Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-5/2023 01.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X35, İddiaçı vəkili X36, Cavabdehin nümayəndəsi X14, Üçüncü şəxslər X15 və X25 iştirаkları ilə, İddiaçı cavabdeh İmişli rayonu Qulubəyli Bələdiyyəsinə qarşı (X31, X32, X39 üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 oktyabr 2014-ci il tarixli 13 nömrəli protokolunun etibarsız hesab edilməklə ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 sentyabr 2019-cu il tarixdə keçirilən iclasında İddiaçı nümayəndəsi X42 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun etibarsız hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(086)-1730/2019 saylı qərardadı ilə X32və X31 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) etibarsız hesab olunması tələbinə dair iddası təmin edilməmişdir. İddiaçı 10 dekabr 2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2- 1(106)-165/2020 saylı qərarı ilə, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 01 may 2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(106)-165/2020 saylı qərarın ləğv edilməsi ilə bağlı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(102)-1435/2020 saylı qərarı ilə,İddiaçı kassasiyaşikayəti təmin edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2020-ci il tarixli, 2-1(106)-165/2020 saylı qərarı ləğv edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)618/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1730/2019 saylı qərarı ləğv edilmiş və yenidən baxılması üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-577/2021 saylı qərardadı ilə X39 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-577/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun etibarsız hesab olunması tələbinə dair iddia ərizəsində dəqiqləşmə verilərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmış iddia tələbinə isə “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-577/2021 saylı qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi”tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən (120)-577/2021 nömrəli iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılmasından imtina edilərək 28 mart 2022-ci il tarixli məlumat məhkəməyə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-6/2022 saylı qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 29 oktyabr 2014-cü il tarixli protokolunun (qərarının) ləğv edilməsi” tələbinə dair iş üzrə yenidən məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, 1996-cı ildə İmişli rayonu Qulubəyli kəndində torpaq islahatı aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydaları”na əlavəyə əsasən “Torpaqların alqı-satqısına dair”akt əsasında atası X40 məxsus İmişli rayonu Qulubəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə bitişik olan torpaq sahəsindən, müraciəti əsasında ona 22 noyabr 2007-ci il tarixində İmişli rayonu Qulubəyli Bələdiyyəsinin qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ona aid olan torpaq sahəsinin plan və ölçü sənədləri isə 20 iyul 2009-cu il tarixdə, AN 188717 saylı sənədlə ona verilmişdir. İddiaçıya verilmiş 0,06 ha torpaq sahəsi atasının həyəti ilə qonşuluqda olmaqla, bitişik formada yerləşir. Həmin torpaq sahəsi 1982-ci il tarixindən hazırkı vaxta kimi, yəni 36 ildir ki, onların ailəsinin faktiki istifadəsindədir. Məftil və qamışla çəpərə salınmışdır. Həmin yerdə atasıgilə məxsus çəpərlənmiş ot tayası da vardır. Lakin İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri Qalib Nağıyev bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin tələblərini kobud surətdə pozaraq, ayrılmış torpaq sahəsinə dair ilkin sənədləri AR DT və XK-nin İmişli rayon şöbəsinə vaxtında təhvil verilməsini təmin etməmişdir. Bələdiyyə sədrinin qanunsuz hərəkətlərinin davamı olaraq Qulubəyli kənd bələdiyyəsi xx.xx.2013-cü il tarixli 11 saylı protokol qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli 14 saylı qərarını qanunsuz və əsassız olaraq ləğv edib, torpaq sahəsinin satılmasına dair bağlanmış müqaviləni birtərəfli pozmuşdur. Bununla bağlı məhkəməyə müraciət edib, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü tarixli 11 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin (İş № 2(036)-1472/2013, hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi ilə) 19 dekabr 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi və torpağa görə bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli kənd bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qulubəyli kənd bələdiyyəsinin sabiq sədri X18 təqsirindən İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 saylı qərarı ilə ona ayrılmış həmin 0,06 ha həyətyanı torpaq sahəsinin AR DT və XK-nin İmişli rayon şöbəsindən bu günə kimi Çıxarışı ala bilməmişdir. Qulubəyli kənd bələdiyyəsinin təqsirindən qonşuluqda yerləyən, həyətyanı torpağına bitişik mübahisəli torpaq sahəsini qanunsuz olaraq həmin sahədən təxminən 2000 metr aralıda yaşayış yeri olan X21 Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolu ilə satılmışdır. Həmin vaxt X19 Qulubəyli bələdiyyəsinin sədri, X29 isə bələdiyyə üzvü olmuşdur. X21 qanunsuz olaraq verilmiş həmin mübahisəli 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə qohumubacısının əri və dayısı oğlu X3. X15 həyətinə iki müxtəlif yerdən gediş-gəliş yolu olmasına baxmayaraq, onun istifadəsində olan həmin 0,06 ha həyətyanı torpaq sahəsindən X22 qanunsuz olaraq əlavə gediş-gəliş yolu da verilmişdir. Həmi mübahisəli 0,06 ha torpaq sahəsinin üstündə 10 ildir ki, X32 ilə aralarında məhkəmə çəkişməsi aparılır. Dəfələrlə həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də həmin 0,06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ala bilməmişdir. Həmin 0,06 ha torpaq sahəsi ilə və həmin ərazidən verilmiş avtomaşın yolu ilə bağlı uzun müddət məhkəmə mübahisələri olmasına baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini Namiq Zeynalovun imzaladığı və verdiyi **********56 nömrəli 18 yanvar 2018-ci il tarixli məktubla atası X40 cavab verilmişdir ki, “İmişli rayonu Qulubəyli kəndi ərazisində yerləşən ona və oğluna məxsus həyətyanı torpaq sahəsinə kənar şəxslər tərəfindən müdaxilə edilməsi ilə əlaqədar yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 04 yanvar 2018-ci il tarixli ərizəyə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətində baxılmışdır. Ona və oğluna məxsus həyətyanı torpaq sahəsində Xidmətin 6 saylı Ərazi İdarəsinin və İdarənin İmişli rayon şöbəsinin mütəxəsisləri təfindən yoxlama-ölçü işləri aparılmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən həyətyanı torpaq sahəsi ilə bağlı İmişli rayonu Qulubəyli bələdiyyəsi və vətəndaş X33 ilə aralarında məhkəmə mübahisəsi vardır və hazırda iş üzrə məhkəmə mübahisəsi davam edir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi daxil olduğu təqdirdə qanunamüvafıq tədbirlər həyata keçiriləcəkdir”. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ədalət Salmanovun imzaladığı **********92 nömrəli 19 yanvar 2018-ci il tarixli məktubla X40 cavab verilmişdir ki, “İstifadənizdə olan həyətyanı torpaq sahəsi ilə bağlı qanuni tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Müraciətinizdə qeyd edirsiniz ki, xx.xx.2018-ci il tarixdə Bələdiyyənin sədri və Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Bildiririk ki, hal-hazırda “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı iləDövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri İmişli rayonunda mövcud olan yaşayış məntəqələrinin ərazilərində vətəndaşlara məxsus həyətyanı torpaq sahələrində müvafiq yerquruluşu işlərini həyata keçirirlər. Bununla əlaqədar aparılan yerquruluşu işlərində müraciətinizdə əlavə edilmiş sənədlərin nəzərə alınması ilə bağlı Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzinin 6 saylı Beyləqan Layihə-Tədqiqat İdarəsinə tapşırıq verilmişdir. Bunlara baxmayaraq, həmin 0,06 ha torpaq sahəsi ilə əlaqədar məhkəmələrdə mübahisələri olduğu halda, İmişli rayonu Qulubəyli kənd Bələdiyyəsinin sabiq sədri Qalib Nağıyev həmin torpaq sahəsini X22 vermək üçün, qanunsuz və əsassız olaraq, saxtakarlıq edərək, köhnə tarixlə X15 yaxın qohumu həm dayısı oğlu, həm də bacısının əri X16 adına sənədləşdirmişdir. Lakin bu barədə Qulubəyli Bələdiyyəsində qanuni və əsaslı sənədləşmə aparılmamışdır. Ona görə də bununla bağlı Qulubəyli Bələdiyyəsində heç bir sənəd, protokol aşkar olunmamışdır. Qulubəyli Bələdiyyəsinin sədri Əmrah Astanovun sorğuya cavab olaraq imzaladığı və verdiyi 14 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda göstərilir ki, Qulubəyli kənd sakini X16 adına, Qulubəyli kənd sakini İddiaçı, Qulubəyli kənd sakini X15 və X57 ğlunun qonşuluğunda yerləşən 0,06 ha torpaq sahəsinin verilməsi və ya kimlərə verilməsi barədə 2016-2017-ci illərdə Cavabdeh tərəfindən heç bir hüquq müəyyənedici sənədlər, ərizə, sərəncam, qərarlar olmamışdır. Qeyd: 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolunda X21 0,06 ha həyətyanı məqsədilə torpaq sahəsi ayrılmışdır. 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X49 kitabında uçota alınmışdır. Hesab edir ki, həmin 0,06 ha torpaq sahəsinin X16 adına 18 dekabr 2014-cü il tarixdə 768 nömrə ilə X49 kitabında uçota alınması tam qanunsuzdur. Həmin 0,06 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolu ilə X21 həyətyanı məqsədilə torpaq sahəsi ayrılması tam saxtadır, qanunsuz və əsassızdır. Həmin qeydlər köhnə tarixlə, 2017ci ildə yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi Qasım Əliyevin imzaladığı **********58 nömrəli 22 may 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, X22 məxsus 0,06 ha həyətyanı torpaq sahəsinin və X40 məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,83 ha həyətyanı torpaq sahəsinin xəritə üzərində yerinin göstərildiyi kəndaltı xəritədən çıxarışın hazırlanması ilə bağlı X50 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət etməyiniz qanunamüvafiq hesab edilir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Qulubəyli Bələdiyyəsinin sabiq sədri X34 2017-ci ildə köhnə tarixlə, yəni 2014-cü il tarixli sənədlə Bələdiyyə sədri kimi verdiyi saxta sənədlə X31 mübahisəli həmin 0,06 ha torpaq sahəsini öz adına özəlləşdirmiş və həmin torpaq sahəsini İmişli rayonu 2 saylı notariat kontorunda yaxın qohumu, həm bibisi oğlu, həm də qaynı X22 alqı-satqı müqaviləsi əsasında satmışdır. Hesab edir ki, Qulubəyli kənd bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 saylı protokolunun etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, İddiaçı Qulubəyli kəndində həyətlərinə bitişik 0,06 ha torpaq sahəsinin ayrılmasına dair Qulubəyli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarı məhkəmə qətnaməsi ilə qüvvədə saxlanıldığından, Qulubəyli Bələdiyyəsinin sabiq sədri X34 tərəfindən X16 adına Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli, protokolu ilə həmin 0,06 ha torpaq sahəsinin satılması tam qanunsuz və əsassızdır. İmişli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(036)-820/2018 saylı qərarı ilə üçüncü şəxs R.Məmmədovun iddia tələbi təmin edilmiş və Xalıq Ocaqov və İddiaçı üzərinə torpaqdan çıxma öhdəliyi qoyulmuşdur. Həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər versə də, şikayətlər təmin edilməmişdir. Məhkəmə prosesleri gedişatında ona Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli, protokolunun mövcudluğu barədə məlumatı olmuşdur. Ona görə də həmin mübahisəli 0,06 ha torpaq sahəsinin cavabdeh X4 dair xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolu məhkəmə qaydasında ləğv olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolunun ləğv olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X42 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X43 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X34 iddia ərizəsinə etiraz edərək bildirirmişdir ki, vətəndaş X21 Qulubəyli Bələdiyyəsi tərəfindən satılmış 0.06 ha həyətyanı torpaq sahəsi Qulubəyli Bələdiyyəsinin ehtiyat fonduna aiddir və alqı-satqı predmetidir. xx.xx.2014-cü il tarixdə Məmmədov Rəsul bələdiyyəyə arayış və ərizə təqdim edərək ayrı təsərrüfat olmasını və ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Prosedur qaydalarına əməl etməklə Məmmədov Rəsula torpaq sahəsi ayrılmış və alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı Qulubəyli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 saylı İclas Protokolunun qərarına əsasən verilmiş 0.06 ha torpaq sahəsi hazırda İddiaçı iddia etdiyi X16 mülkiyyətində olan torpaq sahəsindən təqribən 800 metr kənarda başqa bir ərazidə yerləşir, həmin ərazidə Xalıq Ocaqov öz oğluna ev tikmişdir, oğlu həmin ərazidə hal-hazırda yaşayır. X21 verilmiş 0.06 ha torpaq sahəsinin İddiaçı heç bir bir aidiyyəti yoxdur. Bu fakt və digər faktlar DT və XK-nin İmişli rayon şöbəsinin vətəndaş X21 verdiyi rəsmi rəydə, arayışda həmin torpağın bələdiyyəsinin ehtiyat fonduna aid olduğu və alqı-satqı predmeti olduğu tam təsdiq olunur. Eləcə də bildirmişdir ki, İddiaçı hal-hazırda özünə məxsus torpaq sahəsində yaşayır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X32 bildirdi ki, 2014-cü il tarixdə həmkəndlisi X2 bələdiyyəsindən aldığı 0.06 ha həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün 2017-ci ildə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Belə olan halda 2017-ci ildə X53 İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2017-ci il 2-1(086)- 1022/2017 saylı qərarı ilə Rəsul Məmmədovun iddia tələbi təmin edilərək,çıxarışın hazırlanması Beyləqan rayon 6 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən 09 sentyabr 2017-ci tarixdə 0.06 ha torpaq sahəsinə seriya RX1117089 nömrəli çıxarış sənədi hazırlanıb X21 təqdim edilmişdir. 25 sentyabr 2017-ci il tarixdə İmişli rayon 2 saylı Dövlət notariat kontorunda X31 özünə məxsus olan seriya RX ******* saylı 0.06 ha torpaq sahəsini alqı-satqı yolu ilə ona 600 manata satmışdır. O da, aldığı 0.06 ha torpaq sahəsinə öz adına çıxarış sənədi almaq üçün Beyləqan rayon 6 saylı Ərazi İdarəsinə müraciət etmiş və ona 07 dekabr 2017-ci il qeydiyyat tarixli seriya RX ******* nömrəli çıxarış təqdim edilmişdir. Hal-hazırda ona məxsus yuxarıda qeyd etdiyi 0.06 ha həyətyanı torpaq sahəsini həmkəndliləri Xalıq Ocaqov və onun oğlu İddiaçı özbaşınalıq yolu ilə zəbt etdikləri üçün o, məhkəməyə müraciət etməli olmuşdur. İmişli Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(036)- 820/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Xalıq Ocaqov və İddiaçı üzərinə torpaqdan çıxma öhdəliyi qoyulmuşdur. Xalıq Ocaqov və İddiaçılar qərardan apellyasiya şikayəti versələr də Şirvan Apellyasiya məhkəməsinin 29 noyabr 2018-ci il tarixli 2(106)- 3145/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Xalıq Ocaqov və İddiaçılar həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti versələrdə Ali Məhkəmənin 29 aprel 2019-cu il tarixli 2(102)-2928/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2- 1(086)- 1730/2019 saylı işlə bağlı Ocaqovların təqdim etdiyi sənədlər ötən illər ərzində dəfələrlə məhkəmələrdə mübahisələndirilib və həmin sənədlərin heç bir hüquqi əsası olmadığı tam qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübuta yetirilib. Eyni zamanda sözügedən 0.06 ha torpaq sahəsi ilə bağlı müəyyən vaxtlarda da məhkəmə ekspertizaları keçirilib və müəyyən edilib ki, mübahisəli ərazi nə Ocaqov Xalıqa nə də ki, onu oğlu İddiaçı aid deyil. Çünki İddiaçı verilən 0.06 ha torpaq sahəsi bu gün iddia elədiyi ona məxsus 0.06 ha torpaq sahəsindən 1.5 km aralıda yerləşir. Həmin torpaq sahəsində İddiaçı özünə məxsus yaşayış evi də tikmişdir. İddiaçı həmin torpaq sahəsini inkar edərək guya ona verilən 0.06 ha torpaq sahəsi onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin olduğunu bildirmiş və bu barədə dəfələrlə məhkəmələrdə iddia qaldırmış və bu günə qədər heç bir məhkəmə onun əsassız iddiasını təmin etməmişdir. İddiaçı təqdim etdiyi guya sözügedən 0.06 ha torpaq sahəsinin ona aid olmasını əks etdirən aktın həm miqyası düzgün göstərilmədiyindən həm də ki, keçmiş Dövlət və Xəritəçəkmə Komitəsinin İmişli rayon üzrə şöbəsinin müdiri Vüqar Məmmədov tərəfindən təsdiq edilmədiyi üçün hüquqmüəyyənedici sənəd olmadığı ekspertizanın verdiyi rəy əsasında təsdiq edilmiş və qanuni qüvvəsini almış Ali Məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir. Belə ki, İddiaçı sözügedən 0.06 ha torpaq sahəsinin guya 2007-ci ildə kənd bələdiyyəsi tərəfindən ona həyətyanı məqsədi ilə satıldığını iddia edərək 2015-ci ildə Şirvan İnzibati-İqtisadi məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2015-ci il tarixli 2-1(86)- 1091/2015 saylı qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti versə də Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 noyabr 2015-ci il tarixli 2-1(106)-266/2015 saylı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 19 may 2016-cı il tarixli 2-1(102)-572/2016-cı il tarixli qərarları ilə İddiaçı iddia tələbi təmin edilməmiş və yuxarıda qeyd etdiyi qərar qanuni qüvvəsini almışdır. İddiaçı ikinci dəfə tam qanunsuz olaraq eyni məzmunlu iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 6 dekabr 2016-cı il tarixli 2-1(86)2137/2016 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti versə də Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 sentiyabr 2017-ci il tarixli, 2-1(106)-205/2017 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan Ali Məhkəməyə Kassasiya şikayəti versə də, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(102)-2324/2017 saylı qərarı ilə İddiaçı Kassasiya şikayəti təmin edilməmişdir. Artıq bu işin yenidən baxılmasına heç bir əsas yoxdur. Eyni məzmunlu və tam qanuni qüvvəsin almış məhkəmə qərarlarında göstərilən faktları yenidən məhkəmə baxışına çıxarmaq və mübahisələndirmək MPM-nin 82.3 maddəsinə əsasən tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X39 bildirdi ki, X32 ilə həmfikirdir. İddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X31 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs X16 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın əsaslılığı : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti(iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı iddiaçının əmlak hüququna müdaxilə etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Belə ki,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin protokolu (qərarı) ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 29 oktyabr 2014-cü il tarixdə qəbul olunmuşdur. Cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olduğunu bildirsə də, buna dair rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Bundan başqa iddiaçı da izahatında qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə məlumatlandırılmamış və qəbul edildikdən sonra həmin inzibati akt ona təqdim edilməmişdir. Uzun sürən məhkəmə çəkişmələrinin nəticəsində öyrənmiş və məhkəməyə qərarın ləğv edilməsi üçün müraciət etmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Qulubəyli bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasın qərarına əsasən Qulubəyli kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli bələdiyyəsinə məxsus torpaq sahəsindən alqı-satqı yolu ilə 0,06 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın təsdiq edilmiş surətindən görünür ki, İmişli rayonu, Qulubəyli kənd sakini İddiaçı 05 noyabr 2007-ci il tarixdə Qulubəyli bələdiyyəsinə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qulubəyli bələdiyyə ərazisində 0,06 ha. torpaq sahəsi satılması barədə 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Qulubəyli bələdiyyəsinin hesabına 96 manat haqq ödənilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı həyətyanı torpaq sahəsinin alqı-satqısına görə bələdiyyənin hesabına 96 (doxsan altı) manat pul köçürmüşdür. İş materiallarında olan aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsi yerində göstərilərək İddiaçı təhvil verilmişdir və bu barədə İddiaçı, İmişli Rayonu Qulubəyli bələdiyyəsinin sədri Q.Nağıyevin, İmişli Rayon Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri V.Məmmədovun iştirakları ilə akt tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixli 04 saylı protokolunun surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə keçirilmiş 04 saylı iclasın protokolunun qərarına əsasən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və bələdiyyənin hesabına köçürülmüş pulun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472 /2013 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh İmişli Rayonu Qulubəyli bələdiyyəsinə qarşı bələdiyyə iclasının protokol qərarının etibarsız hesab olunması tələbinə dair iddiası təmin olunaraq İddiaçı 0,06 həyətyanı torpaq sahəsinin satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və torpağın bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. İş materiallarında olan icraata xitam verilməsi haqqında İmişli rayon İcra bölməsinin xx.xx.2014-cü il tarixli təqdimatının təsdiq olunmuş surətindən görünür ki, İmişli rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-924/2012 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmasına dair bələdiyyənin xx.xx.2007ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi və torpağın bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013cü il tarixli 11 nömrəli protokol qərarı bələdiyyənin xx.xx.2014-cü il tarixli 04 saylı qərarı ilə etibarsız hesab edildiyindən iş üzrə icraata xitam verilmişdir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə dair məsələyə baxılması üçün İmişli Rayon İcra bölməsi tərəfindən İmişli Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd olunur ki, Qulubəyli kənd sakini X35 həyətyanı torpaq sahəsinin ölçülərində uyğunsuzluq olması və qonşusu X33 arasında olan yol ilə bağlı mübahisə yer üzərində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, kənd sakini X35 həyətyanı torpaq sahəsi metr vasitəsi ilə torpaq şöbəsinin baş məsləhətçisi T.Həsənovla birlikdə ölçülmüş, ölçü işləri tam başa çatdıqdan sonra müəyyən olunmuşdur ki, onun istifadə etdiyi həyətyanı torpaq sahəsi 0,84 hektardır. Eyni zamanda torpaq sahələrinin ölçülməsi zamanı tərtib olunmuş 1:2000 miqyasında olan yerquruluşu planında göstərilmiş yol ərazisi əsas yoldan başlayaraq kənd sakini X26 həyətyanı torpaq sahəsi boyunca 98 m getdikdən sonra başlayır. Həmin yol hazırda mövcuddur. Bundan əlavə yerquruluşu planında göstərilmiş yolçdan 8 m məsafədən sonra 2-ci yol mövcuddur ki, həmin yol xəritədə yoxdur. Araşdırma zamanı aşkar edilmişdir ki, Qulubəyli kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 06 nömrəli qərarı ilə X35 adına 0,06 ha qanuni və 0,77 ha isə normadan artıq həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin 2-ci dəfə torpaq islahatı keçirilərkən qismən düzəliş edilərək RAİK-nın xx.xx.2002-ci il tarixli 07 saylı qərarı ilə ona 0,06 qanuni və 0,68 ha isə normadan artıq həyətyanı torpaq sahəsi yazılmışdır. İş materiallarında olan İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokolunun çıxarışından görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli iclasının qərarına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və 5 ildən artıq müddətdə qeydiyyatda olan Qulubəyli kənd sakini X16 ərizəsinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli kəndi ərazisindən bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpağından 0,06 ha (600 kv.m) torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, bələdiyyənin xx.xx.2014-cü il tarixli 15 saylı iclas qərarı əsasında İmişli rayonu Qulubəyli kəndi ərazisindən bələdiyyə mülkiyyətinə məxsus 0,06 ha torpaq sahəsi X5. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(086)-1022/2017 nömrəli qərarının surətindən görünür ki, həmin qərara əsasən iddiaçı X16 iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli 13 saylı iclas qərarı əsasında aldığı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(106)-187/2019 saylı Qərarının surətindən görünür ki, maraqlarına toxunan şəxslər X42 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim Müşfiq Həsənov) xx.xx.2017-ci il tarixli 2-1(086)-1022/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kəndinin ərazisində yerləşən 0.06 ha torpaq sahəsi X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 rayonu Qulubəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini X7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kəndinin ərazisindən 0.06 ha torpaq sahəsi X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)- 820/2018 saylı məktubu ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)- 820/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur, həmçinin məktubda qətnamənin qanuni qüvvəsini aldığı qeyd olunmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(036)-820/2018 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X15 cavabdeh X40 və qeyrisinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyət hüququnun bərpa edilməsi tələbi barədə iddia ərizəsinə və iddiaçılar X42 və İddiaçı cavabdehlər X22 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmiş 2(036)-820/2018 nömrəli qətnaməyə əsasən iddiaçı X15 iddia tələbi təmin olunaraq, seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı X22 məxsus olan A 206147 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən İmişli rayonunun Qulubəyli kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər X35 və İddiaçı çıxarılması və həmin torpaq sahəsinin iddiaçı X1 verilməsi və onun əmlakı ilə öz mülahizəsinə görə davranmaq imkanı cavabdehlər X42 və İddiaçı tərəfindən tanınması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, həmin qərara əsasən İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-820/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********87 nömrəli məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin Tabeliyində olan Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi” MMC-nin arxivlərində müraciətdə qeyd olunan arxiv sənədləri aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********76 nömrəli məktubunda göstərilmişdir ki,İddiaçı adına tərtib edilmiş AN188717 saylı plan və ölçü sənədinin ləğv edilmiş DT və XK-nın İmişli rayon şöbəsindən təhvil alınmış qeydiyyat jurnalında vətəndaş tərəfindən götürülməsindən etiraz etməsi barədə məlumat aşkarlansa da sözügedən plan ölçü və onun tərtib edilməsinə əsas olan sənədlər barədə məlumat aşkarlanmadı. İş materiallarında olan İmişli rayonu Qulubəyli kənd nümayəndəliyinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 51 nömrəli məktubunda göstərilmişdir ki, Qulubəyli kənd sakini İddiaçı həyətyanı torpaq sahəsi vəevinin olmaması barədə nümayəndəlikdən verilmiş 049 saylı xx.xx.2020-ci il tarixli arayışda bilmədən səhvə yol verilmiş və bələdiyyənin sonradan təqdim etdiyi rəsmi sənədlərə əsasən İddiaçı faktiki istifadəsində 0,06 ha həyətyanı torpaq sahəsi vardır. 049 saylı xx.xx.2020-ci il tarixli Qulubəyli kənd sakini İddiaçı verilən arayışı əsassız hesab edilməsini xahiş edir və səhvə görə üzr istəmişdir. İş materiallarında olan İmişli regional “Asan xidmət” mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 153 nömrəli məktubunda göstərilmişdir ki,xx.xx.2020-ci il tarixdə İmişli regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən rəsmiləşdirilmiş 4Ə/355 reyestr nömrəli notariat işinin təsdiq olunmuş surətlərini məhkəməyə göndərmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********16 nömrəli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd edilən ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********73 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli kəndinin ərazisində yerləşən 0.06 ha torpaq sahəsi X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********46 nömrəli məktubunda göstərilmişdir ki, inzibati iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətə Daşınmaz Əmiakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Sözügedən iş üzrə bundan əvvəl daxil olan xx.xx.2021-ci il tarixli, 2-1(120)-577/2021 nömrəli müraciətiniz əsasında xx.xx.2021-ci il tarixinə təyin olunmuş ekspertiza tədqiqatında mütəxəssisisin iştirakı təmin olunmuşdur. Mütəxəssis rəyinin veriiməməsinin səbəbi barədə arayış Xidmətin xx.xx.2021-ci il tarixli, **********94 nömrəli məktubu ilə Şirvan İnzibati Məhkəməsinə və Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. İş materiallarında olan İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri Tağıyev Mirvəli tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2023-cü il tarixli 02 nömrəli arayışında göstərilmişdir ki, Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli protokoluna əsasən X21 verilmiş 600 kv.m həyətyanı torpaq sahəsi qərarda Qulubəyli bələdiyyəsinin ehtiyat fonduna aid olduğu göstərilmişdir. Qeyd olunan torpaq sahəsi Qulubəyli bələdiyyənin inkişaf və ehtiyat fondu torpaq sahəsinə aid deyil və bələdiyyənin kənd altı torpaq sahəsininə aiddir və bələdiyyə mülkiyyətidir. İş materiallarında olan İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsini icra edən X34 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, vətəndaş X21 Qulubəyli Bələdiyyəsi tərəfindən satılmış 0.06 ha həyətyanı torpaq sahəsi Qulubəyli Bələdiyyəsinin ehtiyat fonduna aiddir və alqı-satqı predmetidir. İddiaçı Qulubəyli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 saylı İclas Protokolunun qərarına əsasən verilmiş 0.06 ha torpaq sahəsi hazırda İddiaçı iddia etdiyi X16 mülkiyyətində olan torpaq sahəsindən təqribən 800 metr kənarda başqa bir ərazidə yerləşir X21 verilmiş 0.06 ha torpaq sahəsinin İddiaçı heç bir bir aidiyyəti yoxdur. Bu fakt və digər faktlar DT və XK-nin İmişli rayon şöbəsinin vətəndaş X21 verdiyi rəsmi rəydə, arayışda həmin torpağın bələdiyyəsinin ehtiyat fonduna aid olduğu və alqı-satqı predmeti olduğu tam təsdiq olunur. İşdə olan xx.xx.2022-ci il tarixli İmişli rayonu Qulubəyli Bələdiyyəsinin protokolouna əsasən, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri Mirvəli Tağıyev vəzifəsindən azad olunmuş, bələdiyyə sədrinin vəzifəsinin icrası Bələdiyyə üzvü Qalib Nağıyevə həvalə olunmuşdur. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-979/2023 saylı qətnaməsi ilə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin möhür və ştampı, o cümlədən maliyyə sənədləri cavabdeh X13 alınıb İmişli rayonu Qulubəyli Bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan İmişli rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 30 may 2023-cü il tarixli 1-1437 nömrəli məktubunda göstərilmişdir ki, İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.Əlavə olaraq iş materiallarında olan İddiaçı 15 oktyabr 2013-cü il tarixli iddia ərizəsi və İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472/2013 saylı qətnaməsinin surəti göndərilir. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472/2013 saylı qətnaməsində göstərilmişdir ki, İddiaçı 0.06 ha torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsi və torpağın bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin məhkməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubda göstərilmişdir ki, Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki,
1. Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X8 0.06 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmuşdur və fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdir. Keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) İmişli rayon şöbəsi tərəfindən Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X21 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2014 il tarixli,qeydiyyat nömrəsi 768 ,seriya AN 530641 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1 (086)-1022/2017 saylı məhkəmə qərarı, (DTXK) İmişli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 768 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 nömrəli protokolundan çıxarış əsasında X6 torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış və Hüquqların Dövlət Qeydiyyatı Flaqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarışa əsasən X16 xüsusi mülkiyyətinə İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İmişli rayon 2 saylı Dövlət Notariat Kontorunun 25 sentyabr 2017-ci il tarixli 4Ə-23 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X24 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarışa əsasən X16 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini X17 xüsusi mülkiyyətinə keçirilmiş və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarışa əsasən X17 mülkiyyət hüququ qeydə alınmışdır. İmişli regional “Asan xidmət” mərkəzində notariat kontoru(Şəhadətnamə 123) 28 iyul 2020-ci il tarixli 4Ə-355 nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarışa əsasən X17 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini,(bacısı) X27 xüsusi mülkiyyətinə bağışlanmış və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********. reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarışa əsasən X27 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X8 0.06 ha torpaq sahəsi hal-hazırda Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarışa əsasən X27 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsidir.
2. Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə üyğun olaraq tərtib və təsdir edilmiş hüquqmüəyyənedici sənədlər(yerquruluşu planı, torpaq sahəsinin planı və ölçüsü sənədi) təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X8 torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub- olmadığını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 30 yanvar 2023-cü il tarixli 10/8362 nömrəli məktub ilə birlikdə ekspert rəyi göndərilmişdir. Məhkəməyə ünvanlanmış 30 yanvar 2023-cü il tarixli 10/8362 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi aşağıdakı kimi qeyd edilmişdir ki, Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestd publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 22452&006984 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsi olmuşdur və fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) İmişli rayon şöbəsi tərəfindən Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X21 fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2014-cü il tarixli,qeydiyyat nömrəsi 768, seriya AN 530641 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.Şirvan İnzibati Məhkəməsinin 2-1(086)-1022/2017 saylı məhkəmə qərarı, (DTXK) İmişli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 768 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 nömrəli protokolundan çıxarış əsasında Məmmədov) Rəsul Süleyman oğlunua sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarış ilə X16 xüsusi mülkiyyətinə İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İmişli rayon 2 saylı Dövlət Notariat Kontorunun 25 sentyabr 2017-ci il tarixli 4Ə-23 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 09 sentyabr 2017-ci il tarixli çıxarışa əsasən X16 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini X17 xüsusi mülkiyyətinə keçirilmiş və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarış ilə X17 mülkiyyət hüququ qeydə alınmışdır. İmişli regional "Asan xidmət" mərkəzində notariat kontoru (Şəhadətnamə 123) 28 iyul 2020-ci il tarixli 4Ə-355 nömrəli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 07 dekabr 2017-ci il tarixli çıxarış ilə X17 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi İmişli rayon Qulubəyli kənd sakini,(bacısı) X28 xüsusi mülkiyyətinə bağışlanmış və həmin torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarışa əsasən X28 mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh 29 oktyabr 2014-cü il tarixli 13 saylı qərarı ilə X8 0.06 ha torpaq sahəsi hal- hazırda Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 19 avqust 2020-ci il tarixli çıxarış ilə X28 xüsusi mülkiyyətində olan İmişli rayon Qulubəyli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq tərtib və təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı, torpaq sahəsinin planı və ölçüsü sənədi) təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, Cavabdeh 29 oktyabr 2014-cü il tarixli qərarı ilə X8 torpaq sahəsi ilə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin eyni torpaq sahəsi olub - olmadığını müəyyən etmək mümkün olmadı. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 05 noyabr 2007-ci il tarixdə İmişli rayonu, Qulubəyli kənd sakini Ocaqov X30 bələdiyyəsinə müraciət etmiş, Bələdiyyənin 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən Qulubəyli kənd sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli bələdiyyəsinə məxsus torpaq sahəsindən alqı-satqı yolu ilə 0,06 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixdə keçirilmiş 04 saylı iclasının qərarına əsasən İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi və bələdiyyənin hesabına köçürülmüş pulun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli 11 nömrəli protokol qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin 19 dekabr 2013-cü il tarixli, 2(036)-1472 /2013 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh İmişli Rayonu Qulubəyli bələdiyyəsinə qarşı bələdiyyə iclasının protokol qərarının etibarsız hesab olunması tələbinə dair iddiası təmin olunaraq İddiaçı 0,06 həyətyanı torpaq sahəsinin satılmasına dair bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi və torpağın bələdiyyənin hesabına köçürülmüş pulunun alıcıya qaytarılması barədə Qulubəyli bələdiyyəsinin 30 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarı etibarsız hesab edilmişdir. İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 13 nömrəli iclasının qərarına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və 5 ildən artıq müddətdə qeydiyyatda olan Qulubəyli kənd sakini X16 ərizəsinə əsasən ona fərdi yaşayış evinin tikintisi üçün Qulubəyli kəndi ərazisindən bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpağından 0,06 ha (600 kv.m) torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İmişli rayonu Qulubəyli kəndi ərazisindən bələdiyyə mülkiyyətinə məxsus 0,06 ha torpaq sahəsi X5. X31 bələdiyyə qərarın əsasən ona satılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə çıxarış verilməsi tələbi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur və bu səbəblə də X11 İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh xx.xx.2014-cü il tarixli 13 saylı iclas qərarı əsasında aldığı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(086)-1022/2017 nömrəli qərarına əsasən iddiaçı X16 iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli 13 saylı iclas qərarı əsasında aldığı 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qüvvəyə mindikdən sonra İmişli rayonu Qulubəyli kəndinin ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə X16 mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX ******* seriyalı çıxarış verilmişdir. xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə X31 mülkiyyətində olan İmişli rayonu Qulubəyli kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini X7 və X15 həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarış verilmişdir. Hazırda İddiaçı üçüncü şəxs X15 mülkiyyətində olan torpaq sahəsinin ona aid torpaq sahəsi olduğunu iddia edərək, Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 67.4 Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.8 Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 4. Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 3.0. Bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.1. torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; 3.0.2. torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; 3.0.3. torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; 3.0.4. torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; 3.0.5. müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması. Maddə 4. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 4.0.3. yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 4.0.4. bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; 4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; 4.0.6. bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; 4.0.10. bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; 4.0.11. öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. Maddə 6.1 Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə hesab edir ki, iddia tələbinin predmeti Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) ləğv edilməsi olduğundan, hazırki mübahisələndirmə haqqında iddia növünə aiddir. İddia mümkündür, lakin əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32-və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (inzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Məhkəmə tərəfindən iş mаteriаllаrı öyrənilərkən müəyyən edimişdir ki, iddiaçı tərəfindən iddianın növü faktiki olaraq, mübahisələndirmə haqqında iddia kimi məhkəməyə təqdim edilmişdir (dəyişdirildikdən sonra). Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, iddianın predmetini əlverişsiz inzibati akt təşkil edir və şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Hazırkı iddianın mahiyyəti də elə bundan ibarətdir. Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolu (qərarı) iddiaçıya münasibətdə onun subyektiv hüquqlarına toxunduğu təqdirdə əlverişsiz inzibati akt sayıla bilər. Belə bir akt yalnız ləğv edilmə və dəyişdirilmə qaydasında mübahisələndirilə bilər və həmin akt ləğv edildikdə və ya dəyişirildikdə iddiaçı əlverişsiz vəziyyətdən çıxa bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunan normanın hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, ləğv edilməsi tələb olunan İmişli rayonu, Qulubəyli Bələdiyyəsinin 29 oktyabr 2014-ci il tarixli protokolu (qərarı) sərəncam inzibati aktdır, İmişli rayonu, Qulubəyli Bələdiyyəsi tərəfindən qəbul edilmişdir, İmişli rayonu, Qulubəyli Bələdiyyəsinin həmin qərarı qəbul etmək səlahiyyəti olmuşdur, qərar rəsmi sənəd formasında qəbul edilmişdir, iddiaçıdan inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt deyildir, icrası mümkün olan inzibati aktdır və iddiaçı X21 ünvanlandığı aydın şəkildə görünür. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ləğv olunması xahiş edilən İmişli rayonu, Qulubəyli Bələdiyyəsinin 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilmədiyindən iddia əsassızdır. İddiaçının ləğvini tələb etdiyi bələdiyyə qərarı qanunvericiliyin normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid olmuşdur. Bələdiyyənin qərarı əsasında üçüncü şəxsə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyildir və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Həmçinin İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokolu ilə X51 rayonu Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsindən azad olunduğu üçün İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri kimi göstərilmiş və imza etmiş Tağıyev Mirvəli tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2023-cü il tarixli 02 nömrəli arayış mötəbər sübut kimi qəbul edilməmişdir. İş materiallarında olan İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsini icra edən X34 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, vətəndaş X21 Qulubəyli Bələdiyyəsi tərəfindən satılmış 0.06 ha həyətyanı torpaq sahəsi Qulubəyli Bələdiyyəsinin ehtiyat fonduna aiddir və alqı-satqı predmetidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus torpaq sahəsinə dair arxa tarixlə qərar tərtib edilmiş, həmin əməlləri pərdələmək üçün torpaq sahəsini başqa şəxslərin adına rəsmiləşdirməyə çalışmışlar. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı həmin 0,06 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixli 13 saylı iclas protokolu ilə X21 həyətyanı məqsədilə torpaq sahəsinin ayrılması tam saxta, qanunsuz və əsassız olması, həmin qeydlərin köhnə tarixlə, yəni 2017-ci ildə yazılmasını bildirmiş, həmin qərarın sonradan, əvvəlki tarixə “düzəldilməsi” barədə dəlil irəli sürsə də, məhkəmə araşdırmaları zamanı bu fakt öz təsdiqini tapmamışdır. İddiaçı da bu barədə heç bir mötəbər sübuta istinad edə bilmir. Odur ki, iddiaçının bu dəlili mülahizə xarakteri daşıyır. Məhkəmə həmçinin hazırki iş üzrə müəyyən etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi əvvəllər bələdiyyənin mülkiyyətində olmuşdur, sonradan 2014-cü il tarixdə R.Məmmədova qərar və müqavilə üzrə satılmışdır. Həmin torpaq sahənin iddiaçıya verilməsinə dair iş materiallarına heç bir sübut mövcud deyildir. Bu hal məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Həmin səbəbdən də məhkəmə qeyd edir ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsi ilə bağlı torpaq qanunvericiliyinə uyğun olaraq tərtib və təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər (yerquruluşu planı, torpaq sahəsinin planı və ölçüsü sənədi) təqdim olunmadığına görə Cavabdeh 22 noyabr 2007-ci il tarixli 14 saylı qərarı və həmin tarixli müqavilə ilə İddiaçı satılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,06 hektar torpaq sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü) sənədləri olmadığından 3-cü şəxsə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Bu nəticəyə gələrkən məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin məhkməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********84 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 30 yanvar 2023-cü il tarixli 10/8362 nömrəli ekspert rəyinə istinad edir. Belə ki, həmin rəydə iddiaçıya Cavabdeh 22 noyabr 2007-ci il tarixli, 14 saylı qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0.06 ha torpaq sahəsinin koordinatlarını əks etdirən (torpaq sahəsinin planı və ölçüsü, yerquruluşu planı) sənədləri olmadığından mütəxəssis qarşısında qoyulan sualın cavablandırılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə prosessual xərclərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərc (ekspertiza rəyinə görə xərc) İddiaçı tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 29 oktyabr 2014-ci il tarixli protokolunun (qərarının) ləğv olunması tələbinə dair idda ərizəsi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X20, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ
22. Hesab № AZ43CTRE********************) köçürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim Amilya Hüseynova