Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-5/2021 10.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X23 (Masallı rayonu, Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X5 (Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarış” və xx.xx.2014-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98- 10301 olan texniki pasportla İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxeminin JN-238A kod 80514018 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Masallı rayonu, Qızılavar kəndində mülkiyyətində olan cavabdeh tərəfindən verilmiş texniki pasportda çəkilmiş torpaq sahəsinin sxeminin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədə çəkilmiş torpaq sahəsinin sxeminə uyğun tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-1905/2018 nömrəli qərardadı ilə X16, X33 və X24 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(120)-08/2020 nömrəli qərardadı ilə X39, X40, X31, X20 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər X33, X24, X39, X31, X20 və X8 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər X21, X13, X25, X17, X9 və X2 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X40 şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu, Qızılavar kəndində İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən şəhadətnamə verilmiş və torpaq sahəsinin sxemi çəkilmişdir. xx xxxx 2014-cü il tarixdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sxemi şəhadətnaməyə uyğun çəkilməmiş, qeyri-dəqiqlik olmuş, torpaq sahəsi az göstərilmişdir. Ona görə də İddiaçı xx.xx.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, İdarə tərəfindən verilmiş texniki pasportda çəkilmiş torpaq sahəsinin sxeminin Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədə çəkilmiş torpaq sahəsinin sxeminə uyğunlaşdırılmasının təmin olunmasını, X16 üçün nəzərdə tutulmuş yolun ləğv edilməsini, onun çıxarışını İddiaçı mülkiyyətinə daxil olduğu hissədə ləğv edilməsini, İddiaçı istifadə hüququ ilə məxsus olmuş 22 sota yaxın torpaq sahəsinin 13 sot hissəsinə X21, 8,8 sot hissəsinə isə onun həyat yoldaşı X13 adına verilmiş sənədlərin, o cümlədən çıxarışların, əgər sonradan həmin 22 sota yaxın torpaq sahəsi üçün verilmiş çıxarışlar onlardan birinin və ya hər hansı bir 3-cü şəxsin adına keçirilibsə həmin çıxarışın və bununla bağlı İdarə tərəfindən verilmiş digər hüquqi sənədlərin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi xx.xx.2017-ci il tarixli **********14 saylı məktubu ilə ərizənin təmin olunmasından imtina etmiş, bildirmişdir ki, çıxarış və texniki pasport verilərkən yerində mübahisəyə rast gəlinməmiş, gediş gəliş yolunun zəbt edilməsi mövcud olmamışdır. Qeyd edir ki, cavabdeh İddiaçı ərizəsinin təmin olunmasından əsassız imtina etmiş, mövqeyini əslində onun irəli sürdüyü dəlillərə münasibət bildirərək əsaslandırmamışdır. Həmin mübahisəli ərazidə İddiaçı, İddiaçı, X5, X21 və onun həyat yoldaşı X13 torpaq sahələri var. İddiaçı ilə Vasif və Zəminə Xəlilovanın torpaq sahələrini bir birindən ayıran və Sədrəddin Xəlilovun torpaq sahəsinə qədər olan yol da mövcuddur, həmin yol sənədlərdə 9 metr nəzərdə tutulub. 8 saylı ərazi idarəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsini Sədrəddin Xəlilovun yolunun bağlanması səbəbinə görə azaldıb, onun torpaq üzərində mülkiyyət hüququnu 8 saylı ərazi idarəsi bu cür özbaşına azalda bilməz. Eyni zamanda, qeyd edir ki, Vİddiaçı torpaq sahəsi 7 sot olub, İddiaçı ilə onun torpaq sahəsi arasında İddiaçı istifadəsində olan 22 sota yaxın torpaq sahəsi olub, 2015-ci ilin fevral ayında Dövlət Başçısı tərəfindən Azərbayan Respublikası Torpaq Komitəsi ləğv edildiyi zaman xx xxxxxx 2015-ci il tarixdə həmin 22 sota yaxın torpaq sahəsinin 13 sot hissəsinə Vİddiaçı, 8,8 sot hissəsinə isə onun həyat yoldaşı Zəminə Xəlilovanın adına qanunsuz olaraq kadastr vurulmuşdur. Bununla da İddiaçı istifadə hüququ ilə məxsus olan həmin boş sahə Kadastr idarəsinin köməyi ilə onlar tərəfindən zəbt olunmuşdur. Sonraddan ər-arvadın adına ayrı-ayrılıqda çıxarış alınmışdır. Vİddiaçı və Zəminə Xəlilova bununla da 9 metr enində olan yolu tamamilə daraltmışlar. Beləliklə, cavabdehlər yolu daraldaraq İddiaçı mülkiyyətinə qəsd edərək torpaq sahəsini özbaşına azaltmışlar. Sədrəddin Xəliovla bağlı qeyd edir ki, S.Xəlilovun şəhadətnaməsinə görə onun yolu həmin 9 metr enində olmuş yoldan deyil, onun üçün yol başqa ərazidən - X14 torpaq sahəsinin yanından nəzərdə tutulub. Ona görə də S.Xəlilov üçün həmin yol ümumiyyətlə bağlanmalıdır. Eyni zamanda qeyd edir ki, S.Xəlilova verilmiş çıxarışda İddiaçı torpaq sahəsinə daxil olmalar var. Beləliklə, 8 saylı ərazi idarəsi qanunsuzluq edib. Ona görə də məhkəmə müdafiəsindən istifadə edir, cavabdeh üçüncü şəxslərin xeyrinə İddiaçı mülkiyyətinə qəsd edib. Cavabdeh onun səlahiyyət dairəsinə aid olmayan məhkəmə orqanlarının səlahiyyətlərini öz üzərinə götürərək, İddiaçı mülkiyyətindən məhrum etmişdir. Hesab edir ki, 8 saylı ərazi idarəsi tərəfindən İddiaçı verilmiş texniki pasportda çəkilmiş torpaq sahəsinin sxeminin Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədə çəkilmiş torpaq sahəsinin sxeminə uyğunlaşdırılınası təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı və onun ailə üzvilərinin adına asallı rayonu, Qızılavar kəndində 0.1093 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Masallı rayon icra Hakmiyyəti başçısının Qızılavar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2014-ci il tarixli, 443 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışa və torpağın mülkiyyətə verilməsinə dair JN-238A saylı şəhadətnaməyə əsasən Ərazi İdarəsi tərəfindən xx xxxx 2014-ci il tarixli, **********98-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sonra müraciətçinin qonşusu (qardaşı) X5 və onun üzvlərinin adına Masallı rayonu, Qızılavar kəndində 0,12 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Masallı rayon İcra Hakmiyyəti başçısının Qızılavar kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2015-ci il tarixli, 2015-ci il tarixli, 99 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışa və torpağın mülkiyyətə verilməsinə dair JN- 236A saylı şəhadətnaməyə əsasən Ərazi İdarəsi tərəfindən xx xxxx 2015-ci il tarixli, **********36-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Hər iki tərəfə idarə tərəfindən çıxarış və texniki pasport verilən zaman daşınmaz əmlakın yerində mübahisəyə rast gəlinməmiş və gediş-gəliş yolunun zəbt edilməsi mövcud olmamışdır. İddiaçı texniki pasportda carı dəyişiliklə bağlı müraciətinə idarə tərəfindən xx xxxxxx 2016-cı il tarixli, **********55 nömrəli məktubla sənədlərin əsli ilə birlikdə Xidmətin 8 saylı X32 rayon şöbəsinə müraciət etməsi bildirilmişdir. Bundan sonra müraciətlə əlaqədar mütəxəssislər tərəfindən daşınmaz əmlakın yerində olan zaman müəyyən edilmişdir ki, torpaq sahəsinə gediş-gəliş yolu üzərində və metal çəpərin sökülməsi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. İki qonşu arasında mübahisə ilə əlaqədar iş üzrə çıxarılmış Masallı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(050)-190/2015 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı və X26 qarşı gediş-gəliş yolunun açılması və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Masallı rayon X11 xx xxxxxxxx 1998-ci il tarixli, 46 saylı qərarı ilə X5 mülkiyyətində olan Masallı rayonu, Qızılavar kəndində yerləşən 0,12 ha torpaq sahəsinə gediş-gəliş yolu zərində İddiaçı və X34 tərəfindən qanunsuz çəkilmiş metal tor çəpərin onların hesabına sökülməsi və gedişgəliş yolunun açılması qət edilmişdir. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(106)-1035/2016 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X23 apellyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(050)-190/2015 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır. Yenidən cavabdehlər İddiaçı və X40 tərəfindən həmin məhkəmənin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmə xx xxxxxx 2016-cı il tarixli, 2(102)-5833/2016 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(106)-1035/2016 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Masallı rayon İcra şöbəsinin icraçılarının xx xxxxxxxx 2017-ci il tarixli aktından görünür ki, Masallı rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(050)-190/2015 saylı qətnaməsi yerində icra olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X16 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Masallı rayonu, Qızılavar kəndində atasının mülkiyyətində 20 sota yaxın torpaq sahəsi olmuşdur. O, işləmək üçün Beyləqan rayonuna köçmüşdür, lakin hazırda Masallı rayonu, Qızılavar kəndində yaşayır. Atasının digər övladları kimi o, da atasının vərəsələrindən sayılır. Həmin kənddə özünə və ailə üzvlərinə məxsus torpaq sahəsi vardır və həmin torpaq sahəsində yerləşən atasının evini sökərək yerində yeni ev inşa etdirmişdir. Bu torpaq sahəsinə bitişik ümumi istifadədə olan gediş-gəliş yolu mövcud olmuşdur. Həmin gediş-gəliş yolu iddiaçı tərəfindən zəbt olunmuşdur. Halbuki İddiaçı adına bu kənddə heç bir torpaq sahəsi yoxdur. Hətta aqrar islahat keçirilən zamanda İddiaçı Masallı rayonu, Qızılavar kəndində yox, Bakı şəhərində yaşamışdır. Buna görə də ona X36 tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilə bilməzdi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Masallı rayonu ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarış” və xx.xx.2014-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98-10301 olan texniki pasportla İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxeminin JN-238A kod 80514018 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan AZE 05990090 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1944-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş və Masallı rayonu, Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-238A (kod 80514018) nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Masallı rayon X15 xx xxxxxxxx 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə İddiaçı, X3, X27, X23, X18 və X9 mülkiyyətinə 0,11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qızılavar kəndində 0,1093 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 323,4 kv.m və yaşayış sahəsi 78,4 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 361 inventar nömrəli, **********98- 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Masallı rayonu, Qızılavar kəndində 0,1093 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 323,4 kv.m və yaşayış sahəsi 78,4 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmiş və həmin pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi haqqında məlumat qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, **********14 nömrəli məktubundan görünür ki, Masallı rayonu, Qızılavar kəndində mülkiyyətində olan cavabdeh tərəfindən verilmiş texniki pasportda çəkilmiş torpaq sahəsinin sxeminin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən verilmiş şəhadətnamədə çəkilmiş torpaq sahəsinin sxeminə uyğun tərtib edilməsindən imtina edilmişdir. İş materiallarında olan Masallı rayon X15 sədri tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş Masallı rayonu, Qızılavar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 238-ci sırasında 6 nəfərdən ibarət ailə tərkibində İddiaçı, X3, X27, X23, X18 və X9 adları və onların qanuni istifadəsində 0,07 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. Həmin cədvəlin 236-cı sırasında 6 nəfərdən ibarət ailə tərkibində X5 və onun ailə üzvlərinin adları və onların qanuni istifadəsində 0,07 ha həyətyanı sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-236A (kod 80514018) nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Masallı rayon X15 xx xxxxxxxx 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X5, X1, X10, X6, X7 və X4 mülkiyyətinə 0,11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qızılavar kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 398,0 kv.m və yaşayış sahəsi 146,8 kv.m olan fərdi yaşayış evinə dair X5 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 14504 nömrəli ekspert rəyinin surətində qeyd olunmuşdur ki, Masallı rayon Qızılavar kəndində yerləşən Masallı rayon X15 xx xxxxxxxx 1998-ci il tarixli, 46 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinə dair Dövlət Torpaq Kadastrı kitabında 150 nömrə ilə qeydə alınmış JN-238A (kod 80514018) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxemi həmin şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarış və xx xxxx 2014cü il tarixdə tərtib edilmiş inventar nömrəsi 361, reyestr nömrəsi **********98-10301 olan torpaq sahəsinin planına, texniki pasportuna uyğun tərtib olunmadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyası müddəalarının və X48 Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X19 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X48 Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X41rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılması qaydaları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz Əmlakın Dövlət Reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. İddiaçı qeyd edir ki, Masallı rayonu, Qızılavar kəndində mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Torpaq Komitəsi tərəfindən şəhadətnamə verilmiş və torpaq sahəsinin sxemi çəkilmişdir. xx xxxx 2014-cü il tarixdə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sxemi şəhadətnaməyə uyğun çəkilməmiş, qeyridəqiqlik olmuş, torpaq sahəsi az göstərilmişdir. Ona görə də xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarış” və 28.06.204-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98-10301 olan texniki pasportla İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxeminin JN-238A kod 80514018 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. İşdə olan xxxxnın xx.xx.2020-ci il tarixli, 381 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Masallı rayon X15 xx xxxxxxxx 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə Masallı rayonu, Qızılavar kənd sakini İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsinə dair Dövlət Torpaq Kadastrı kitabında 150 nömrə ilə qeydə alınmış JN-238A saylı şəhadətnamə üzrə 0,11 ha torpaq sahəsinin koordinatları, faktiki istifadə olunan torpaq sahəsinin və orada olan tikililərin coğrafi yerləşməsinə uyğun olaraq kartoqrafik iş təcrübəsi əsasında müəyyən edilmişdir. Müəyyən edilmiş koordinatlar Autocad proqramı vasitəsilə tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. İddiaçı və ailə üzvlərinin JN-238A saylı şəhadətnamə üzrə mülkiyyətlərində olan torpaq sahəsinin naturadakı faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Mübahisəli hal, ArcMap proqramı vasitəsilə hazırlanan ortofotoplanda yazılı şəkildə göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarış və xx xxxx 2014-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98-10301 olan texniki pasportunda İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxemi Dövlət Torpaq Kadastrı kitabında 150 nömrə ilə qeydə alınmış JN-238A (kod 80514018) saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib olunmamışdır. 361 nömrəli texniki pasportda torpaq sahəsinin şimal hissəsində eni 40 metr göstərilmişdir. JN-238A saylı şəhadətnamənin planında bu ölçü 38 metrdir. JN-238A saylı şəhadətnamənin planında göstərilən torpaq sahəsinin qərb tərəfdən ümumi eni 29,75 metr göstərildiyi halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən tərtib edilən texniki pasportda bu ölçü 25,5 metr qeyd edilib. Mübahisəli torpaq sahəsinin coğrafi yerləşmə görüntüsü ArcMap proqramı vasitəsilə tərtib edilmiş ortofotoplanda aydın şəkildə göstərilmişdir. Koordinatları müəyyən edilmiş Masallı rayon X15 xx xxxxxxxx 1998-ci il tarixli, 46 nömrəli qərarı əsasında Masallı rayon Qızılavar kənd sakini İddiaçı və ailə üzvlərinə ayrılmış 0.11 hektar torpaq sahəsinə dair Dövlət Torpaq Kadastrı kitabında 150 nömrə ilə qeydə alınmış JN-238A kod-80514018 saylı şəhadətnamə üzrə 0.11 hektar torpaq sahəsinin sənəd üzrə ölçüləri üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Lakin JN-238A şəhadətnaməli torpaq sahəsinin naturada təyin olunan konturu JN-236A nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilən 0.11 ha torpaq sahəsinə gedən faktiki gediş-gəliş yolunu kəsir. Məhkəmə iş materiallarında olan xxxxnın xx.xx.2020-ci il tarixli, 381 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd olunanları, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarış” və 28.06.204-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98-10301 olan texniki pasportla İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxeminin JN-238A kod 80514018 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsindən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestrindən “Çıxarış” və 28.06.204-cü il tarixdə tərtib olunmuş inventar nömrəsi 361, reyestr nömrəsi **********98- 10301 olan texniki pasportla İddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 hektar torpaq sahəsinin sxeminin JN-238A kod 80514018 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsinin sxeminə (koordinatlarına) uyğun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 300 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsindən tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı, kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Benefisiarın hesabı: AZ64AİİB400900C**********208, Müxbir hesab: AZ37NABZ********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-5/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver