Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-50/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı, İddiaçının nümayəndəsi X12, Üçüncü şəxs X13 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin 16 fevral 2022-ci il tarixli qərardadı ilə X42, X19, X24 və X32 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Lerik rayon, X17 İcariyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 №-li iclas protokolundan çıxarışına əsasən babası X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpaqlarından 0.07 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sahədə babasının fərdi yaşayış evi tikdirmiş və ailəsi həmin fərdi yaşayış evində uzun müddət yaşamışdır. Sənədli torpaq sahəsi 0.07 ha olsa da, ailəsinin faktiki istifadəsində 0.12 ha torpaq sahəsi olmuşdur. Lakin xx.xx.2016-cı il tarixdə 0.6 ha torpaq sahəsi və onun üzərində inşa edilən 69.1 kvm fərdi yaşayış evi X20 adına qeydiyyatdan keçmişdir. X7 xx.xx.1966-cı il tarixdə, atası X43 xx.xx.1982-ci il tarixdə, anası X4 xx.xx.2011ci il tarixdə vəfat etmişdirlər. Sənədləşmə işini miras əmlakı faktiki qəbul edən, qanun üzrə vərəsə kimi həyata keçirmiş, lakin reyestr xidmətinin əməkdaşları səvhən 1954-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.07 ha torpaq sahəsini 0.06 ha torpaq sahəsi kimi göstərmişlər. Halbuki göstərilən ərazidə magistral borular, avtomobil yolları, yüksək gərginlikli elektrik xətti keçmir. Bu baxımdan reyestr xidmətinin əməkdaşları rəsmi qaydada ayrılmış torpaq sahəsini düzgün qiymətləndirməmişlər. Sonradan reyestr xidmətinə ərizə və sorğu ilə müraciət etdikdə məlum oldu ki, X42 və onun 3 nəfər ailə üzvünə Lerik rayon, Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 83 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar İslahat Komissiyası öz fəaliyyətlərini sonradan müxtəlif formalara keçirtməklə 2000-ci il tarixə qədər fəaliyyət göstərmişdir. Həmin orqan adından da, göründüyü kimi aqrar islahat, yəni əkin torpaqlarının həmin ərazidə yaşayan şəxslərə bölünməsi ilə məşğul olmuşdur. Bu hal özünü X60 Əsasnamədə öz əksini tapmışdır. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə təstiq edilmiş Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamənin 2.1-ci bəndinə əsasən Dövlət Komissiyasının əsas vəzifəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində islahatların aparılmasını təmin etməkdən ibarətdir. 2.2. Dövlət Komissiyası öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: - sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi Qaydalarının layihəsini hazırlayır və Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim edir; Lerik rayon X23 xx.xx.2005-ci il tarixli 83 saylı qərarı əsasında verilmiş JN-079A nömrəli 80301004 kodlu “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin özü qanunvericiliyin tələblərinə uyğun tərtib edilmməmiş və vəzifəli şəxslərin möhrü və imzası ilə təstiq olunmamışdır. Lerik rayon X23 xx.xx.2005-ci il tarixli 83 saylı qərarında həyətyanı torpaq sahəsinin ayrılması sözü yaransa da, faktiki bu, fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Bundan başqa onların atasının torpağın həmin hissəsində keçən əsrin 1980-cii illərində yeni fərdi yaşayış evi tikmişdir. Bu halda artıq fərdi yaşayış evi ilə yüklü olan torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə inzibati iş üzrə maraqlı şəxslərə verilə bilməzdir. 2000-ci il tarixdən Azərbaycan Respublikasının yaşayış məntəqələrinin torpaqları Bələdiyyələrin mülkiyyətinə keçmişdir. Bu baxımdan Bələdiyyələr həmin torpaq sahəsinə sərəncam vermək hüququna malik idilər. Lerik rayon X23 bu qərarı qanunvericiliyin tələblərinə uyğun gəlmir. Torpaq sahəsinin Şahmuradov Aydın və onun ailə üzvlərinə aid olması ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə sorğu ilə müraciət etsə də, sorğuda həmin şəxsə və digər şəxslərə torpaq sahəsinin qeydə alınması ilə bağlı hər hansı bir məlumat verilmir. Reyestr Xidmətinin 14 iyun 2021-ci il tarixli sorğuya cavab məktubunda onun mülkiyyətində olan torpaq sahəsi barədə informasiya verilir. Halbuki sorğunun mahiyyəti X31 və onun ailə üzvlərinə hansı əsasla torpaq sahəsinin qeydə alınmasını müəyyən etməkdir. Lakin buna cavab almadıqlarından məhkəməyə mövcud olan sənədlər əsasında müraciət etmək məcburiyyətində qalmışdırlar. Gələcəkdə həmin sənədlərin məhkəmə sorğusu əsasında DƏDRX-nin 10 saylı Ərazi İdarəsindən götürülməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazla bildirmişdir ki, Azərbaycan Respublikasının aqraq sektorunda islahatlar həyata keçirilənədək torpaqdan istifadə ümumxalq sərvəti olması, dövlət tərəfindən verilməsi və əvəzsiz (pulsuz) olması və sair prinsiplərə əsaslanmışdır “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilənədək torpaqlar kolxoz, sovxoz və digər təşkilatların daimi istifadəsində olmuş və təyinatı üzrə istifadə edilmişdir. Torpaq islahatı aparılanadək dövlət orqanlarının - Rayon (şəhər) X52 Rəyasət Həyətinin qərarı ilə vətəndaşlara daimi istifadə üçün fərdi yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahələri ayrılmışdır. Torpaqların uçotu torpaqların mövcudluğu, vəziyyəti və istifadəsi haqqında məlumatların ayrı-ayrı rayonlar, yaşayış məntəqələri və torpaqdan istifadəçilər üzrə toplanması və sistemləşdirilməsi həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq rayon, şəhər X52 icraiyyə komitəsi tərəfindən aparılmış, kolxoz, sovxozlara torpaqdan istifadə hüququna dair Dövlət Aktı həmin orqanın qərarı ilə Verilmişdir. “Aqrar islahatın əsasları haqqında” 12 fevral 1995-ci il tarixli Qanun Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas İstiqamətlərini və onların hüquqi təminatını müəyyən edir. Qanunun müddəaları aqrar islahat sahəsində digər normativ aktlar üçün əsasdır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir Aqrar islahatların həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra normativ aktlar, o cümlədən “Sovxoz və kolxozların islahatı haqqında” 12 fevral 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu sovxozların, kolxozların təsərrüfatlararası və digər-kənd təsərrüfatı istehsalı müəssisələrinin istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın (müəssisənin) hər hansı təşkilatihüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat vermiş, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən etmişdir. “Sovxoz və kolxozların islahatı haqqında” 12 fevral 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələblərinə görə Sovxoz və kolxozların islahatı haqqında qanunvericilik “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Müəssisələr haqqında” Azərbaycan Respublikası qanunlarından və digər normativ aktlardan ibarətdir. Həmin qanunun 2-ci maddəsinin tələblərinə görə islahatın məqsədi bazar iqtisadiyyatına uyğun müxtəlifnövlü təsərrüfat formalarını yaratmaq və aqrar bölmədə sahibkarlığı inkişaf etdirməkdir. Həmin qanunun 3-ci maddəsi islahatın oöyekt və subyektlərini müəyyən edir. İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin, dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin qanunun 4-cü maddəsi islahatı aparan orqanları müəyyən edir. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar islahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Həmin qanunun 7-ci maddəsi rayon aqrar islahat komissiyasının təşkilini,fəaliyyət qaydasını və səlahiyyətlərim müəyyən edir. Maddənin tələblərınə görə rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar islahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar islahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və svəzifələri icra edir. Həmin qanunun 8-ci maddəsi yerli aqrar islahat komissiyasının təşkilini, fəaliyyət qaydasını və səlahiyyətlərini müəyyən edir. Maddənin tələblərinə görə yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onur tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: X60 izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və sair vəzifələri icra edir. “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminarına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələri vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydasını müəyyən edir. Həmin qanunun 10-cu maddəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altmda olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında aqrar islahatları sürətləndirmək məqsədi ilə “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 13 avqust tarixli 482 nömrəli Fərmanına uyğun olaraq bir sıra normariv-hüquqi aktlar, o cümlədən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə, “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə, “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv vo kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Bu Əsasnamə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Həmin Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən ıcrpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bır kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin Əsasnamənin 2-ci bəndinin tələblərinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ənzə iiə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (qeyd: Komitə 2013-cü ildə ləğv edilmişdir, hal-hazırda onun səlahiyyətləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin struktur bölmələri tərəfindən həyata keçirilir) müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Həmin Əsasnamənin 3-cü bəndinin tələblərinə əsasən vətəndaşların arzusu ilə bu torpaqların onların mülkiyyətinə keçirilməsinə dair ərizə və hüquqi sənədlər aşağıdakı yerli qurumlar vasitəsi ilə də X41 Komitəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinə göndərilə bilər: rayon (şəhər) torpaq şöbəsi; torpaq şöbəsi olmayan şəhərlərdə memarlıq şöbəsi: Bakı şəhərində: a) fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altındakı torpaqlara dair sənədləri - şəhər rayonlarının memarlıq şöbələri; b) fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altındakı torpaqlara dair sənədləri -Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyi. Həmin Əsasnamənin 4-cü bəndinin rəiəblərinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq Təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair qanunvericilikdə nəzərdə tutulmuş formada torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilir. İddiaçı X5 Cavabdehnə qarşı Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarının X42, X19 və digərlərinə verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar bildiririk ki, Lerik Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli 41 saylı qərarı ilə iddiaçının babası X25 rayon mərkəzində dövlət fondu torpaqlarından 0,07 hektar fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iki otaqlı, ümumi sahəsi 69,1 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Qədir Əzizov 25 avqust 1966-cı ildə vəfat etmiş və torpaq sahəsi və fərdi yaşayış evi oğlu X44 və ailə üzvləri tərəfindən istifadə olunmuşdur. X44 30 avqust 1982-ci ildə, həyat yoldaşı X4 12 iyul 2011-ci ildə vəfat etmiş, həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı istifadəsində olmudir. Bu fakt Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2020-ci il tarixli 2(106)-313/2020 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli 2(102)-3683/2020 nömrəli qərarı ilə təsdiq edilmiş və o, miras əmlakı üzrə vərəsə sayılmışdır. ünvan 1 ünvan: ünvan 2ktar həyətyanı torpaq sahəsi və həmin tarpaq sahəsində inşa edilmiş ikiotaqlı, ümumi sahəsi 69,1 kv.m olan fərdi yaşayış evi ilə bağlı X20 adına 20 dekabr 2016-ci il tarixli Seriya RX- ******* nömrəli daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İddiaçı iddia tələbində qeyd edir ki, Lerik Rayon Zəhmətkeş Deputatları Soveti icraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli 41 saylı qərarı ilə babası X25 0,07 hektar fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində ikiotaqlı, ümumi sahəsi 69,1 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Lakin'1954-2020-ci illərdə babasının və ailənin digər üzvlərinin istifadəsində 0r12 hektar torpaq sahəsi olmuşdur, İddiaçı yeganə vərəsə kimi 0,12 hektar həyətyanı sahəsindən istifadə etdiyini bildirir. Lerik şəhəri,M.Əliyev küçəsi,ev 18 (sənədlərdə ünvan: ünvan 2ktar həyətyanı torpaq sahəsi və həmin tarpaq sahəsində inşa edilmiş ikiotaqlı, ümumi sahəsi 69,1 kv.m olan fərdi yaşayış evi ilə bağlı babası X20 adına 20 dekabr 2016-ci ıl tarixli Seriya R.X- 0954693 nömrəli daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş, faktiki istifadəsində olan əlavə 0,06 hektar həyətyanı torpaq sahəsi isə əsassız olaraq Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli,83 saylı qərarı ilə X42, X19 və digərlərinin mülkiyyətinə verilməklə onlara JN-079A,kod 80301004 nömrəli torpağa mülkiyyət hüququna dair Şəhadətmamə verilmişdir. Lerik Rayon Aqrar İslahatı Komissiyası və Lerik qəsəbə ərazisində fəaliyyət göstərən “Şən həyat” təsərrüfatı üzrə yerli aqrar islahatı komissiyası və Lerik Rayon Aqrar islahat Komissiyası 05 yanvar 2005-ci il tarixli 83 saylı qərarı ilə “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununa ilə “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq kolxozun istifadəsində (balansında) olan torpaqlar və əmlakın kolxozun daimi işçiləri və üzvləri, kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş kolxozda işləmiş şəxslər kolxozun əmlakından pay almaq hüququ olan subyektlər arasında bölgüsünü həyata keçirmiş və torpaq payçılarına Torpağa Mülkiyyət Hüququna X72 verilməsi haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq Lerik Rayon Aqrar İslahat Komissiyası 05 yanvar 2005-ci il tarixli 83 saylı qərarı ilə “Şən həyat” təsərrüfatının (Lerik qəsəbəsinin) ərazisində yaşayan vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında ümumi qərar qəbul etmiş və ərizə və sənədlər ( vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativbağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarin altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti) digər dövlət orqanı- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik Rayon Şöbəsi (qeyd: Komitə 2013-cü ildə ləğv edilmişdir, hal-hazırda onun səlahiyyətləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin struktur bölmələri tərəfindən həyata keçirilir) tərəfindən qəbul edilmiş, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq vətəndaşlara təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə” vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin onların mülkiyyətinə verilməsini müəyyən edir. Mülki qanunvericiliyin tələblərinə görə Qanuni istifadə dedikdə 16 iyun 1996-cı ilədək - “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı İİ tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək -qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mülki qanunvericiliyi ilə torpaq üzərində hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının aktları; torpaq üzərində hüquq və vəzifələri müəyyən edən məhkəmə qərarları ilə vətəndaşların istifadəsində və ya icarəsində olan torpaq sahələri başa düşülür Vətəndaşların faktiki istifadəsində olan fərdi yaşayış evləri, həyətyanı sahələri və digər torpaqlar və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi 01 iyun 2000-cı ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178-ci macidəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Mülki Məcəllənin 178.5-ci maddəsinin tələblərinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanm əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Mülki Məcəllənin 178 6-cı maddəsinin tələblərinə görə gərə şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz vevetirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. İddiaçı cavabdeh Lerik Rayon İcra Plakimiyyətinə qarşı “Lerik Rayon Aqrar islahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarının X42, X19 və digərlərinə verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə əlaqədar yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxslər X42, X19 və X24 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X33 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X32 şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lerik rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, İddiaçı Cavabdehnə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi”ni tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan JN-079A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Lerik qəsəbə sakini X31 və ailə üzvləri X8, X14 və X18 Lerik rayon X30 xx.xx.2005-ci il tarixli, 83 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X35 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, A/510 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Lerik rayon X17 İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolundan çıxarışa əsasən rayonda qulluq edən X20 yaşayış evinin olmadığını nəzərə alaraq rayon mərkəzində dövlət fondu torpağından 0,07 hektar ev yeri verilməsi və rayon kənd təsərrüfatı şöbəsinin baş yer quruluşçusu Babayev, kommunal müfəttişi Kazımov yoldaşlara tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi X20 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Lerik Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(048)-893/2017 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş xx.xx.1966-cı ildə vəfat etmiş X15 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. İşdə olan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(102)-313/2020 nömrəli qətnaməsi ilə Lerik rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(048)-118/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üz yeni qətnamə çıxarılmış və iddiaçılar X26, X27, X49 və X37 cavabdeh Lerik rayon notariaat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri DÖVLƏT Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Ryestri xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı “buraxılmış müddətin bərpası və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(102)-3683/2020 nömrəli qərarı ilə iddiaçı X38 və vəkili X50 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(106)-313/2020 nömrəli qətnaməsi iddiaçı X45 tərəfindən mirası qəbulu üçün buraxılmış müddətin bərpa edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin ünvanladığı xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, X15 miras qalmış əmlaka dair müvafiq qeydiyyatın aparılması məqsədilə İddiaçı tərəfindən əvəllər təqdim olunmuş 26 noyabr 2016-cı il tarixli, 71 saylı “Vərəsəlik məktubu” və digər ilkin hüquqmüəyyənedici sənədlər əsasında icrata qəbul edilm ərizəsinin icrası olaraq mərhum şəxsin adına vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü daşınmaz əmlakın dövlət reyestrindən 20 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Mərhum şəxsin adına müvafiq çıxarış verilərkən faktiki olaraq sözü gedən ərazi 0.06 ha təşkil etdiyindən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 0.07 ha kimi verilməsi mümkün olmamışdır. Həmin miras əmlakla əlaqədar vərəsələr arasında yaranmış mübahisəyə Ərazi idarəsi də cəlb olunmaqla Lerik rayon Məhkəməsində baxılmış və iş üzrə qərardadla məhkəmə tikinti-torpaqşünaslıq ekspertizası təyin edildiyindən adiyyəti üzrə icraat dayandırılmışdır. İşdə olan Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 2-58 nömrəli arxiv çıxarışından görünür ki, qəsəbənin M.Əliyev küçəsi 6 saylı evin sakini X1 razılıq rəyi nəzərə alınmış, onun həyətyanı torpaq sahəsində oğlu X31 özü üçün fərdi yaşayış evi tikməsinə razılıq verilmişdir. İşdə olan Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 3/498 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ( Lerik Rayon Aqrar islahat Komissiyası) üzrə xidməti sənədlər, o cümlədən qərarlar,iclas protokolları və sair xidməti sənədlər 5 illik saxlama müddəti başa çatdıqdan sonda rayon dövlət arxivinə təhvil verilir. Qanunvericiliyin tələbi ilə bağlı saxlama müddətinin başa çatması ilə əlaqədar Lerik Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2004-cü ildən- 05 dekabr 2004-cü ilədək keçirdiyi iclaslara dair 81, 82 və 83 saylı protokollar və iclas qərarları 10 dekabr 2009-cu ildə (2004-cü il üzrə siyahı, sıra nömrəsi-19, 26 vərəq), 05 yanvar 2005-ci ildən-08 dekabr 2005-ci ilədək keçirdiyi iclaslara dair 84-86 saylı protokollar və iclas qərarları 16 dekabr 2010-cu ildə ( 2005-ci il üzrə siyahı,sıra nömrəsi-16, 24 vərəq ) Cavabdeh başçısı aparatının ümumi şöbəsi tərəfindən Lerik Rayon Dövlət Arxivinə təhvil verilmişdir. Dövlət arxivinə təhvil verilmiş sənədlətin mühafizəsi üçün məsuliyyət Lerik Rayon Dövlət Arxivinin rəhbərliyinin üzərinə düşür. Əlavə olaraq bildiririk ki, sorğunuzla əlaqədar Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarının təsdiq olunmuş sürətinin rayon icra hakimiyyətinə təqdim olunması ilə bağlı Lerik Rayon Dövlət Arxivinin rəhbərliyinə müraciət olunsa da, arxiv rəhbərliyi 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli məktubla Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı iclas protokolunun arxiv idarəsində aşkar edilmədiyini bildirmişdir. İşdə olan Cavabdeh başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubunda qeyd edilmişdir ki, 1950-ci il təvəllüdlü X42, 1956-cı il təvəllüdlü X19 və 1980-ci il təvəllüdlü X3 şəhər qeydiyyatındadır, lakin hal-hazırda Lerik şəhərində yaşamırlar. 1977-ci il təvəllüdlü X2 şəhərində aparılan Aqrar İslahat zamanı Lerik şəhər qeydiyyatında olmuş, lakin 2016-cı il tarixdən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Lerik şəhərində yaşamır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/5241 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Sovetin İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0.07 ha torpaq sahəsinin naturada və sənəd üzrə konktet yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar islahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarı əsasında JN-079A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edildi. Aparılan araşdırma zamanı müəyyən olundu ki, X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,06 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış sənədlərdəki texniki xətalara görədir). Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Sovetin İcraiyyə Komitəsinin 22 iyun 1954cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0.07 ha həyətyanı torpaq sahəsinin yuxarıda qeyd edildiyi kimi sənəd üzrə konkret yerləşmə yerini,sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin 0.07 ha torpaq sahəsinin JN- 079A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2016- cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli çıxarışa əsasən X20 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə JN-079A saylı "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi üstüstə düşmür, sənədlərə əsasən bir-biri ilə qonşu torpaq sahələridir. İşdə olan Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-65- 2/2-147/2023 nömrəli məktubuna əlavə edilmiş əlavə izahatda qeyd edilmişdir ki, məhkəmənin 30 mart 2022-ci il tarixli Qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert qarşısında Lerik rayon ZDS İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokoluna əsasən X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatlarının müəyyən edilməsi (1-ci sual üzrə), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 20 dekabr 2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X20 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerinin və koordinatlarının müəyyən edilməsi (2-ci sual üzrə), Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarı əsasında JN-079 A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yerinin və koordinatlarının müəyyən edilməsi (3-cü sual üzrə), habelə qeyd olunan torpaq sahələrinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsinin müəyyən edilməsi (4-cü sual üzrə) tapşırılmışdır. Qoyulan suallar üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 10/5241 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Dublik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2022-cı tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon XDS İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokoluna əsasən X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhədi, yerləşmə, həndəsi ölçülən və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olun və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,07 ha torpaq sahəsinin yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri XidmətininlO saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarı əsasında JN-079 A, KOD 80301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X26 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həmin 0,06 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədindəki məkan göstəriciləri ilə onların faktiki istifadələrində olan torpaq sahəsinin məkan göstəriciləri arasında müəyyən qədər uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur (bu da islahat zamanı hazırlanmış sənədlərdəki texniki xətalara görədir). Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********83 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon ZDS İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X25 fərdi yaşayış evinin tikintisi üçün rayon mərkəzində dövlət fondu torpağından ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin yuxarıda qeyd edildiyi kimi sənəd üzrə konkret yerləşmə yerini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin 0,07 ha torpaq sahəsinin JN- 079A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş (RX seriyalı ******* nömrəli) **********80- 10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan Lerik şəhəri, Həmid Həmidov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi ilə JN-079A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi və sənədlərə əsasən bir-biri ilə qonşu torpaq sahələri olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinin tələblərinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Həmin Məcəllənin 101-ci maddəsinin tələblərinə əsasən ekspert yazılı formada rəy verir. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələblərinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinin tələblərinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 10/5241 nömrəli ekspert rəyinin hazırki mübahisənin obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasında mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hesab edirik ki, məhkəmə iş üzrə qərar qəbul edərkən digər sübutlarla yanaşı ekspert rəyi ilə müəyyən edilmiş xüsusatları da nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən İddiaçı Cavabdehnə qarşı “Lerik Rayon Aqrar islahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarının X42, X19 və digərlərinə verilmiş həyətyam torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 10/5241 nömrəli ekspert rəyi ilə müəyyən edilən xüsusatlar nəzərə alınmaqla qərar qəbul etməyi xahiş etmişdir. İşdə olan Lerik rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2-47/2023 nömrəli çıxarışdan görünür ki, Rayonda qulluq edən X39, X46, X34, X28, X21, X29, X40, X36 və X16 yaşayış evi olmadığını nəzərə alaraq rayon mərkəzində dövlət fondu torpağından hər birinə 0,07 hektar ev yeri verilmişdir. İşdə olan Lerik rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 16-C-23 nömrəli məktubuna əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lerik şəhər sakini İddiaçı müraciəti əsasında toplanmış 16-C-23 saylı material üzrə onun faktiki istifadəsində olan 0,06 ha ərazi sahəsinə çıxarış verilməsinə etiraz etməsinin iradəsindən asılı olmayan səbəblərdən baş verməsi faktında cinayət hadisəsi olmadığına və JN-079A KOD 80301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin saxta olması faktına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/5559 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1449/2024 №-ii mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Soveti İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarı ilə X25 ünvan 9 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan, hər hansı bir istinad nöqtəsi olan və s.) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həmin 0,07 ha torpaq sahəsinin tərəflərin (iddiaçı və üçüncü şəxslərin) istifadələrində olan həyətyanı torpaq sahəsinin hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1449/2024 №-li mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Soveti İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarı ilə X25 ünvan 9 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsində hansı tikililərin mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, faktiki vəziyyətdə tərəflərin (iddiaçı və üçüncü şəxslərin) istifadələrində olan mübahisəli həyətyanı torpaq sahəsinin ümumi ölçüsünün 0,127 ha olması müəyyən edilmişdir. Həmin 0,127 ha torpaq sahəsi üzərində iki fərdi yaşayış evinin və köməkçi tikililərin mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin fərdi yaşayış evinin birinin və köməkçi tikililərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində, digər fərdi yaşayış evinin isə JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi birgə mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsi üzərində yerləşməsi müəyyən olunmuşdur. Tikililərin nə vaxt inşa edilməsini müəyyən etmək üçün metodika olmadığından, mövcud olan tikililərin köhnə və ya yeni tikili olması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1449/2024 №-li mütəxəssis rəyinə əsasən, Lerik rayon ZD Soveti İcraiyyə Komitəsinin 22 iyun 1954-cü il tarixli, 41 nömrəli iclas protokolunun qərarına əsasən X25 ünvan 9 ünvanında fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə isə iddiaçı və üçüncü şəxslərin istifadələrində olan 0,127 ha ölçüdən ibarət həyətyanı torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0,06 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan, qalan 0,06 ha hissəsinin isə JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi bidgə mülkiyyətlərində olan torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən hasara alınmış 0,127 ha ölçüdən ibarət torpaq sahəsinin başqa üçüncü şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İnzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır:
1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;
2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin ünvanladığı xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, X15 miras qalmış əmlaka dair müvafiq qeydiyyatın aparılması məqsədilə İddiaçı tərəfindən əvəllər təqdim olunmuş 26 noyabr 2016-cı il tarixli, 71 saylı “Vərəsəlik məktubu” və digər ilkin hüquqmüəyyənedici sənədlər əsasında icrata qəbul edilm ərizəsinin icrası olaraq mərhum şəxsin adına vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü daşınmaz əmlakın dövlət reyestrindən 20 dekabr 2016-cı il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Mərhum şəxsin adına müvafiq çıxarış verilərkən faktiki olaraq sözü gedən ərazi 0.06 ha təşkil etdiyindən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 0.07 ha kimi verilməsi mümkün olmamışdır. Həmin miras əmlakla əlaqədar vərəsələr arasında yaranmış mübahisəyə Ərazi idarəsi də cəlb olunmaqla Lerik rayon Məhkəməsində baxılmış və iş üzrə qərardadla məhkəmə tikinti-torpaqşünaslıq ekspertizası təyin edildiyindən adiyyəti üzrə icraat dayandırılmışdır. - Lerik rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 2-58 nömrəli arxiv çıxarışından görünür ki, qəsəbənin M.Əliyev küçəsi 6 saylı evin sakini X1 razılıq rəyi nəzərə alınmış, onun həyətyanı torpaq sahəsində oğlu X31 özü üçün fərdi yaşayış evi tikməsinə razılıq verilmişdir. - Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 3/498 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh ( Lerik Rayon Aqrar islahat Komissiyası) üzrə xidməti sənədlər, o cümlədən qərarlar,iclas protokolları və sair xidməti sənədlər 5 illik saxlama müddəti başa çatdıqdan sonda rayon dövlət arxivinə təhvil verilir. Qanunvericiliyin tələbi ilə bağlı saxlama müddətinin başa çatması ilə əlaqədar Lerik Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 2004-cü ildən- 05 dekabr 2004-cü ilədək keçirdiyi iclaslara dair 81, 82 və 83 saylı protokollar və iclas qərarları 10 dekabr 2009-cu ildə (2004-cü il üzrə siyahı, sıra nömrəsi-19, 26 vərəq), 05 yanvar 2005-ci ildən-08 dekabr 2005-ci ilədək keçirdiyi iclaslara dair 84-86 saylı protokollar və iclas qərarları 16 dekabr 2010-cu ildə ( 2005-ci il üzrə siyahı,sıra nömrəsi-16, 24 vərəq ) Cavabdeh başçısı aparatının ümumi şöbəsi tərəfindən Lerik Rayon Dövlət Arxivinə təhvil verilmişdir. Dövlət arxivinə təhvil verilmiş sənədlətin mühafizəsi üçün məsuliyyət Lerik Rayon Dövlət Arxivinin rəhbərliyinin üzərinə düşür. Əlavə olaraq bildiririk ki, sorğunuzla əlaqədar Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarının təsdiq olunmuş sürətinin rayon icra hakimiyyətinə təqdim olunması ilə bağlı Lerik Rayon Dövlət Arxivinin rəhbərliyinə müraciət olunsa da, arxiv rəhbərliyi 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli məktubla Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 yanvar 2005-ci il tarixli, 83 saylı iclas protokolunun arxiv idarəsində aşkar edilmədiyini bildirmişdir. - Cavabdeh başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubunda qeyd edilmişdir ki, 1950-ci il təvəllüdlü X42, 1956-cı il təvəllüdlü X19 və 1980-ci il təvəllüdlü X3 şəhər qeydiyyatındadır, lakin hal-hazırda Lerik şəhərində yaşamırlar. 1977-ci il təvəllüdlü X2 şəhərində aparılan Aqrar İslahat zamanı Lerik şəhər qeydiyyatında olmuş, lakin 2016-cı il tarixdən etibarən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində qeydiyyatdadır, hal-hazırda Lerik şəhərində yaşamır. - İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2016-cı il tarixli notarial ərizəyə əsasən Lerik rayon ZDS İcraiyyə Komitəsi tərəfindən mərhum babası X25 fərdi yaşayış evi üçün ayrılmış 0,07 ha torpaq sahəsinin faktiki olaraq 0,06 ha olduğu üçün həmin 0,06 ha torpaq sahəsinə reyestrdən çıxarış verilməsinə etiraz etmədiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilən sənədlərə əsasən iddiaçılara ayrılan torpaq sahəsi ilə bağlı müvafiq inzibati orqanlarda məlumatın olduğu sübut olunmur. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5559 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir ki, həmin rəyə əsasən iddiaçı və üçüncü şəxslərin istifadələrində olan 0,127 ha ölçüdən ibarət həyətyanı torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 0,06 ha hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli və **********80-10301 reyestr nömrəli Çıxarışa əsasən X20 mülkiyyətində olan, qalan 0,06 ha hissəsinin isə JN-079A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X26, X6, X9 və X13 ümumi bidgə mülkiyyətlərində olan torpaq sahəsi olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən hasara alınmış 0,127 ha ölçüdən ibarət torpaq sahəsinin başqa üçüncü şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılan tam araşdırma nəticəsində iddiaçı tərəfin tələbi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmir. Eləcə də, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 ayrılan həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir ki, həmin sənədlərin qanunsuz tərtib edilməsi sübut olunmur. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçılara ayrılan torpaq sahələrinin naturada yerləşmə koordinatları müəyyən edilmədən, yalnız iddia olunan yer üzrə tələb irəli sürməsi digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların sənədlərin etibarsızlığı ilə bağlı tələbləri əsassız olmuş və iddiaçılar iddia tələbində haqlı deyildirlər. Məhkəmə iddiaçılara qeyd edilənlərlə bağlı hüquqi yardım etmiş, həmçinin məhkəmə iclaslarında müzakirələr aparmışdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə tərəfindən iddiaçılara tələbinin dəqiqləşdirilməsi ilə bağlı əlavə hüquqi yardımın göstərilməsinə ehtiyac yoxdur. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 83 saylı qərarının X31, X8, X14 və X18 verilmiş həyətyanı torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov