Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-507/2023 27.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş, Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 07 aprel 2022-ci il tarixli, **********7 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980-1983-cü illərdə “Azərbaycan", 1985, 1986, 1987, 1991-ci illərdə Tükmənistan, 1991-1997-ci illərdə “Fizuli" adına kolxozlarda 2000-ci il tarixdən xx.xx.2021-cı il tarixədək X3 qulluq etdiyi sığorta stajı nəzərə alınaraq, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində əsaslandırmışdır ki, o, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa gorə əmək pensiyası təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional əra/ı filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona 07 aprel 2022-ci il tarixli, **********7 saylı imtina məktubu təqdim etmişdir. Onun 1980-1983-cü illərdə “Azərbaycan", 1985.1986,1987,1991-ci illərdə Tükmənıstan, 1991-1997-ci İlərdə "Fizuli” adına kolxozlarda 11 il 7 ay, 2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X3 qulluq etdiyi 20 il 9 ay əlavə edilməklə ümumilikdə 32 il 4 ay sığorta stajı vardır. “X21” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci ıl iyulun 1-dək qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) 2021 -ci il 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Sözügedən Qanunun 8.1 -ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxıl edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Ona xx.xx.2021-ci il tarixindən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlara əsasən 1980-1983-cü illərdə “Azərbaycan", 1985, 1986, 1987, 1991-ci illərdə Tükmənistan , 1991-1997-ci illərdə “Fizuli" adına kolxozlarda 2000-ci il tarixdən xx.xx.2021-cı il tarixədək X3 qulluq etdiyi sığorta stajı nəzərə alınaraq, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul etməyinizi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X16 iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yasa görə sosial müavinət almaq hüququ vardır. Həmin maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən 5 və daha çox usaq doqub 8 yaşmadək tərbiyə etmiş qadınlara verilən yasa görə 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Vətəndaşa ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış sosial müavinət ödənişi cari müavinətin üzərinə əlavə edilməklə ödənilir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, "X21” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “X21” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluqundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bildiririk ki, xx.xx.1966-cı il tarixinədək kolxozlarda əmək fəaliyyətində olan şəxslərin sosial sığorta stajları illər üzrə əmək günlərinə əsasən müəyyən olunur. Həmin dövrədək şəxsin kolxozda neçə gün işləməsindən asılı olmayaraq, il tam olaraq sığorta stajına daxil edilir. xx.xx.1966-cı ildən sonrakı dövrlərdə kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajının kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Kolxozda işləmiş kişilər və qadınlar üçün: il ərzində işləməsi müəyyən olunmuş minimum iş günü və ondan çox olduqda-tam il, minimum iş günlərindən az olan illər olduqda isə - faktiki iş günlərinin cəminin minimum iş gününə nisbəti şəklində müəyyən olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə uyğun olaraq əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yas həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluqundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bildiririk ki, xx.xx.1966-cı il tarixinədək kolxozlarda əmək fəaliyyətində olan şəxslərin sosial sığorta stajları illər üzrə əmək günlərinə əsasən müəyyən olunur. Həmin dövrədək şəxsin kolxozda neçə gün işləməsindən asılı olmayaraq, il tam olaraq sığorta stajına daxil edilir. xx.xx.1966-cı ildən sonrakı dövrlərdə kolxozlarda işləyən şəxslər üçün sosial sığorta stajının kişilər və qadınlar üçün həmin kolxozda il ərzində tam il kimi nəzərə alınması üçün tələb olunan minimum iş günü norması ilə şəxsin il ərzində işləmiş olduğu iş günlərinin müqayisəsi əsasında müəyyən olunur. Kolxozda işləmiş kişilər və qadınlar üçün: il ərzində işləməsi müəyyən olunmuş minimum iş günü və ondan çox olduqda - tam il, minimum iş günlərindən az olan illər olduqda isə-faktiki iş günlərinin cəminin minimum iş gününə nisbəti şəklində müəyyən olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 67-ci maddəsinə uyğun olaraq əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yas həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı 1980-1983-cü illərdə Biləsuvar rayon “Azərbaycan adına kolxoz”da, 1985,1986,1987,1991-ci illərdə “Türkmənistan adma koixoz”da və 1991-1997-ci illərdə “Fizuli adına kolxoz”da işlədiyini iddia edir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Biləsuvar rayon Dövlət Arxivinə xx.xx.2021-ci il tarixdə **********4 nömrəli sorğu göndərilmişdir. Sorğuya gələn xx.xx.2021-ci il tarixli 189 nömrəli cavab məktubunda əsasən İddiaçı ümumilikdə 11 il 5 av sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi', hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci maddəsinin 1 -ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə Biləsuvar rayon Dövlət Arxivində xx.xx.2021-ci il tarixli 86 nömrəli arxiv arayışına əsasən qarşılıqlı yoxlama keçirilmişdir. Yoxlama nəticəsində akt tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1980-1983-cü illərdə Biləsuvar rayon “Azərbaycan adına kolxoz”un, 1985,1986,1987,1991-ci illərdə “Türkmənistan adına kolxoz”un və 1991-1997-ci illərdə “Fizuli adına kolxoz”un son hesab kitablarında İddiaçı ata adının qeyd edilmədiyi müəyyən edilmişdir.Qeyd edilən kolxozlarda qadınlar üçün 1 illik adam günü norması 180 gün təşkil edir. Arxiv arayışına əsasən R.F.Ağavevanın ümumilikdə 11 il 5 av sosial sığorta stajı vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq kolxozlarda əmək fəaliyyəti dövrü 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən daxil edilir. Bildiririk ki, İddiaçı təqdim etdiyi sənədlərdə işlədiyi illər yalnız arxiv arayışında təsbit olunmuşdur. İddiaçı işlədiyini iddia etdiyi illərə dair kolxozçunun əmək kitabçası olmadığı üçün Biləsuvar Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 86 nömrəli arxiv arayışında qeyd edilən əmək fəaliyyəti dövrünün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilən akta əsasən R.F.Ağavevanın qayınanası X4 01.01,1930-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur və qulluğa ehtiyacı olduğu üçün 2000- ci il tarixdən xx.xx.2021-ci il tarixədək (21 il) iddiaçı ona qulluq etmişdir. “X21” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yası 70-ə çatmış səxslərə)qulluq edilməsi müddət daxil edilir. İddiaçı təqdim etdiyi qulluq aktına əsasən ümumillikdə sığorta stajı 21 il təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı təqdim etdiyi sənədlərdə əsasən “X21” AR Qanunun 7ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququna malik olmadığından iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 07 aprel 2023-cü il tarixli, 3-17-1/2-75518/2023 saylı məktubla məhkəmənin etirazda qeyd edilən imtina hallarının dəqiqləşdirilməsi barədə orğu məktubuna cavab olaraq bildirmişdir ki, “X21” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 8.1 -ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildiririk ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1991 -ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan qulluq etmə dövrləri qulluq stajı haqqında notarial qaydada təsdiq olunmuş qarşılıqlı ərizələr təqdim olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı işi üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş, eyni zamanda yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2021-ci il tarixdən, yəni 55 yaşdan yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1985-ci il tarixli, İİİ-ЖГ 416596 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə İddiaçı xx.xx.1985-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 477475 nömrəli arayışından görünür ki, X23 xx.xx.1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmişdir. İşdə olan xx.xx.1986-cı il tarixli, Xİ-ЖГ 416704 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1985-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1989-cu il tarixli, Xİİİ-ЖГ 477956 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1989-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1992-ci il tarixli, XVİ-ЖГ 332044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1992-ci il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1994-cü il tarixli, XİX-ЖГ 278830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1994-cü il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 395672 nömrəli arayışından görünür ki, X30 xx.xx.1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmişdir. İşdə olan xx.xx.1999-cu il tarixli, İ-AZ 083207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1999-cu il tarixdə anadan olmuş, valideynləri qrafasında atası X22, anası İddiaçı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 494 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən o, qaynanası, yəni həyat yoldaşı X20 anası X6 ilə birlikdə yaşayır ahıl və qulluğa ehtiyacı olduğu üçün 2000-ci il tarixdən hal-hazıra kimi ona qulluq edir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 86 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1980-1983-cü illərdə “Azərbaycan", 1985, 1986, 1987, 1991-ci illərdə Tükmənistan, 1991-1997-ci illərdə “Fizuli" adına kolxozlarda işləmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 317 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən o, Biləsuvar rayonunun Ovçubərə kəndində qeydiyyatdadır, yaşayır, heç bir yerdə işləmir, yeddi uşağı özü doğmuşdur, səkkiz yaşa qədər tərbiyə etmiş və sağ salamatdırlar. İşdə olan Biləsuvar RİHB-nin Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 9 saylı Regional Ərazi Filialının-Biləsuvar qəbul şöbəsinin aparıcı mütəxəssisi X8, Biləsuvar rayon Ovçubərə kənd sakini qonşusu-X9 Biləsuvar rayon Ovçubərə kənd sakini qonşusu-X2 Biləsuvar rayon Ovçubərə kənd sakini qaynənəsi-qulluğa ehtiyacı olan X3 Biləsuvar rayon Ovçubərə kənd sakini -özü İddiaçı imza etdikləri xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən 1966-cı il təvəllüdlü Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qulluğa ehtiyacı olan 1930-cu il təvəllüdlü qaynənəsi X6 ilə halhazırda Biləsuvar rayon Ovçubərə kəndində bir evdə yaşayırlar. Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qulluğa ehtiyacı olan qaynənəsi 1930-cu il təvəllüdlü X3 2000-ci il tarixdən qulluq etməsi faktı Biiəsuvar rayon Ovçubərə KİƏD nümayndəliyinin xx.xx.2021-ci il tarixli, 494 saylı arayışı ilə təsdiq edilir. Yoxlama zamanı, bir daha məlum oldu ki, 1966-cı il təvəllüdlü Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü qulluğa ehtiyacı olan X6 ilə hal-nazırda Biləsuvar rayon Ovçubərə kəndində bır evdə yaşayırlar və ona qulluq etməsi fakıı təsdiq edildi. Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü X3 qulluğa ehtiyacı olduğu üçün 2000-ci il tarixdən hal-hazıradık qulluq etməsi faktını qulluq edən İddiaçı, quluq olunan Ovçubərə kənd sakini X6, Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13, Ovçubərə kənd sakinləri: qonşu X14, qonşusu X5 öz imzaları ilə təsdiq edirlər. Göstərilən bütün bu hallar vətəndaş İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü X3 qulluq etməsi “X21" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən aşağıda göstərilən dövrləri xx.xx.2000-ci il tarixdən hal hazırki dövrədək sığorta stajı götürülməsinə imkan verir. Aktı doğru bilib öz imzaları ilə təsdiq etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, “X21” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumalara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Məlumat üçün bildiririk ki, əmək kitabçanızı və ya əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Fondun 2 saylı Şirvan-Salyan regional filialına təqdim etdikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Biləsuvar rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilən illərə uyğun olaraq Azərbaycan və Türkmənistan kolxozlarının kitablarında atalarının adları göstərilmişdir. Arayış zaman arxiv sənədlərinə istinad edilmiş heç bir kənarlaşmaya, qanunsuzluğa yol verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X35 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-75518/2023 nömrəli məktubundan görünür ki, “X21” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 8.1 -ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məlumat üçün bildiririk ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1991 -ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan qulluq etmə dövrləri qulluq stajı haqqında notarial qaydada təsdiq olunmuş qarşılıqlı ərizələr təqdim olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə imtina üçün müxtəlif əsaslar təqdim edildiyindən məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə tam araşdırılma aparılmışdır. Belə ki, hal-hazırda İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi 2 hissədən ibarətdir:
1. İddiaçı təqdim etdiyi arayışlara əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1991 -ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 14 il stajı;
2. İddiaçı qaynanası X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi qulluq etdiyi ümumilikdə 20 il 9 ay stajı. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. «X21» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X21” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - (21.2.4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il, 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X21” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9.-cu bəndinə əssən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1966-cı il tarixdə doğulması və 30.04..2021-ci il tarixində, yəni 55 yaşında (qanunveiciliyin tələbi üzrə 5 il azaldılmaqla) pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir və inzibati orqan qeyd edilən halı mübahisələndirməmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “X21” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “X21” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "X21" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan arxiv arayışlarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: - xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək “Azərbaycan” kolxozunda, - xx.xx.1985-ci il tarixindən xx.xx.1991-ci il tarixədək “Türkmənistan” kolxozunda, - 01.01.1992 -ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Fizuli” kolxozunda işlədiyi dövr. (ümumilikdə 14 il) Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası arayışlar və qarşılıqlı yoxlama aktı əsasında müəyyən olunur ki, iddiaçı 1980-1997-ci illərdə “kolxozda işləmiş və ümumi iş stajı 14 il təşkil etmişdir. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən bu məlumatları daşıyan sənəd kimi əmək kitabçası, hərbi bilet və müvafiq arayış mötəbər hesab olunur. İddiaçının xx.xx.2006-cı il tarixədək kolxozda işlədiyi 14 il müddət nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-75518/2023 nömrəli məktubunda İddiaçı qeyd edilən 14 il stajını mübahisələndirilməyən sığorta stajı kimi qəbul etmişdir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma X21 qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilən Biləsuvar RİHB-nın Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 9 saylı Regional Ərazi Filialının Biləsuvar qəbul şöbəsinin aparıcı mütəxəssisi X14, kənd sakini X5, qulluğa ehtiyacı olan X6 və qulluq edən İddiaçı tərəfindən imzalanmış 23 dekabr 2021-ci il tarixli aktda aşağıdakılar qeyd olunur: - Həqiqətən 1966-cı il təvəllüdlü Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qulluğa ehtiyacı olan 1930-cu il təvəllüdlü qaynənəsi X6 ilə hal-hazırda Biləsuvar rayon Ovçubərə kəndində bir evdə yaşayırlar. Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qulluğa ehtiyacı olan qaynənəsi 1930-cu il təvəllüdlü X3 2000-ci il tarixdən qulluq etməsi faktı Biiəsuvar rayon Ovçubərə KİƏD nümayndəliyinin xx.xx.2021-ci il tarixli, 494 saylı arayışı ilə təsdiq edilir. Yoxlama zamanı, bir daha məlum oldu ki, 1966-cı il təvəllüdlü Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü qulluğa ehtiyacı olan X6 ilə hal-nazırda Biləsuvar rayon Ovçubərə kəndində bır evdə yaşayırlar və ona qulluq etməsi faktı təsdiq edildi. Biləsuvar rayon Ovçubərə kənd sakini İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü X3 qulluğa ehtiyacı olduğu üçün 2000-ci il tarixdən halhazıradık qulluq etməsi faktını qulluq edən İddiaçı, quluq olunan Ovçubərə kənd sakini X6, Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13, Ovçubərə kənd sakinləri: qonşu X14, qonşusu X5 öz imzaları ilə təsdiq edirlər. Göstərilən bütün bu hallar vətəndaş İddiaçı qaynənəsi 1930-cu il təvəllüdlü X3 qulluq etməsi “X21" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən aşağıda göstərilən dövrləri xx.xx.2000-ci il tarixdən hal hazırki dövrədək sığorta stajı götürülməsinə imkan verir. Aktı doğru bilib öz imzaları ilə təsdiq etmişdirlər. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarının 1-ci bəndi ilə “«X21» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmiş və həmin Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 dekabr 2017-ci il tarixdə **********0017 qeydiyyat nömrəsi ilə X29 Reyestrinə daxil edilmiş, 22 dekabr 2017-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi, müvafiq Qayadlar sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrünün sığorta stajına daxil edilməsini şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında mümkün sayır. Məhkəmə hesab edir ki, iddiaçının 2000-ci il tarixdən xx.xx.2021-cı il tarixədək X3 qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, İddiaçı kolxozlarda işlədiyi dövr və xx.xx.2000 – xx.xx.2021-ci illərdə ahıl şəxsə qulluq dövrü ümumilikdə 25 ildən artıq müddət təşkil edir ki, bu həddə sığorta stajı toplamış və «X21» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin araşdırılması zərurəti yaranmadığından, məhkəmə icraatında həmin xüsusatlara toxunulmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 30 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. «X21» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 30 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 30 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov