Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-496/2020 23.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakimİsmayılov Orxan Nadiroğlununsədrliyi, MəhkəməiclasınınkatibiRzayev Rüfət İlham oğlunun, İddiaçı nümayəndəsi X2 (Saatlı rayonu, Şirinbəy kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qarşı 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin Hərbi- Həkim komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin saxlanılmasını, iddia tələbinə isə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qarşı inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin Hərbi-Həkim Komissiyasının rəyi ilə dinc dövrdə hərbi xidmətə yararlı hesab edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx xxxxxxx 2019-cu il tarixdə N saylı hərbi hissəyə hərbi xidmətə göndərilmişdir. Hərbi xidməti dövrü xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər davam etmişdir. Yəni qanunvericilikdə nəzərdə tutulan 1 il 06 ay əvəzinə 14 gün hərbi xidmət keçmişdir. Ondan asılı olmayan səbəblərdən hərbi xidmətdən vaxtından əvvəl tərxis edilmişdir. O, hərbi xidmətə çağırılan zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin hərbi-hakim komissiyasının rəyi ilə dinc dövrdə hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə göndərilmişdir. 2019-cu ilin oktyabr ayında gənc əsgərlərin müayinəsi zamanı onda «sağ diz qapağının köhnə bitişməyən sınığı» diaqnozu ilə xəstəliyin olunması müəyyən edilsədə cavabdeh, sağ diz oynağında ağrılarla bağlı şikayətinə əhəmiyyət verməmiş və onu hərbi xidmətə yararlı hesab edərək hərbi xidmətə göndərmişdir. Məsələ bundadır ki, o, hərbi xidmətə çağırılmamışdan əvvəldən qeyd olunan xəstəlikdən (sağ diz oynağının bitişməyən sınığı) 3 ildən çox müddətdir ki, əziyyət çəkir. Hərbi xidmətə çağırılmamışdan əvvəl «saq diz oynağının köhnə bitişməyən sınığı» xəstəsi olmağı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının rəisi, tibb elmləri doktoru, professor Kənan Yusifzadə tərəfindən imzalanmış 15.11,2019-cu il tarixli, 2071 saylı məktubla da təsdiq olunur. Belə olan halda cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsi tərəfindən iddiaçı hərbi xidmətə göndərilə bilməzdi. Əgər qeyd olunan xəstəlik hərbi xidmət dövründə alınsaydı, yəni rəsmi qaydada təsdiq olunsaydı ki, xəstəlik hərbi xidmətlə əlaqədardır, onda iddiaçıya, «Hərbi qulluqçuların icbari dövlət şəxsi sığortası haqında» Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə əsasən sığorta ödənişi verilməli idi. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsi onda aşkar edilən xəstəlikdən sonra müalicəyə göndərmək və ya möhlət hüququ vermək əvəzinə, onu hərbi xidmətə yararlı hesab edib hərbi xidmətə göndərmişdir. Bu isə cavabdeh tərəfin məsuliyyətsiz və səhlənkarlığı kimi qiymətləndirilməlidir. Onların bu hərəkəti nəticəsində həm dövlətə, həmdə iddiaçı ziyan dəymişdir. Xəstə olduğu halda onu hərbi xidmətə yararlı hesab edib hərbi xidmətə göndərən cavabdehin bu hərəkəti ciddi və kobud qanun pozuntusudur. Ona görə də hesab edir ki, cavabdeh inzibati orqan olaraq ona qarşı etdiyi qanunsuz hərəkətləri səbəbindən vurduqları ziyana görə kompensasiya ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki,İddiaçı inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılarkən müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu tənzimlənir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak edirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Xidmətin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada çağırışçı barədə aşağıdakı qərarlardan birini qəbul edir: -müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə -çağırışa möhlət verilməsi haqqında; -dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; -həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər müvafiq olaraq Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən olunur. Xidmətin yerli idarə, şöbə və bölmələrindən fəaliyyət göstərən ştatdan kənar hərbi- həkim komissiyaları hərbi xidmətə çağırılan vətəndaşları tibbi şəhadətləndirərkən bu Əsasnaməni rəhbər tutur. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və X1 qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, dövlət səhiyyə müəssisəsi tərəfindən onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. Belə ki, İddiaçı 2019-cu ilin oktyabr çağırışına hazırlıq dövründə Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilən zaman xəstəliyi ilə əlaqədar əlavə müayinə olunması üçün (diaqnoz: Onurğanın skoliozu, sağ diz oynağının artriti.) Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsinə uyğun olaraq İddiaçı Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur.” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 65 “ç” və 66 “ç” maddələrinin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir. Hərbi həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər müvafiq olaraq Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən ştatlı və ştatdan kənar hərbi-həkim komissiyaları hərbi qulluqçuları, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşları tibbi şəhadətləndirərkən bu Əsasnaməni rəhbər tuturdular. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.4-cü bəndinə əsasən hərbi komissarlıqların göndərişinə əsasən, vətəndaşlar şəhadətləndirilmədən əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır: -döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; -qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini); -sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda, planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, cuzəm, QİÇSlə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və X4 Mərkəzindən (ƏSMM) əliliyə ğörə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, X4 Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi, sidiyin ümumi analizi və elektrokardioqrafiya müayinəsi) keçirilmiş, əlavə müayinəyə göndərilmiş alınmış cavaba əsasən, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı 2019-cu ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2019-cu il tarixdə təyin olunduğu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təhvil verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında tibbi şəhadətləndirilərək “Sağ diz qapağının köhnə bitişməyən sınığı, funksiyanın cüzi dərəcədə pozulması.” diaqnozu ilə xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. İddiaçı əlavə olaraq Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunda müayinə olunmuş və onun barəsində “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Funksiyanın müvəqqəti pozulması.” diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Müalicəyə ehtiyacı var." diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır.” hesab edilmiş və ona xx.xx.2020-ci il tarixədək müddətli həqiqi həbi xidmətə çağırışa möhlət verilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı 2019-cu ilin oktyabr çağırışına hazırlıq dövründə Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilən zaman xəstəliyi ilə əlaqədar əlavə müayinə olunması üçün (diaqnoz: Onurğanın skoliozu, sağ diz oynağının artriti) Saatlı rayon mərkəzi xəstəxanasına göndərilmiş və həmin xəstəxananın xx.xx.2019-cu il tarixli, 669 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən, ona “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur” diaqnozu qoyulmuşdur. Həmin diaqnoza əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli’nin 65 “ç” və 66 "ç” maddələrinin İ qrafasına əsasən “Hərbi xidmətə A-3 yararlı” hesab edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, məcburi ümumi tibbi müayinələrdən (döş qəfəsi orqanlarının flüoroqrafiyası (rentgenoloji), qanın ümumi analizi, sidiyin ümumi analizi və elektrokardioqrafiya) keçirilmiş, əlavə müayinəyə göndərilmiş və alınmış cavaba əsasən, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə cəlb olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə təyin olunduğu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təhvil verilmiş, N gün xidmət etdikdən sonra Sərhəd Qoşunlarında xidmət keçmənin spesifikliyini nəzərə alaraq fiziki cəhətdən sağlam olmadığı üçün sənədləri ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qaytarılmışdır. İddiaçı hərbi andı içmədiyi üçün ehtiyata və ya istefaya buraxılmamışdır. Bu səbəbdən o, çağırışçıların qeydiyyatına bərpa olunmuş və əlavə müayinə olunması üçün Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya institutunda göndərilmişdir. Həmin institutun “’sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən İddiaçı “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Funksiyanın müvəqqəti pozulması” diaqnozu qoyulmuşdur. Bundan sonra İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Müalicəyə ehtiyacı var” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli’nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmiş və ona xx.xx.2020-ci il tarixədək müddətli həqiqi həbi xidmətə çağırışa möhlət verilmişdir. Göründüyü kimi müddətli həqiqi hərbi xidmətə çağırılarkən İddiaçı inzibati orqan tərəfindən, yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən onun heç bir hüquq və vəzifəsi pozulmadığı üçün iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə (kompensasiyanın ödənilməsinə) yönəlib. Bu iddia ödəliyin icrası haqqında iddianın xüsusi formasıdır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı iddia qaldırmadan əvvəl eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir (kompensasiya ödənilməmişdir). Bu iddia növünün qaldırılması ilə bağlı qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olub, Saatlı rayonu, Şirinbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutunun xx.xx.2019-cu il tarixli, 7506 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müayinə olunmuş və onun barəsində “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Funksiyanın müvəqqəti pozulması.” diaqnozu təyin edilmişdir. İş materiallarında olan Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 669 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müayinə olunmuş və ona “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, N92 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 2019-cu ilin oktyabr çağırışına hazırlıq dövründə Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilən zaman xəstəliyi ilə əlaqədar əlavə müayinə olunması üçün (diaqnoz: Onurğanın skoliozu, sağ diz oynağının artriti.) Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsinə uyğun olaraq İddiaçı Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur.” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 65 “ç” və 66 “ç” maddələrinin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir. Hərbi hissədə qayıtdıqdan sonra əlavə olaraq Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya institutunda müayinə olunmuş və barəsində “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Funksiyanın müvəqqəti pozulması” diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Müalicəyə ehtiyacı var” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli’nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət müddəti bitdikdən sonra yenidən Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlığı barədə müvafiq qərar qəbul ediləcəkdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıq zamanı şikayəti əsasında Saatlı rayon Mərkəzi Xəstəxanasında stasionar müayinə olunduqdan sonra hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə çağırıldığı səbəbindən inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi əsassız olduğu üçün imtina edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 123 nömrəli məktubundan görünür ki, çağırışçı 2001-ci il təvəllüdlü İddiaçı Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilərək “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Müalicəyə ehtiyacı var” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli’nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmişdir. Rayon çağırış komissiyasının 02.10.201-cu il tarixli, N/42 nömrəli qərarı X1 xx.xx.2020-ci il tarixli, 2/56 nömrəli protokolu ilə ləğv edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 584 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, -“Onurğanın birinci dərəcəli skoliozu, sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur” diaqnozuAzərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli’nin 65 “ç” maddəsinin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. 3-cü məhdudiyyət dərəcəsi” hesab edilir. –““Sağ diz qapağının fraqmentariyası, patella bipertida” diaqnozu qoyulan çağırışçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli’nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 1419 nömrəli mütəxəssis rəyindəqeyd edilmişdir ki, “Onurğa sütunun İ (birinci) dərəcə skoliozu” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı nömrəli qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 ç maddəsinə aiddir. Göstərilən maddə ilə çağırışçı müddətli həqiqi hərbi xidmətə yararlıdır. “Oynaqların kəskin iltihabı (artrit) xəstəliklərindən sonrakı vəziyyət” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin 86 maddəsi ilə şəhadətləndirilir. Bu maddəyə əsasən İ qrafa üzrə şəhadətləndirilən şəxslər müalicə bitdikdən sonra 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Oynaqların iltihabi xəstəliklərinin (artrit) kəskin formalarını keçirdikdən sonra 6 (altı) ay müddətinə iltihab əlamətləri olmadıqda onlar hərbi xidmətə yararlı hesab edilirlər. “Diz qapağının fraqmentasiyası (patella bipartida) olan şəxslər həmin oynağın funksiyasının pozulma dərəcəsindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin müvafiq bəndinə əsasən şəhadətləndirilirlər. Həmin diaqnoz müəyyən olunmuş çağırışçının oynağında funksiya pozğunluğu yoxdursa o, hərbi xidmətə yararlı sayılır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun N-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır.Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada çağırışçı barədə aşağıdakı qərarlardan birini qəbul edir: -müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə -çağırışa möhlət verilməsi haqqında; -dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; -həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin : 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. 2.8-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və X1 qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki,İddiaçı 2019-cu ilin oktyabr çağırışına hazırlıq dövründə Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilən zaman xəstəliyi ilə əlaqədar əlavə müayinə olunması üçün Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsinə uyğun olaraq İddiaçı Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur.” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 65 “ç” və 66 “ç” maddələrinin İ qrafasına əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Daha sonra iddiaçı müddətli həqiqi hərbi xidmətə cəlb olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə təyin olunduğu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə təhvil verilmiş, N gün xidmət etdikdən sonra Sərhəd Qoşunlarında xidmət keçmənin spesifikliyini nəzərə alaraq fiziki cəhətdən sağlam olmadığı üçün sənədləri ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qaytarılmışdır. Bu səbəbdən o, çağırışçılarin qeydiyyatına bərpa olunmuş və əlavə müayinə olunması üçün Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya institutunda göndərilmişdir. Həmin institutun “’sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən İddiaçı “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Funksiyanın müvəqqəti pozulması” diaqnozu qoyulmuşdur. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Sağ diz qapağının fraqmentariyası, patella bipertida. Müalicəyə ehtiyacı var” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli’nin 86-cı maddəsinin İ qrafasına əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmiş və ona xx.xx.2020-ci il tarixədək müddətli həqiqi həbi xidmətə çağırışa möhlət verilmişdir. Göründüyü kimi Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 669 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktına əsasən iddiaçı cavabdeh inzibati orqanın hərbi həkim komissiyasında tibbi şəhadətləndirilərək “Onurğanın birinci dərəcəli skoliozu. Sağ diz oynağının artriti, funksiya pozğunluğu yoxdur.” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 65 “ç” və 66 “ç” maddələrinin İ qrafasına əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 669 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktı əsasında iddiaçını müddətli həqiqi hərbi xidmətə cəlb etmişdir. Çünki iş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən olunur ki, “Onurğa sütunun İ (birinci) dərəcə skoliozu” diaqnozu qoyulan çağırışçılar qanunvericiliyin tələblərinə görə müddətli həqiqi hərbi xidmətə yararlı sayılırlar. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının şəhadətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçı cavabdehin üzərinə kompensasiyanın ödənilməsi öhdəliyi qoyulmasını tələb etməkdə haqlı deyil. Başqa sözlə, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qarşı 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, məhkəmə xərci – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə qarşı görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaninzibatiməhkəməicraatınıniştirakçılarıtərəfindəntələblərinintəminolunmadığıh alda, qərarrəsmi qaydada verildikdən (tamformadatəqdimolunduqdan) sonra 30 günmüddətində Şirvan İnzibatiMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiyaşikayətiverilə bilər. Qərardanşikayətverilmədiyivəyaprosesiştirakçılarıtərəfindənşikayətingerigötürüldüyüh alda, qəraronuntəqdimolunduğugündən 30 günkeçdikdənsonraqüvvəyəminir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-496/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-496/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver