Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-503/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 23 fevral 2023-cü il tarixli qərardadı ilə Ağcabədi Rayon Mərkəzi X4 şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdə Agcabədi RHK-dan hərbi xidmətə çagırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi xidmət keçərkən silahla ehtiyatsız davranması nəticəsində xx.xx.1994-cü ildə yaralanmış, xx.xx.1994-cü il tarixdən-xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sag diz oynagının dəlib-keçən odlu silahla güllə yaralanması. Birincili cərrahi işləməsindən sonrakı vəziyyət” və xx.xx.1995-ci il tarixdən-xx.xx.1995-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “ Sag dizaltı nahiyyədə dəri çapıgının tez-tez xoralaşması və hərbi geyimin daşımasının çətinləşdirilməsi ilə sag diz oynagının dəlib-keçən odlu silahla güllə yaralanmasının nəticələri, sag diz oynagında hərəkətin cüzi məhdudlaşdırılması ilə” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 840 nömrəli qərarı ilə şəhadətləndirilərək yuxarıda qeyd olunan diaqnoz təsdiqlənmiş və həmin yaralanmanın hərbi xidmət dövründə alınması qeyd edilmişdir. Ona “Sag diz oynagından dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sag diz oynagmda hərəkət məhdudlugu” diaqnozu üzrə TSEK tərəfındən 3-cü dərəcəli əlillik təyin edilmişdur. Növbəti sonuncu müayinə xx.xx.2016-cı il tarixdə olmuş və ona hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlillik təkrar 5 il müddətinə təyin edilmişdir. Həmin qərarda əmək zəmanəti barədə qrafada şəxsin əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Qeyd edir ki, o, xəsarətləri ilə baglı xx.xx.2013-cü il tarixdən-xx.xx.2013-cü il tarixədək, xx.xx.2016-cı il tarixdən-xx.xx.2016-cı il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən-xx.xx.2019cu il tarixədək, xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək “Sag diz oynagından dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sag diz oynagında hərəkət məhdudlugu” diaqnozu ilə Agcabədi rayon MRX-da stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmçinin, o, “MediPlanet” klinikasında xx.xx.2022-ci il tarixdə EMQ (Tək ətraf) müayinədə olmuş və həmçinin, “TƏBİB” PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2022-ci il tarixdə müayinədə olmuş və ona “Odlu silah yaralanması. Sag diz oynagının dəlib-keçən güllə yaralanması, postravmatik kobud agrılı çapıqlar. Diz oynagının İİİ dərəcəli qanartrozu və birinci kontranturası. Əzələ atrofıyası. Axsama və yerişin pozulması” diaqnozu qoyulmuşdur. Qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir qeyd edərək imtina etmişdir. Hesab edir ki, TSEK əlilliyin təyini ilə baglı qərəzli qərarlar qəbul edir. Necə olur ki, ona eyni diaqnozla hər il qiymətləndirilərək əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 3-cü dərəcəli əlilliyi təsdiq olunur, yalnız, bu il ona əlillik təyin edilməsindən imtina olunur? Hansı əsaslar oldu ki, bu beş il ərzində onun əlilliyi aradan qalxdı. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 4. Ağcabədi rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxxJ) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AA2WE nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 840 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ dizaltı nahiyyədə dəri çapıgının tez-tez xoralaşması və hərbi qeyimin dasımasının çətinləşdirilməsi ilə sağ diz oynaaında hərəkətin cüzi məhdudlaşdırılması ilə” diaqnozlu yaralanmanın səbəb əlaqəsi “Yaralanmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı sikayətləri sağ dizində olan ağrılardan, hərəkət məhdudluğundan olmusdur. Diz oynağında hərəkət məhdudluğu qeyd olunmamışdır. Sağ dizaltı çuxurunda yumşaq toxuma defekti izlənilmisdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dizində ağrıdan şikayət etmişdir. Müayinə zamanı aşağı ətraflarında bükmə, açma hərəkətləri tam olmuş. Atrofiya izlənməmiş. Dayaq-hərəkət funksiyası pozulmamışdır. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2022-ci il tarixli, ********** nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İnzibati Prosessual Məcəllə: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 12. İşin hallarının araşdırılması prinsipi; 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplamlmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. İş üzrə məhkəmə mütləq həqiqəti tapmaq üçün məhkəmə tibbi ekspertiza təyin etməli olduğu halda təyin etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97 və 98-ci maddələrinə əsasən məhkəmə tibbi ekspertizasının təyin edilməsini xahiş edirik. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarmı qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-912/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasmın göndərişi olmadan müddətsiz müəyyən olunmasım xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasmın göstərişini verir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə Agcabədi RHK-dan hərbi xidmətə çagırılmış, N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi xidmət keçərkən silahla ehtiyatsız davranması nəticəsində xx.xx.1994-cü ildə yaralanmış, xx.xx.1994-cü il tarixdən-xx.xx.1994-cü il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sag diz oynagınm dəlib-keçən odlu silahla güllə yaralanması. Birincili cərrahi işləməsindən sonrakı vəziyyət” və xx.xx.1995-ci il tarixdən-xx.xx.1995-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Sag dizaltı nahiyyədə dəri çapıgının tez-tez xoralaşması və hərbi geyimin daşımasınm çətinləşdirilməsi ilə sag diz oynagının dəlib-keçən odlu silahla güllə yaralanmasmm nəticələri, sag diz oynagında hərəkətin cüzi məhdudlaşdırılması ilə” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 840 nömrəli qərarı ilə şəhadətləndirilərək yuxarıda qeyd olunan diaqnoz təsdiqlənmiş və həmin yaralanmanın hərbi xidmət dövründə alınması qeyd edilmişdir. İddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında xx.xx.2012-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları Təsnifatı => S83 –Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, anki...” səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 – Diz və baldırın travmaları Təsnifatı => S83 –Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, anki...” səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkələr və hərbi əməliyyatlar Təsnifatı => Y36 – Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu” səbəbi ilə ona 1 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkələr və hərbi əməliyyatlar Təsnifatı => Y36 – Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağında hərəkət məhdudluğu” səbəbi ilə ona 5 il müddətinə əlillik verilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkələr və hərbi əməliyyatlar Təsnifatı => Y36 – Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Hipertrofik çapıq. Sağ diz oynağının arxa səthinin hipertrofik kelloid çapıq toxuması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina verilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə sonuncu müayinə zamanı İddiaçı əlillik vəziyyəti ilə bağlı “Sağ diz oynağından dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Hipertrofik çapıq. Sağ diz oynağının arxa səthinin hipertrofik kelloid çapıq toxuması” diaqnozu qoyulmuş və TCEK tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi barədə qərarından verilmiş şikayətə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı əyani müayinəsi həyata keçirilmiş, xəstənin müayinəsi zamanı şikayətləri sağ dizində olan ağrılardan, hərəkət məhdudluğundan olmuş, diz oynağında hərəkət məhdudluğu qeyd olunmamış, sağ dizaltı çuxurunda yumşaq toxuma defekti izlənilmişdir. “TƏBİB” PHŞ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Sag diz oynagının dəlib-keçən güllə yaralanması, postravmatik kobud-kelloid agrılı çapıqlar. Diz oynagının İİİ dərəcəli qonartrozu və bükücü kontrakturası,bükmə-100 dərəcə. Əzələ atrofıyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması” kimi qeyd olunsa da, təqdim olunmuş xx.xx.2022-ci il tarixli Rentgen şəklində oynaq yarığı açıqdır, əlillik təyinatına əsas verən sümük defekti aşkarlanmamış, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnaməyə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə baxılmış və Müvəqqəti əmək qabiliyyətinin itirilməsi-Xeyr; Əmək qabiliyyətinin itirilməsi (%-lə)-0 qeyd olunmaqla Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, Aşağı ətrafın odlu silahdan açılan atəş nəticəsində alınmış travması. Hipertrofik çapıq. Sağ diz oynağının arxa səthinin hipertrofik çapıq toxuması. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə ona əlilliyin təyin olunmasından imtina verilmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli, **********7 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının əlilliyin qiymətləndirilməsi barədə qərarından verilmiş şikayətə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı əlavə əyani müayinəsi aparılmış, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı dizində ağrıdan şikayət etmiş, müayinə zamanı aşağı ətraflarında bükmə, açma hərəkətləri tam olmuş, Atrofiya izlənməmiş, dayaq-hərəkət funksiyası pozulmamışdır. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1965-ci ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 08 iyun 2023-cü il tarixli, T 365/2023 saylı rəydə göstərilmişdir ki, İddiaçı iş materiallarmda olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Odlu silah yaralanması. Sağ diz oynağının dəlib keçən güllə yaralanması. Postravmatik kobud-keiloid ağrılı çapıqlar. Diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100dər. Əzələ atrofıyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığmdan onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. O, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1965-ci ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 03 oktyabr 2023-cü il tarixli, T674/2023 saylı rəydə göstərilmişdir ki, 1.2. vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib olunmuş Forma 088 göndərişində qeyd edilən “Diaqnozun mətni: Odlu silah yaralanması, sağ diz oynağının dəlib-keçən güllə yaralanması, posttravmatik kobud-kelloid ağrılı çapıqlar, diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100 dərəcə, əzələ atrofıyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-5833/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının İ00034082FAA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı aparılmış müayinənin nəticəsi olaraq təyin edilmiş “Odlu silah yaralanması, sağ diz oynağının dəlib-keçən güllə yaralanması, posttravmatik kobud-kelloid ağrılı çapıqlar, diz oynağının üçüncü (İİİ) dərəcəli qonartrozu, bükmə=100 dərəcə, əzələ atrofıyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması” diaqnozu xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəliyin müalicəsi dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnozu qənaətbəxş olmuş, diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 noyabr 2022-ci il tarixli, xxxxxxx0006 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən İİİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-503/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-503/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver