Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-500/2021 05.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6093/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N73-cü ildə Füzuli rayonu Horadiz kəndində anadan olmuşdur. N91-ci ilin sonlarında Sovetlər İttifaqına hərbi xidmətə yollanmışdır. N92-ci ilin fevral ayında Sovetlər İttifaqında hərbi xidmətdə olan bir qurup Azərbaycanlı ilə birlikdə ordudan çıxaraq (qaçaraq) Azərbaycana gəlmiş və yeni yaradılmış Milli Orduda xidmət etmək üçün hərbi komissarlığa müraciət etmişdir. xx.xx.N92ci ildə N saylı hərbi hissənin tərkibinə qəbul olunmuş və N93-cü ilin iyun ayının 11-nə kimi həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. N93-cü ilin iyun ayının 5-də ordudan təxris olunmuşdur. Bu günə kimi ona müharibə veteranı vəsiqəsi verilməmişdir. Müdafiə Nazirliyinə müraciət edərək, Qarabağ müharibəsində iştirak etməsi ilə bağlı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini istəsədə bundan imtina edilmişdir və bu barədə ona xx.xx.2020-ci il tarixdə imtina məktubu göndərilmişdir, səbəb isə Müdafiə Nazirliyinin arxivindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda N nömrəli hərbi hissənin komandirinin iyul-dekabr N92-ci il, yanvaraprel N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti bardə məlumatların aşkar olunmamasıdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışında göstərilir ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N92-ci il tarixli 21 nömrəli əmrinə əsasən taqım komandiri İddiaçı adı yazılmışdır (əsas. Sıra 30, əmrdə soyadı hüseyinov yazılmış, atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir) 2-ci rotanın şəxsi heyyətinin siyahısında adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin komandirinin iyul-dekabr N92-ci il və yanvar-aprel N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti bardə məlumatlar aşkar olunmamışdır. Nəticədə arxiv arayışında N nömrəli hərbi hissənin komandirinin may-iyun N93-cü il tarixli nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə daxil olmaması göstərilmişdir. Vicdanla vətən yolunda öz borcunu verərək digər döyüşçü yoldaşları ilə birlikdə xx.xx.N92-ci ildən N93-cü ilin iyun ayının 5-nə kimi N saylı həmin hərbi hissənin tərkibində döyüş əməliyatlarında, torpaqların müdafiəsində iştirak etmişdir. Arxiv arayışında göstərilənlər yəni əmrdə onun atasının adının göstərilməməsi, soyadının Hüseyinov kimi göstərilməsi, N nömrəli hərbi hissədə xidmət barədə məlumatların aşkar olunmaması ona veteran adının, veteran vəsiqəsinin verilməməsi üçün müxtəlif bəhanələrdir. N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi lə bağlı məlumatlar onun hərbi biletində qeyd edilmişdir. 839-nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi ilə bağlı məlumatlar isə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş N.06. 2020-cu il tarixli arxiv arayışında göstərilir. Cavabdeh Müdafiə Nazirliyi onun barəsində veteran statusunu istisna edən hər hansı sübutu təqdim edə bilmir, belə ki, xidmətdə olduğu dövrdə (xx.xx.N92-ci ildən N93-cü ilin iyun ayına kimi) hərbi hissəni, xidmət yerini, heç vaxt öz başına tərk etməmiş, fərarilik etməmiş, məhkum olunmamış, amnistiya aktına əsasən məsuliyyətdən azad edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/71-9152 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya’’nın 01,07.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-6782 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul-dekabr N92-yanvar-aprel N93-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmət keçməyiniz barədə məlumat olmadığına və həmin hərbi hissənin may-iyun N93-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına görə Sizə "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP01/614 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanladığınız xx xxxxxx 2020-ci il tarixli 2-1(112)- 6093/2020 saylı sorğunuzla əlaqədar bildirirəm ki, Respublika Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin arxivdə saxlanılan 2002-ci ilə dair müraciətlərin qeydiyyatı kitabında 205-ci sıra nömrəsi altında xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 15 saylı yataqxananın 47-ci otağında yaşayan İddiaçı ərizə ilə prokurorluğa müraciət etməsi və xx.xx.2002-ci il tarixdə CPM-nin 40.2.3-cü maddəsinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsinə dair qeydlərin olması müəyyən edilmişdir. Lakin həmin illərə aid digər sənədlər və materiallar saxlama müddəti keçməsi səbəbindən qanunamüvafiq qaydada məhv edildiyindən qeyd edilən material barədə ətraflı məlumat vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2020-ci il tarixli, 11/4856 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adınının və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz: İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin iyul-dekabrN92yanvar-aprel N93-cü il tarixli əmrlərində iddiaçının xidmət keçməyi barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçının hərbi biletində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2002-ci il tarixli HP-7- 1/530 saylı qərarına və məktubuna istinad olunaraq göstərilmişdir ki, cinayət işinin başlanması bəraətverici əsaslar olmadan rədd edilmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əvvəlki qulluğu hesablanmamışdır. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 №-İİ qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N97-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 11/35 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında aidiyyəti üzrə Bakı inzibati məhkəməsindən daxil olmuş (xx.xx.2020-ci il tarixli qərardad) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. Həmin işlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4856 №-li etirazını nəzərə almağınızı və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul etməyiniz və AR İPM-nin 62.3-cü, MPM-nin 185.6-cı maddələrinə müvafiq olaraq, inzibati işə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxmağınızı xahiş edirəm. Həmçinin sərəncama əlavə olunmuş məktubunuza cavab olaraq bildirmək lazımdır ki, sorğunuzda göstərilənlər suallar (Müdafiə Nazirliyinə aid olan hissədə) məhkəmə iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli və Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubları ilə artıq cavablandırılmışdır. Sorğunun digər hissələri Respublika Hərbi Prokurorluğunun və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olduğundan həmin qurumlara müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 9/2-64 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli 2-1 (120)-N05/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx xxxxx N92-ci il tarixli 9 №-li əmrində İddiaçı (əsas: sıra 38, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) batalyonun 3-cü rotasına döyüşçü təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxx N92-ci il tarixli 21 №-li əmrində tağım komandiri Nəzər Hüseyinovun (əsas: sıra 30, əmrdə soyadı Hüseyinov yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) 2-ci rotanın şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyul-dekabr N92-ci il və yanvar-aprel N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N №-li hərbi hissə komandirinin may-iyun N93-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döblət Xidmətinin Füzuli rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 47 nömrəli arayışında qeyd edilir ki, Sizin xx.xx.2020-ci il tarixli 2-1 (120)-N05/2020 nömrəli məktubunuza əsasən bildiririk ki, Füzuli rayon Horadiz kəndində anadan olmuş, 21,06.N73-cü il təvəllüdlü İddiaçı SHXÇDX-nin Füzuli rayon şöbəsində qeydiyyat kartasında xx.xx.N91-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Keçmiş SSRİ Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə, 01,04.N92-ci il tarixdən xx.xx.N93-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən həqiqi hərbi xidmətin qanunla müəyyən edilmiş müddətini faktiki olaraq CM-nin 74-cü, CPM-nin 40.2.3 və 212-ci maddələrinə əsasən cinayət işi başlanması rədd edildiyinə görə xx.xx.2002-ci il tarixdə SHXÇDXnin Füzuli rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin iyuldekabr N92-ci il və yanvar-aprel N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı törətdiyi hərbi cinayətə görə cinayət işinin başlanması bəraətverici əsaslar olmadan rədd edilmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əvvəlki qulluğu hesablanmamışdır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnəməyə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-500/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-500/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver