Məhkəmə qərarları › İş №2-1(120)-498/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-498/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-498/2025 11.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğluna Lənkəran rayonunun Şilavar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə JN-704A, Kod 80213018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023 tarixli, ********** qeydiyyat, **********67-10301 Reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 11 iyun 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 Reyestr nömrəli çıxarışın ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə ərizə təqdim etmiş və hazırkı inzibati məhkəmə icraatında iddiaçı kimi prosessual iştiraklarına xitam verilməsini xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hazırkı inzibati məhkəmə icraatında iddiaçı kimi prosessual iştiraklarına xitam verilmişdir. İddiaçı1 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğluna Lənkəran rayonunun Şilavar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə JN-704A, Kod 80213018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023 tarixli, ********** qeydiyyat, **********67-10301 saylı Reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar hazırda Lənkəran rayonunun Şilavar kəndində hazırki mübahisəli torpaq sahəsinin üzərində olan qonşuların və kənd sakinlərinin şahidliyi ilə, tərəflərindən tikilmiş fərdi yaşayış evində 23 ildir ki, qeydiyyatda olmaqla yaşayırlar. 23 il ərzində onun adına olduğu üçün evin kommunal xərclərini də vaxtı-vaxtında ödəyir. O, hələ 2000-ci illərdən qabaq Rusiya Federasiyasında daimi yaşayan qardaşı X8 ilə həm ustalıq, həm də oğlanları ilə musiqi ilə məşğul olmuşdur. 1997-1998-ci illərdə qardaşı tərəfındən ona 1200 dollarlıq pul borcu yaranmışdır. Yaşadığı, yoldaşının adına olan Lənkəran rayonunu Bəlləbur kəndində 1998-ci ilin avqust ayında güclü zəlzələ nəticəsində 12 evlə yanaşı onların evi də yararsız vəziyyətə düşmüşdür. Həmin evdə yaşamaq mümkün olmadığı üçün Rusiya Federasiyasının vətəndaşı olan qardaşı Mirhəsənin evinə getmişdir. Bununla əlaqədar 2000-ci ilin aprel ayında ona 1200 dollar borclu olduğu pulun əvəzində qardaşı Şilavardakı bir otaqlı və bir mətbəxdən ibarət olan yarımçıq sənədsiz evinə aid 2000-ci il 18 apreldən öz adından ona baş etibarnamə vermişdir. Həmin etibarnamədə evin bütün səlahiyyətləri ona verilmşdir. O, da o yarımçıq Şilavardakı evinə ailəsilə birlikdə köçmüş, qardaşı tərəfındən ona verilmiş səlahiyyətlərdən istifadə edərək mənzilə köçmə və oradan istifadə etmək hüququnu əldə etmişdir. O, da yoldaşının adına olan Bəlləbur kəndində olan evi söküb Şilavardakı evə yapışdırılmaqla evi öz vəsaiti hesabına tikmiş, ustası da özü olmuşdur. 2004-cü ilə kimi hissə-hissə tikinti işlərini aparmış və 2004-cü ildə hazırda orada yerləşən və onların da qeydiyyatda olmaqla yaşadıqları 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin evdə onlar ailəliklə 23 ildən çoxdur ki, orada yaşayırlar. X11 qonaq kimi gələndə digər qohumlar kimi onların evlərinə də gəlmiş, lakin evin və torpaq sahəsinin ona məxsus olması və aralarında olan 2000-ci ildəki razılaşmanın pozulması ilə bağlı heç bir söhbət aparmamışdır. 2017-ci ilin aprel ayının 30-da Mirhəsən Lənkəranda olarkən evin əvvəl onun adına sənədləşdirilərək sonra isə bağışlama və ya alqı-satqı yolu ilə onun mülkiyyətinə keçirmək qərarına gəldilər və o, evin və evin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi üçün bir neçə yerə gedib kimlərləsə görüşüb danışmış, evə gəldikdən sonra vaxtının olmadığını, sonra növbəti dəfə gələndə evi və torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyini bildirərək yenidən Rusiya Federasiyasına qayıtmışdır. Daha sonra 2022-ci ilin oktyabr ayında yenidən Lənkərana gələn Mirhəsən evi və torpaq sahəsini sənədləşdirəcəyini, lakin həmin əmlakları ona verməyəcəyini bildirdikdə isə aralarında mübahisə yaranmışdır. Bundan sonra Mirhəsən onlara qarşı məhkəməyə maneənin aradan qaldırılması barədə iddia ərizəsi ilə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-3662/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti vermişdir. Verdiyi apelyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə məktub ona ünvanlansa da hazırki vaxta kimi işə baxılması və nəticəsi barədə heç bir məlumat verilməmişdir. Lakin bundan sonra 09 iyun 2023-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmurları, cavabdeh təşkilatın mütəxəsissləri, onun və Mirhəsənin iştirakı ilə torpaq sahəsi və onun üzərində olan onun tərəfındən tikilmiş fərdi yaşayış evi müayinə olunarkən Mirhəsən ilə aralarında sözlə mübahisə yaranmış və mütəxəsisslər tərəfındən ölçmə işləri yarımçıq saxlanılmışdır. Həmin vaxt mütəxəsisslərə yaxınlaşaraq yerində müayinənin yarımçıq qalmasının nəticələri barədə soruşduqda onlar müayinəni tam apara bilmədiklərindən həmin torpağa və fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışı verə bilməyəcəklərini bildirmişlər. Bundan sonra Lənkəran Rayon Məhkəməsi tərəfındən onlara bildiriş gələrək Mirhəsənin onları evdən çıxarması barədə iddia qaldırdığı məlum olmuşdur. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətlərini məhkəmədən aldıqdan sonra məlum olmuşdur ki, X5 **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Baxmayaraq ki, xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin üzərində inşa edilmiş evin onun tərəfındən tikilməsi və buna görə də evə münasibətdə çıxarışın verilməsinə etiraz etməyi və həmin etirazına cavab olaraq cavabdeh təşkilat tərəfındən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda da çıxarışın yalnız məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilməsi rəsmi olaraq ona bildirilmişdir. Bundan sonra həmin çıxarışın mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə dair verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın edilməsi ilə bağlı 17 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Lakin həmin idarə özünün 21 avqust 2023-cü il tarixli, 3-21-3-43/2-T-001035/2023 nömrəli cavab məktubu ilə müraciətinə imtina vermiş və həmin müraciəti ilə əlaqədar olaraq məhkəməyə müraciət etməyilə bağlı qeyd edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunlardan əlavə olaraq qeyd edir ki, üçüncü şəxs X8 1986-cı ildən Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası Stavropolski Kray Novoseliçski rayon Dalenovka kəndində qeydiyyata düşmüş və hazırda da orada qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Mirhəsənin Rusiya vətəndaşı olaraq Azərbaycan Respublikasında torpaq islahatı keçirilən zaman xarici ölkə vətəndaşı ola-ola islahat komissiyasının qərarı ilə ona torpaq verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda hazırki çıxarışın verilməsi üçün əsas olan JN-704A KOD 80213018 olan və 2005-ci ildə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində də şəhadətnamənin torpağın plan-ölçü hissəsində və rayon torpaq şöbəsinin razılığı və möhürü yoxdur, eyni zamanda həmin torpaq sahəsinin reyestrin hansı kitabında qeydə alınması barədə nömrə qeyd edilməmişdir. Belə olan halda həmin şəhadətnamənin də özünün qanuniliyi şübhəlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Lakin cavabdeh təşkilat olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi qanununvericiliyin həmin maddəsinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 49.4cü maddəsinə əsasən xarici hüquqi və fıziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fıziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafıq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Yuxarıda da qeyd edildiyi kimi xeyrinə torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan onların tərəfindən tikilən fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış Azərbaycan Respublikasının vətəndaşı deyil, Rusiya vətəndaşının adına verilməklə onun mülkiyyətinə verilmişdir ki, bu da birbaşa olaraq qanunvericiliyin yuxarıda qeyd olunan normalarının pozulmasıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafıə etmək hüququ vardır. Konstitutsiyanın 60-cı maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs X8 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9- cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu şəhadətnamənin, xx.xx.2023-cü il tarixli, inventar nömrəsi 1707, reyestr nömrəsi **********67-10301 olan texniki pasportun və xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67-10301 olan, Daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətlərindən müəyyən olunur ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 hektar torpaq sahəsi Lənkəran rayonu, Şiləvar kənd sakini Taciyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, qeyd olunan torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququnu təsdiq edən çıxarışla X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 oktyabr 2022-ci il tarixli, xx-xx/1249 nömrəli arayışında bildirilmişdir ki, JN-704A nömrəli şəhadətnamədə X2 səhvən “Taciyev” kimi qeyd olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-143/2024 nömrəli məktubuna əlavə edilmiş, 21 dekabr 2002-ci il tarixdə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının möhürü ilə təsdiq olunmuş “Lənkəran rayonunun Şiləvar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, xəritədə 704 nömrə ilə qeyd olunmuş 0,06 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Rusiya Federasiyası, Stavropol diyarı, Novoselitskiy rayonu, Dolinovskoye kənd administrasiyasının mütəxəssisi R.Marqiyeva tərəfindən verilmiş və müvafiq qaydada təsdiq olunmuş 18 aprel 2000-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 ona məxsus Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini onun adından satmağı, bütün idarə, müəssisə və təşkilatlara ərizə verməyi və onun adından imzalamağı 3 il müddətinə, yəni 18 aprel 2003-cü il tarixədək İddiaçı1 etibar etmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu digər şəhadətnamənin surətindən müəyyən olunur ki, Lənkəran Rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 hektar torpaq sahəsi Lənkəran rayonu, Şiləvar kənd sakini İddiaçı1 mülkiyyətinə verilmişdir. İddiaçı Tağıyev X6 Rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı əsasında cavabdeh inzibati orqan tərəfindən X3 adına verilmiş və onun mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu şəhadətnamənin və xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67-10301 olan, Daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini tələb edir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsi tərəfindən İddiaçı1 ünvanlanmış hüquqi yardım barədə 20 dekabr 2023-cü il tarixli məktubda bildirilmişdir ki, mübahisələndirdiyiniz “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN- 704A nömrəli, 80213018 kodlu şəhadətnamə Lənkəran Rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı əsasında X3 adına verilmiş və həmin qərar tərəfinizdən mübahisələndirilməmişdir. Qeyd olunan qərar mübahəsələndirilmədiyi təqdirdə “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu şəhadətnamənin ləğvinə nail olmağınız mümkün deyildir. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu şəhadətnamənin ləğvinə nail olmağınız üçün ilk öncə həmin şəhadətnamənin verlməsinə əsas olmuş Lənkəran Rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarını mübahisələndirməli və iddia tələbi buna cavab verməli orqana qarşı irəli sürülməlidir. İddiaçı iddia tələbinin və cavabdehin dəyişdirilməsindən imtina etmiş, işə irəli sürülən tələb üzrə baxılmasını tələb etmişdir. İş materiallarından göründüyü kimi, iş üzrə üçüncü şəxs X3 adına “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu mübahisələndirilən şəhadətnamənin verilməsinin hüquqi əsasını Lənkəran Rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı təşkil edir. Məhkəmə hesab edir ki, həmin qərar qüvvədə olduğu müddətdə onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2005-ci il tarixli, JN-704A nömrəli, 80213018 kodlu mübahisələndirilən şəhadətnamə ləğv edilə bilməz. İddiaçının iddia tələbinin və cavabdehin dəyişdirilməsindən imtina etməsi səbəbindən məhkəmə mübahisəyə irəli sürülən tələb üzrə mahiyyəti üzrə baxılıb, hüquqi qiymət verilməsini mümkün hesab etmir. Digər tərəfdən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. - JN-704A saylı, Kod 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətaməyə əsasən mülkiyyətə verilmiş 0,06 ha mübahisələndirilən torpaq sahəsinin X9 X10 (Torpaqların elektron baza məlumatlarına) əsasən konkret mülkiyyətçisi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/6843 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı X3 qeyd olunan 0,06 ha torpaq sahəsinə (üzərində fərdi yaşayış evi ilə birlikdə) dair həmin JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında əvvəl yaranmış hüquqların Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67-10301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınması müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi barədə mövcüd baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatları müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı1 tərəfindən iddia olunan 0,06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı1 tərəfindən iddia olunan 0,06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. - Qərardadın altıncı sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Şiləvar kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsyir edilmişdir. X9 X10 əsasən araşdırma zamanı mübahisələndirilən 0,06 ha torpaq sahəsinin sənəd növünün-“Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, sənəd nömrəsinin-704A olması təsvir edilmiş, torpaq istifadəçisinin və ya mülkiyyətçisinin adının isə qeyd edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/6843 nömrəli ekspert rəyinə əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatlar aşkar olunmamışdır və bu səbəbdən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı1 tərəfindən iddia olunan 0,06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. Göründüyü kimi, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında Lənkəran rayonu, Şiləvar kəndi ərazisində ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə, yəni eyni torpaq sahəsinə həm İddiaçı1, həm də üçüncü şəxs X5 tarixi, nömrəsi və bütün göstəriciləri tamamilə eyni olan JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” iki Şəhadətnamə verilmişdir ki, bu hal həmin şəhadətnamələrdən birinin “İnzibati icraat haqqında” Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq etibarsız olması qənaətinə gəlməyə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Lakin, göründüyü kimi, eyni torpaq sahəsinə həm İddiaçı1, həm də üçüncü şəxs X5 tarixi, nömrəsi və bütün göstəriciləri tamamilə eyni olan JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” iki Şəhadətnamə mövcud olduğu halda cavabdeh inzibati orqan həmin sənədlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Halbuki, İddiaçı1 verilmiş JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsızlığı müəyyən olunduğu halda digər şəhadətnamənin onun hüquq və mənafeyinə toxunmadığı, nəticədə iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığı müəyyən edilmiş olardı. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən, həmçinin iş üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdən, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində torpaq islahatı aparılarkən İddiaçı1 həmin kəndin sakini olmamış, Lənkəran rayonu, Bəlləbur kənd sakini olmuş, 1998-ci ilin avqust ayında, yəni Şiləvar kəndində torpaq islahatı başa çatdıqdan iki ay sonra (iyun 1998-ci il) zəlzələ nəticəsində yaşadığı ev yararsız vəziyyətə düşdüyündən qardaşı X3 mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndindəki evinə getmişdir. Qanunvericiliyə əsasən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində torpaq islahatı aparılarkən həmin kənddə yaşamadığı və kənd sakini olmadığı üçün İddiaçı1 adı yerli aqrar islahat komissiyası tərəfindən torpaq sahəsi verilməsi nəzərdə tutulan kənd sakinlərinin siyahısına daxil edilə bilməzdi. Belə ki, “Torpaq İslahatı haqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək (16 iyul 1996-cı il) daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət gösətər təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslərdir. Göründüyü kimi, İddiaçı1 sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlərin əhatə dairəsinə daxil deyildir. Nəticədə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə İddiaçı1 adına həmin şəhadətnamənin verilməsinə əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud olmadan torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin İddiaçı1 adına tərtib edilməsinin hüquqi əsasını təşkil edən sənədlərin təqdim edilməsi təklif olunsa da, nə iddiaçı, nə də cavabdeh inzibati orqan bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişlər. Həmçinin, bunun təsdiqi olaraq, iş materiallarında olan mütəxəssis və ekspert rəylərində Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı1 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatların aşkar olunmadığı bildirilmişdir. Əksinə, iş materiallarında olan 21 dekabr 2002-ci il tarixdə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının möhürü ilə təsdiq olunmuş “Lənkəran rayonunun Şiləvar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, xəritədə 704 nömrə ilə qeyd olunmuş 0,06 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Sözügedən mütəxəssis və ekspert rəylərində Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş digər hüquqmüəyyənedici sənədlərlə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN- 704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 adına tərtib edilməsi təsdiq olunur. Qeyd olunanlar Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi barədə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız olması qənaətinə gəlinməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan halda, hazırki iş üzrə X3 adına tərtib olunmuş mübahisələndirilən şəhadətnamənin və çıxarışın İddiaçı1 hüquqlarını və qanunla qorunan maraqlarını pozmadığı müəyyən edilir ki, bu da mübahisələndirilən şəhadətnamənin və çıxarışın ləğvi tələbinə dair iddia qaldırılması üçün onun subyektiv hüququnun mövcudluğunu istisna edir. Belə ki, qeyd olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sadalanan aktlarına əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında iş üzrə üçüncü şəxs X3 adına tərtib edilmiş JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və həmin şəhadətnamə əsasında ona verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67-10301 olan çıxarışın iddiaçının hansı hüquq və maraqlarını pozduğunu İddiaçı1 nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında müvafiq sənədlərlə hüquqi cəhətdən əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ belə yaranmamışdır ki, bu da yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə görə iddianın mümkün sayılmamasının əsaslarından biridir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkünlük şərtlərini ödəmədiyindən mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərt olduğundan, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılmalı olduğundan, mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 50 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 50,0 (əlli) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğluna Lənkəran rayonunun Şilavar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə JN-704A, Kod 80213018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X3 adına Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023 tarixli, ********** qeydiyyat, **********67-10301 saylı Reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50,0 (əlli) manat pul vəsaiti İddiaçı1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X7, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar