Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-505/2022 15.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(120)-505/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sabirabad rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Tərəflər 15 iyul 2022-ci il tarixdə, saat 12:30-da hazırlıq icraatı ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Cavabdehnə və üçüncü şəxs Sabirabad rayon İcra Hakimiyyətinə hazırlıq icrааtı ilə bаğlı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Мəhkəmə iclasında iddiaçı Samir-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini nəzərdən kеçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşdə olan Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir: İddiaçı MMC-nin torpaq mübahisəsi barədə Şirvan Regional Ədliyyə İdarəsinə daxil olmuş müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayon Salmanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 932 hektar örüş torpaq sahəsi İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş və bələdiyyə ilə X2 arasında xx.xx.2000ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsində icarə müddəti uzunmüddətli göstərilmişdir. Torpaq sahəsinin icarə müddəti ilə bağlı göstərilmiş bu hal Torpaq Məcəlləsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olmuşdur. İcarə münasibətlərinin davam etdiyi illər ərzində bu xüsusata bələdiyyə tərəfindən lazımınca diqqət göstərilməmişdir. Müraciətə baxılmasının nəticəsi olaraq keçmiş Salmanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanılmış xx.xx.2000-ci tarixli, 11 nömrəli icarə müqaviləsinə xitam verilərək 932 hektar torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması ilə bağlı idarə tərəfindən Muğan Gəncəli bələdiyyəsinə xx.xx.2021-ci il tarixli, 1468/H.Ş-273 nömrəli təklif verilmişdir. Təklif bələdiyyənin xx.xx.2021-ci il tarixli, 15 nömrəli iclasında müzakirə olunaraq təmin edilmişdir. İzah edilir ki, keçmiş Salmanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi, eləcə də həmin bələdiyyə ilə bağlanmış xx.xx.2000-ci il tarixli, 11 nömrəli torpaq icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar yaranan mübahisəli məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə edilə bilər. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 15 saylı qərarından görünür ki, Sabirabad rayonu keçmiş Salmanlı bələdiyyəsi ilə İddiaçı kiçik müəssisəsinin direktoru X2 arasında 15 aprel 2000-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin 02 aprel 2000-ci il tarixli, 03 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2- 1(106)-42/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında ərizə təqdim edərək hazırda mübahisələndirdiyi qərarın Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin özü tərəfindən ləğv edildiyini, bu səbəbdən şəraitin dəyişməsi ilə əlaqədar müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsindən imtina etdiyini bildirdi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin Qərarın əsaslandırıcı hissəsində qeyd olunur: “İşdə olan Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 03 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Sabirabad rayon keçmiş Salmanlı bələdiyyəsi ilə İddiaçı kiçik müəssisəsinin direktoru X2 arasında xx.xx.2000-ci il tarixli, 11 nömrəli torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi barədə qərarına münasibətdə Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli iclas qərarının ləğv edilməsi qərara alınmışdır”. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Sabirabad rayon Salmanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarı əsasında 932 hektar örüş torpaq sahəsi İddiaçı kiçik müəssisəsinə icarəyə verilmiş və bələdiyyə ilə X2 arasında xx.xx.2000-ci il tarixli, 11 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. X3 Ədliyyə İdarəsi tərəfindən bələdiyyəyə məktub göndərilərək Sabirabad rayon Salmanlı bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi təklif olunmşdur. Həmin təklif Bələdiyyənin xx.xx.2021-ci il tarixli 15 saylı iclasında müzakirə olunaraq təmin edilmiş və sözügedən qərar ləğv edilmişdir. Lakin sonradan yəni Bələdiyyənin xx.xx.2022-ci il tarixli 03 nömrəli iclasında iddiaçının hazırda mübahisələndirdiyi Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli iclas qərarı ləğv edilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları ilə yanaşı aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Hazırda iddiaçı Sabirabad rayon keçmiş Salmanlı bələdiyyəsi ilə İddiaçı kiçik müəssisəsinin direktoru X2 arasında xx.xx.2000-ci il tarixli, 11 nömrəli torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx.xx.2000-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsini məhkəmədən tələb edir. Hazırki iddia müahisələndirmə haqqında iddia növünə aiddir və həmin iddia ilə mübahisələndirilən inzibati akt artıq ləğv edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərar (inzibati akt) artıq inzibati orqan tərəfindən ləğv edildiyindən və mübahisəli qərarla bağlı bütün nəticələr aradan qalxdığından hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddianın mükünlüyünə dair bütün meyarların mövcud olub-olmaması xidməti vəzifəyə görə yoxlanılmalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Bu zaman iddianın daxil olma vaxtı deyil, qərarın qəbul edilmə anı əsas götürülür. Məhz həmin an bütün mümkünlük şərtləri mövcud olmalıdır. Bütün yuxarıda qeyd edilənləri təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırda mübahisələndirilən inzibati akt qəbul edilən zaman iddiaçı üçün qanunsuz əlverişsiz inzibati akt kimi görünsə də lakin sonradan həmin inzibati aktın ləğv edilməsi həmin inzibati aktın nəticələrinin aradan qalxması ilə nəticələndiyindən və bununla da iddiaçının subyekiv hüququ pozulmadığından hazırki iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddiası mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-505/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-505/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver