Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4990/2025 10.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərara aldı: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində düzəliş edilərək mərhum atası X1 “Mustafazadə” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, məhrum atası X8 25 iyııl 1955-ci ildə anadan olmuş və soyadı qrafasında “Mustafazadə” kimi qeyd edilmişdir. Eyni zamanda həmin ərizəyə əlavə edilmiş İİİ JQ N 331335 nömrəli nikah haqqında şəhadətnamədən və AZ-İİ № 212666 nömrəli ölüm haqqında şəhadətnamədən və digər hüquq müəyyən edici sənədlərdən görünür ki, həmin sənədlərdə məhrum atası X2 “Mustafazadə” kimi qeyd edilmişdir. Bu günlərdə vərəsəlik haqqında şəhadətnamə almaq üçün ASAN Xidmətinə müraciət edərkən atasına məxsus doğum haqqında şəhadətnamədə atasının soyadında ziddiyət olduğu üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etməyi tövsiyə edilmişdir. Hazırda məhrum atası X11 barəsində xx.xx.1956-cı il tarixdə Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində soyadının qrafasında “Alıev”-dən “Mustafazadə”-yə dəyişilik edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan göstərilir ki, məhrum atası X11 barəsində xx.xx.1956-cı il tarixdə Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində soyadı qrafasında “Alıev”-dən “Mustafazadə”-yə dəyişilik edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehndə mümkün olmadığını və inzibati qaydada və (və ya) məhkəməyə müraciət etməli olduğunu tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda göstərdiyi bu imtinasını tamamilə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2021-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara” əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İşin hallarından da göründüyü kimi məhrum atasına məxsus doğum haqqında akt qeydindəki səhvin düzəldilməsi üçün kifayət qədər əsaslar var. Bundan başqa iş üzrə aidiyyəti şəxslər arasında heç bir mübahisə də yoxdur. Belə olan halda onun doğum haqqında akt qeydində soyadı qrafasında “Alıyev”-dən “Mustafazadə”-yə dəyişilik edilməsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh səlahiyyəti daxilində olmuşdur. Ona görə də hesab edir ki, Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində düzəliş edilərək məhrum atası X1 “Mustafazadə” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmçinin iddiaçının və cavabdeh inzibati orqanın ünvanı Ağcabədi rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası “apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 4 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, (Mustafazadə) X18 xx.xx.1955-ci il tarixdə doğulmuş, ata adı İddiaçı Yusif oğlu, anası X4 qeyd edilmişdir. xx.xx.1984-cü il tarixli, İİİ ЖГ 331335 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Mustafazadə (Aliyeva) Kifayət Sərkar qızı arasında xx.xx.1984-cü il tarixli nikah akt qeydi bağlanmışdır. İ AZ № 044218 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur, ata qrafasında X11, ana qrafasında X9 qeyd edilmişdir. A3 ******* nömrəli, xx.xx.1967-ci il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1955-ci il tarixdə doğulmuş, ata adı İddiaçı Yusif oğlu, anası X4 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, AZ-İİ№ 212666 nömrəli Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, atanız mərhum X11 barəsində xx.xx.1956-cı il tarixdə Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı “Alıev”, təqdim olunan sənədlərdə isə “Mustafazadə” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin 161.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Həmin Qanunun 161.2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün atanız mərhum X11 barəsində xx.xx.1956-cı il tarixdə Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadına “Alıev”dən “Mustafazadə”yə düzəliş edilməsi Cavabdehndə mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 19 noyabr 1984-cü il tarixli, 30 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X11 ilə X9 arasında nikah qeydə alınmışdır. AZ-İİ№ 212666 nömrəli, xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ürək dayanmasından vəfat etmişdir. Torpağa Mülkiyyət hüququna dair JN-330, KOD 60812018 nömrəli Dövlət aktından görünür ki, X7 X20 Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 0.77 ha torpaq sahəsi verilmişdir. Ağcabədi Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (X16) oğluna şəxsiyyət vəsiqəsi verilməsinə əsas olan sənədlər, arxiv sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının X21 Ərazi X12 xx.xx.2026-cı il tarixli arayışında qeyd edilmişdir ki, Ağcabədi rayon İHB-nin Sarıcalı kənd İƏD-üzrə nümayəndəliyi bildirir ki, mərhum X13 vəfat etdiyi günə qədər Ağcabədi rayonu Sarıcalı kəndində yaşamışdır. X3 ailə tərkibi aşağıdakı kimidir. İddiaçı. Sarıcalı kənd İƏD-si üzrə nümayəndəliyinə məxsus təsərüfatbaşına kitabda mərhum X11 217-ci təsərrüfatda, 3-cü kitabda 110-cu səhvədə qeydiyyata götürülmüşdür. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Ailə Məcəlləsi: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeydə alınır. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində düzəliş edilərək mərhum atası X1 “Mustafazadə” kimi qeyd ediməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən akt qeydinə düzəliş üçün kifayət qədər əsas olmadığı üçün tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi mərhum atasının doğum haqqında akt qeydində düzəlişin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni yuxarıda qeyd edilən qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Məhkəmə cavabdehin qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan 4 nömrəli Doğum akt qeydinin surətindən görünür ki, şəxsin soyadı Mustafazadə kimi qeyd edilsə də, sonradan soyadın üzərindən xətt çəkilərək X10 qeyd edilmiş və həmçinin həmin akt qeydində onun ata adı İddiaçı Yusif oğlu, anası X4 qeyd edilmişdir. Bundan əlavə xx.xx.1984-cü il tarixli, İİİ ЖГ 331335 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Mustafazadə (Aliyeva) Kifayət Sərkar qızı arasında xx.xx.1984-cü il tarixli nikah akt qeydi bağlanmışdır. İ AZ № 044218 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur, ata qrafasında X11, ana qrafasında X9 qeyd edilmişdir. A3 ******* nömrəli, xx.xx.1967-ci il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1955-ci il tarixdə doğulmuş, ata adı İddiaçı Yusif oğlu, anası X4 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, AZ-İİ№ 212666 nömrəli Ölüm haqqında akt qeydinin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 19 noyabr 1984-cü il tarixli, 30 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X11 ilə X9 arasında nikah qeydə alınmışdır. AZ-İİ№ 212666 nömrəli, xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ürək dayanmasından vəfat etmişdir. Torpağa Mülkiyyət hüququna dair JN-330, KOD 60812018 nömrəli Dövlət aktından görünür ki, X7 X20 Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 0.77 ha torpaq sahəsi verilmişdir. Həmçinin Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısının X21 Ərazi X12 xx.xx.2026-cı il tarixli arayışında qeyd edilmişdir ki, Ağcabədi rayon İHB-nin Sarıcalı kənd İƏD-üzrə nümayəndəliyi bildirir ki, mərhum X13 vəfat etdiyi günə qədər Ağcabədi rayonu Sarıcalı kəndində yaşamışdır. X3 ailə tərkibi aşağıdakı kimidir. İddiaçı. Sarıcalı kənd İƏDsi üzrə nümayəndəliyinə məxsus təsərüfatbaşına kitabda mərhum X11 217-ci təsərrüfatda, 3-cü kitabda 110-cu səhvədə qeydiyyata götürülmüşdür. İşin həlli üçün mötəbər sübut əhəmiyyəti daşıyan qeyd olunan bütün sənədlərə istinadən məhkəmə hesab edir ki, doğum haqqında müvafiq akt qeydi tərtib edilərkən şəxsin soyadı onun ana və atasının soyadına uyğun olaraq düzgün şəkildə Mustafazadə kimi qeyd olunmuş, lakin sonradan hansı əsasla Alıyev kimi qeyd olunması məlum deyildir. Belə olan halda, məhkəmə işin faktiki və hüquqi əsaslarına məcmu halında qiymət verərək hesab edir ki, hazırkı halda iddiaçı mərhum atasının doğum akt qeydində soyadının “Alıyev”dən “Mustafazadə”yə dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində düzəliş edilərək mərhum atası X1 “Mustafazadə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ağcabədi rayon X21 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 04 saylı doğum haqqında akt qeydində düzəliş edilərək iddiaçının mərhum atası X1 “Mustafazadə” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-4990/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4990/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver