491/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-491/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver