Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4980/2025 18.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü müraciət etmiş, cavabdeh orqan ona yaşa görə pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizənizə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla 20 il 10 ay 14 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etirazında qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla ümumi sığorta stajı 20 il 10 ay 14 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfnm 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bildiririk ki, İddiaçı məxsus 20 noyabr 1974-cü il tarixli əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(120)-4980/2025 nömrəli inzibati iş üzrə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Sabirabad şəhəri, H.Həmidov küçəsi, ev 118 yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan xx.xx.1984-cü il tarixli, ВФ 077863 nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 Əliş Abuzər oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-N-161481/2025 nömrəli məktubundan görünür ki, təqdim etdiyi sənədlərin surətlərində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla ümumi sığorta stajı 20 il 10 ay 14 gün təşkil edir. Bildiririk ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 68 saylı X1 Dairə Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-11-68/2-36-2025 nömrəli arayışından görünür ki, Nurlu (Nuruyev) Əliş Abuzər oğlu 64 saylı Sabirabad-Saatlı seçki dairəsi dairə seçki komissiyasının üzvü olmala ona əmək haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-271098/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənib) həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, həmin dövr əmək kitabçasında qeyd edilən digər dövrlərlə üst-üstə düşür. Həmin dövr üzrə üst-üstə düşməyən dövrlər sığorta stajına daxil edilsə belə, vətəndaşın ümumi sığorta stajı 25 ilə tamamlanmır. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı qanunla tələb olunan sığorta stajı (25 il) və pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-310121/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən 29.08 1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixindək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, 034596 nömrəli diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən 2003-2005-ci illər üzrə 1 il 3 ay nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumilikdə 20 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci ii tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənmişdir) həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya Kapitalı qeydə alınmamışdır. Həmçinin bildiririk ki, iddiaçının mübahisələndirilən xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri onun sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (25 ilə tamamlanmır) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 1 halı əsas götürmüşdür: - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-ci il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təqdim etdiyi hərbi biletinə, əmək kitabçasına ümumi 20 il 10 ay 14 gün gün təşkil edir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək hərbi xidmətdən keçmişdir. İddiaçının xidmət illəri sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və əmək fəaliyyətində xx.xx.1972-ci il tarixindən 29.08 1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixindək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, 2003-2005ci illər olmaqla onun ümumi 20 il 10 ay 14 gün təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-310121/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən 29.08 1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixindək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri, 034596 nömrəli diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən 2003-2005-ci illər üzrə 1 il 3 ay nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumilikdə 20 il 10 ay 14 gün sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənmişdir) həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya Kapitalı qeydə alınmamışdır. Həmçinin bildiririk ki, iddiaçının mübahisələndirilən xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri onun sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (25 ilə tamamlanmır) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisəli hissə İddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan 01 il 01 ay 19 gün dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma SSRİ möhürü ilə təsdiqlənmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. məhkəmə həmin hissədə inzibati orqanın imtinasını əsaslı hesab etmir. Məhkəmə həmin hissədə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. Cavabdeh orqanın imtina əsasları əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq dərəcədə əsaslı olmamış və şübhələrin əsaslı olması barədə əsaslı sübutlar təqdim edilməmişdir. Digər mübahisəli dövr iddiaçı Nurlu (Nuruyev) Əliş Abuzər oğlunun 64 saylı Sabirabad-Saatlı seçki dairəsi dairə seçki komissiyasının üzvü olduğu və işlədiyi dövrlərlə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 68 saylı X1 Dairə Seçki Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-11-68/2-36-2025 nömrəli arayışından görünür ki, Nurlu (Nuruyev) Əliş Abuzər oğlu 64 saylı Sabirabad-Saatlı seçki dairəsi dairə seçki komissiyasının üzvü olmaqla ona əmək haqqı ödənilmişdir. Arayış üzrə əmək haqqqının 2003-cü il üzrə yalnız 4 ay, 2004-cü il üzrə 5 ay, 2006-cı il üzrə 6 ay, cəmi 1 il 3 ay olmuşdur ki, həmin dövr cavabdeh orqan tərəfindən qəbul edilmişdir. İddiaçı qeyd edilən 3 il üzrə hər ay işlədiyini və tam əmək haqqı aldığını bildirsə də, qeyd edilən halı sübut edəcək müvafiq sənədləri təqdim edə bilməmişdir. Belə olan halda isə iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1972-ci il tarixindən 29.08 1973-cü il tarixinədək, xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixindək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, 2003-2005-ci illər olmaqla onun ümumi 20 il 10 ay 14 gün mübahisələndirilməyən sığorta stajı və məhkəmə tərəfindən qəbul edilən xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan 01 il 01 ay 19 gün dövr və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək olan 01 il 06 ay hərbi xidmət dövrü hesablandıqda, cəmi 23 il 06 ay 03 gün staj müəyyən edilir ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Belə olan halda isə iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olmadığından cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-4980/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4980/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver