Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5046/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfqulu oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil oğunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 9458.70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri,Nəsimi rayonu,A.Ələsgərov 31/33 ünvanında yerləşən Cavabdeh məxsus Gilənar restoranında olan 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd DYN achord səs gücləndiricisi, 1 ədəd CAF Səstənzimləyən) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi qərara alınmışdır. Sonradan ərizəçi X2 vəkili və nümayəndəsi Vəkil oğu vəsatətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 2-1(120)-3428/2023 saylı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulan hüquqlarını müdafiə etdiyim X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edəsiniz və 2-1(120)-3428/2023 saylı məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul etməyi xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-5046/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-3428/2023 nömrəli qərarı ləğv edilmiş, X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023 tarixə yaranan 9458,7 manat borcuna görə 10000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023 tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 9458,70 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 9458,70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil oğu iddianı qəbul etmədiklərini bildirərək, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2023cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 9458.70 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri, Nəsimi rayonu, A.Ələsgərov 31/33 ünvanında yerləşən Cavabdeh məxsus Gilənar restoranında olan 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd Dyn achord səs gücləndirici, 1 ədəd CAF səstənzimləyən) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3428/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş 9458.70 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 10000 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri, Nəsimi rayonu, A.Ələsgərov 31/33 ünvanında yerləşən Cavabdeh məxsus Gilənar restoranında olan 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd Dyn achord səs gücləndirici, 1 ədəd CAF səstənzimləyən) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin X7 qaytarılması qərara alınmışdır. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd Dyn achord səs gücləndirici, 1 ədəd CAF səstənzimləyən hüquqlarını təmsil etdiyi X2 mülkiyyətindədir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Ələsgərov 31/33 ünvanında yerləşən Gilənar restoranında olan 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd DYN achord səs gücləndiricisi,1 ədəd CAF Səstənzimləyən) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X6 ilə X8 arasında Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda yerləşən binanın qeyri-yaşayış mərtəbəsində (A:D) oxları ilə (1:4) oxlarının kəsişməsində yerləşən, sahə 403 kv.m olan və -3.10 səviyyəli qeyri-yaşayış mərtəbəsində (A:D) oxları il (1:2) oxlarının kəcişməsində yerləşən 171 kv.m sahələri qanunvericiliyə uyğun fəaliyyət göstərmək şərti ilə X5 icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə X3 istifadəsinə veriləcək əşyaları siyahısı icarəyə götürənə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********070 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda “Star-M” MKT-ya məxsus binasının qeyri-yaşayış mərtəbəsində(A:D) oxu ilə (1:4) oxu arasında yerləşən istifadə və sahibliyində olan ümumi sahəsi 403 kv/m qeyriyaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********345 nömrəli icarə müqavilənin ləğv edilməsinə dair müqavilənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 26 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə bağlanılmış 3M/243 reyestri icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********070 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda “Star-M” MKT-ya məxsus binasının qeyri-yaşayış mərtəbəsində(A:D) oxu ilə (1:4) oxu arasında yerləşən istifadə və sahibliyində olan ümumi sahəsi 403 kv/m qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı inzibati orqan tərəfindən cavabdehin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alma barədə hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, yuxarıda da sadalanan normaların birbaşa tələblərindən görünür ki, vergi borcunun ödənilməsinin təmini üçün tərtib olunan protokolda əmlak siyahıya alınır, siyahıya alınmış əmlak vergi ödəyicisinə baxış üçün təqdim edilir, siyahıda əmlak tam təsvir edilir (dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilir), əmlakın siyahısı və fotoşəkli protokola əlavə edilir. Daha sonra siyahıya alınmış mallar vergi ödəyicisində məsul saxlamaya qoyulur. Vergi orqanı tərəfindən əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisinə həmin əmlaka sərəncam vermək hüququnun olmaması, əmlaka sahiblik və istifadənin isə vergi orqanının nəzarəti ilə həyata keçirildiyi bildirilir, əmlakla bağlı müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə xəbərdarlıq edilir. Yalnız qeyd edilən prosessual qaydalar əsasında baş tutmuş siyahıya alınma qanunidir və icra oluna bilər. Qeyd edilməlidir ki, qanunvericilik əmlakın bu qaydadadan kənar siyahıya alınmanı nəzərdə tutmamışdır. Başqa sözlə, daşınar əşyalar üçün nəzərdə tutulmuş siyahıya alınmaya dair prosedur qaydalar nəqliyyat vasitələrinə münasibətdə də ardıcıl icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş 9458.70 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən 10000 manat məbləğində siyahıya alınmış (Bakı şəhəri, Nəsimi rayonu, A.Ələsgərov 31/33 ünvanında yerləşən Cavabdeh məxsus Gilənar restoranında olan 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd Dyn achord səs gücləndirici, 1 ədəd CAF səstənzimləyən) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması və əmlakın satışından əldə edilmiş pulun qalan hissəsinin X7 qaytarılması qərara alınmışdır. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış 1 ədəd Almaniya istehsalı olan DYN achord səs gücləndirici 10 kanal, Almaniya istehsalı olan 1 ədəd Dyn achord səs gücləndirici, 1 ədəd CAF səs tənzimləyən hüquqlarını təmsil etdiyi X2 mülkiyyətindədir. Belə ki, əmlakın siyahıya almaya təqdim edilməsi barədə xəbərdarlıq məktubu işə əlavə edilmiş olsa da həmin xəbərdarlığın cavabdehə çatdırılması iş üzrə sübut olunmur. Siyahıya alınma barədə protokol cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilsə də, ümumiyyətlə belə bir əmlakın hal-hazırda cavabdehin xüsusi mülkiyyətində olubolmamasını, əmlakın siyahıya alındığı obyektin kimin mülkiyyətində olması, vergi borcu olan şəxsin icarəçi olub-olmaması və s. araşdırmamış, formal əsaslarla siyahıya alma həyata keçirilmişdir. Halbuki əşyanın siyahıya alınmasının məqsədi vergi borcunun həmin əşya hesabına ödənilməsini təmin etmək olduğu halda həmin əmlakın iddiaçıya məxsus olması halının əsaslandırılması da zəruridir. Sübutlarla bağlı mülahizələr formal xarakter daşımamalı, obyektiv həqiqəti əks etdirən hallar dəlillərlə sübuta yetirilməli, əmlakların siyahı alınması və baxış keçirilməsi zamanı, çəkilişlər aparılmalı (fotoşəkillər) və başqa müşahidəçinin də iştirakı təmin olunmalıdır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən belə bir əsaslandırma məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasına üçüncü şəxs qismində zəruri cəlb edilən X2 vəkilinin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X6 ilə X8 arasında Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda yerləşən binanın qeyri-yaşayış mərtəbəsində (A:D) oxları ilə (1:4) oxlarının kəsişməsində yerləşən, sahə 403 kv.m olan və -3.10 səviyyəli qeyri-yaşayış mərtəbəsində (A:D) oxları il (1:2) oxlarının kəcişməsində yerləşən 171 kv.m sahələri qanunvericiliyə uyğun fəaliyyət göstərmək şərti ilə X5 icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə 1 saylı əlavəsinə X3 istifadəsinə veriləcək əşyaları siyahısı icarəyə götürənə təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli, **********070 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda “Star-M” MKT-ya məxsus binasının qeyri-yaşayış mərtəbəsində(A:D) oxu ilə (1:4) oxu arasında yerləşən istifadə və sahibliyində olan ümumi sahəsi 403 kv/m qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə vermişdir. - xx.xx.2024-cü il tarixli, **********345 nömrəli icarə müqavilənin ləğv edilməsinə dair müqavilənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında 26 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixdə bağlanılmış 3M/243 reyestri icarə müqaviləsi ləğv edilmişdir. Belə ki, xx.xx.2023 tarixli **********8 saylı Protokolla siyahıya alınmış əmlakın mülkiyyətçisinin X6 olduğu və inzibati orqanın siyahıya alınma barədə hərəkətləri mülkiyyətçisinin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmlakın siyahıya alınması qanunvericliyinin tələblərinə uyğun həyata keçirilməmişdir. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü əmlakın cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-5046/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5046/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver