Məhkəmə qərarları › İş №2-1(120)-502/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-502/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-502/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid X4 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, şəhid X4 «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X8 1974-cü il iyun ayının 28-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Mənfur Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal etmək niyyətini həyata keçirmək istiqamətində hərəkətə başladıqdan bir müddət sonra qaçqınçılıq dövründə doğma el-obadan didərgin düşüb başqa ərazilərdə məskunlaşdılar. Həmin vaxtı onun bir oğlu Manaf Süleymanov N saylı hərbi hissədə qulluq edirdi. Erməni işğalçılarına nifrət hissi ailənin son beşiyi X1 olaraq qardaşının xidmət etdiyi hərbi hissəyə apardı. Qısa müddət ərzində hərbinin qaydaqanunlarına yiyələnərək, xidməti istifadəsində qurbaratan silahın sirlərini qavradı. 1992 və 1993-cü illərdə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi hərbi fədakarlık göstərərək düşmənin 1 ədəd tankını, 1 ədəd BMP-sini, çox sayda texnikasını, piyadaların döyüş maşınını və 20-dən artıq canlı qüvvəsini məhv etmişdir. Ağdam uğrunda gedən döyüşlərdə hərbi fədakarlıq nümunəsi göstərərk düşmənin 2 tankını məhv etmişdir. Ağdam uğrunda gedən növbəti döyüşdə mühasirədə qalan döyüş yoldaşlarını düşmənin döyüş texnikasını irəliləməyə qoymaraq mühasirədən çıxarmışdır. Həmin döyüşdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpədən yaralanmış və N yanvar 1994-cü ildə şəhid olmuşdur. Komandanlıq tərəfindən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə o, müsbət xasiyyətiəndirilmiş, döyüş yoldaşları onun yüksək ada təltif olunması üçün müraciətlər etmiş, həmçinin komandanlın tərəfindən «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilməsi üçün təqdimat verilmişdir. Təqdimatda göstərilir ki, sıravi X8 N №-li hərbi hissənin tərkibində döyüşdüyü müddət ərzində erməni quldurlarına qarşı Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına vuruşmuş və həlak olmuşdur. Komandanlıq tərəfindən verilən bütün tapşırıqların öhdəsindən gəlməyi bacarırmışdır, özünü bacarıqlı, nizam-intizamlı bir əsgər kimi tanıtmışdır. Bu xasiyyətlərinə görə 31 dekabr 1993-cü il tarixdə Ağdamın Güllücə kəndinin ətrafında yerləşən böyük kanalın müdafiəsi uğrunda gedən döyüşlərdə düşmənin bir tankını və 5 nəfər canlı qüvvəsini məhv etmişdir. xx.xx.1994-cü il tarixdə quduzlaşmış düşmənin hücumunu dəf edərkən aldığı mərmi qəlpəsi nəticəsində şəhid olmuşdur. Bu səbəblərdən göstərdiyi qəhrəmanlıqlara görə «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat təqdim olunmuşdur. Bundan sonra təltif sənədləri Müdafiə Nazirliyi tərəfindən itirilmişdir. Belə ki, Füzuli rayon Hərbi Komissarı, polkovnik leytnant İ.Xudiyevin imzaladığı xx.xx.20N-ci il tarixli 668 №-li məktubda göstərilir ki, 1997-ci ildə X8 haqqında topladığı təltif sənədlərini sabiq icra başçısı, hal-hazırda Milli Məclisin deputatı K.Əliyev, Müdafiə Nazirinin köməkçisi Mayor Babayev Ə. İlə telefonla danışdıqdan sonra sənədlərin ona əl ilə çatdırılmasını xahiş etdi. O isə həmin vaxtı sənədləri Müdafiə Nazirliyinin giriş qapısındakı komendant vasitəsi ilə mayor Babayevə çatdırılması üçün verdi. Sənədlərin şəxsən Mayor Babayevə verməyini xahiş etsə də, komendat kənar şəxslərin ora buraxılmamasını bildirirək sənədləri şəxsən çatdıracağını bildirdi və ona verməyi tələb etmişdir. Həmin sənədlərin sonrakı taleyi qaranlıq qalmışdır. Yalnız sənədlərin surəti komissarlıqda qalmış və o da həmin surətləri əldə etmişdir. O, Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş, müraciət Müdafiə Nazirliyinə göndərilmiş və həmin orqandan ona verilmiş olan cavabda bildirilir ki, Müdafiə Nazirliyinin təltif komissiyasında Silahlı qüvvələrdə xidmək keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə «Azərbaycan Respublikası silahlı qüvvələrində Azərbaycan Respublikasının ordan və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimat əsasında baxıla bilər. Məktub onunla yekunlaşır ki, mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdimat daxil olmamışdır. Bu məktula onların ailənin hüquqları pozulub. Belə ki, mərhum oğlu layiq olduğu «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunmamışdır. Halbuki onun barəsində təqdimat şəhid olduğu tarixdən az sonra verilmiş, lakin Müdafiə Nazirliyində həmin sənədlər itirilmişdir. Bununla da «Azərbaycan Respublikası silahlı qüvvələrində Azərbaycan Respublikasının ordan və medalları ilə təltif etmək, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında» Təlimatın tələbləri pozulmuşdur. Qeyd edilmiş faktiki vo hüquqi əsaslara görə o, öhdəlik müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məcburetmə haqqında iddia onlara oğlunun layiq olduğu fəxri adın verilməsi üçün zəruridir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan döyüşçü X9 yoldaşlarının və hərbi rəhbərləri olan S.S.Mirzəyev, A.İ.Əliyev, M.H.Verdiyev, H.T.Həsənov, İ.R.Zeynalov, E.İ.Quliyev, E.V.Quliyev, A.Y.Xankişiyev, Xanəhmədov, C.M.Nuriyev, Ə.M.Səfərov, K.T.Səfərov, X.Ə.Mehdiyev, V.İ.Əliyev, Y.N.Süleymanov, İ.Ə.Məmmədov, S.S.Mirzəyev, A.İ.Əliyev, M.H.Verdiyev, H.T.Həsənov, İ.R.Zeynalov, A.N.Göyüşov tərəfindən edilmiş müraciətlərə əsasən, 1-ci bölüyün əsgəri X8 1992-ci və 1993-cü İldə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəxsi hərbi fədakarlıq göstərərək düşmənin 1 (bir) ədəd Tankının, 1 (bir) ədəd BMP-sini, Piyadaların döyüş maşının və 20-dən artıq canlı qüvvəsini məhv etmişdir. X8 döyüşlərini Ağdam uğrunda gedən döyüşlərdə davam etdirərək, orada da hərbi fədakarlıq nümunəsi göstərərək, düşməninin 2 tankını məhv etmişdir. Ağdam uğrunda gedən növbəti döyüşdə düşmənin döyüş texnikalarım irəliləməyə qoymayaraq döyüşən yoldaşlarını mühasirədən çıxarmışdır. Düşmən tərəfdən atılan mərminin partlaması zamanı yaranan qəlpələrdən yaralanaraq N yanvar 1994-cü il tarixdə şəhid olmuşdur. Xahiş edir ki, X8 barədə qərar qəbul edərkən bunları nəzərə alınsın. X3 Qarabağda etdiyi fədakarlığa görə rəhbərlik tərəfindən Milli qəhraman kimi rəsmiləşdirilmişdir. Həmin sənəd başqasının xahişi ilə itirdilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 1/S-9440 saylı məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan müraciətə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Müdafiə Nazirliyinin təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda baxılmış təqdimat əsasında baxıla bilər. Mərhum oğlu Məhəmməd Süleymanovun təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdimat daxil olmamışdır. - Füzuli rayon Hərbi Komissarlığının 668 saylı, xx.xx.2N0-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən, şəhid oğlu X8 haqqında toplanan təltif sənədlərini sabiq icra Başçısı, hal-hazırda MM-in deputatı K.Əliyev, Müdafiə Nazirinin köməkçisi Mayor Babayev Ə. ilə telefonla danışdıqdan sonra sənədlərin ona əl ilə çatdırılmasını xahiş etdi. O isə həmin vaxt sənədləri MN-in giriş qapısındakı komendant vasitəsi ilə mayor Babayevə çatdırılması üçün verdi. Sənədlərin şəxsən mayor Babayevə verməsini xahiş etsə də, komendant kənar şəxslərin ora buraxılmamasını bildirərək sənədləri şəxsən çatdıracağını bildirdi və ona getməyi tələb etdi. Bütün bunlar 1997-ci ilə təsadüf edir. - İş materiallarına şəhid X4 döyüş yoldaşlarının və hərbi rəhbərlərinin izahatları, müraciətləri, N saylı Hərbi Hissə tərəfindən verilmiş xasiyyətnamə və təqdimatın surətləri əlavə edilmişdir. - İşdə olan AZE seriya 04863918 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1936-cı il təvəllüdlüdür, Cəbrayıl ray, B.Mərcanlı kəndində qeydiyyatdadır, 009466 saylı Cəbrayıl rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəsiqəsinə əsasən, İddiaçı şəhid ailəsidir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X13 Xidmətinin Cəbrayıl Rayon Bölməsinin xx.xx.2N2-ci il tarixli, 195 saylı məktubuna əsasən, Cəbrayıl rayon Böyük-Mərcanlı kənd sakini olmuş 1974-cü il təvəllüdlü mərhum X8 xx.xx.1992-ci il tarixdə keçmiş Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq N () saylı hərbi hissəyə təhvil verilmişdir. N.01,1994-cü ıl tarixdə Ağdam rayon Güllücə məntəqəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X2 "Azərbaycanın Milli Qəhrəmanı” adına təltif olunması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdimat verilməsi barədə SHXÇDX-nin Cəbrayıl rayon şöbəsində heç bir məlumat yoxdur. - İşdə olan xx.xx.1994-cü il tarixli N () saylı hərbi hissə komandirinin N saylı əmrindən çıxarışa əsasən, torpaqların azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduqları üçün “hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq X8 hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmiş, bütün təminat siyahılarından çıxarılmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2N2-ci il tarixli, 11/621 saylı etiraza əsasən, “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini- Kadrlar İdarəsinin xx.xx.2N1-ci il tarixli 1/S-20055 nömrəli məktubunda isə göstərilir ki, X4 N nömrəli hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidməti və rəşadətinin olması barədə hər hansı bir məlumata, həmçinin bu məlumatları təsdiq edən heç bir rəsmi sənədə rast gəlinməmişdir. Yuxarıda göstərildiyi kimi, mərhum M.İddiaçı təltifi ilə bağlı Müdafiə Nazirliyində hər hansı sənəd yoxdur. Bundan başqa, hərbi hissənin və ya digər qurumların konkret şəxsin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi barədə Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırması, təqdimat verməsi cavabdehin həmin təqdimatı aidiyyəti üzrə təqdim etmək vəzifəsi yaratmır. Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2-1(1N)- 2848/2019 №-li xx.xx.2019-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2N1-ci il tarixli, 1S-20055 saylı məktuba əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə yalnız onların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında baxıla bilər. Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan sənədlərində şəhid X4 təltif olunması barədə Müdafiə Nazirliyinin Təltif komissiyasına hər hansı bir sənədin daxil olması barədə heç bir təqdimat yoxdur. Bundan əlavə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sözügedən məsələ ilə bağlı xx.xx.2N1-ci il tarixində sorğu göndərilmiş, lakin İşlər İdarəsinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2N1-ci il tarixli məktubla mərhum X6 “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi üçün təqdim olunan təqdimat və ya təqdimatın qeydiyyatı kitabının daxil olmadığı bildirilmişdir. Bu barədə xx.xx.2N1-ci il tarixli məktubla Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevə, xx.xx.2N1-ci il tarixli məktubla isə vətəndaşa məlumat verlmişdir. - İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2N2-ci il tarixli, ********** saylı məktubla İddiaçı sosial ödəniş işlərinə dair sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı şəhid oğlu X6 “Azərbaycan Milli Qəhramanı” adına təltif olunması üçün təqdimat verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan fəxri adın verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı şəhid oğlu X4 qəhrəmanlıqlarına görə «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat təqdim olunduğunu, lakin təltif sənədlərinin Müdafiə Nazirliyi tərəfindən itirildiyini bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi X4 N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidməti və rəşadətinin olması barədə hər hansı bir məlumata, həmçinin bu məlumatları təsdiq edən heç bir rəsmi sənədə rast gəlinmədiyini göstərmişdir. İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərin cavabdeh orqana təqdim edilməsinə dair dair sənəd və ya digər sübutlar təqdim edilməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının şəhid oğlu X4 qəhrəmanlıqlarına görə «Azərbaycanın Milli Qəhrəmanı» adına təltif olunması üçün təqdimat təqdim olunması barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, N () saylı hərbi hissəyə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə X13 Xidmətinə rəsmi qaydada sorğular göndərilmiş, lakin X4 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdimat verilib-verilməməsi barədə məlumat və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin təqdim edilməsi xahiş olunmuş, lakin heç bir orqan tərəfindən X4 adına təltif olunması üçün məlumat və sənədlər təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların təltif edilməsi məsələsinə yalnız onların xidmət etdikləri hərbi hissə komandirlərinin təqdim etdikləri və yuxarı qərargahlarda müsbət baxılmış təqdimatlar əsasında baxıla bilər. İddiaçı tərəfindən təqdim edilmiş şəhid X4 döyüş yoldaşlarının və hərbi rəhbərləri izahatları, müraciətləri, N saylı Hərbi Hissə tərəfindən verilmiş xasiyyətnamə, təqdimatın surəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir və həmin sənədlər əsli deyil, sənədlərin surətləridir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Belə ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin 2-ci bəndinə əsasən “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. İnzibati Prosessual Məcəllənin 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə hərbi hissə tərəfindən “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimat Müdafiə Nazirliyinə təqdim edilməmiş, buna görə də cavabdeh orqan təqdimatın icra edilməsi üçün aidiyyəti hər hansı hərəkət etməmişdir. "İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanı mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifənin qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskression səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunidir, əsaslıdır, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya şəhid X4 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün təqdimat verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid X4 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid X4 «Azərbaycan Milli Qəhramanı» adına təltif olunması üçün təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar