Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-507/2020 04.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Cəbrayıl rayonu, Daşkəsən kəndində qeydiyyatda olan) və Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndəsi X5 (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin baş məsul icraçısı, gizir, Tovuz rayonu, Aşağı Ayıblı kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusu barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, mərhum həyat yoldaşı X4 "şəhid", onun ailəsinə "şəhid ailəsi" statusu verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. N2-ci il tarixdə Füzuli rayonu ərazisində düşmən qüvvələrinə qarşı mübarizə apararkən düşmən tərəfindən atılan top mərmisinin partlaması nəticəsində bədəninin sol tərəfindən çoxlu qəlpə yaraları almışdır. Aldığı zədədən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə almışdır. Lakin buna baxmayaraq aldığı travmadan vəfat etmişdir. İlkin olaraq Füzuli rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kəskin ürək və ağciyər çatışmazlığı və bu çatışmazlıqların döyüş bölgəsində aldığı xəsarətlərlə bağlı olması kimi qeyd olunmasına baxmayaraq, Füzuli Rayon Məhkəməsinin 25.0N.2002-ci il tarixli 2-26-2002 saylı qətnaməsinə əsasən ölüm aktı qeydində düzəliş edilmiş, M.Ş.Əliyevin Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı sol ağ ciyərin yuxarı payının partlaması, geniş hemetoması, döş qəfəsinin əzilməsi, sağ tərəfli 7-ci qabırğanın sınığı, digər bədən üzvlərinin çoxlu qəlpə yaralarının olması, kəskin ürək ağ ciyər çatışmazlığı qeyd olunmuşdur. Cavabdehə ərizə ilə müraciət edərək, ona "şəhid ailəsi" statusunun verilməsini xahiş etmişdir. Lakin cavab məktubu ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N4-cü il tarixli N0 nömrəli Qərarının N.2.5-ci və N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslər şəhid hesab edildiyindən və həmin Qərarın 4.N-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunduğundan, qanunvericiliklə yaralanması, xəsarət alması nəticəsində sonradan vəfat etmiş şəxslərin "şəhid" hesab edilməsi nəzərdə tutulmadığı üçün X4 "şəhid" statusunun verilməsi mövcud sənədlərə əsasən mümkün olmadığı əsas gətirilərək müraciətindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş 29.09.2002ci il tarixli 26/2-46N2 nömrəl i arxiv arayışında X2nun N () nömrəli hərbi hissə komandirinin 25.07.N2-ci il tarixli 72 nömrəli əmri ilə 06.07.N2-3N.07.N2-ci il tarixə qədər Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyi və həmçinin komandirinin N7.08.N2-ci il tarixdə 03 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. Həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalından daxil olmuş 20.09.2002-ci il tarixli 444 nömrəli məktubda X3 N5.08.2002-ci il tarixdə N saylı hərbi hissənin tibb bölüyünə N saylı hərbi hissədən təxliyyə edildiyi, N saylı hərbi hissənin tibb bölüyünün N saylı qəbul jurnalının N6.08.N2-ci il tarixinin N0-cu sıra sayında X3 "Sol çiyin nahiyyəsinin qəlpə yarası diaqnozu" ilə müraciət etməsi qeyd olunmuşdur. Sonra xəstənin haraya, hansı tarixdə, hansı vasitə ilə təxliyyə edilməsi barədə məlumat olmadığı qeyd edilmişdir. Hesab edirlər ki, mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı iddia tələbi təmin edilə bilməz. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının mərhum əri döyüş əməliyyatlarında iştirak etdikdən 5 ildən artıq müddət keçdikdən sonra vəfat etmişdir. Hesab edir ki, iddiaçının mərhum əri şəhid hesab oluna bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan Seriya AZE 0N55986 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı 09.0N.N976-cı il tarixdə Cəbrayıl rayonu, B.Mərcanlı kəndində anadan olmuş və Cəbrayıl rayonu, Daşkəsən kəndində qeydiyyatdadır. İş materialında olan Vİ-ЖГ 352936 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25.N2.N969-cu il tarixdə doğulmuş X6 ilə 09.0N.N976-cı il tarixdə doğulmuş İddiaçı nikaha daxil olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 08.06.20N8-ci il tarixli 9/2-8553 nömrəli arxiv arayışından görünür ki, Füzuli RHK-dan çağırılmış, X6 N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 56 №-li əmrilə (əsas: səh-68, §-N, sıra-56) şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 72 №-li əmrində (əsas: səh-68, §-2, sıra-588) 06.07.3N.07.92-ci il tarixdə sıravi Mütəllim Əliyevin döyüş tapşırıqlarını yerinə yetirməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N7 avqust N2-ci il tarixli 93 №-li əmrilə (əsas: səh-N08, §-N, sıra-6) X6 şəxsi heyətin siyahsından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N3 avqust N2-ci il tarixli N40-a №-li əmrilə (əsas: səh-20, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) X6 İ bölüyə çağırışçı kimi qəbul edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissədən daxil olmuş N2 nömrəli hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda (əsas: səh-8, sıra-3N6, məlumatda atasının adı yazılmamışdır) N №-li hərbi hissənin əsgəri Mütəllim Əliyevin 0N.06.92-ci il tarixdə tibb bölüyünə daxil olması barədə məlumat vardır. N2 nömrəli hərbi hissə komandirinin avqust N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X3 şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. İş materialında olan Tibbi-Sosial Ekspert Komissiyasının 24 may N9-cu il tarixli müayinə aktına dair arayışın surətindən görünür ki, N969-cu il təvəllüdlü XN «Azərbaycan Respublikasının müdafiəsi zamanı» qeyd edilməklə ikinci dərəcəli əlil hesab edilmişdir. İş materialında olan AZ № N3749N nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 N9 dekabr N9-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında N5 iyun 2000-ci il tarixdə 05 № ilə qeyd edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2002-ci il tarixli 2-26 saylı qətnaməsininin təsdiq olunmuş surətindən görünür ki, 25 dekabr N969-cu ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş X3 ölümünə dair Füzuli rayon Əbdürrəhmanlı kənd icra nümayəndəsi tərəfindən N5 iyun 2000-ci il tarixli 5 saylı ölüm haqqında akt qeydinə düzəliş edilməsi, M.Ş.Əliyevin Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı sol ağciyərin yuxarı payının partlaması, geniş hemotoması, döş qəfəsinin əzilməsi, sağ tərəfli 7-ci qabırğanın sınığı, digər bədən üzvlərinin çoxlu qəlpə yaralarının olması, həmin xəsarətlər onda kəskin ürək və ağciyər çatışmazlığına çatdırmaqla son nəticədə ölümünə səbəb olması faktının müəyyən edilməsi qət edilmişdir. İş matariallarında olan Füzuli Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli N087 nömrəli məktubundan görünür ki, İddiaçı hüquqi faktının müəyyən edilməsi barədə məhkəmənin 25 yanvar 2002-ci il tarixli 2-26 saylı qətnaməsi 26 fevral 2002-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş matariallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin N3.09.20N9-cu il tarixli 5348 nömrəli məktubundan görünür ki, N969-cu il təvəllüdlü, X2 06.07.N2-ci il tarixdən N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, N5.08.N2-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin yanında partlaması nəticəsində çoxlu qəlpə yarası almış və xəsarəti ilə əlaqədar N6.08.N2-ci il tarixdə Azərbaycan Dəmir Yolları Xəstəxanasına müalicə və əməliyyat olunması üçün göndərilmişdir. Dəfələrlə müalicə almasına baxmayaraq, N9.N2.N9-cu il tarixdə “kəskin ürək və ağ ciyər çatışmazlığı” diaqnozundan vəfat etmişdir. İş materialında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 27.02.2020-ci il tarixli NN/N200 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində həyat yoldaşı X3 müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyini, N2-ci ildə Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisinin partlaması nəticəsində bədəninin sol tərəfində çoxlu qəlpə yaraları aldığını, müalicə olunduğunu, lakin aldığı travmadan vəfat etdiyini, ilkin olaraq Füzuli rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə ölümün səbəbinin kəskin ürək və ağ ciyər çatışmazlığı kimi qeyd olunduğunu, lakin Füzuli Rayon Məhkəməsinin 25.0N.2002-ci il tarixli qətnaməsinə əsasən ölüm qeydində düzəliş edildiyini göstərir və məhkəmədən mərhuma "şəhid", ailəsinə isə "şəhid ailəsi" statusu verilməsi və bu statusu təsdiq edən müvafiq arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının əri gizir və zabit heyətinə aid olmadığından şəhid ailəsi statusu mərhumun hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumunun verdiyi arayışla təsdiq oluna bilər. Hərbi qulluqçu və ya toplanışa çağırılmış hərbi vəzifəli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmadığından, yəni mərhum N9.N2.N9-cu ildə vəfat etdiyindən, həmin dövrdə mərhum hərbi qulluqçu olmadığından, xidmət keçmədiyindən hərbi hissə tərəfindən həmin faktı əks etdirən hər hansı bir arayış verilə bilməz. İş materialında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 28.02.2020-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olmuş 29.09.2002-ci il tarixli 26/2-46N2 nömrəli arxiv arayışında X2nun N () nömrəli hərbi hissə komandirinin 25.07.N2-ci il tarixli 72 nömrəli əmrilə 06.07.N2- 3N.07N2-ci il tarixə qədər Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyi və həmçinin komandirin N7.08.N2-ci il tarixdə 03 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. Həmçinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalından daxil olmuş 20.09.2002-ci il tarixli 444 nömrəli məktubda X3 N5.08.2002-ci il tarixdə N saylı hərbi hissənin tibb bölüyünə N saylı hərbi hissədən təxliyyə edildiyi, N saylı hərbi hissənin tibb bölüyünün N saylı qəbul jurnalının N6.08.N2-ci il tarixinin N0-cu sıra sayında X3 “Sol çiyin nahiyyəsinin qəlpə yarası diaqnozu” ilə müraciət etməsi qeyd olunmuşdur. Sonra xəstənin haraya, hansı tarixdə, hansı vasitə ilə təxliyyə edilməsi barədə məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X2 06.07.N2-ci il tarixdən 3N.07.N2-ci il tarixədək N () saylı hərbi hissənin tərkibində döyüş tapşırıqlarını yetirmişdir. Hərbi hissənin N7 avqust N2-ci il tarixli 93 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N3 avqust N2-ci il tarixli N40-a №-li əmrilə X6 İ bölüyə çağırışçı kimi qəbul edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissədən daxil olmuş N2 nömrəli hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları qovluğunda N №-li hərbi hissənin əsgəri Mütəllim Əliyevin 0N.06.92-ci il tarixdə tibb bölüyünə daxil olması qeyd olunmuşdur. N2 nömrəli hərbi hissə komandirinin avqust N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X3 şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. X2 06.07.N2-ci il tarixdən N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, N5.08.N2-ci il tarixdə düşmən tərəfindən atılmış mərminin yanında partlaması nəticəsində çoxlu qəlpə yarası almış və xəsarəti ilə əlaqədar N6.08.N2-ci il tarixdə Azərbaycan Dəmir Yolları Xəstəxanasına müalicə və əməliyyat olunması üçün göndərilmişdir. N9.N2.N9-cu il tarixdə “kəskin ürək və ağ ciyər çatışmazlığı” diaqnozundan vəfat etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2002-ci il tarixli 2-26 saylı qətnaməsi ilə 25 dekabr N969-cu ildə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş X3 ölümünə dair Füzuli rayon Əbdürrəhmanlı kənd icra nümayəndəsi tərəfindən N5 iyun 2000-ci il tarixli 5 saylı ölüm haqqında akt qeydinə düzəliş edilməsi, M.Ş.Əliyevin Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı sol ağciyərin yuxarı payının partlaması, geniş hemotoması, döş qəfəsinin əzilməsi, sağ tərəfli 7-ci qabırğanın sınığı, digər bədən üzvlərinin çoxlu qəlpə yaralarının olması, həmin xəsarətlər onda kəskin ürək və ağciyər çatışmazlığına çatdırmaqla son nəticədə ölümünə səbəb olması faktı müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı X2nun "şəhid", onun ailəsinə "şəhid ailəsi" statusu verilməsi barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun NN-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr N3-cü il tarixli Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli N0 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli N0 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.N-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr N3-cü il tarixli Qanunun N-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr N3-cü il tarixli Qanunun N-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr N3-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı əri X3 düşmən tərəfindən atılan top mərmisinin partlaması nəticəsində aldığı travmadan vəfat etdiyini qeyd edərək, X4 şəhid statusu verilməli olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N4-cü il tarixli N0 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın N.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının əri X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmadığından, yəni mərhum N9.N2.N9-cu ildə vəfat etdiyindən iddiaçı şəhid ailəsi statusu verilməsi barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N2 aprel 20N9-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 20N6-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.N-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusu barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı «şəhid ailəsi statusu barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddiası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-507/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-507/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver