Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5038/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, iddiaçının nümayəndəsi X5, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev qəsəbəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Füzuli Rayon icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun rəsmi nikahının pozulması barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qübvəyə minmiş qətnaməsinin olmasını nəzərə alaraq məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu Horadiz kəndindən məcburi köçkündür. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Döngə 4 ünvanında ailə üzvləri ilə müvəqqəti məskunlaşmışdır. xx.xx.1992-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində doğulmuşdur və nikaha daxil olduğu vaxtadək həmin kənddə qeydiyyatda olmuşdur. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 12.1.2020-ci il tarixdə, 85 nömrəli qeydiyyatla X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurumuş və bu səbəbdən də onun rəsmi qeydiyyat ünvanı həyat yoldaşı X4 qeydiyyat ünvanına, Xətai rayonuna dəyişdirilmişdiir. Rəsmi qeydiyyat ünvanı nikaha daxil olanadək ünvan 3kin olduğu və rəsmi olaraq nikaha daxil olduğu üçün məcburi köçkünlərə verilən vahid aylıq müavinəti dayandırılmışdır.Nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə rəsmi nikhaları pozulmuşdur. Rəsmi nikahları pozulduqdan sonra məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bərpa olunması üçün dəfərlərlə şifahi formada müraciət etsə də, bu mümkün olmamışdır. Vahid aylıq müavinətin təyin olunması ilə bağlı qaçıqnların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli 3036-3/2-A-57xx-xx/2025/5966 nömrəli məktubu ilə müraciəti baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir.Mıcburi köçkünlərə verilən aylıq vahid müavinətin bərpa edilməsi məqsədilə tərəfindən Füzuli Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, sözügedən inzibati orqanın xx.xx.2025-ci il tarixli 5-43/2-A-209-18-951/2025 saylı cavab məktubu ilə məcburi köçkünlərə verilən vahid aylıq müavinətin bərpasından imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Qaçqınların və X7 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan Füzuli Rayon İcra Hakimiyyətinin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2- ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur.Komitədə yaradılmış 2007-2025-ci illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdən bugünədək Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Əbilov N nömrəli hərbi hissə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, İddiaçı xx.xx.2019-cu il tarixdən bugünədək işğaldan azad olunmuş əraziyə qeydiyyata olduğundan ona vahid aylıq müavinət verilə bilməz.Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: AA seriyalı 358444 №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün olan, hazırda Bakı şəhəri, Sabunçu rayonunda məskunlaşan İddiaçı xx.xx.2016-cı il tarixdə Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir. Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 372839 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə İddiaçı nikahı Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 21 günündə 23 № ilə qeyd edilmişdir. Nikahın pozulmasından sonra qadına Ağayeva soyadı verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 5-43/2-29/2026 saylı, xx.xx.2026-cı il tarixli və eyni məzmunli 5-43/2-85/2026 saylı xx.xx.2026-cı il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, əvvəllər Füzuli rayonu, Horadiz kəndində daimi pasport qeydiyyatında olmuş, hal-hazırda Bakı şəhərində daimi pasport qeydiyyatında olan İddiaçı məcburi köçkün statusu olmayan X9 ilə 2019-cu ildə rəsmi nikaha girmiş, Bakı şəhərində daimi pasport qeydiyyata düşmüşdür.Buna görə də İddiaçı verilən vahid aylıq müavinət Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.2-ci və 2.4-cü bəndlərinə əsasən Rayon İcra Hakimiyyəti Başçısının Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən dayandırılmışdır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 3-36-3/2-183/2026 saylı, xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ağayeva X3 məcburi köçkünlərin vahid elektron bazasında Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatdadır.Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd ( vəsiqə) verilmişdir. Məcburi köçkün statusu ləğv edilməyib qüvvədədir. Ədliyyə Nazirliyi Vətəndaşlıq X1 3-16-5/2-17815/2026 saylı, xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X8 ilə nikahının xx.xx.2020-ci ildə 4 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində rəsmiləşdirildiyi və bu nikahın pozulmasının xx.xx.2021-ci ildə Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15in 3-21-3-02/2-849/2026 saylı, xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X15 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqanın 5-43/2-A-209-18-951/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin o, məcburi köçkün statusu olmayan şəxslə fatiki nikaha girdiyi üçün ona verilən vahid aylıq müavinət Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən (Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında xx.xx.2017-ci il tarixli 11 nömrəli qərarı ilə) mövcud Təlimatın 2.4-cü ( məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş ( nikahla və nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara) bəndinə əsasən dayandırılmışdır.İddiaçı vahid aylıq müavinətinin bərpa olunması mövcud təlimatın 2.4-cü bəndinə əsasən mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-); məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir:
1.1.ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); (-).
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:
2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara ;
İPM:
İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” və digər normativ aktlarla tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallardan görünür ki, iddiaçıya məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinət onun məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olması səbəbindən dayandırılmışdır. Qaydalara əsasən məcburi köçkün statusu olmmayan şəxslə nikaha daxil olan şəxslərə aylıq müavinət şamil olunmur. İstinad olunan normalar baxımından həmin müavinətin verilməsi üçün iddiaçıya münasibətdə məcburi köçkün statusu ilə yanaşı, həm də yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş digər şərtlər də ödənilmiş olmalıdır. İddiaçının həmin şərtlərə cavab verdiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən təqdim olunmuş Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 tərəfindən verilmiş cavab məktubundan İddiaçı X8 ilə nikahının xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsində rəsmiləşdirildiyi, xx.xx.2021-ci ildə tarixdə isə nikahın pozulması Xətai rayon qeydiyyat şöbəsində rəsmiləşdirildiyi müəyyən olunur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva