Məhkəmə qərarları › İş №2-1(120)-499/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-499/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-499/2020 26.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Yədulla qızının nümayəndəsi X20, Üçüncü şəxs X13 nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı Yədulla qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-246 F, kod 80200028 saylı şəhadətnaməyə uyğun 0.28 hektar torpaq sahəsinə və Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN- 450, kod 80200028 saylı dövlət aktına uyğun 0.55 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 qarşı “mərhum X21 və ailə üzvlərinin Lənkəran rayon Boladi kəndində yerləşən Lənkəran X29 xx xxxxxx 1997ci il tarixli, həyətyanı sahə kimi nəzərdə tutulan 0,28 ha torpağın mülkiyyətə verilməsinə dair JN-246F nömrəli şəhadətnamənin dublikatının, eyni zamanda Lənkəran X29 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə X30 və ailə üzvlərinə 0,55 ha kənd təsərrüfatı istehsalı üçün nəzərdə tutulan torpağa mülkiyyətə dair dövlət aktına dair sənədin dublikatının verilməsi və həmin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-499/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 qarşı “sənədlərin dublikatının verilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə X13, X5, X8, X9, X15, X6 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-499/2020 saylı qərardadı ilə iddia tələbinə “Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-246 F, kod 80200028 saylı şəhadətnaməyə uyğun 0.28 hektar torpaq sahəsinə və Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 saylı dövlət aktına uyğun 0.55 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon X29 xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında mərhum əri X21 və ailə üzvlərinin adına Lənkəran rayonu, Boladi kəndi ərazisində yerləşən 0,28 ha. həyətyanı torpaq sahəsinə dair JN-246F nömrəli şəhadətnamə verilmişdir. Eyni zamanda Lənkəran rayon X29 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə X30 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,55 ha torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hazırda mərhum əri X21 mülkiyyətində olan həmin daşınmaz əmlaklardan vərəsə olaraq öz payının ayrılması üçün aidiyyatı orqanlara müraciət etmək istəyir. Lakin qeyd olunan torpaqlara dair mülkiyyət sənədlərinin əsli onda olmadığı üçün miras payının ayrılması tələbini həyata keçirə bilmir. Qeyd olunan mülkiyyət sənədlərinin dublikatının əldə olunması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 müraciət etmişdir. Həmin idarənin xx xxxxxx 2019-cu il tarixli **********82 və **********3 nömrəli bildirişləri ilə həm 0,28 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-246F nömrəli Dövlət aktına münasibətdə, həm də 0,55 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqədilə verilmiş Dövlət aktına münasibətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi həmin torpaqlara münasibətdə payları olan digər mülkiyyətçilərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmadığı və həmin hüquqmüəyyənedici sənədin əslinin digər şəxslərdə olduğunun məlum olması qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Yədulla qızının nümayəndəsi X41 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili X37 məhkəmə iclasında izahatında iddia tələbi üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X22, X31, X32, X3 Nuranə Xanverdi qızı, X33 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxslər X5, X8, X9, X15, X6 və X10 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin, üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilən münasibəti (etirazı) və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X45 iddiaçıya göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, **********83 nömrəli bildirişində qeyd olunur: “sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 ünvanlanmış 2019-cu il 20 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən, Lənkəran rayon X29 müvafiq qərarı əsasında JN-246F nömrəli Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü ümumbirgə mülkiyyət hüququ üzrə etibarlı nümayəndəsi olduğunuz şəxsə (İddiaçı Yədulla qızı) və onun ailə üzvlərinə ayrılmış 0.28 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar (Şəhadətnamənin əsli itirildiyi səbəbindən dublikat sənədinin verilməsinə münasibətdə) təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən həmin 0.28 ha həyətyanı torpaq sahəsinə dair etibarlı nümayəndəsi olduğunuz şəxsin və onun ailə üzvlərinin adına tərtib olunmuş JN-246F nömrəli “Dövlət Aktı” üzrə barəsində qeyd olunan mülkiyyətçilərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmamış və həmin hüquqmüəyyənedici sənədin əslinin isə digər şəxslərdə olduğu məlum olmuşdur. Həmçinin, faktiki yerində aparılan müayinənin nəticəsi olaraq həmin torpaq sahəsinə dair tərəflər arasında mübahisənin olduğu da məlum olmuşdur. Qeyd olunan səbəblərdən həmin 0.28 ha həyətyanı torpaq sahəsi üzərində etibarlı nümayəndəsi olduğunuz şəxsin və onun ailə üzvlərinin adına əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar (Şəhadətnamənin əsli itirildiyi səbəbindən dublikat sənədinin verilməsinə münasibətdə) təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlər üzrə vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Yuxarıda qeyd edilənlərə münasibətdə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir”. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X45 iddiaçıya göndərdiyi xx xxxxxx 2019-cu il tarixli, **********82 nömrəli bildirişində qeyd olunur: “sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 ünvanlanmış 2019-cu il 20 noyabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu Boladi kəndi ərazisində yerləşən, Lənkəran rayon X29 müvafiq qərarı əsasında JN-246F nömrəli Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü ümumbirgə mülkiyyət hüququ üzrə etibarlı nümayəndəsi olduğunuz şəxsə (İddiaçı Yədulla qızı) və onun ailə üzvlərinə ayrılmış 0.28 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar (Şəhadətnamənin əsli itirildiyi səbəbindən dublikat sənədinin verilməsinə münasibətdə) təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən həmin 0.28 ha həyətyanı torpaq sahəsinə dair etibarlı nümayəndəsi olduğunuz şəxsin və onun ailə üzvlərinin adına tərtib olunmuş JN-246F nömrəli “Dövlət Aktı” üzrə barəsində qeyd olunan mülkiyyətçilərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmamış və həmin hüquqmüəyyənedici sənədin əslinin isə digər şəxslərdə olduğu məlum olmuşdur. Həmçinin, faktiki yerində aparılan müayinənin nəticəsi olaraq həmin torpaq sahəsinə dair tərəflər arasında mübahisənin olduğu da məlum olmuşdur. Qeyd olunan səbəblərdən həmin 0.28 ha həyətyanı torpaq sahəsi üzərində etibarlı nümayəndəsi olduğunuz şəxsin və onun ailə üzvlərinin adına əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar (Şəhadətnamənin əsli itirildiyi səbəbindən dublikat sənədinin verilməsinə münasibətdə) təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlər üzrə vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Yuxarıda qeyd edilənlərə münasibətdə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir”. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X45 məhkəməyə göndərdiyi xx xxxxx 2020-ci il tarixli, **********83 nömrəli arayışında qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 ünvanlanmış 2020-ci il 21 yanvar tarixli, 2-1(120)-499/2020 saylı inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran rayon X29 xx xxxxxx 1997-ci il tarixli müvafiq qərarı ilə 0.28 ha həyətyanı və 0.55 ha payıbəlli torpaq sahələrinin iş üzrə tərəflərdən sayılan X21 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair həmin qərarın, JN-246F nömrəli Şəhadətnaməmin, JN-450 nömrəli “Dövlət Aktı”nın, həmçinin sözü gedən hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş digər zəruri sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunmasına münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları üzrə müvafiq araşdırmalar aparıldı. Məlumat üçün bildiririk ki, sorğuda barəsində qeyd edilən Lənkəran rayon X29 müvafiq qərarı məlum səbəblərdən keçirilən təhvil-təslim dövründə 10 saylı X49 təqdim edilmədiyindən (X43 səlahiyyətini dayandırdığı dövrdən müvafiq sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran rayon şöbəsinə və aidiyyəti üzrə Lənkəran rayon İH-nin arxivinə təhvil verilmişdir) həmin qərarın və onun verilməsinə səbəb olan sənədlərin təsdiqlənmiş surətinin verilməsi Ərazi İdarəsinin imkanları xaricindədir. Sorğunun icrası istiqamətində tərəfimizdən aparılan araşdırmanın nəticəsi olaraq məlum oldu ki, barəsində qeyd olunan JN-246F nömrəli “Şəhadətnamə” və JN-450 nömrəli “Dövlət Aktı” mövcud DBF (siyahı) məlumatlarında hazırki iş üzrə tərəflərdən sayılan X21 və onun ailə üzvlərinin adına tərtib olunmuşdur və həmin hüquqmüəyyənedici sənədlərlə ayrıayrılıqda (0.28 ha həyətyanı və 0.55 ha payıbəlli torpaq sahəsi) torpaq sahələri onların mülkiyyətinə verilmişdir. Həmçinin, bu barədə DWG (xəritə) baza məlumatlarında aidiyyəti hissədə qeydlər aparılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X45 məhkəməyə göndərdiyi xx xxxxx 2020-ci il tarixli, **********86 nömrəli arayışında qeyd olunmuşdur ki, sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X49 ünvanlanmış 2020-ci il 21 yanvar tarixli, 2-1(120)-499/2020 saylı inzibati iş üzrə iddiaçı X4 cavabdeh olaraq Ərazi İdarəsinə qarşı “Sənədlərin dublikatının verilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə, tərəfimizdən həmin əmlaka dair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə təkrarən araşdırma aparıldı. Xidmətin 10 saylı X45 elektron baza və arxiv məlumatlarına, Əmlak Məsələləri Dövlət Dövlət Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarının araşdırılması nəticəsində müəyyən oldu ki, hazırki iş üzrə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından reallıqda islahatın qərarı əsasında JN-246F nömrəli “Şəhadətnamə” ilə Lənkəran rayonu, Boladi kəndi ərazisində iş üzrə iddiaçı şəxsin Muxtarova (Qasımova) Mirbaci Yadulla qızının və onun ailə üzvlərinin mülkiyyətinə 0.28 ha həyətyanı və JN-450 nömrəli “Dövlət Aktı” üzrə isə 0.55 ha payıbəlli torpaq sahəsi ayrılmış və bu barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeyd aparılmışdır. Həmin hissədə digər sorğunuz tərəfimizdən cavablandırılmış, iddiaçı şəxsin ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı, habelə payıbəlli torpaq sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlərin təsdiqlənmiş surəti sizə təqdim olunmuşdur.Məlumat üçün bildiririk ki, hazırki iş üzrə iddiaçı şəxsin etibarlı nümayəndəsinin Ərazi İdarəsinə ünvanlanmış 2019-cu il 20 noyabr tarixli, ********** və ********** qeydiyyat nömrəli ərizələri (ayrı-ayrılıqda fərdi yaşayış evi və payıbəlli torpaq sahəsinə dair) tərəfimizdən icraata qəbul edilmişdir.Təqdim olunmuş sənədlər tərəfimizdən ekspertiza edilərkən məlum olmuşdur ki, həmin həyətyanı və payıbəlli torpaq sahələrinə dair tərtib olunmuş JN-246F nömrəli “Şəhadətnamə”nin və JN-450 nömrəli “Dövlət Aktı”nın əsli itirildiyi səbəbindən, sözü gedən hüquqmüəyyənedici sənədlərin dublikatının verilməsi tələb edilir. Belə ki, ərizə ilə yanaşı həmin sənədlərin itmiş elan edilməsi barədə aidiyyəti üzrə kütləvi informasiya agentliyinin (xx.xx.2019-cu il tarixli “Bakı Xəbər” qəzetinin) nüsxəsi və Lənkəran Şəhər-Rayon Polis şöbəsinin xx.xx.2019-cu il tarixli №154-25611 qeydiyyat nömrəli arayışı və hüquqmüəyyənedici sənədlərin (JN-246F və JN-450 nömrəli şəhadətnamə və dövlət aktı) surətinin təqdim olunmasına baxmayaraq, həmin hüquqmüəyyənedici sənədlər üzrə mülkiyyətçilərin şəxsiyyətini təsdiq edən sənədlər: ayrı-ayrılıqda mülkiyyətçilərin şəxsiyyət vəsiqələrinin, soyadların dəyişdirilməsinə münasibətdə isə “Nikah haqqında şəhadətnamələ”rin surətləri təqdim olunmamışdır. Həmçinin, hazırki iş üzrə iddia ərizəsində iddiaçının əsas tələbinin mərhum həyat yoldaşından miras qalmış paya dair müvafiq qeydiyyatın aparılmasına münasibətdə isə bildiririk ki, həmin dövrdə tərəfimizdən icraata qəbul edilmiş sənədlər arasında mərhumun ölüm kağızı, fərdi yaşayış evinin tikintisinə dair müvafiq qərar, habelə notarial təsdiqlənmiş “Vərəsəlik məktubu" təqdim olunmadığı səbəbindən həmin ərizənin icrasından qanunamüvafiq olaraq imtina edilmiş və iddiaçının etibarlı nümayəndəsinin (X39) ünvanına xx xxxxxx 2019-cu il tarixli, **********83 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir.Hazırki sərəncamın icrası olaraq bildiririk ki, hər iki halda (fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi, həmçinin payıbəlli torpaq sahəsinə münasibətdə) iş üzrə iddiaçının mərhum həyat yoldaşından miras qalmış hissəyə dair yaranmış hüquqlar müəyyən edildiyi (vərəsələr arasında mövcud olan mübahisənin onların iştirakı ilə araşdırmaq şərtilə) təqdirdə, habelə bütövlükdə həmin əmlaklara dair aidiyyəti dəqiqləşmələr aparılmasından ötrü faktiki yerində məhkəmə-tikinti və torpaqşünaslıq ekspertizası keçirilməklə iddiaya baxılmasını mümkün hesab edirik. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yədulla qızı xx xxxx 1947-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, hal-hazırda Lənkəran rayonu, Boladi kəndində qeydiyyatdadır. İşdə olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********83 saylı və xx xxxxxx 2019-cu il tarixli, **********82 saylı məktubundan görünür ki, İddiaçı Yədulla qızının müraciətinin təmin olumasından imtina edilmişdir. İşdə olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin xx xxxxx 2019-cu il tarixli, **********83 nömrəli məktubuna əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 dövlət aktından, plan və çizgidən, cədvəldən görünür ki, Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.55 ha torpaq sahəsi Lənkəran rayonu Boladi kənd sakini X21 və onun ailə üzvlərinin İddiaçı, X13, X5, X8, X9 və X15 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan və çizgisi tərtib, həmin şəxslərin adı cədvəldə də qeyd edilmişdir. İşdə olan və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2019-cu il tarixli, **********83 nömrəli məktubuna əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-246F, kod 80200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə 0.28 ha torpaq sahəsi Lənkəran rayonu Boladi kənd sakini X21 və onun ailə üzvlərinin X7, X24, X5, X16, X34, X15, X6 və X10 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan və çizgisi tərtib olunmuşdur. İşdə olan və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixli, **********32 nömrəli məktubuna əlavə olunmuş Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarından çıxarışdan, protokoldan və cədvəldən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən torpaq sahəsinin özəlləşdirilməsi qərara alınmış və cədvəldə X7 və digər ailə üzvlərinin adı qeyd olunmuşdur. İşdə olan AZ 279663 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X42 ilə X25 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuş və sonuncu “Muxtarova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 578652 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X42 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən X30 və onun ailə üzvləri Qasımova (Muxtarova) Mirbacı Yadulla qızına, X35, X11, X26, X40, X27, X12 və X1 0,28 ha olan həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində qeyd edilən şəxslərin adına “Torpağın mülkiyyətə verilməsinə dair JN-246F, kod 80200028 nömrəli şəhadətnamə” tərtib edilmişdir. Eyni zamanda müəyyən edildi ki, Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən X30 və onun ailə üzvləri İddiaçı, X28, X11, X18, X19 və X2 0,55 ha olan payıbəlli torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində qeyd edilən şəxslərin adına “Torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 dövlət aktı” tərtib edilmişdir. İddiaçı həmin şəhadətnamə və dövlət aktına uyğun torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edənaktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. İddiaçı şəhadətnamə və dövlət aktına uyğun yeni nümunəli çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə “Torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 dövlət aktı və “Torpağın mülkiyyətə verilməsinə dair JN-246F, kod 80200028 nömrəli şəhadətnamə” torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının ilkin müraciətindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. X60 Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X46 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. X60 Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli X60 Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. X60 Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və xx xxxxx 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə X60 üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Yədulla qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-246F, kod 80200028 saylı şəhadətnaməyə uyğun 0.28 hektar torpaq sahəsinin və Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 saylı dövlət aktına uyğun 0.55 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yədulla qızının iddia tələbi təmin edilsin. Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-246F, kod 80200028 saylı şəhadətnaməyə uyğun 0.28 hektar torpaq sahəsi və Lənkəran rayonu X29 xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarına əsasən verilmiş torpağa mülkiyyət hüququna dair JN-450, kod 80200028 saylı dövlət aktına uyğun 0.55 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar