Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5/2024 23.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X3 və qeyrilərinin şəhadətnaməsinin koordinatlarının hazırlanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus əmlakla şəhadətnamə əsasında üçüncü şəxslərə məxsus əmlakın koordinatları üst-üstə düşən hissədə ləğv edilməsi (silinməsi)” tələbinə dair iddiası üzrə iş materiallarına 23 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 4 saylı qərarı əsasında X3 və onun ailə üzvlərinin mülkiyyətində olan 0.10 ha torpaq sahəsi üzrə JN-133A, Kod 80203018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarında dəyişiklik edilməsi və həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “üçüncü şəxs X3 və qeyrilərinin şəhadətnaməsinin koordinatlarının hazırlanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus əmlakla şəhadətnamə əsasında üçüncü şəxslərə məxsus əmlakın koordinatları üst-üstə düşən hissədə ləğv edilməsi (silinməsi)” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Lənkəran Rayon İcra Hakimiyyəti, X3, X2, X4 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X7 vəsatət verərək bildirmişdir ki, iş üzrə İddiaçı 02 may 2021-ci il tarixdə vəfat etdiyi üçün işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, iddiaçının vəfatından sonra onun vərəsələrinin müəyyən olunması üçün notariat kontoruna müraciət olunduğunu, ona görə də İddiaçı hüquq varis(lər)i müəyyən edilənədək hazırki inzibati iş üzrə məhkəmə icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08 fevral 2022-ci il tarixli, 2-1(120)-14/2022 nömrəli qərardadı ilə üçüncü şəxsin nümayəndəsinin “iş üzrə icraata xitam verilməsi barədə” vəsatətinin təmin edilməməsi, iddiaçının nümayəndəsinin “iş üzrə icraatın dayandırılması barədə” vəsatəti təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X3 və qeyrilərinin şəhadətnaməsinin koordinatlarının hazırlanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus əmlakla şəhadətnamə əsasında üçüncü şəxslərə məxsus əmlakın koordinatları üst-üstə düşən hissədə ləğv edilməsi (silinməsi)» barədə iddia tələbinə dair iş üzrə icraat, İddiaçı hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmışdır. İddiaçı hüquqi varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda vəfat etmiş şəxs İddiaçı hüquq varisi o, müəyyən edildiyi üçün işin icraatının təzələnməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X3 və qeyrilərinin şəhadətnaməsinin koordinatlarının hazırlanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus əmlakla şəhadətnamə əsasında üçüncü şəxslərə məxsus əmlakın koordinatları üst-üstə düşən hissədə ləğv edilməsi (silinməsi)” tələbinə dair 2-1(120)- 05/2024 nömrəli iş üzrə icraat təzələnmişdir. Məhkəmənin qərardadı ilə X5 vəfat etmiş şəxs İddiaçı prosessual hüquq varisi olaraq tanınmasını xahiş etdiyindən X5 onun prosessual hüquq varisi qismində tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarından görünür ki, iddiaçının hüquq varisi X5 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının hüquq varisi X1 ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X3 və qeyrilərinin şəhadətnaməsinin koordinatlarının hazırlanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus əmlakla şəhadətnamə əsasında üçüncü şəxslərə məxsus əmlakın koordinatları üst-üstə düşən hissədə ləğv edilməsi (silinməsi)” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçının hüquq varisinə izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-5/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver