Məhkəmə qərarları › İş №2-1(120)-4984/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4984/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4984/2025 23.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, katib Nuralizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı “İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1035,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (FİN: 502ZXDZ) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 bundan sonra - Agentlik 26 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı bundan sonra - Filial tərəfindən Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun bundan sonra - Qanun 13.2.1-ci maddəsinə əsasən 1 yanvar 2023-cü il tarixindən etibarən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1035,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. 17 aprel 2023-cü il tarixində cavabdehə sonuncu ay üzrə işsizlikdən sığorta ödənişinin ödənilməsi həyata keçirilmiş və bununla da Qanunun 18.0.3-cü maddəsinə əsasən sığorta ödənişinin verilməsi dayandırılmışdır. İşsizlikdən sığorta ödənişi üç ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 9 yanvar 2024-cü il tarixli 3-17-2/2-A-857/2024 nömrəli və 7 may 2024-cü il tarixli 3-17-2/2-A-28260/2024 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1035,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməyinizi Sizdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-2/3-2162/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli, 3-17-2/3-2-1504/2023 nömrəli, əmrlərdən, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) ərizə ilə müraciət edərək, ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmiş, X1 və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023cü il tarixli, 3-17-2/3-2162/2023 nömrəli əmrlə ona “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2 və 5.5.7-ci maddələrinə əsasən 01 yanvar 2023-cü il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə nağdsız qaydada 1035,00 manat pul vəsaiti ödənilmiş, təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması barədə Agentliyə məlumat verməmiş, bununla əlaqədar təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 17 aprel 2023-cü il tarixli 3-17-2/3-2-1504/2023 nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır, cavabdehə 09 yanvar 2024cü il tarixli 3-17-2/2-A-857/2024 və 07 may 2024-cü il tarixli 3-17-2/2-A-28260/2024 nömrəli xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində dövlət reyestrinin xx.xx.2023-cü il qeydiyyat tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla 3,3419 ha və xx.xx.2023-cü il qeydiyyat tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla 1,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olduğu müəyyən edilmiş və çıxarışlar məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə işin faktiki və hüquqi halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlardan göründüyü kimi, cavabdeh X7 ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olmaqla məşğul şəxs olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində qeyd olunmuşdur ki, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh X7 ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılması barədə müraciət edərkən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verməmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının 24 yanvar 2023-cü il tarixli 3-17-2/3-2162/2023 nömrəli əmrə əsasən ona işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18.0.1-ci maddəsinin tələbinə görə, şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. Həmçinin, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.7-ci bəndinə əsasən sığorta ödənişini alan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda sığorta ödənişinin verilməsi dayandırılır. Göründüyü kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.2.1-ci maddəsində nəzərdə tutulan (sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsinə aid edilmişdir;) öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi, yəni mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi halı baş vermişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən “İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd olunduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3-17-2/3-2162/2023 nömrəli, əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1ci maddəsinə müvafiq olaraq 01 yanvar 2023-cü il tarixdən 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş, və nəticədə 1035,00 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada onun kart hesabına köçürülmüş, cavabdehə 9 yanvar 2024-cü il tarixli 3-17-2/2- A-857/2024 və 07 may 2024-cü il tarixli 3-17-2/2-A-28260/2024 nömrəli xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 1035,00 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı ərizə verərkən mülkiyyətində torpaq sahəsi olmuş, lakin iltizama imza etməsinə, həmçinin qanunvericilikdən irəli gələrək bu barədə məlumat verməli olmasına baxmayaraq bunu etməmişdir. Məhkəmə cavabdehin həmin əmrə (inzibati akta) etimadı hüququnun qorunubqorunmaması məsələsinə də münasibət bildirilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmaldır ki, etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə nəzərə alınmaqla qiymətləndirilməlidir qorunmaması məsələsinə də münasibət bildirilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hazırkı işin hallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən “bona fides” prinsipinin tələblərinə əməl edilməmişdir. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1035,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1035,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1, 67, 68, 69, 70, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1035,00 manat dövlət vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar