Məhkəmə qərarları › İş №2-1(120)-4921/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4921/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4921/2025 21.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştarkı ilə, İddiaçı oğlunun cavabdeh İmişli regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “İmişli rayon Qeydiyyat Şöbəsinə qarşı “İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.1984-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “İmişli rayon Qeydiyyat Şöbəsində olan İmişli rayonu Bəcrəvan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində adının Urqiyyə-dən Urmiyyə-yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş 10.031934-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş 10.031934-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə İmişli rayon Bəcrəvan kəndində anadan olmuşdur.Soyadı Həsənova, adı Urmiyyə, ata adı Kərim olduğunu lakin ona İmişli rayon Bəcrəvan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində adı Urqiyyə yazılmışdır. Odur ki, indiyə kimi bütün şəxsi sənədlərində, şəxsiyyət vəsiqəsində uşqalarının sənədində və.s səndələrində hamsı onun adı Urmiyyə yazılmışdır.İmişli rayon Bəcrəvan kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 19 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində adının Urqiyyə-dən Urmiyyə-yə dəyişiklik edilməsi üçün İmişli Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş cavabdeh tərəfindən heç bir qanuni əsas göstərmədən vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş etməkdən imtina edilmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuş, İmişli rayonu, Bəcrəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********257 olan çıxarışın surətindən görünür ki, görünür ki, soyadı, adı, ata adı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respubilaksının Vətəndaşının Şəxsiyyət Vəsiqəsiin seriya AZE № 12665948 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, valideynləri qrafasında atası Mustafayev Cahid, anası İddiaçı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********99 olan çıxarışın surətindən görünür ki, görünür ki,soyadı, adı, ata adı İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İmişli rayon İcra Hakmiyyəti Başçısının X4 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-53-15-5/16 nömrəli məktubunda qeyd edilmişdir ki, Həsənova X1 qeydiyyatında dayanır lakin ərazidə yaşamır,əlavə olaraq 4 nömrəli təsərrüfatbaşına kitabdan çıxarış qoşma olaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional “Asan Ximdət” X3 şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-13-1546/2025 nömrəli məktubuna xx.xx.1984-cü il təvəllüdlü İddiaçı məxsus doğum haqqında akt qeydlərinin təqdim etmişdir. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional “Asan Ximdət” X3 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, rəydən görünür ki, İmişli rayon Bəcrəvan icra nümayəndəliyi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib olunmuş 19 №-li doğum haqqında akt qeydində uşağın soyadı Həsənova, adı Urqiyyə ata adı Kərim qızı yazılmışdır.Yoxlama nəticəsində aşkar edilmişdir ki, ərizəçi tərəfindən İmişli “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə təqdim edilmiş xx.xx.2019cu il tarixdə İmişli-Asan tərəfinsən verilmiş AA******* №-li şəxsiyyət vəsiqəsində soyadı Həsənova, adı Urmiyyə ata adı Kərim qızı kimi qeyd edildiyini və doğum haqqında akt qeydi İmişli rayonu Bəcrəvan İN tərəfindən xx.xx.1984-cü ildə 19 №-li aktla qeydə alınarkən adı Urqiyyə yazıldığı məlum olmuşdur.Təqdim olunan şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydində fərqlilik və məlumatın doğruluğuna şübhə yaranması səbəbindən akt qeydinə şöbənin rəyinə əsasən düzəliş edlməsinin mümkün olmadığı bildirilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart taroxli 52 №-qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müəddəalar”-a müvafiq olaraq İmişli rayon Bəcrəvan icra nümayəndəliyi tərəfindən xx.xx.1984-cü il tarixdə tərtib edilmiş 19 №-li doğum haqqında akt qeydində uşağın adı “Urqiyyə”-dən “Urmiyyə”-yə düzəliş edilməsində imtina edilmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.1984-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin, və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının adı “Urmiyyə” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçının İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.1984-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsində haqlıdır. Odur ki, cavabdeh İmişli Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı İmişli rayon Qeydiyyat Şöbəsinə qarşı “İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.1984-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh İmişli regional Asan Xidmət X3 üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilən İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.1984-cü il, 19 saylı doğum akt qeydində adının “Urqiyyə”dən “Urmiyyə”yə düzəliş edilməsi öhdəliyi cavabdeh İmişli Regional “Asan Xidmət” X3 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar