Məhkəmə qərarları › İş №2-1(120)-503/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-503/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-503/2021 01.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçı “Xarrat” kooperativinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 30 ildən artıq “Xarrat” kooperativinin faktiki sahibliyində olan, mülkiyyətə və ya icarəyə verilməsi üçün müraciətlər etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati bina tikintisi məqsədi üçün ayrılması haqqında Lənkəran rayon İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə xx xxxxxx 2021-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Xarrat” kooperativi cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 30 ildən artıq “Xarrat” kooperativinin faktiki sahibliyində olan, mülkiyyətə və ya icarəyə verilməsi üçün müraciətlər etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati bina tikintisi məqsədi üçün ayrılması haqqında Lənkəran rayon İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “Xarrat” kooperativinin iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsini “Xarrat” kooperativinin adından X3 imzalamış, lakin X1 iddia ərizəsini imzalamaq səlahiyyətini, eyni zamanda onun “Xarrat” kooperativinin nümayəndəsi olduğunu təsdiq edən sənədin (etibarnamənin) əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iclasında özünü “Xarrat” kooperativinin nümayəndəsi kimi təqdim edən X2 “Xarrat” kooperativinin adından məhkəmə prosesində iştirak etmək üçün ona verilmiş etibarnamənin və ya hazırki iddia ərizəsini imzalamaq səlahiyyətlərini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsinin təklif edilməsinə baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5-ci bəndinə əsasən... həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda, məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1908/2020 nömrəli məktubla X1 hazırki iddia ərizəsini imzalamaq səlahiyyətlərini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı yardım olunsa da, iddiaçı tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Xarrat” kooperativinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 30 ildən artıq “Xarrat” kooperativinin faktiki sahibliyində olan, mülkiyyətə və ya icarəyə verilməsi üçün müraciətlər etdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati bina tikintisi məqsədi üçün ayrılması haqqında Lənkəran rayon İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsindəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən eyni tələblə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar