Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-495/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 004385 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı faktiki sahibliyində və istifadəsində olan Kürdəmir rayon Xırdapay kəndi əraizisində yerləşən ümumi sahəsi 1 500 kv.metr olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və cizginin verilməsi və həmin torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının sahibliyində və faktiki istifadəsində olan 122.7 kv metr qeyri-yaşayış obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyininin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 16 Saylı Ucar Ərazi idarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 –49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi üzrə Kürdəmir rayon Xırdapay bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmşdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-495/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar ərazi idarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 004385 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı faktiki sahibliyində və istifadəsində olan Kürdəmir rayon Xırdapay kəndi əraizisində yerləşən ümumi sahəsi 1500 kv. metr olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və cizginin verilməsi və həmin torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının sahibliyində və faktiki istifadəsində olan 122.7 kv metr qeyri-yaşayış obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyininin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 16 Saylı Ucar Ərazi idarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Kürdəmir rayon Xırdapay Bələdiyyəsinə torpaq ayrılması barədə müraciət etmişdir. Buna müvafiq olaraq Kürdəmir rayon Xırdapay Bələdiyyəsinin 04 nömrəli xx.xx.2005-ci il tarixli qəran ilə həmin bədələdiyyənin ərazisində obyektin tikintisi məqsədilə 0.10 ha və 500 kv. metr ölçüdə sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsini almışdır. Bu barədə müvafiq olaraq “Torpaqların alqı-satqısına dair Akt” tərtib edilmişdir. Həmin torpaq sahələrinin ona satılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müvafiq müsbət rəyi olmuşdur. Daha sonra aynima məqsədinə uyğun olaraq sahibkar obyektinin tikintisinə dair smetanı Kürdəmir Rayon İcra Hakimiyyəti ilə razılaşdırmış, tikinti işlərinə başlamışdır. “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyası”nın 10 may 2006-cı il tarxli Aktına əsasən obyektin tikintisi xx.xx.2005-ci il tarixdə başlamış xx.xx.2006-cı il tarixdə başa çatmış, əsaslı tikilmiş sahibkar mağazasının faktiki göstəricisi 91.2, anbarın faktiki göstəricisi 25.5, ofisin faktiki göstərici isə 6.5 kv. metr olmaqla, obyektin ümumi sahəsi 123.2 kv. metr müəyyən edilmişdir. Daha sonra ümumi sahəsi 123.2 kv. metr olan mağazaya Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsini almışdır. İddiaçı həmin sənədlərin hüquqmüəyyənedici sənədlər olduğunu zənn etdiyindən əlavə hər hansı sənəd almaq üçün müaciət etməmişdir.. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Tağıyev X11 rayonu, Xırdapay kəndində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə əsas kimi Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququna dair Kürdəmir rayon X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2005ci il tarixdə verilmiş 468 saylı qeydiyyat vəsiqəsini və həmin idarə tərəfindən tərtib edilmiş texniki pasport təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri yaşayış binasına dair Kürdəmir rayon X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixində verilmiş 468 saylı qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatı üçün əsas kimi Azəırbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mənənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəısi müqaviləsi hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Kürdəmir rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2005-ci il tarixli, 468 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən divarı mişar daşı, “A”-147 kv.m mağaza, “B”- 48 kv.m yeməkxana ”V”-30 kv.m yaşayış sahəsindən ibarət olan qeyri- yaşayış binası Kürdəmir rayon Xırdapay kənd bələdiyyəsinin 26 mart 2005-ci il tarixli 04 saylı qərarı əsasında vətəndaş İddiaçı adına xx.xx.2005-ci il tarixdə 01 №-li reyestr kitabında 234 səhifədə 468 reyestr nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4545/2025 saylı məktubunda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Belə ki, təqdim edilmiş Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 468 saylı qeydiyyat vəsiqəsinin arxiv əsasları barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının 9-cu maddəsinə əsasən daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, həmçinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçirilir. Eyni zamanda araşdırmalar zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə X1 xx.xx.2005-ci il tarixli 04 saylı qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilsə də, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi olduğu aşkar edilmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının ifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və onların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, pdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin mtina olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-2555/2023 saylı məktubunda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyat, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Belə ki, təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 468 saylı qeydiyyat vəsiqəsinin arxiv əsasları barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə gösterilən melumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, həmçinin “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçirilir. Eyni zamanda araşdırmalar zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə X1 xx.xx.2005-ci il tarixli 04 saylı qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilsə də, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi olduğu aşkar edilmişdir. Dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və onların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №004385 nömrəli plan və ölçü sənədindən görünür ki, Kürdəmir rayon Xırdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı sahibkarlıq obyekti tikintisi məqsədi ilə 1500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, arxiv İdarəsində araşdırılma aparılmış İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli,468 nömrəli qeydiyyat vəsiqəsi və xx.xx.2007-ci il tarixli, A004385 nömrəli torpaq sahəsinin planı və ölçü sənədləri və həmin plan və ölçü sənədinin verilməsinə əsas olan sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilməmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli, 24 nömrəli məktubda göstərilmişdir ki, Kürdəmir rayon Xırdapay kənd sakini X10 özünə məxsus Kürdəmir rayon Xırdapay kəndində qeyri yaşayış obyektləri vardır. Hal-hazırda 147 m2 mağaza, 48 m" yeməkxana dan ibarət qeyri yaşayış sahəsi və 30 m2də isə yaşayış sahəsi mövcudur. Ümumilikdə üç tiklinin ikisi qeyri-yaşayış biri isə yaşayış sahəsidir. Adı çəkilən tikililər X7 istifadəsindədir və həmin tikililər insanlara heç bir həyati təhlükə törətmir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-56/2-612/2024 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respubublikasının rayon, şəhər və şəhərlərdə rayon İcra Hakimiyyəti Başçıları X14 barədə Təlimafın 127-ci maddəsinə əsasən İcra hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir və Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı əsasında icra hakimiyyəti başçısının təsdiq etdiyi akt üzrə məhv edilirlər. Odur ki, 5 il müddət keçdiyi üçün iddiaçı X8 rayonunun Xırdapay kəndi ərazisində 123,2 kv.m qeyri-yaşayış binasına dair tikintiyə icazə verilməsi, icazə verilmişdirsə istismara qəbul aktı və digər sənədlər, o cümlədən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəsinin təsdiq edilmiş surəti barədə məlumat və sənədlər rayon İcra Hakimiyyətində saxlanılmadığı üçün həmin sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-56/3-103/2024 nömrəli məktubda göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24in 16 saylı Ucar ərazi idarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş olması və iddiaya qarşı münasibətin (etirazın) bildirilməsi barədə 2-1(120)- 1345/2024 nömrəli, 24.4.2024-cü il tarixli məktuba baxılmışdır. Müraciətinizə əsasən aidiyyəti əməkdaşlar tərəfindən mübahisələndirilən əraziyə və obyektlərə baxış keçirilmişdir. İddiaya qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmasına etiraz etmir. İş materiallarında olan Kürdəmir rayon Xirdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 №li qərarından görünür ki, Kürdəmir rayon sakini İddiaçı Kürdəmir rayon Xirdapay bələdiyyəsi ərazisindən 0,10 ha və 500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 34 saylı Rəyinə əsasən, İddiaçı satılması nəzərdə tutulan 0,10 ha və 500 kv.m torpaq sahəsi Xirdapay bələdiyyə mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi sahibkar obyekti tikintisi məqsədi üçün yararlı olmaqla, həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktından görünür ki, Kürdəmir rayon sakini İddiaçı Kürdəmir rayon Xirdapay bələdiyyəsi ərazisindən 0,10 ha və 500 kv.m torpaq sahəsini ******* manat pul məbləğinə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-21-3-36/2-1238/2025 saylı məktubunda göstərilmişdir ki, X2 Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində hər hansı daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat və həmin məlumatı təsdiqləyən sənədlərin təqdim olunması barədə xx.xx.2025-ci il tarixli, 2- 1(120)-495/2025 saylı eyni məzmunlu sorğularına "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. X2 Kürdəmir rayonu, Xırdapay kəndində ümumibirgə mülkiyyətində 0.24 ha həyətyanı torpaq sahəsi vardır. X2 Kürdəmir rayonu, Xırdapay kəndində ümumibirgə mülkiyyətində 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Lakin sözügedən torpaq sahəsi Kürdəmir rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-45 saylı Daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında İddiaçı satılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sözügedən qeyri-yaşayış binası Kürdəmir regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2012-ci il tarixli, 2V-80 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X12, X15 və X13 ümumibirgə mülkiyyətində olmaqla xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-56/2-549/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24in 16 saylı Ucar ərazi idarəsinə qarşı "çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üçün Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində inşa edilmiş 123,2 kv.m qeyri-yaşayış obyektinə dair tikintiyə icazənin (qeyri-yaşayış obyekti kimi) verilib-verilməməsi, icazə verilmişdirsə istismara qəbul aktının və aidiyyəti digər sənədlərin, o cümlədən həmin tikilinin təsdiq edilmiş eskiz layihəsinin və smeta layihə sənədlərinin təsdiq edilmiş surətinin məhkəməyə verilməsi barədə 2-1(120)- 495/2025 nömrəli,xx.xx.2025-ci il tarixli məktuba baxılmışdır. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən verilmə müddəti 5 ildən artıq olan sənədlər Kürdəmir Rayon İcra Hakimiyyətinin arxivində saxlanılmır. Rayon İcra Hakimiyyətində və Tikintilərin Dövlət Reyestrində sözügedən qeyri-yaşayış obyektinin tikintisinə və istismarına icazəyə dair məlumatların tapılması mümkün olmamışdır. İş materiallarında olan Kürdəmir rayon Xirdapay Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Xırdapay bələdiyyəsi, xx.xx.2025-ci il tarixli 2-1(120)-495/2025 saylı iş üzrə İddiaçı işi üzrə bələdiyyənin xx.xx.2005-ci il tarixli, 04 saylı qərarı göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-21-3-36/2-1412/2025 saylı məktubunda göstərilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2005-ci il tarixli, 468 nömrəli qeydiyyat vəsiqəsinin və sentyabr 2005-ci il tarixli texniki pasportun Kürdəmir rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 468 reyestr nömrəsi ilə qeydə alınmış 240 nömrəli inventar işinin qeydə alındığı 01 reyestr kitabın 234-cü səhifəsinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli, 2-1(120)-495/2025 saylı sorğuya "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan 2005-ci ilə aid reyestr kitabının 234-cü səhifəsinin təsdiq olunmuş surəti göndərilir. İşdə olan Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının xx.xx.2006-cı il tarixli akta əsasən, İddiaçı məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən sahibkar mağazası Qəbul Komissiyası tərəfindən “yaxşı” qiymətlə istismara qəbul edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1345/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli 10/9206 nömrəli məktubu ilə 16 dekabr 2024-cü il tarixli 10/9206 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. 16 dekabr 2024-cü il tarixli 10/9206 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-3682/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İdarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi 0.24 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi 0.24 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikililər kimi göstərilsə də, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) Kürdəmir rayonu Xırdapay kənd ərazi vahidinin sərhəddi daxiində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, tikinti altı torpaqlar (həyətyanı sahə) uqodiyalı göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İdarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yeri müəyyən edilmədiyi üçün sualın cavablandırlması mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Baxış zamanı iddiaçının nümayəndəsi 0.24 ha torpaq sahəsinin faktiki olaraq X9 faktiki istifadəsində olduğunu mütəxəssisə bildirmişdir. Baxış zamanı torpaq sahəsi üzərində yerləşən ictimai iaşə obyektinin (sahibkarlıq obyekti) fəaliyyət göstərdiyi mütəxəssis tərəfindən müşahidə edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Baxış zamanı iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzərində müvafiq olaraq 122.7 kv.metr, 24.9 kv.metr, 43.7 kv.metr qeyri-yaşayış binaları mövcud olduğu müəyyən edilmişdir. Qeyri yaşayış binaları özül üzərində mişar daşından və ağac konstruksiyadan inşa olunmuş 1 (bir) mərtəbəli əsaslı tikililərdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsi və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi kəndin kompleks yerquruluşu layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikililər kimi göstərilsədə, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında Kürdəmir rayonu Xırdapay kənd ərazi vahidinin sərhəddi daxiində olmaqla yaşayış məntəqələrinin orpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, tikinti altı torpaqlar (həyətyanı sahə) uqodiyalı göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarına əsasən, Xırdapay bələdiyyəsinin alqı-satqı qaydasında Xırdapay kənd sakini İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədlər mövcud olmadığı üçün torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır Baxış zamanı iddiaçının naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən tikilinin və altındakı torpaq sahəsinin 243.3 kv.m olmaqla 7 (yeddi) otaq olmaqla ümumi sahə 191.3 kv.metr, yardımçı sahə 31.5 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti Texniki inventarlaşdırma, Mülkiyyət və Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 468 reyestr nömrəli, xx.xx.2005- ci il tarixli 01 saylı reyestr kitabında 234-cü səhifədə qeydə alınmış Köhnəbazar kəndində yerləşmiş, “A” literi-147 kvm göstərilsədə faktiki olaraq 122.7 kv.metr, ”B” literi-48 kvm göstərilsə də faktiki olaraq 43.7 kv.metr, "V” literi-30 kv.m göstərilsə də faktiki olaraq 24.9 kv.m təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddaçı tərəfindən faktiki istifadə edildiyin bildirdiyi 0.24 ha torpaq sahəsi 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin və arxın mühafizə zonasında yerləşir. Qeydiyyat Vəsiqəsində 30.0 kv.metr kimi göstərilən tikili arxın və transformator qurğusunun mühafizə zolağında yerləşir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış ilə Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 10x50m=500 kv.m (beş yüz) və 0.10 ha (1000 kv.m) torpaq sahəsi İddiaçı satılmışdır. Həmçinin torpaq sahəsinə dair plan və ölçü sənədi, olan xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 34 saylı Rəyi, 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Bundan sonra mübahisələndirilən torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış obyekti tikilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeyri-yaşayış obyektinə qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin divarı mişar daşı, “A”-147 kv.m mağaza, “B”-48 kv.m yeməkxana, “V”-30 kv.m yaşayış sahəsindən ibarət olan qeyri-yaşayış obyekti olaraq göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən 2005-ci il tarixin sentyabr ayında İddiaçı adına texniki pasport tərtib edilmişdir. İşdə olan Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının xx.xx.2006-cı il tarixli akta əsasən, İddiaçı məxsus Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən sahibkar mağazası Qəbul Komissiyası tərəfindən “yaxşı” qiymətlə istismara qəbul edilməsi qərara alınmışdır. Hal-hazırda İddiaçı mübahisəli torpaq sahəsi üzərində və qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbi ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 1500 kv.m torpaq sahəsinə və qeyri-yaşayış obyektinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İddiaçı tərəfindən oxşar iş üzrə X2 adına qeydiyyata alınmış Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binasına dair çıxarışın surəti təqdim edilmişdir, məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Q.Tağıyevin adına qeydiyyata alınmış 1905.2011-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış və ona əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Hüquqmüəyyənedici sənədlər arasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2006-cı il tarixli qeyri-yaşayış obyektinə qeydiyyat vəsiqəsi təqdim edilmişdir və cavabdeh orqan tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənəd əsasında çıxarışla təmin edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunverciliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını və dövlət aktını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan mənzilə dair Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi barədə idarənin arxiv əsaslarında hər hansısa məlumatın aşkarlanmaması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən, cavabdeh inzibati orqanın iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçı tərəfindən edilən müraciətdən imtina edərək, təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 468 saylı qeydiyyat vəsiqəsinin arxiv əsasları barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə gösterilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, həmçinin “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda həyata keçirilir. Eyni zamanda araşdırmalar zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə X1 xx.xx.2005-ci il tarixli 04 saylı qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilsə də, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi olduğu aşkar edilmişdir. Cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 468 saylı qeydiyyat vəsiqəsinin arxiv əsasları barədə məlumat aşkar edilməməsi səbəb olaraq göstərilsə də, məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla Arxivdə 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surəti aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24in 16 saylı Ucar Ərazi İdarəsinin arxivində aşkar edilmiş 14 sentyabr 2005-ci il tarixli 468 nömrəli qeydiyyat vəsiqəsinin və 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətini təqdim etmişdir. Bundan aydın olur ki, cavabdeh orqanın aerxiv materiallarında mövcud olmasa da, hətta cavabdeh orqan tətəfindən məhkəməyə göndərilmiş 2005-ci ilə aid reyestr kitabının 234-cü səhifəsinin təsdiq olunmuş surətində başqa şəxsə məxsus əmlakın qeydiyyatı barədə barədə məlumat verilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsiin arxiv materiallarında mübahisələndirilən 14 sentyabr 2005-ci il tarixli 468 nömrəli qeydiyyat vəsiqəsinin və 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti mövcud olmuşdur. Həmçinin iddiaçı qeydiyyat vəsiqəsi, texniki pasport, bələdiyyə qərarı, istismar aktının əsillərini məhkəməyə iş materiallarına əlavə etmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının adına tərtib edilmiş Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı iclas protokolu, torpaq sahəsinə dair plan və ölçü sənədi, xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 34 saylı Rəyi, 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeyri-yaşayış obyektinə qeydiyyat vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən 2005-ci il tarixin sentyabr ayında İddiaçı adına texniki pasportu, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının xx.xx.2006-cı il tarixli akt mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə təqdim edilmiş mütəxəssis rəyi və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İdarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi 0.24 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi 0.24 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikililər kimi göstərilsə də, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) Kürdəmir rayonu Xırdapay kənd ərazi vahidinin sərhəddi daxiində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, tikinti altı torpaqlar (həyətyanı sahə) uqodiyalı göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İdarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yeri müəyyən edilmədiyi üçün sualın cavablandırılması mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsi 0.24 ha torpaq sahəsinin faktiki olaraq X9 faktiki istifadəsində olduğunu mütəxəssisə bildirmişdir. Baxış zamanı torpaq sahəsi üzərində yerləşən ictimai iaşə obyektinin (sahibkarlıq obyekti) fəaliyyət göstərdiyi mütəxəssis tərəfindən müşahidə edilmişdir. Baxış zamanı iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzərində müvafiq olaraq 122.7 kv.rnetr, 24.9 kv.metr, 43.7 kv.metr qeyri yaşayış binaları mövcud olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış binaları özül üzərində mişar daşından və ağac konstruksiyadan inşa olunmuş 1 (bir) mərtəbəli əsaslı tikililərdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır.Baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi kəndin kompleks yerquruluşu layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikililər kimi göstərilsədə, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında Kürdəmir rayonu Xırdapay kənd ərazi vahidinin sərhəddi daxilində olmaqla yaşayış məntəqələrinin orpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, tikinti altı torpaqlar (həyətyanı sahə) uqodiyalı göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarına əsasən, Xırdapay bələdiyyəsinin alqı-satqı qaydasında Xırdapay kənd sakini İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədlər mövcud olmadığı üçün torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən tikilinin və altındakı torpaq sahəsinin 243.3 kv.m olmaqla 7 (yeddi) otaq olmaqla ümumi sahə 191.3 kv.metr, yardımçı sahə 31.5 kv.metr təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti Texniki inventarlaşdırma, Mülkiyyət və Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 468 reyestr nömrəli, xx.xx.2005- ci il tarixli 01 saylı reyestr kitabında 234- cü səhifədə qeydə alınmış Köhnəbazar kəndində yerləşmiş, “A” literi-147 kvm göstərilsədə faktiki olaraq 122.7 kv.metr, ”B” literi-48 kvm göstərilsə də faktiki olaraq 43.7 kv.metr, "V” literi-30 kvm göstərilsdə faktiki olaraq 24.9 kv.m təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddaçı tərəfindən faktiki istifadə edildiyin bildirdiyi 0.24 ha torpaq sahəsi 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin və arxın mühafizə zonasında yerləşir. Qeydiyyat Vəsiqəsində 30.0 kv.metr kimi göstərilən tikili arxın və transformator qurğusunun mühafizə zolağında yerləşir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin arxiv materiallarında Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-cı il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, mütəxəssis və ekspert rəyi üzrə Kürdəmir rayonu Xırdapay kənd Bələdiyyəsinin 26 mart 2005-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı satılmış 500 kv.m və 0.10 ha torpaq sahələri ilə bağlı Xırdapay bələdiyyəsin və ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu sxemi mövcud olmadığı üçün Xırdapay kənd sakini torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi mümkün olmaması barədə məlumat verilmişdir. Lakin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24in 16 saylı Ucar Ərazi İdarəsinin arxivində aşkar edilmiş 14 sentyabr 2005-ci il tarixli 468 nömrəli qeydiyyat vəsiqəsinin və 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi məhkəməyə təqdim edilmişdir və müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mübahisəli torpaq sahəsinin koordinatları öz əksini tapmışdır. Eyni zamanda cavabdeh orqan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ayrılması barədə X1 xx.xx.2005-ci il tarixli 04 saylı qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilsə də, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaq sahəsi olduğu aşkar edilməsi barədə imtina məktubunda məlumat vermişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, baxış zamanı X9 etibarnamə ilə nümayəndəsinin naturada göstərdiyi 0.24 ha torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, ictimai tikililər kimi göstərilsə də, idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) Kürdəmir rayonu Xırdapay kənd ərazi vahidinin sərhəddi daxilində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid, tikinti altı torpaqlar (həyətyanı sahə) uqodiyalı göstərilmişdir. Həmçinin mütəxəssis rəyi və ekspert rəyi üzrə gpstərilmişdir ki, baxış zamanı iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzərində müvafiq olaraq 122.7 kv.metr, 24.9 kv.metr, 43.7 kv.metr qeyri-yaşayış binaları mövcud olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış binaları özül üzərində mişar daşından və ağac konstruksiyadan inşa olunmuş 1 (bir) mərtəbəli əsaslı tikililərdir. Baxış zamanı iddiaçının naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən tikilinin və altındakı torpaq sahəsinin 243.3 kv.m olmaqla 7 (yeddi) otaq olmaqla ümumi sahə 191.3 kv.metr, yardımçı sahə 31.5 kv.metr təşkil edir. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi üzərində yerləşən Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti Texniki inventarlaşdırma, Mülkiyyət və Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsinin 468 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli 01 saylı reyestr kitabında 234-cü səhifədə qeydə alınmış Köhnəbazar kəndində yerləşmiş, “A” literi-147 kvm göstərilsədə faktiki olaraq 122.7 kv.metr, ”B” literi-48 kvm göstərilsə də faktiki olaraq 43.7 kv.metr, "V” literi-30 kvm göstərilsə də faktiki olaraq 24.9 kv.m təşkil edir. Bununla bağlı məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçının nümayəndəsinin də məhkəməyə təqdim etdiyi mülahizə və təqdim edilmiş sənədlər əsasında Kürdəmir rayonu, Köhnəbazar kəndində yerləşən divarı mişar daşından hazırlanmış “A”-147 kv.m mağaza, “B”- 48 kv.m yeməkxana ”V”-30 kv.m yaşayış sahəsindən ibarət olan qeyriyaşayış binasının mübahisələndirildiyi aydın olur. Verilmiş mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi və iddaçı tərəfindən faktiki istifadə edildiyin bildirdiyi 0.24 ha torpaq sahəsi 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin və arxın mühafizə zonasında yerləşir. Qeydiyyat Vəsiqəsində 30.0 kv.metr kimi göstərilən tikili arxın və transformator qurğusunun mühafizə zolağında yerləşir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X20 Xidməti Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-53-2/2-1753/2025 saylı məktubunda göstərilmişdir ki, 18 mart 2025-ci il tarixli 2-1(120)-495/2025 nömrəli məktub ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə ünvanlanmış Kürdəmir rayonu Xırdapay kənd sakini İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin və sahəsi 500 m2 obyektin ərazidən keçən su xətlərinin mühafizə zonasına düşüb-düşməməsinə münasibət bildirilməsi barədə müraciət aidiyyəti üzrə X20 Xidmətinin tabeliyində X21 Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. İddiaçılə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq araşdırmaya dəvət olunsa da, iştirak edə bilmiyəcəyini bildirmişdir. Xırdapay kəndi ərazisində İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin və 3 ədəd obyekt (1 ədəd daş və 2 ədəd taxta materiallı) mövcuddur. Vətəndaşın torpaq sahəsinin bir hissəsi və tikintisində taxta materiallardan istifadə edilən 2 ədəd obyekt Xidmətin balansında olan suburaxma qabiliyyəti 1 m3/san olan Xırdapay torpaq kanalının mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 12ci maddəsinə əsasən, həmin hissədə Xırdapay torpaq kanalının su mühafizə zonasının minimum eni 5 m təşkil edir. İş materiallarında olan “Azəriqaz” X28 İstismarı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, X28 İstismarı İdarəsinə ünvanladığı Kürdəmir rayonu, Xırdapay kəndində İddiaçı məxsus 500 kv.m və 0.10 ha torpaq sahəsinin “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz boru kəmərinin mühafizə zonasında yerləşib-yerləşməməsi məsələsi ilə əlaqədar olan müraciətə baxılmışdır. Edilmiş müraciət üzrə torpaq sahəsinə Kürdəmir xidmət sahəsinin yerində baxış keçirildi. Məlum oldu ki, Kürdəmir rayonu, Xırdapay kəndində İddiaçı məxsus 500 kv.m və 0.10 ha torpaq sahəsi Azəriqaz İB-nin Ağsu RQİİ-nin balansında olan yeraltı orta təzyiqli PE-160 mm-lik qaz boru kəmərindən vətəndaş tərəfindən göstərilən mövcud tikinti 7 metr məsafədə yerləşir. Orta təzyiqli yeratlı qaz xətlərinin mühfaizə zonası 4 metr qəbul edilmişdir. Vətəndaşa məxsus torpaq sahəsinin dəqiq koordinatları təqdim edilmədiyi üçün torpaq sahəsinin qaz boru kəmərinin mühafizə zonasında yerləşib yerləşməməsi barədə rəyin verilməsi mümkün deyil. Məhkəmə tərəfindən qeyd edilir ki, mütəxəssis və ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş suallarda Kürdəmir rayonu, Xırdapay kəndində İddiaçı məxsus 500 kv.m və 0.10 ha torpaq sahəsinin koordinatları ilə bağlı məlumat əldə edilməsi barədə göstəriş verilsə də, ekspert rəyində iddaçı tərəfindən faktiki istifadə edilən 0.24 ha torpaq sahəsinin 10 kvt-luq yüksək gərginlikli elektrik xəttinin və arxın mühafizə zonasında yerləşməsi, qeydiyyat Vəsiqəsində 30.0 kv.metr kimi göstərilən tikili arxın və transformator qurğusunun mühafizə zolağında yerləşməsi göstərilmişdir. Belə ki, cavabdeh müvafiq torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyi vaxtda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş iddiaçının adına tərtib edilmiş Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı iclas protokolu, torpaq sahəsinə dair plan və ölçü sənədi, xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 34 saylı Rəyi, 2 mart 2007-ci il tarixli A004385 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeyri-yaşayış obyektinə qeydiyyat vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastr idarəsi tərəfindən 2005-ci il tarixin sentyabr ayında İddiaçı adına texniki pasportu, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının xx.xx.2006-cı il tarixli akt) Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 1500 kv.m torpaq sahəsinin və qeyri-yaşayış obyektinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X16 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarına qeyd etmişdir ki,”Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh orqandan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış ilə ayrılmış Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 10x50m=500 kv.m (beş yüz) və 0.10 ha (1000 kv.m) (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) torpaq sahəsi (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 004385 saylı "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən) üzrə mülkiyyət hüququnun İddiaçı (Rafael) Abdulla oğlunun adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi, həmin torpaq sahəsində yerləşən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 468 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 122.7 kv.metr qeyri-yaşayış obyektinə (divarı mişar daşı olan 1 ədəd qeyri-yaşayış obyekti) mülkiyyət hüququnun İddiaçı (Rafael) Abdulla oğlunun adına qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X6, KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22.Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-495/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-495/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver