Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-496/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuş. 1972- 1975-ci illərdə 108 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 07 may 1975-ci ildə başlamışdır. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 29 avqust 1978-ci il tarixindən xx.xx.1980-ci ilədək Masallı rayonunda işləmişdir. xx.xx.1992-xx.xx.2003-cü illərdə 14 saylı Masallı rayon Mexanikləşdirmə dəstəsində çilingər peşəsində işləmişdir. İş stajını ona məxsus NT-İ seriyalı ******* saylı əmək kitabçası təsdiq edir. Ümumi iş stajı 28 ildən artıqdır. xx.xx.2022-ci ildə 65 yaşı tamam olan tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş və həmin tarixdən ona yaşa görə sosial müavinət təyin edilmişdir. Hesab edir ki, xx.xx.2006-cı ilə qədər ümumi əmək stajı 28 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü ildə cavabdehə sifarişli məktubla müraciət etmişdir. Lakin müraciətinə bu günə qədər cavab verilməmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Vjdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına qarşı “yaşa görə əmək oensiyasının təyin edilməsi öhdəliyinin 'tavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etirazı təqdim edir və icraata qəbul edib hüquqi qiymət verməyi xahiş edir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara regional filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə aidiyyəti üzrə baxılaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının məktubu ilə cavablandırılmışdır. Həmin məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi « kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Müvafiq qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada -əcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək censiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı yoxdur. Belə ki, cavabdeh inziati orqan tərəfindən iddiaçıya imtina məktubunda İddiaçı təqdim etdiyi 20 iyun 1976-cı il tarixli İT-İ № ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığı qeyd edilmişdir. Belə ki, əmək kitabçasının 42-43-cü və 44-46-cı səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən, eyni zamanda üzərində “Azərbaycan Respublikası” yazılmış möhürdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçası və əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan İddiaçı yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında sşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirtmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr ısərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə şçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qərarının 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.Qərarın 3.13-cü bəndinə əsasən əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. Qərarın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir."Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991 -ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İnzibati Prosessual Məcəllənin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyəcək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçı əmək kitabçasının 42-43-cü və 44-46-cı səhifələrində müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Halbuki 1991-ci il tarixədək Azərbaycan ərazisində kiril əlifbasından istifadə olunurdu. Qeyd olunan səbəblərdən əmək kitabçası və əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmış və İddiaçı yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1975- ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, 26.01,1992-ci il tarixdən xx.xx.2003-cü il tarxədək olan dövrlərin doldurulması qaydası pozulduğu üçün (müvafiq olaraq işdən çıxma qeydi latın qrafikalı möhürlə təsdiqləndiyindən, işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə .azılaraq latın qrafikalı möhürlə təsdiq edldiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır.Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən 2-1(112)-4084/2023 nömrəli iş üzrə İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, 1975- 1976-cı illərdə Xəstəxanada işlədikdən sonra hərbi xidmətə yollandığı üçün əmək kitabçası barədə heç bir məlumatı olmadığını, məhkəməyə təqdim etdiyi əmək kitabçasını isə sonralar əldə etdiyini bildirmiş, pensiya təyin edilməsi üçün DSMF-yə müraciət edən zaman ondan işlədiyi illərlə bağlı qeydiyyat aparılması barədə əmək kitabçası tələb edildiyi üçün əvvəl işlədiyi müəssisələrə getmiş, həmin müəssəsisələr əmək kitabçasında qeydiyyatlar aparmışdır və təsdiq etmişlər, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AA350127 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş İbadov X7 rayonu, Xıl kənd ünvanında qeydiyyatdadır. - İşdə olan xx.xx.2023-cü il tarixli sifarişli göndərilmiş məktubun qəbzindən görünür ki, İbadov X7 rayon DSMF şöbəsinə məktub göndərmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim etdiyiniz sənədlərə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 1 il 11 ay 18 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək, xx.xx.1980-cil il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq işdən çıxma qeydi latın qrafikalı möhürlə təsdiqləndiyindən, işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə yazılaraq latın qrafikalı möhürlə təsdiq edildiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməyib. Sözügedən dövrlər üzrə əmək haqqı alması haqqında arayış, həmçinin, işə daxil olma və azad olma haqqında müvafiq əmrlərdən çıxarışların surətlərini təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Müraciətinin araşdırılması zamanı xx.xx.2013-cü il tarixdən (uçot tarixi) aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda xx.xx.2022-ci il tarixdən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinət təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən müavinətin ödənişi xx.xx.2023cü il tarixdən dayandırılmış və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş müavinət məbləği əsassız ödənilmiş vəsait hesab olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sözügedən dövr üzrə vergi ödəyicisi kimi fəaliyyəti və dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövrlər üzrə sosial müavinət hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Müavinət işinə dair sənədlərdə olan şəxsiyyət vəsiqəsinin surətində doğum tarixi xx.xx.1957-ci il olduğu halda "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində hazırda aktiv olan şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1957-ci il qeyd olunmuşdur. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.2003-cü illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan 537519 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972-1975-ci illərdə 108 nömrəli orta texniki peşə məktəbinin çilingər peşəli geniş ixtisaslı traktorçumaşinist ixtisasını bitirmişdir. - Masallı rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli 154 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən sabiq “Oktyabr” sovxozunda xx.xx.1978-ci il tarixli 224/5 saylı əmrlə mexanizasiya briqadasına qəbul edilmiş xx.xx.1980-ci il tarixli 52/3 saylı əmrlə inşaat briqadasına fəhlə təyin edilmiş, xx.xx.1980-cı il tarixli 135 saylı əmrlə işdən azad edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Masallı rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli, 213 nömrəli arayışında göstərilmişdir ki, 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək orduda xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubda göstərilmişdir ki, Masallı rayon Dezinfeksiyası 2004-cü ilə qədər X4 kimi fəaliyyət göstərmişdir. Stansiyada saxlanılan arxiv sənədlərinə əsasən haqqında məlumat almaq istədiyiniz İddiaçı xx.xx.1980-cı il tarixdə Masallı rayon X1 dezinfektor kimi təyin olunmuşdur, lakin 27 noyabr 2003- cü il tarixdə binada yanğın baş verdiyindən( akt əlavə olunur)İddiaçı hansı tarixədək işləməsi haqda məlumat yoxdur. Stansiya yaradılandan sonra İddiaçı 01 avqust 2004- cü il tarixdə dezinfektor vəzifəsinə təyin olunmuş və 01 aprel 2005-ci il tarixdə ixtisarla əlaqədar işdən azad olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı 01 avqust 2004-cü il tarixdə dezinfektor vəzifəsinə təyin olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrində göstərilmişdir ki, İbadov X7 rayon Dezinfeksiya Stansiyasının ocaqlı şöbəsi Baş idarənin göstərişi ilə xx.xx.2005-ci il tarixdən ixtisara salınmışdır. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-4-33RA/2-223/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2023-cü il tarixdə Masallı rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, onun adına verilmiş xx.xx.2011-ci il tarixli 154 nömrəli arxiv arayışının verilməsinə əsasə olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri göndərilir. - İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-29-63/2-793/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixində 108 nömrəli Prişib Peşə Məktəbinə “Çilingər peşəli, geniş ixtisaslı traktorçu-maşinist” ixtisas qrupuna daxil olmuş və xx.xx.1975-ci il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış № 537519 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. - İşdə olan Masallı rayon Qeydiyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5/-13-2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı doğumu haqqında akt qeydinin surəti göndərilir. Mövcud Təlimata əsasən doğum haqqında akt qeydinin tərtib olumasına əsas olan sənədlərin saxlama müddəti 1 ildir. Odur ki, həmin sənədlərin məktuba əlavə edilməsi mümkün olmamışdır. - İşdə olan xx.xx.1972-ci il tarixli 32 nömrəli təkrar doğum qeydlərinin bərpa aktından görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Masallı rayonu, Xıl kəəndində anadan olmuşdur. Ata qrafasında İbadov Ağaverdi oğlu, ana qrafasında isə X9 qeyd edilmişdir. - İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-29-63/2-155/2024 nömrəli məktubunda göstərilmişdir ki, X10 həqiqətən xx.xx.1976-cı il tarixində 34 nömrəli Lənkəran Peşə Məktəbinin “Avtomobil təmiri çilingəri” ixtisas qrupuna daxil olmuş, xx.xx.1978- ci il tarixində Ordu sıralarına çağırışla əlaqədar məktəbdən xaric edilmiş, xx.xx.1980-ci il tarixində Ordu sıralarından qayıtdığı üçün “Avtomobil təmiri çilingəri" qrupuna qəbul edilmişdir. xx.xx.1981-ci il tarixində məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış B №137461 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. - İşdə olan Masallı rayon X12 Hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-1-223/2-501/24 nömrəli məktubunda göstərilmişdir ki, Masallı şəhər H.Aslanov küçəsində xx.xx.2023-cü il tarixdə X3 Şöbəsində heç bir yanğın hadisəsi baş verməmişdir, lakin xx.xx.2024-cü il tarixdə X3 Şöbəsində yanğın hadisəsi baş vermiş və nəticədə 8m2 xidməti otağın daxilində sterilizasiya aparatı yanaraq sıradan çıxmışdır. Yanğına və qəzaya çıxışların qeydiyyat jurnalında həmin yanğınla bağlı və məktubda qeyd edilən Şöbəyə məxsus hər hansı sənədlərin yanması haqqında heç bir məlumat mövcud deyil. - İşdə olan Masallı Rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 74-K nömrəli xx.xx.1975-ci il tarixli əmrlə xx.xx.1975-ci il tarixdən Masallı Rayon Mərkəzi Xəstəxanasının sanepidstansiyasına 0,25 ştat vahidi dezinfektor vəzifəsinə təyin edilmiş, 79-K nömrəli xx.xx.1976-cı il tarixli əmrlə isə tutduğu vəzifəsindən azad olunmuşdur - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-6251/24 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində “14 saylı X5” Dövlət Müəssisəsinin xx.xx.2000-ci il tarixdə 7/76 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur.2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. “14 saylı X5” Dövlət Müəssisəsinin qeydiyyat sənədləri təqdim edilir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-304067/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X11 (Nərimanov, №009026) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti göndərilir - İşdə olan Masallı rayon İcra Hakimiyyəti Aparatının xx.xx.2024-cü il tarixli 5-66/2- 31/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Yanğın Təhlükəsizliyi” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbinə əsasən “Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid dövlət sistemi fəaliyyət göstərir. Yanğınların və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri aparır. Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir”. X3 şöbəsində yanğın hadisəsinin baş verib-verməməsi barədə Rayon İcra Hakimiyyətinə hər hansı bir məlumat daxil olmamışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 120/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə əlaqədar 14 saylı X8 hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib- edilməməsi barədə məlumatların təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan müəssisənin hüquqi və ya faktiki ünvanı, funksional tabeçiliyi göstərilmədiyindən Əmlak Məsələləri Dövlət Xidmətində məlumatları dəqiqləşdirmək mümkün olmadı.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsini tövsiyə etmişdir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-301207/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Masallı rayon Hərbi Komisarlığının xx.xx.2011 -ci il tarixli 213№-li arayışına əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 1 il 11 ay 18 gün hərbi xidmət dövrü olmaqla onun ümumi 1 il 11 ay 18 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nm 3-cü maddəsinə uyğun olaraq xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (müvafiq olaraq işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə yazılaraq, latın qrafikalı möhürlə təsdiq edildiyindən) riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 23 il 9 ay 5 gün mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı müraciətinə dair inzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən iddiaçının iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət dövrü- mübahisələndirilməyən sosial siğorta stajı 1 il 11 ay 18 gün təşkil edir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək Masallı Rayon Mərkəzi Xəstəxanasının sanepidstansiyasına 0,25 ştat vahidi dezinfektor vəzifəsində, xx.xx.1980-cil il tarixdən xx.xx.1992-ci il tarixədək Masallı rayon Dezinfeksiya Stansiyasında dezinfektor, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək14 saylı Masallı rayon Mexanikləşdirmə dəstəsində çilingər peşəsində işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq işdən çıxma qeydi latın qrafikalı möhürlə təsdiqləndiyindən, işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə yazılaraq latın qrafikalı möhürlə təsdiq edildiyindən) üçün iddiaçının 25 ildən az siğorta stajı dövrünün mövcud olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının hərbi xidmətdə olduğu müddət sığorta stajına daxil olur. Məhkəmə də iddiaçının hərbi xidmətdə olduğu sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, məhkəmə tərəfindən iddiaçının aldığı təhsillə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-29-63/2-793/2023 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixində 108 nömrəli Prişib Peşə Məktəbinə “Çilingər peşəli, geniş ixtisaslı traktorçu-maşinist” ixtisas qrupuna daxil olmuş və xx.xx.1975-ci il tarixdə həmin məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış № 537519 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Həmçinin Masallı Rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 74-K nömrəli xx.xx.1975-ci il tarixli əmrlə xx.xx.1975-ci il tarixdən Masallı Rayon Mərkəzi Xəstəxanasının sanepidstansiyasına 0,25 ştat vahidi dezinfektor vəzifəsinə təyin edilmiş, 79-K nömrəli xx.xx.1976-cı il tarixli əmrlə isə tutduğu vəzifəsindən azad olunmuşdur. Masallı rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli 154 nömrəli arxiv arayışına əsasən, İddiaçı həqiqətən sabiq “Oktyabr” sovxozunda xx.xx.1978-ci il tarixli 224/5 saylı əmrlə mexanizasiya briqadasına qəbul edilmiş xx.xx.1980-ci il tarixli 52/3 saylı əmrlə inşaat briqadasına fəhlə təyin edilmiş, xx.xx.1980-cı il tarixli 135 saylı əmrlə işdən azad edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, xx.xx.1980-cil il tarixdən xx.xx.1992-ci il tarixədək Masallı rayon Dezinfeksiya Stansiyasında dezinfektor, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək14 saylı Masallı rayon Mexanikləşdirmə dəstəsində çilingər peşəsində işləməsi barədə arxiv sənədləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubda göstərilmişdir ki, Masallı rayon Dezinfeksiyası 2004-cü ilə qədər X4 kimi fəaliyyət göstərmişdir. Stansiyada saxlanılan arxiv sənədlərinə əsasən haqqında məlumat almaq istədiyiniz İddiaçı xx.xx.1980-cı il tarixdə Masallı rayon X1 dezinfektor kimi təyin olunmuşdur, lakin 27 noyabr 2003- cü il tarixdə binada yanğın baş verdiyindən İddiaçı hansı tarixədək işləməsi haqda məlumat yoxdur. Stansiya yaradılandan sonra İddiaçı 01 avqust 2004-cü il tarixdə dezinfektor vəzifəsinə təyin olunmuş və 01 aprel 2005-ci il tarixdə ixtisarla əlaqədar işdən azad olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı 01 avqust 2004-cü il tarixdə dezinfektor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Masallı rayon Dezinfeksiya Stansiyasının xx.xx.2005-ci il tarixli 22 nömrəli əmrində göstərilmişdir ki, İbadov X7 rayon Dezinfeksiya Stansiyasının ocaqlı şöbəsi Baş idarənin göstərişi ilə xx.xx.2005-ci il tarixdən ixtisara salınmışdır. Masallı rayon X12 Hissəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-1- 223/2-501/24 nömrəli məktubunda göstərilmişdir ki, Masallı şəhər H.Aslanov küçəsində xx.xx.2023-cü il tarixdə X3 Şöbəsində heç bir yanğın hadisəsi baş verməmişdir, lakin xx.xx.2024-cü il tarixdə X3 Şöbəsində yanğın hadisəsi baş vermiş və nəticədə 8m2 xidməti otağın daxilində sterilizasiya aparatı yanaraq sıradan çıxmışdır. Yanğına və qəzaya çıxışların qeydiyyat jurnalında həmin yanğınla bağlı və məktubda qeyd edilən Şöbəyə məxsus hər hansı sənədlərin yanması haqqında heç bir məlumat mövcud deyil. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş İT-1812337 saylı əmək kitabçasında qeyd edilmiş xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Masallı rayon Dezinfeksiya Stansiyasında dezinfektor, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək14 saylı Masallı rayon Mexanikləşdirmə dəstəsində çilingər peşəsində işləməsi barədə qeydlər latın qrafikası ilə yazıldığından, doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq işdən çıxma qeydi latın qrafikalı möhürlə təsdiqləndiyindən, işə daxil olma və işdən çıxma qeydləri latın əlifbası ilə yazılaraq latın qrafikalı möhürlə təsdiq edildiyindən), X3 Şöbəsində 27 noyabr 2003-cü il tarixdə binada yanğın baş verməsi barədə məlumat öz əskini tapmadığından, həmçinin həmin dövrlərdə həmin idarələrdə iddiaçının iş fəaliyyəti barədə məlumatlar arxivdə aşkar edilmədiyindən, iddiaçşının xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Masallı rayon Dezinfeksiya Stansiyasında dezinfektor, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək14 saylı Masallı rayon Mexanikləşdirmə dəstəsində çilingər peşəsində işlədiyi həmin dövrlər sığorta stajı kimi məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının təhsil aldığı dövr, onun xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Masallı Rayon Mərkəzi Xəstəxanasında, sabiq “Oktyabr” sovxozunda xx.xx.1980-cı il tarixdən xx.xx.1980-ci ilədək işlədiyi dövrlər sosial siğorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. İddiaçı özü də məhkəmə iclasında onun adına tərtib edilmiş əmək kitabçasının sonralar müəssisələr tərəfindən qeydiyyat aparılaraq təsdiq edilməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-496/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-496/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver