Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5040/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi” barədə iddia tələbinə dair mümkünlük məsələsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların 223Ş/H saylı 24 noyabr 2022-ci il tarixli əmrin ləğv edilərək öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2022-ci ildə xidməti başa vuraraq tərxis edilmişdir. xx.xx.2022-ci ildə ərizəsi əsasında o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunalrında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmişdir. Xidmət dövründə komandanlığın bütün tapşırıq və əmrlərini düzgün və vaxtında icra etmişdir. Lakin sonradan anası ağır xəstəliyə düçar olmuş və nəticədə ailə vəziyyətində çətinliklər yaranmışdır. Bu səbəbdən yəni ailə vəziyyəti ilə bağlı xidmətdən öz xahişi ilə azad edilməyi barədə komandanlığa raportla müraciət etmişdir. Onun raportunu nəzərə alaraq onun xidmətdən azad edilməyi barədə 24 noyabr 2022-ci il tarixdə 223Ş/H saylı əmr verilmişdir. Hərbi biletini sonradan veriblər. Hərbi bileti aldıqdan sonra ona məlum oldu ki, xidmətdən azad edilməyi haqda əmr “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə istiad etməklə onu xidmətə uyğunsuz hesab etməklə ehtiyata buraxılmışdır. Bu əmri qanunsuz hesab edir. Qeyd etdiyi kimi o, xidmət dövründə heç bir intizamsızlığa yol verməmişdir. Hərbi biletində qeyd olunmuş həmin əmrə görə hazırda onu heç bir yerdə işə qəbul etmirlər. Nəticədə o, işsiz qalmışdır. Gəncdir, işləmək, qazanc əldə etmək və heç olmasa öz təminatını ödəmək istəyir. Lakin qeyd etdiyi kimi hərbi biletində yazılmış bu əmrə görə əmək hüquqlarından məhrum olmaqla heç bir qazanc əldə edə bilmr. Odur ki, həmin əmrin ləğv edilməsini və öz xahişi ilə yazmış olduğu paport əsasında xidmətdən ehtiyata buraxılmağının qeyd edilməsini istəyir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət edərək həmin əmrin ləğv edilərək öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqda əmr verilməsini xahiş etmişdir. Ərizə müraciətinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunalar komandanının müavini Şəxsi heyət üzrə idarə rəisinin imzası ilə xx.xx.2025-ci il tarixli 3-13-14/2-13- 49516/H2025 saylı məktubla cavab olaraq həmin əmrin ləğv edilməsindən imtina edilmişdir. Həmin məktub ona 12 avqust 2025-ci il tarixdə təqdim edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh vəsatətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan MAXE əsgər İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların 223 Ş/H saylı 24 noyabr 2022-ci il tarixli əmrin ləğv edilərək öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı olan xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsində xidmət etmiş, şəxsi intizamsızlıq etdiyinə (mütəmadi olaraq sıra intizamını pozduğuna) görə xx.xx.2022-ci il tarixində bölmə komandiri tərəfindən “Töhmət” intizam cəzası ilə intizam qaydasında cəzalandırılmış, xidmət etdiyi müddət ərzində həvəsləndirilmə növündə mükafatlandırılmamış, xidmətdə mənfi xarakterizə olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə komanda üzrə hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul bölməsinin komandirinə raportla müraciət edərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyərək xidmət etdiyi müddət ərzində intizam qaydasında cəzalandırıldığını, xx.xx.2022-ci il tarixdə şəxsi intizamsızlıq nümayiş etdirərək dəstənin sıralarına mütəmadi olaraq gecikdiyinə görə “Töhmət” intizam cəzası ilə cəzalandırıldığını və bu hərəkətinin hərbi hissədə bir çox hərbi qulluqçuların nümunəvi xidməti və yüksək intizamı hesabına əldə olunmuş uğurlarına və nüfuzuna kölgə saldığına görə Daxili İşlər Nazirliyinin 23 noyabr 2015-ci il tarixli Q58-001-15 nömrəli qərarının 3-cü bəndinin 3.1.1-ci yarımbəndinə uyğun olaraq şərəf məhkəməsinə çıxarılması üçün aidiyyəti tədbirlərin görülməsini, Silahlı Qüvvələrdən həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılması barədə dəstə komandiri qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, ona verilən intizam cəzasının hərbi nizamnamələrə uyğun olduğunu və şikayətinin olmadığını, hərbi hissə komandanlığı və dəstə komandanlığı tərəfindən dəfələrlə hərbi nizamnamələrin tələbləri və etik davranış qaydaları barədə söhbətlər aparıldığını, lakin yuxarıda qeyd olunanlar onun üçün heç bir təsir dairəsi kəsb etmədiyini, atası tərəfindən onun xidmətə uyğunsuzluğa görə tərxis olunmasına razılıq ərizəsinin daxil olduğunu, gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatlı olduğunu və ehtiyata buraxılma ilə əlaqədar Hərbi-həkim komissiyasına göndərilməyə ehtiyacı olmadığını bildirmişdir. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı atası vətəndaş X6 N saylı hərbi hissə komandirinə ərizə ilə müraciət edərək oğlu İddiaçı hərbi xidmətdən azad olunmasına etirazının olmamasını və razı olduğunu bildirmiş, ərizə Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş, reyesterdə 8İ-6279 nömrə ilə qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd olunan intizam cəzasından düzgün nəticə çıxartmadığına, xidməti vəzifə borclarının icrası zamanı üzərinə götürdüyü öhdəliklərin şərtlərinə əməl etmədiyinə və bununla da hərbi qulluqçu adma yaraşmayan hərəkətlərə yol verdiyinə görə, həmçinin atasının ərizəsinə, özünün raportuna əsasən N saylı hərbi hissə komandirinin Ə764-401-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş, şərəf məhkəməsinin qərarına əsasən onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında X7 müavinidaxili qoşunların komandanın qarşısında vəsatət qaldırılmış, X7 müavini-daxili qoşunlar komandanının xx.xx.2022-ci il tarixli 223 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Ə803-401-22 nömrəli nizami hissə üzrə əmrilə N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Biləsuvar rayon şöbəsinə göndərilmişdir. Ehtiyata buraxılmazdan əvvəl xx.xx.2022-ci il tarixdə İddiaçıla söhbət aparılmış, söhbət zamanı özünü fiziki və mənəvi cəhətdən yorğun hiss etdiyi üçün həqiqi hərbi xidmətdən ehtiyata buyraxılması üçün raportla müraciət etdiyini və ehtiyata buraxılması ilə bağlı qərar qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin iddiaçı ərizəsində anasının xəstəliyi ilə əlaqədar ailəsində çətinliklər yarandığından ailə vəziyyəti ilə bağlı öz xahişi ilə xidmətdən azad edilməsi haqqında komandanlığa raportla müraciət etdiyini, raportu nəzərə alınaraq xidmətdən azad edilməyi barəsində 24 noyabr 2022-ci il tarixdə 223 Ş/H saylı əmr verildiyini, hərbi biletini aldıqdan sonra xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasının ona məlum olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərdən məlum olur ki, özünün şəxsi raportu və atasının ərizəsinə əsasən bu barədə məlumatlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Bu səbəbdən də iddianın mümkün hesab edilməməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2022-ci il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı onunla söhbət aparılan zaman bildirmişdir ki, özünü fiziki cəhətdən yorğun hiss etdiyi üçün həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı üçün raportla müraciət etmişdir. N saylı Hərbi Hissə Komandirinin 31 may 2022-ci il tarixli, Ə359-401-22 nömrəli əmrində qeyd edilmişdir ki, Şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilsinlər. Azərbaycan Respulikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36.1.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 49-cu maddəsinə müvafiq olaraq bağlaşma əsasında müddətən artıq həqiqi hərbi xidmətə keçmək haqqında öhdəlik vermiş aşağıda adları göstərilən həqiqi hərbi xidmətə könüllü daxil olunub, vəzifəyə təyin edilib: Azərbaycan Respublikası X7 müavini X1 23 may 2022-ci il tarixli 098 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsinə təyin olunmuş əsgər İddiaçı, 31 may 2022-ci il tarixdən gəlmiş hesab edilsin və vəzifələrinin icrasına başlamış hesab edilsin. N saylı Hərbi Hissə Komandirinin MAXE əsgər İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilməsi haqqında “12” noyabr 2022-ci il tarixli, Ə764-401-22 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı əsgər İddiaçı ona verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmadığına öz üzərində çalışmadığına və hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilsin. Əsgər İddiaçı xidməti haqqında müvafiq sənədlərin hazırlanaraq hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə təqdim olunması xüsusi vasitələrin tətbiqi dəstəsinin komandirinə tapşırılsın. Əmrin icrası hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininə həvalə edilsin. xx.xx.2022-ci il tarixli, 401-5345-1122 nömrəli rəyindən çıxarışda qeyd edilmişdir ki, MAXE əsgər İddiaçı xx.xx.2022-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların sıralarında xidmət edir. Hal-hazırda o, xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsində xidmət edir, subay, tam orta təhsilli, xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycanlıdır. Yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, MAXE əsgər əsgər İddiaçı son aylar ərzində şəxsi intizamsızlıq nümayiş etdirməklə vəzifə borclarını zəif yerinə yetirmiş, hərbi xidmətə məsuliyyətli münasibət nümayiş etdirməmiş, X1 xx.xx.2020-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydaları”nın tələblərinə riayət etməmiş, habələ hərbi xidmətin çətinliyinə və məhrumiyyətlərinə dözə bilməyərək özünə qarşı tələbkar olmamışdır. Hərbi hissə komandanlığı və dəstənin komandanlığı tərəfindən fərdi və kollektiv tərbiyə işi aparılmış, lakin görülən bütün tədbirlərə baxmayaraq onun xidməti fəaliyyətində müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Xidməti vərəqəsini və digər materialları araşdırarkən aydın olur ki, o, hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət etdiyi dövr ərzində yol verdiyi pozuntulara və nöqsanlarına görə intizam qaydasında cəzalandırılmışdır. Bələ ki, xx.xx.2022-ci il tarixdə şəxsi intizamsızlıq etdiyinə (mütəmadi olaraq sıra intizamını pozduğuna) görə bölmə komandiri tərəfindən “Töhmət” intizam cəzası elan olunmuşdur. Hərbi qulluqçunun üzərində olan intizam cəzasından görünür ki, MAXE əsgər İddiaçı intizam xarakterli cəza tədbirlərindən düzgün nəticə çıxartmamış, aparılan söhbətlər onun xidməti fəaliyyətində heç bir müsbət dəyişiklik etməmiş, əksinə təkrarən nöqsanlara yol vermişdir. Yol verdiyi pozuntularla bağlı MAXE əsgər İddiaçı ilə aidiyyəti şəxslər tərəfindən fərdi söhbətlər və izahedici işlər aparılmış, eyni zamanda ona tutlan iradlardan düzgün nəticə çıxartmasına və xidməti fəaliyyətində müsbət dönüş yaratmasına görə vaxt verilmişdir. Lakin o, verilən vaxta və görülən bütün tədbirlərə məhəl qoymayaraq xidməti fəaliyyətində müsbət dönüş yaratmamışdır. MAXE əsgər İddiaçı yol verdiyi nöqsanlara və pozuntu hallarına görə bölmənin ümumi iclasında dinlənilmiş (protokol nömrə 25 12.11 2022-ci il) və xidməti xasiyyətnamədə mənfi xarakterizə olunur. Beləliklə, göstərilənləri nəzərə alaraq MAXE əsgər İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməsi məqsədəmüvafiqdir. X7 Müavini- X1 24 noyabr 2022-ci il tarixli, 223 nömrəli Əmrindən çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq: 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) 20.Əsgər İddiaçı, N saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. Təvəllüdü xx.xx.2002-ci il, milliyyəti qeyd olunmayıb. Təhsili - tam orta. xx.xx.2022-ci il tarixə xidmət illəri - təqvimlə 01 il 11 ay 20 gün təşkil edir. Hərbi qeydiyyata alınmaq üçün SHXÇDX- nin Biləsuvar rayon şöbəsinə göndərilsin. Əsas: Hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı, əsgər İddiaçı xx.xx.2022-ci il tarixli 401-5304-1122 nömrəli və hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 401-5522-1222 nömrəli raportları. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə aparılmış xx.xx.2022-ci il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı onunla söhbət aparılan zaman bildirmişdir ki, özünü fiziki cəhətdən yorğun hiss etdiyi üçün həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı üçün raportla müraciət etmişdir. Bundan sonra N saylı Hərbi Hissə Komandirinin qəbul etdiyi 31 may 2022-ci il tarixli, Ə359-401-22 nömrəli əmrində qeyd edilmişdir ki, Şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilsinlər. Azərbaycan Respulikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36.1.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 49-cu maddəsinə müvafiq olaraq bağlaşma əsasında müddətən artıq həqiqi hərbi xidmətə keçmək haqqında öhdəlik vermiş aşağıda adları göstərilən həqiqi hərbi xidmətə könüllü daxil olunub, vəzifəyə təyin edilib: Azərbaycan Respublikası X7 müavini X1 23 may 2022ci il tarixli 098 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsinə təyin olunmuş əsgər İddiaçı, 31 may 2022ci il tarixdən gəlmiş hesab edilsin və vəzifələrinin icrasına başlamış hesab edilsin. xx.xx.2022-ci il tarixli, 401-5345-1122 nömrəli rəyindən çıxarışda qeyd edilmişdir ki, MAXE əsgər İddiaçı xx.xx.2022-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların sıralarında xidmət edir. Hal-hazırda o, xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsində xidmət edir, subay, tam orta təhsilli, xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycanlıdır. Yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, MAXE əsgər əsgər İddiaçı son aylar ərzində şəxsi intizamsızlıq nümayiş etdirməklə vəzifə borclarını zəif yerinə yetirmiş, hərbi xidmətə məsuliyyətli münasibət nümayiş etdirməmiş, X1 xx.xx.2020-ci il tarixli 231 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili Qoşunlarının hərbi qulluqçularının etik davranış qaydaları”nın tələblərinə riayət etməmiş, habələ hərbi xidmətin çətinliyinə və məhrumiyyətlərinə dözə bilməyərək özünə qarşı tələbkar olmamışdır. Hərbi hissə komandanlığı və dəstənin komandanlığı tərəfindən fərdi və kollektiv tərbiyə işi aparılmış, lakin görülən bütün tədbirlərə baxmayaraq onun xidməti fəaliyyətində müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Xidməti vərəqəsini və digər materialları araşdırarkən aydın olur ki, o, hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət etdiyi dövr ərzində yol verdiyi pozuntulara və nöqsanlarına görə intizam qaydasında cəzalandırılmışdır. Bələ ki, xx.xx.2022-ci il tarixdə şəxsi intizamsızlıq etdiyinə (mütəmadi olaraq sıra intizamını pozduğuna) görə bölmə komandiri tərəfindən “Töhmət” intizam cəzası elan olunmuşdur. Hərbi qulluqçunun üzərində olan intizam cəzasından görünür ki, MAXE əsgər İddiaçı intizam xarakterli cəza tədbirlərindən düzgün nəticə çıxartmamış, aparılan söhbətlər onun xidməti fəaliyyətində heç bir müsbət dəyişiklik etməmiş, əksinə təkrarən nöqsanlara yol vermişdir. Yol verdiyi pozuntularla bağlı MAXE əsgər İddiaçı ilə aidiyyəti şəxslər tərəfindən fərdi söhbətlər və izahedici işlər aparılmış, eyni zamanda ona tutlan iradlardan düzgün nəticə çıxartmasına və xidməti fəaliyyətində müsbət dönüş yaratmasına görə vaxt verilmişdir. Lakin o, verilən vaxta və görülən bütün tədbirlərə məhəl qoymayaraq xidməti fəaliyyətində müsbət dönüş yaratmamışdır. MAXE əsgər İddiaçı yol verdiyi nöqsanlara və pozuntu hallarına görə bölmənin ümumi iclasında dinlənilmiş (protokol nömrə 25 12.11 2022-ci il) və xidməti xasiyyətnamədə mənfi xarakterizə olunur. Beləliklə, göstərilənləri nəzərə alaraq MAXE əsgər İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan N saylı Hərbi Hissə Komandirinin MAXE əsgər İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilməsi haqqında “12” noyabr 2022-ci il tarixli, Ə764-401-22 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı əsgər İddiaçı ona verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmadığına öz üzərində çalışmadığına və hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilsin. Əsgər İddiaçı xidməti haqqında müvafiq sənədlərin hazırlanaraq hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə təqdim olunması xüsusi vasitələrin tətbiqi dəstəsinin komandirinə tapşırılsın. Əmrin icrası hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininə həvalə edilsin. Aparılmış icraat nəticəsində qəbul edilmiş X7 Müavini- X1 24 noyabr 2022-ci il tarixli, 223 nömrəli Əmri ilə Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) əsgər İddiaçı, N saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin post-patrul xidməti bölməsinin 2-ci xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktı məhkəmə qaydasında mübahisələndirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların 223Ş/H saylı, 24 noyabr 2022-ci il tarixli əmrin ləğv edilərək öz xahişi ilə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi müvafiq inzibati aktın ləğvinə yönəlməklə mübahisələndirmə iddia növünə aiddir. Qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların 223Ş/H saylı 24 noyabr 2022-ci il tarixli əmrini məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 29 sentyabr 2025-ci tarixində hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-5040/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5040/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver