Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-499/2025 29.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 iyul 2023-cü tarixli, 3-17-4/3-3-16471/2023 nömrəli qərarının ləğv edilməsini və ona müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4098/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 25 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16471/2023 nömrəli qərarın ləğv edilməsi və iddiaçıya müvafiq dərəcəli əlilliyin bərpa edilməsi” kimi baxılması və “Saatlı rayon Mərkəzi Xəstəxanası” X14 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-499/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-499/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 oktyabr 1971-ci ildə Saatlı şəhərində doğulmuşdur. Birinci Qarabağ müharubəsi iştirakçısıdır. Müharibə zamanı da minanın partlaması nəticəsində hər iki ayağından sınıq xəsarəti, damarların zədələnməsi xəsarəti almışdır. Hal-hazırda bir ayağında qəlpə vardır. Uzun müüddət bu xəsarətlərə görə ikinci dərəcəli əlilliyə görə pensiya almışdır. Sonuncu müayinənin nəticəsinə görə isə ona ömürlük ikinci dərəcəli əmək qabiliyyətli olmaqla əlillik təyin edilmişdir. 01 yanvar 2023-cü ildən ona təyin edilmiş əlillik ləğv edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olduğuna baxmayaraq sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmur. Bir neçə dəfə əlillik dərəcəsi təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də hər dəfə müxtəlif bəhanələrlə ona müvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu dəfə də cavabdeh təşkilat ona ünvanladığı məktubda qeyd etmişdir: “Diaqnoz əlillik əlaməti təyin etmir”. Bununla da ona müvafiq əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni. Sağ baldırın yuxarı 1/3-nin odlu silah qəlpə yarası, sol qamış sümüyü orta 1/3-nin və sağ incik sümüyü qəlpəli sınığından sonrakı vəziyyət Dərinin hipertrofik dəyişiklikləri, Sol baldırın orta 1/3 tiş ve ic, sol aşıq-baldır oynağı ətrafın aşağı 1/3-in arxa və dabanın arxa səthlərinin kobud çapıq toxumaları. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Varikoz xəstəlik. Hər iki aşağı ətrafda BDV və KDVtalda UDV va KDV-birincili varikozu.” Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Saatlı rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, R. Kərimova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sünüyünün və sağ incik sümüklərinin sınıqları ile (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü. Sağ incik sümüyünün toxumalarında yad cism (metal qəlpə) 0.5x0.5sm” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci tarixində DTSERA müayinədə olmuş. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki baldır yuxarı 1/3-da çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya izlənilmiş, Diz və Axil refleksi normal, əzələ tonusu və gücü normal, ətraflarda iflic, parez aşkar edilməmişdir. AR ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının dopplerografiya muayinəsi aparılmış, nəticə "Sağ anterior və postenor tibial arteriyalarda mənfəzi daraldan 70-75%-ə qədər damarlar izlənilir. (ateroskleroza bağlı grade 2 angiopatiya)" kimi müəyyən edilmişdir" kimi qeyd olunmuş. Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinın müayinəsi zamanı aşağı ətraflarda ağrı, keyimə hissi, qaşınmalardan şikayətlənmişdir. Müayinə zamanı hər iki baldırın iç səthinin yuxarı 1/3 hissəsində çapıq toxuma izlənmiş, topuq nahiyələrində zəif hiperpiqmentasiya müşahidə edilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrdə nəbz dolğun qeydə alınmış, nisbi qısalıq aşkarlanmamışdır, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus dəyişiksiz diz refleksi abs, axił refleksi zəif alınmış, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, aşağı ətraflarda yalnız kapilyar genişlənmələr və yüngül ödəm aşkarlanmışdır. Akademik M.A.Topçubaşov adına X7 xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz "Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda BDV VDV-in 1-li varikozu Aşağı ətrafların İİİ dərəcə xronik venoz çatışmazlığı (V-Vİ sinif XVX CEAP). Ödəmli indurativ hipermentasiya tez-tez təkrarlanan trofik xora. Har iki aşağı ətrafda odlu silah yaralanmasından sonrakı vəziyyət" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra sol baldırın orta 1/3-nin tış ve iç, sol açıq baldır oynağı ətrafı, sağ baldırın yuxarı tiş ve iç səthlərində, aşağı 1/3-nin arxa va dabanın arxa səthlərinin kobud dartıcı çapıq toxumaları, sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı, osteofitləri və yumşaq toxmalarda metal qəlpələri, sağ incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı, hər iki aşıg-baldır oynağının artrozu, açıcı kontrakturası (solda bükmə 100, sağda 105 bükmə) daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması" kim qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixi 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın ve 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza muayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əliliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq Əlilliyin müəyyən olunması meyarları"na əsasən hayata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları ve ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi- Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs “Saatlı rayon Mərkəzi Xəstəxanası” X14 (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbur etmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı iddiaçının sağlamlıq imkanları qiymətləndirilmiş, ona təyin edilmiş müddətsiz əlillik ləğv edilmişdir. Həmin qərarın iddiaçıya təqdim edilməsi iş materialları müəyyən edilməmiş, bundan sonra iddiaçı yeni göndəriş rəsmiləşdirmişdir. İddiaçının barəsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cu il tarixli göndərişi əsasında cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta təqdim etmiş, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və qeydə alınmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı qanunvericilikdə nəzərədə tutulmuş 30 (otuz) günlük müddəti ötürməmişdir. Bundan başqa cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar məhkəmə icraatına qədər iddiaçıya təqdim edilməmiş, məhkəmə icraatı zamanı iddiaçı həmin qərardan məlumatlı olmuş və bu səbəbdən tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 123 nömrəli arayışının surətindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ağdam və Füzuli istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 204 nömrəli arayışının surətindən görünür ki, Saatlı rayon sakini 1971-ci il təvəllüdlü İddiaçı 2.12.1989-cu il tarixdən 1991-ci ilin iyun ayına kimi keçmiş Sovet Ordusu sıralarında, 1991-ci ilin iyun ayından xx.xx.1991-ci il tarixədək Azərbaycan Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. “İ Qarabağ müharibəsi” iştirakçısıdır və “Müharibə veteran”dır. Azərbayvcan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər inzibati ərazi Dairəsi üzrə nümayəndəsinin 1587 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-49/2-331/2023 nömrəli məktubunun surətindən görünür ki, Saatlı rayon sakini 1971-ci il təvəllüdlü İddiaçı hərbi xidmətdən buraxılma anı üçün hərbi xidmətə yararlıq kateqoriyasının və hərbi xidmət dövründə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədi ilə sənədləri ünvana göndərilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 3-43- 49/2-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Göndərişin surətindən görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Saatlı rayon Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir, Tibbi şəhadətləndirilmənin məqsədi – Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi, Dəlib keçən qəlpə yarası diaqnozu qoyulmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Saatlı rayon Mərkəzi Xəstəxanasi” X14 15 yanvar 2024-cü il tarixli, 18-1-65/2-25/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Saatlı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək stasionar müalicə almışdır. Forma 88-in çıxarılması “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də əlilliklə bağlı sistem bağlandığı üçün mümkünsüzdür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 xx.xx.2024-cü il tarixli, 65 nömrəli məktubunun surətindən görünür ki, “AZ.ETTOİ” PHŞ-nin müdiriyəti Sizin xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildirilmişdir ki, vətəndaş 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində institutuna birbaşa müraciət etmişdir. Xəstə kliniki-rentgenoloji müayinə edilmiş həkim N.Hüseynov aşağıdakı diaqnozu təyin etmişdir. Diaqnoz: Qamış sümüyünün sınığı, oynaqların kontrakturası, osteofit, yumşaq toxumalarda qalmış yad cism. Hərəkətin və yerişin pozulmaları. Oynaqların postravmatik artrozu. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosila Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 14831/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sabirabad rayon Mərkəzi Xəstəxanasının A00096089SUN nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və hayata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-3545/2024 nömrəli, 13 may 2024-cü il tarixli Qərarının surətindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 18 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Saatlı rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) xx.xx.2006-cı il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 132619). Yenidən əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin A00096089SUN nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-18070/2023). Vətəndaş 3-17-4/1-11242/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(120)-1358/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən güllə yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sünüyünün və sağ incik sümüklərinin sınıqları ilə (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü. Sağ incik sümüyünün sümük toxumalarında yad cisim (metal qəlpə) 0,5x0,5 sm" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki baldır yuxarı 1/3-də çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya izlənilmiş, Diz və Axil refleksi normal, əzələ tonusu və gücü normal, ətraflarda iflic, parez aşkar edilməmişdir. AR ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının doppleroqrafiya müayinəsi aparılmış, nəticə "Sağ anterior və posterior tibial arteriyalarda mənfəzi daraldan 70-75%-ə qədər daralmalar izlənilir.(ateroskleroza bağlı grade 2 angiopatiya)" kimi müəyyən edilmişdir" kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ağrı, keyimə hissi, qaşınmalardan şikayətlənmişdir. Müayinə zamanı hər iki baldırın iç səthinin yuxarı 1/3 hissəsində çapıq toxuma izlənmiş, topuq nahiyələrində zəif hiperpigmentasiya müşahidə edilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrdə zəif hiperpiqmentasiya müşahidə edilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrdə nəbz dolğun qeydə alınmış, nisbi qısalıq aşkarlanmamışdır, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus dəyişiksiz diz refleksi abs, axił refleksi zəif alınmış, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, aşağı ətraflarda yalnız kapilyar genişlənmələr və yüngül ödəm aşkarlanmışdır” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarında olan ödem və hərəki məhdudluqdan şikayətlənmişdir. Müayinə zamanı hər iki baldırın yuxarı 1/3-de, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyası üzərində nəbz əllənmiş, nisbi qısalıq, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Akademik M.A. Topçubaşov adına X7 xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda BDV VDV-in 1-li varikozu. Aşağı ətrafların İİİ dərəcə xronik venoz çatışmazlığı (V-Vİ sinif XVX CEAP) Ödemli indurativ hipermentasiya, tez-tez təkrarlanan trofik xora. Hər iki aşağı ətrafda odlu silah yaralanmasından sonrakı vəziyyət" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol baldırın orta 1/3-nin tiş və iç, sol açıq baldır oynağı ətrafı, sag baldırın yuxarı tiş və iç səthlərində, aşağı 1/3-nin arxa və dabanın arxa səthlərinin kobud dartıcı çapıq toxumaları, sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınıqı, osteofitləri və yumşaq toxmalarda metal qəlpələri, sağ incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınığı, hər iki aşıq-baldır oynağının artrozu, açıcı kontrakturası (solda bükmə 100, sağda 105 bükmə) daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X11 X14 31 yanvar 2024-cü il tarixli, 19 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Akademik M.A.Topçubaşov adına X12” public hüquqi şəxsdə (ECM) damar cərrahının müayinəsində olmuşdur. Vətəndaşa aid tibbi sənədlərin (Ambulator kitabçadan çıxarış (№027), Periferik Doppler müayinəsi protokolu) surəti təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının **********6 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 24 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş ve aşağıdakıları müəyyən etmişdir. Saatlı rayonu sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cü il tarixli Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən təkrar müayinə olunmuş və ona "Keçirilmiş odlu silah yaralanmasından sonrakı sol qamış və sağ incik sinirinin tramatik nerviti, funksiyasının pozğunluğu ilə, əzələ atrofiyası, hər iki baldırın yad cismi" diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, (Məktub:**********9) İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən yaralanma nəticəsində hər iki baldırın yaralanması. Qamış sümüyünün zədələnməsi, sol qamış və incik sümüyünün sınması (xx.xx.1994), pəncənin funksiyasının mülayim pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, funksiyasının mülayim pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü, Sağ incik sümüyü nahiyəsində yad cisim (metal qəlpə) 0,5x0,5 sm" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki baldır yuxarı 1/3-də çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya izlənilmiş, Diz və Axil refleksi normal, əzələ tonusu və gücü normal, ətraflarda iflic, parez aşkar edilməmişdir. AR ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının doppleroqrafiya müayinəsi aparılmış, nəticə "Sağ anterior və posterior tibial arteriyalarda mənfəzi daraldan 70-75%-ə qədər daralmalar izlənilir. (ateroskleroza bağlı grade 2 angiopatiya)" kimi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 3-16471/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli Qərarının surətindən görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 30 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Saatlı rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixlı göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sünüyünün ve sağ incik sümüklərinin sınıqları ilə (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü, Sağ incik sümüyünün sümük toxumalarında yad cisim (metal qəlpə) 0,5x0,5 sm" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki baldır yuxarı 1/3-də çapıq izlənilmiş, hər iki ayaqarxasında pulsasiya izlənilmiş, Diz və Axil refleksi normal, əzələ tonusu və gücü normal, ətraflarda iflic, parez aşkar edilməmişdir. AR ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının dopplerografiya müayinəsi aparılmış, nəticə "Sağ anterior və posterior tibial arteriyalarda mənfəzi daraldan 70-75%-ə qədər daralmalar izlənilir. (ateroskleroza bağlı grade 2 angiopatiya)" kimi müəyyən edilmişdir" kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda ağrı, keyimə hissi, qaşınmalardan şikayətlənmişdir. Müayinə zamanı hər iki baldırın iç səthinin yuxarı 1/3 hissəsində çapıq toxuma izlənmiş, topuq nahiyələrində zəif hiperpiqmentasiya müşahidə edilmiş, hər iki topuq və sol ayaqarxası nahiyələrdə nəbz dolğun qeydə alınmış, nisbi qısalıq aşkarlanmamışdır, hərəkətlər sərbəst ve ağrısız olmuşdur. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus dəyişiksiz, diz refleksi abs, axil refleksi zəif alınmış, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, aşağı ətraflarda yalnız kapilyar genişlənmələr və yüngül ödem aşkarlanmışdır. Akademik M.A.Topçubaşov adına X7 xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz "Aşağı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda BDV VDV-in 1-li varikozu. Aşağı ətrafların İİİ dərəcə xronik venoz çatışmazlığı (V- Vİ sinif XVX CEAP) Ödemli indurativ hipermentasiya tez-tez təkrarlanan trofik xora. Hər iki aşağı ətrafda odlu silah yaralanmasından sonrakı vəziyyət" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silahla yaralanmadan sonra, sol baldırın orta 1/3-nin tiş ve iç, sol açıq baldır oynağı ətrafı, sag baldırın yuxarı tış və iç səthlərində, aşağı 1/3-nin arxa və dabanın arxa səthlərinin kobud dartıcı çapıq toxumaları, sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınıgı, osteofitləri və yumşaq toxrnalarda metal qəlpələri, sağ incik sümüyünün yuxarı 1/3-nin bitişmiş sınıgı, hər iki aşıq-baldır oynagının artrozu, açıcı kontrakturası (solda bükmə 100, sağda 105 bükmə) daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Qanun: 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X9 üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
1. Ümumi müddəalar 1.6.Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. Əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”
7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsi ilə bağlıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə müəyyən edir ki, Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli müayinə aktına əsasən ikinci dərəcəli əlillik qrupu təyin edilmiş, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd edilmişdir. Daha sonra əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin A00096089SUN nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir tərəfindən əlilliyi dayandırılaraq müayinəyə dəvət olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının məhz xx.xx.2006-cı il tarixli qərar əsasında əlilliyin bərpa edilməsində məqsədi odur ki, həmin inzibati aktla onun müddətsiz əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan sənədlərə əsasən inzibati orqanın xx.xx.2006-cı il tarixli qərarı əsasında müddətsiz ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 25 may 2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı, ona xx.xx.2006cı il tarixdən təyin edilmiş, 16 (on altı) il sonra xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, sonuncu dəfə iddiaçının sağlamlıq vəziyyəti cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmiş xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə bərpa edilməlidir. Bununla əlaqədar olaraq, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. Məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. 38. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanuni əlverişli inzibati aktın ləğvi Bu halda, inzibati orqan özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Məsələn, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Çünki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi əlillik təyininə dair əvvəlki qərarın qanunsuz olduğunun güman edildiyi halların nizamlanmasına yönəlib. Bu elə bir vəziyyətdir ki, inzibati orqan sonradan əldə edilmiş sübutlara istinadla özünün əvvəlki qərarının qanunsuz inzibati akt olduğu qənaətinə gəlir. Hazırkı halda isə inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlilliyin müəyyən edilməsinə dair əvvəlki qərarın qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxslə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. Hazırki iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, iddiaçı xx.xx.2006-cı ildə təyin edilmiş əlilliyin hər hansı əsas olmadan xx.xx.2022-ci ildə əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ləğv etmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması öz təsdiqini tapmır. Bunun əksi olaraq iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 405 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Odlu silahla dəlib keçən güllə yaralanması nəticəsində hər iki baldırın və hər iki qamış sinirlərinin zədələnməsi, sol qamış sünüyünün və sağ incik sümüklərinin sınıqları ilə (xx.xx.1994) və hər iki pəncə funksiyasının mülayim dərəcədə pozulması ilə. Qeyri-düzgün bitişmiş sol qamış sümüyü, aşağı ətraf funksiyasının mülayim dərəcə pozulması ilə. Düzgün bitişmiş sağ incik sümüyü. Sağ incik sümüyünün sümük toxumalarında yad cisim (metal qəlpə) 0,5x0,5 sm" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1685/2023 nömrəli və xx.xx.2025-ci il tarixli, 2-1(102)-1043/2025 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etmədiyindən iddia təmin edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilməli, iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlillik xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilməlidir. İş üzrə prosessual xərc yoxdur.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarları ləğv edilsin. İddiaçıya xx.xx.2006-cı il tarixdə təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci dərəcə əlillik xx.xx.2022-ci il tarixdən elektron altisemdə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahəli Musayev