Məhkəmə qərarları › İş №2-1(120)-4993/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4993/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4993/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Dövlət Su X20 Su Meliorasiya Xidməti X39 Kürdəmir Su X6 İdarəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39i 16 saylı Ucar Ərazi İdarəsinə qarşı X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, iddiaçının nümayəndəsi X22, üçüncü şəxsin nümayəndəsi X13 iştirakları ilə, iddiaçı Azərbaycan Dövlət Su X20 Su Meliorasiya Xidməti X39 X35 Sistemləri İstismar İdarəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39i 16 saylı Ucar Ərazi İdarəsinə qarşı X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Dövlət Su X20 Su Meliorasiya Xidməti X39 Kürdəmir Su X5 İdarəsi ( bundan sonra mətndə Kürdəmir Su X5 İdarəsi) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39i 16 saylı Ucar Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi) qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********03, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Xırdapay kəndi ərazisindən keçən idarənin balansındakı 6,8 km., uzunluqlu, suburaxma qabiliyyəti 1,0 kub.m/san, xidmət etdiyi suvarılan sahə 1829 ha olan Xırdapay beton kanalının mühafizə zolağında X14 tərəfindən qeyri-yaşayış obyekti inşa edilir. Həmin qeyri-yaşayış obyekti kanalın istismarında ciddi maneələr yaratdığına görə yəni beton kanalında dəfələrlə boru və keçidlər tez-tez tutulduğundan su basma hadisələri baş verdiyinə görə obyektin tikintisinin dayandırılması və kanalın mühafizə zolağından kənarlaşdırılması zərurəti yaranmışdır. Aparılan söhbətlər zamanı obyekt tikilərsə rayonun mərkəzindən keçən asfalt örtüklü yolun altında diametri 1000 mm olan borunun təmizlənməsinin mümkün olmayacağı və gələcəkdə borunun tutulacağı T.Səmədova izah edilmiş, lakin T.Səmədov torpaq sahəsinin özünə məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********03 reyestr nömrəsi, qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı, həmçinin həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Kürdəmir Rayon icra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış 5 nömrəli sənədi təqdim edərək öz torpaq sahəsində istədiyi kimi tikinti işləri apara biləcəyini bildirmişdir. Həmin şəxslə dəfələrlə fərdi qaydada söhbətlər edilərək tikintinin kanalın mühafizə zolağında inşa edildiyini bildirmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tikilini bir qədər, yəni kanaldan 5-6 metr kənarda tikməsi məsləhət görülmüş, lakin aparılmış söhbətlər heç bir nəticə verməmişdir. T.A.Səmədov tərəfindən sözügedən kanalın mühafizə zolağında qeyri yaşayış obyektinin inşa edilməsi kanalın istismarında ciddi maneələr yaradır.T.A.Səmədova məxsus qeyri-yaşayış obyekti su kanalının mühafizə zonasına düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-4993/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdeh inzibati orqandan və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək onların hüquqi maraqlarının reyestrdən çıxarışın ləğv olunması deyil, tikintiyə icazə verilməsi barədə sənədin ləğv olunmasıdır.Məhkəmədən iddianın mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı tikintisinə icazəsi Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Kürdəmir rayonu, Karrar qəsəbəsi ərazisində yerləşən qeyri-yaşayış sahəsinin sökülməsinə və tikintinin başa çatdırılmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. İşin müəyyən olunan hallarından, məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X39i 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3- 36/2-3589/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş, “Kürdəmir rayonu Karrar qəsəbə sakini X3 fəaliyyəti ilə məşğul olmaq üçün 9x11=99 kv.m ölçüdə torpaq sahəsinin satılması barədə təqdim edilmiş sənədlərə” dair xx.xx.2007-ci il tarixli 68 №-li rəydə Kürdəmir rayon Karrar qəsəbə sakini X3 fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş torpaq sahəsi 9 x 11=99 kv.m ölçüdə olmaqla XırdapayBələdiyyəsinin mülkiyyətinə aiddir və satılması nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd olunmuşdur. Xırdapay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı sura iclasının protokolunun surətindən müəyyən olunur ki, Kürdəmir rayon Karrar qəsəbə sakini X1 fəaliyyətini həyata keçirmək üçün 15 iyun 2007-ci il tarixli mütəxəssis komissiyasının aktı və eskizi nəzərə alınaraq Kürdəmir rayon Xırdapay kəndinin Bakı-Gəncə yolunun sol tərəfində Bələdiyyənin ehtiyat torpaq fondundan 9x11= 99 kv.m ölçüdə torpaq sahəsinin onun xüsusi mülkiyyətinə satılması qərara alınmışdır. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçsının Aparatı tərəfindən Xərdapay Bələdiyyəsinin sədrinə ünvanlanmış 125 №-li, xx.xx.2007-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq Kürdəmir rayon Karrar qəsəbə sakini X2 fəaliyyəti ilə məşğul olmaq üçün Xırdapay Bələdiyyəsinin ərazisindən 9 m x11m=99 kv.m ölçüdə torpaq sahəsi ayrılması məqsədəmüvafiq hesab edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən olunur ki, Kürdəmir rayonu Xırdapay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə 99 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə X7 mülkiyyətinə verilmişdir və bu barədə X37 kitabında xx.xx.2013-cü il tarixdə 802 № ilə uçota alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* №-li, RX seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən ümumi sahəsi 0,0099 ha olan torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində X7 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X4 rayonu, Karrar qəsəbəsində yerləşən ümumi sahəsi 0,0099 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini X12 bağşlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən ümumi sahəsi 0,0099 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində X8 adına qeydiyyata alınmışdır. Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən X15 məxsus torpaq sahəsində tikintisi nəzərdə tutulan 1 mərtəbəli Kafel metlax satış obyektinin “Memarlıq planlaşdırma bölməsi” xx.xx.2024-cü il tarixdə memar X36 tərəfindən təsdiq olunmuşdur.( Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin” həyata keçirilməsinə X30 lisenziya verilmişdir). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən X12 Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış ( kafel-metlax) binasına dair şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tariixli 5 №-li Obyektin Tikintisinə İcazə sənədinin surətindən müəyyən olunur ki, Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış (kafel-metlaq satışı) obyektinin tikintisinə icazə verilmişdir.İcazənin verilməsinə əsas: Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə xx.xx.2024-cü il tarixli EXO-3317/2024 nömrəli rəyi, Tikinti obyektinə dair alınmış xx.xx.2024-cü il tarixli AXO-187/2024 nömrəli; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X29 Agentliyinin xx.xx.2024-cü il tarixli EXO- 2076/2024 nömrəli rəylər olmuşdur. Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir Su X5 İdarəsinə ünvanladığı 5-56/2- 607/2025 saylı,xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətlərinə baxılmışdır.Sözügedən tikilinin vətəndaş X8 mülkiyyətində olan 0,0099 ha torpaq sahəsində (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) aparılan 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisidir.Vətəndaş Şəhərsalma və Tikinti Məcəlləsinin 75- ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və inşa etmək istədiyi qeyriyaşayış obyektinin tikinti layihəsi ilə birlikdə Elektron Tikinti Portalı vasitəsi ilə (etikinti.gov.az) müraciət etmiş, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydaları”nda qeyd olunan aidiyyəti qurumlar tikintiyə icazəyə dair müsbət rəy vermişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən 5 nömrəli, xx.xx.2024-cü il tarixli tikintiyə icazə sənədi verilmişdir. Bu barədə məlumatlar Tikintilərin dövlət reyestrinə yerləşdirilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 90616018-3-2505-007629/1024 nömrəli kod verilməşdir. Vətəndaş qanunamüvafiq qaydada Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5 nömrəli, xx.xx.2024-cü il tarixli tikintiyə icazə sənədi ilə qeyri-yaşayış obyektini inşa etdiyi üçün sözügedən sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-21-3-36/2- 2720/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, çıxarışın ləğv olunması ilə bağlı müraciətə baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan (hakim P.Qurbanova, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə daxil olmuşdur) 2-1(120)4992/2025 saylı inzibati iş üzrə iddia ərizəsinin surətindən müəyyən olunur ki, iddiaçı X33 Sistemlərinin İstismarı İdarəsi cavabdeh Kürdəmir Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 məxsus Kürdəmir rayyon Xırdapay kəndi ərazisindən yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Kürdəmir Rayon icra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış 5 nömrəli sənədin etibarsız hesab edilməsi öhdəliyinin Kürdəmir Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. 2-1(120)-4992/2025 saylı, xx.xx.2025-ci il tarixli sərəncamla iş üzrə məhkəmə hazırlıq icraatı iclası xx.xx.2025-ci il tarixə saat 11:15-ə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası; Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, cavabdeh məhz etibarlı və hüquqi qüvvəyə malik hüquqmüəyyənedici sənəd, Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclas protokolunun qərarı ilə X10 99 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almışdır və bu zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbinə uyğun davranmışdır. Bundan sonra sonuncu torpaq sahəsini X12 bağışlamışdır və bunun əsasında X8 hüquqları qeydə alınmışdır. Məhkmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, X37, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının hüquqi marağı daşınmaz əmlakın qeydə alınmasına əsas olmuş reyestrdən çıxarışın ləğv olunmasına deyil su kanalının mühafizə zolağında tikilmiş (tikilməkdə olan) qeyri-yaşayış sahəsinin tikintisinə icazənin ləğv olunmasına nail olmaqdan ibarət olduğu və həmin tələblə bağlı iddiası artıq məhkəmənin icraatında (hakim P.Qurbanovanın icraatında) olduğu üçün hazırkı iddiasına cavab verməli inzibati orqan DƏDKR X39i 16 saylı Ucar Ərazi İdarəsi olmadığı üçün iddiaçının tələbinə baxıla bilməz. Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmağı zəruri hesab etməmişdir, çünki iddiaçı nail olmaq istədiyi nəticə ilə bağlı artıq xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (2-1(120)-4992/2025 saylı inzibati iş). İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar