Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4947/2025 09.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İmişli Regional “Asan xidmət” X2rşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İmişli Regional “Asan xidmət” X2rşı ölüm haqqında akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İmişli Regional “Asan xidmət” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 661 nömrəli ölüm haqqında akt qeydində mərhum anası X4 ata adının “Nadir”dən “Qədir”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli rəyi ilə tərtib olunmuş xx.xx.2014-cü il tarixli 661 nömrəli ölüm haqqında akt qeydində mərhum anası X4 ata adının “Nadir”-dən “Qədir”ə düzəliş edilməsindən imtina edilmişdir. 2014-cü ilədək mərhum anası Əliyeva Müxəstə yeni şəxsiyyət vəsiqəsi alanadək onun bütün sənədlərində atasının adı Qadir olmuşdur. Onun və bacı, qardaşının doğum haqqında şəhadətnamələrində anası qrafasında qeyd olunan məlumatda anasınınata adı Qadir kimi qeyd olunmuşdur. Bununla bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı ( münasibəti) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsində qeyd olunanları müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmişli rayon Əliqulular kənd Sovetliyi tərəfindən verilmiş AZ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1967-ci ilin sentyabr ayının 12-ci günündə 64 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ana qrafasında X9 qeyd olunmuşdur. İmişli rayonu Sərxanlı kənd Sovetliyi tərəfindən verilmiş AZ seriyalı ******* №-li və AZ seriyalı 236463 №-li8 xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1965-ci ildə, X12 xx.xx.1962-ci ildə doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1965-ci ilin sentyabr ayının 11ci günündə 229 nömrə ilə və 1962-ci ilin 5-ci ayının 14-c günündə 86 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ana qrafasında X9 qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 206 A (KOD ********) nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə X7 0,20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: İmişli Regional “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 3-16-5/8-xx-xx/2026 saylı, xx.xx.2026-cı il tarixli məktubu ilə təqdim olunmuş xx.xx.2014-cü il ölüm haqqında akt qeydindən müəyyən olunur ki, xx.xx.1925-ci il təvəllüdlü X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 32 nömrəli xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətdə göstərilən məsələnin araşdırılması məqsədilə “Elektron notariat” X1 baxış keçirilmiş, sorğuda adı göstərilən şəxs barəsində vərəsəlik işinin açılmadığı və vəfat edənin vərəsələrinə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 3-16-5/2-12594/2026 saylı, xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X13 və X11 (xx.xx.2024-cü ildə vəfat etmişdir) olan xx.xx.1967-ci il təvəllüdlü İddiaçı doğumunun İmişli rayonunun Əliqullar icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir.Əliyev X5 (Əliyeva) Nuriyyə Fikrət qızı ilə xx.xx.2005-ci ildə həmin icra nümayəndəliyində nikaha daxil olmuş və bu nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Aytən Əliyeva və xx.xx.2007-ci il təvəllüdlü Aytac Əliyevanın doğumu İmişli rayonunun Əliqullar icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitablarısaxlanılmaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Göstərilənlərlə əlaqədar M.Əliyevanın doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən bu barədə müvafiq məlumatın əldə edilməsi mümkün olmamışdır.Həmçinin qeyd edirik ki, informasiya sistemində Müxəstə Əliyeva barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydləri barədə məlumat aşkar edilmədi. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 661 nömrəli xx.xx.2014-cü il tarixli ölüm haqqında akt qeydlərində mərhumun soyadı Əliyeva, adı Müxəstə, ata adı isə Nadir qızı yazılmışdır. Yoxlama nəticəsində aşkar edilmişdir ki, mərhum X4 ölümü qeydə alınarkən qeydiyyat şöbəsinə mərhumun şəxsiyyətini müəyyən edən sənəd təqdim edilmişdir. Şəxsiyyətini müəyyən edən sənəddəki məlumatlar isə öz əksini -ölüm haqqında akt qeydində tapmışdır. Ərizəçinin anası X10 xx.xx.1925-ci il təvəllüdlü olduğundan doğum akt qeydi aşkar olunmadığı üçün ata adını müəyyən etmək mümkün olmamışdır. İmişli rayon Əliqullar KİN 64 №-li xx.xx.1967-ci il tarixli övladının doğum qeydində anasının soyadı Əliyeva, adı Müxəstə,ata adı Qədir kimi yazılmışdır. Qeyd olunanlara əsasən düzəliş aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”-ın; - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. İşin araşdırılan hallarından yəni iddiaçıya və onun bacı qardaşına oğluna doğum haqqında akt qeydində ana qrafasında anasının adı Müxəstə, soyadı Əliyeva, ata adı Qədir qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. X4 xx.xx.2014-cü il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının ölüm haqqında xx.xx.2014-ci il tarixli 661 №-li akt qeydinə düzəliş olunaraq, atası bəndində atasının adının “Nadir”-dən “Qədir”-ə düzəliş ededilməsi vəzifəsi İmişli Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.
Məhkəmə qərarları › İş №2-1(120)-4947/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4947/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver