Məhkəmə qərarları › İş №2-1(120)-4996/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4996/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4996/2025 23.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı oğlunun cavabdeh Ağcabədi regional “Asan Ximdət” mərkəzində rayon Qeydiyyat şöbəsinə qarşı “Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş 13 mart 1968-ci il tarixli 173 nömrəli Doğum haqqında akt qeydində göstərilən ad qrafasında olan yalnışlığın aradan qaldırılması ad qrafasında adının “Bikəxanım” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Ağcabədi rayon Qeydiyyat şöbəsinə qarşı “Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən ona verilmiş 13 mart 1968-ci il tarixli 173 nömrəli Doğum haqqında akt qeydində göstərilən ad qrafasında olan yalnışlığın aradan qaldırılması ad qrafasında adının “Bikəxanım” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh Ağcabədi rayon Qeydiyyat şöbəsinin əsl cavabdeh Ağcabədi regional Cavabdehndə Qeydiyyat şöbəsi ilə əvəz edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Ağcabədi rayon Qeydiyyat şöbəsinin əsl cavabdeh Ağcabədi regional Cavabdehndə Qeydiyyat şöbəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. X2, anası X7 olduğunu və 13 yanvar 1987-ci il tarixdə X5 ilə rəsmi nikaha dail olduğunu və nikahlarından 2 övladları doğulmuşdur.İddiaçı ona məxsus doğum haqqında şəhadətnamədə adı “Bikəxanım” kimi göstərildiyini həmin doğum haqqında olan şəhadətnamə itdiyindən yenidən əldə etdiyi zaman adının səhvən Bikə kimi göstərildiyini adına düzəliş edilməsi ilə bağlı doğulduğu rayon üzrə Ağcabədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli müraciətindən imtina edilmiş və kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində 173 saylı doğum haqqında akt qeydində adını “Bikə”dən Bikəxanıma düzəliş edilməsi rayon qeydiyyatında mümkün olmadığı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq doğum akt qeydində ad qrafasında adın “Bikəxanım” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə İddiaçın və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-15-İ-317/2024 nömrəli arayışında qeyd edilmişdir ki, X11 xx xxxxxx 1967-c ildə Ağcabədi şəhərində anadan olmuş və bu barədə xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində 173 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan İV-ЖГ № 345838 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 xx.xx.1987-ci il tarixdə nikahları bağlamışdır. İş materiallarında olan Xİİİ-ЖГ 336491 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1967-ci il ildə Ağcabədi rayonunda anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında X2, anası X8 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-İ-317/2024 nömrəli imtina məktubundan görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində 173 saylı doğum haqqında akt qeydində uşağın adı “Bikə” təqdim edilən sənədlərdə isə “Bikəxanım” yazıldığını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ıəğv qaydalarının 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həryata keçirlidyi və X6 barədə kifayət qədər əsaslar olamdığ üçün xx.xx.1968-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində 173 saylı doğum haqqında akt qeydində adını “Bikə”dən “Bikəxanıma”a düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Binəqədi rayon Vətəndaşlıq Vəziyyəti aktlarının X14 AZ-İ-№ 280745 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X7 23 noyabr 2007-ci il tarixdə Ürəyin dayanması xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional Cavabdehndə rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-983/2025 nömrəli məktubuna xx.xx.1968-ci ildə tərtib edilmiş 173 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında X3 qeyd edilmiş, xx.xx.1967-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, X2, anası X1 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.1968-ci il tarixli, 173 saylı doğum akt qeydində ad qrafasında adın “Bikəxanım” kimi düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin dəyişdirilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, və doğum haqqında şəhadətnamənin surətlərindən və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının adı “Bikəxanım” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçının xx.xx.1968-cu il tarixli, 173 saylı doğum akt qeydində ad qrafasında adının “Bikəxanıma” düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Ağcabədi rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1968-cu il tarixli, 173 nömrəli Doğum haqqında akt qeydində göstərilən ad qrafasında olan yalnışlığın aradan qaldırılması ad qrafasında adının “Bikəxanım” kimi yazılması öhdəliyi cavabdeh Ağcabədi Regional Cavabdehndə Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilən Ağcabədi rayon Qeydiyyat şöbəsinin 13 mart 1968-ci il tarixli 173 nömrəli Doğum haqqında akt qeydində ad qrafasında adının “Bikə”dən “Bikəxanım”a dəyişdirilməsi öhdəliyi cavabdeh Ağcabədi Regional Cavabdehndə Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar