Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-508/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%-in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%-in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmətə başlamış və xx.xx.2013-cü il tarixədən “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən yaşına və xəstəliyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Pensiya məbləğinin düzgün hesablanmaması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə xx.xx.2022-ci il tarixdə rəsmi məktubla, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə elektron poçt vasitəsi ilə, həmçinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinə elektron poçt vasitəsi ilə müraciət etmiş, ona 24 aprel 2013cü il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən 27 il 6 ay 26 gün xidmətə görə təminat xərcliyinin 76 faiz məbləğində (yəni 20 il təqvim ili üçün yaşına və xəstəliyə görə 55 faiz, 7 il güzəştli təqvim ili üçün isə 7*3=21 faiz) məbləğində pensiya hesablanmış və xx.xx.2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin (1599,95 manat) 76 faizi-1215,96 manat məbləğində pensiya qanunvericiliyinə uyğun olaraq hesablanıb ona ödənilmişdir. AR Prezidentinin Fərmanına əsasən xx.xx.2018-ci il tarixdən vəzifə maaşı 10 faiz artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın təstiq edilməsi haqqında Fərmanına görə Qaydanın 2.5-ci maddəsi tətbiq edilməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək pensiya məbləği Fond tərəfindən yenidən hesablanmış və 76 faizi 1319,44 manat olacağı halda artım hissəsinin 2 faizi hesablanmaqla (20 xidmət il 55 faiz, 7*2=14 faiz və 6 ayı 1 faiz, cəmi 70 faiz) 1311,29 manat ona ödənilmişdir. (hər ay 8,15 manat əskik) AR Prezidentinin Fərmanına əsasən xx.xx.2019-cu il tarixdən yenidən vəzifə maaşının 40 faiz artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın təstiq edilməsi haqqında Fərmanına görə Qaydanın 2.5-ci maddəsi tətbiq edilməklə xx.xx.2019-cu il tarixdə pensiya məbləği Fond tərəfindən yenidən hesablanmış, təminat xərcinin 76 faizi 1633,77 manat olacağı halda xx.xx.2022-ci il tarixədək artım hissəsinin 2 faizi hesablanmaqla (20 xidmət il 55 faiz, 7*2=14 faiz və 6 ayı 1 faiz, cəmi 70 faiz) 1600,79 manat mənə ödənilmişdir. (hər ay 32,98 manat əskik) Fond tərəfindən aparılan bu hesablamalar, “Əmək pensiyalarına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ayliq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardımın hər ay pensiyanın məbləği ilə birlikdə ödənilməsinin təmin edilməsi barədə göstərişində də nəzərə alınmamışdır. (hər ay 3,27 manat əskik) Beləliklə, AR Prezidentinin Fərmanlarına əsasən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdə 10 faiz, xx.xx.2019-cu il tarixdə isə 40 faiz artırılmasından sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi xx.xx.2018-ci il tarixdən “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təstiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci maddəsini əsas götürərək pensiyanın təminat xərcliyinin artım məbləğini 2 faiz miqdarında əlavə olunmaqla hesablamışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə ömürlük əmək pensiyası təyin edilib. Pensiyaya çıxan anda iddiaçının 27 il 6 ay və 26 günlük (güzəştli hesablama ilə) qulluq stajı olmuş, buna görə də, ona təminat xərcliyinin 76 faizi həcmində pensiya təyin edilmişdir. İddiaçı tələb edir ki ona hər artım məbləğində itirdiyi 6 faizi və həmin 6 faizə itirdiyi pul məbləğini xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsi haqqında pozulmuş hüququnun bərpa edilməsini xahiş edir. İdarə 03 iyun 2022-ci il tarixli, **********8 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. 1 mart 2018-ci ilədək iddiaçının əmək pensiyasından sonrakı artımlar onun tutduğu vəzifə sonuncu vəzifəyə uyğun təminat xərcliyinin (1.600.79 manat) 27 il 6 ay 26 gün xidmət müddətinə görə 76 faiz miqdarında pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiqlənmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın (Bundan sonra - Qayda) 2.5-ci bəndinə əsasən, iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq edilən faiz dərəcəsi isə 76 faiz təşkil edir. "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçiin müvafiq təminat xərcliyinin 50 faizi, yaşma və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Hazırda ona "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinə uyğun olaraq 1600.79 manat hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası və 160.08 manat maddi yardım ödənilir. Qaydanın 1.1-ci bəndinə görə, bu Qayda ƏPQ-nin 26.3-cii maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək ƏPQ-nin 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin ƏPQ-nin 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar ııəzorə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə görə, ƏPQ-nin 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İddiaçıya pensiyanın 01 iyul 2017-ci ilədək təyin edilməsi və iddiaçının ƏPQ-nin 20-ci maddəsinin təsiri altına düşməsi şübhəsizdir. Qaydanın tələbi iddiaçıya şamil edilməlidir. Konstitusiyanın 149-cu maddəsinin İV hissəsinə görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 1.0.12-ci maddəsinə görə, normativ hüquqi aktların kolliziyası-eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyətidir. (uyğunsuzluğudur) Qayda və ƏPQ arasında ziddiyyət varmı? Məncə, burada ziddiyyət yoxdur. Ona görə ki: a. Qayda. ƏPQ-nin 26.3-cü maddəsinə uyğun olaraq qəbul edilib. Həmin maddənin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasında deyilir ki, "2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Oanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası nıiivafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Göründüyü kimi ƏPQ-nin 26.3-cü maddəsi qulluq stajına görə əlavələrin sonrakı artımlar nəzərə alınmaqla hesablanması ilə bağlı qaydanı müəyyənləşdirmək səlahiyyəti Prezidentə məxsusdur. Prezidentin məlum Fərmanı ilə Qayda təsdiqlənib. Deməli, Qayda və ƏPQ arasında hər hansı ziddiyyət yoxdur; əksinə Qaydanın qəbulu ƏPQ-nin 26.3-cü maddəsi baxımıdan zəruri idi. b. Qaydanın qəbulu həm də ədalətlidir. Niyə? Çünki ƏPQ-nin 2014.1-ci maddəsinə edilmiş və 01 iyul 2017-ci il tarixdən qüvvədə olan dəyişiklikdən sonra pensiyaya çıxan hərbi qulluqçulara müvafiq əlavə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (miivqfıq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında hesablanacaq; eyni zamanda, nəzərə almaq lazımdır ki həmin şəxslərə münasibətdə sonrakı artımlar da ƏPQ-nin 2014.1-ci maddəsinə əsasən, 2 faiz əsas götürülməklə müəyyənləşdiriləcəkdir. ƏPQ-nin 26.3-cü maddəsinin 1-ci cümləsi (“2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir.") 01 iyul 2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin hüquqi vəziyyətində hər hansı ağırlaşdırma etmədi. Ancaq təminat xərcliyindəki sonrakı artımların hesablanması baxımından 01 iyul 2017-ci ilə qədər və sonra pensiyaya çıxmış şəxslərin hüquqi vəziyyətini bərabərləşdirdi. Başqa sözlə, istər 01 iyul 2017-ci il istərsə də, həmin tarixdən sonra pensiyaya çıxmış şəxs olsun, təminat xərcliyindəki sonrakı artımların hesablanması eyniyyət təşkil edəcək, yəni 2 faizlə hesablanacaq. İddiaçı cavabdeh idarəyə qarşı pensiyanın yenidən hesablanması və kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə iddiaçının bu tələbi irəli sürməkdə haqlı olmadığı hesab edir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%-in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbin əsaslı olub-olmamasının, cavabdehin imtina əsası kimi göstərdiyi dəlilin iddiaçının tələbi üzrə imtina əsası hesab olunub-olmaması istiqamətində araşdırmanın aparılması zəruridir ki, bu istiqamətdə qiymətləndirilmə məhz aşağıda göstərilən qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. İşdə olan əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqindən görünür ki, İddiaçı Dövlət Sərhəd Xidmətində həmsərhəddə xidmətə görə vəzifə maaşı 15 faiz 88,50 manat, xüsusi şəraitə görə 25 faiz 147,50 manat, xidmət illərinə görə 30 faiz 243,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz 59,00 manat, məharət dərəcəsi 25 faiz 147,50 manat, cəmi 1474,25 manat təşkil etmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli DSX.SQ.2001 nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq: - Sərhəd diviziyası komandirinin sərhəd nümayəndəliyi işi üzrə köməkçisi polkovnik-leytenant İddiaçı 24 yanvar 2013-cü il tarixdən 23 aprel 2013-cü il tarixədək 90 (doxsan) gün məzuniyyət verilməklə 24 aprel 2013-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılsın, vəzifəsindən azad edilsin və Dövlət Sərhəd Xidmətində həqiqi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sayılmışdır. Polkovnik-leytenant İddiaçı 2013-cü ilin yanvar ayının 01-dən aprel ayının 24-dək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatı 100% həcmində almağı layiqdir. Polkovnik-leytenant İddiaçı hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlikvə Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı 24 aprel 2013-cü il tarixə xidmət illəri 22 il 11 ay 00 gün, güzəştli 04 il 07 ay 06 gün, cəmi 27 il 06 ay 06 gündür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2016-xx.xx.2018-cı il tarixlərdə 1215,96 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə 1311,29 manat və xx.xx.2019-cu il il tarixdən müddətsiz 1600,79 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 10/K-69 nömrəli məktubun surətindən görünür ki, 01 yanvar 2007-cı il tarixdən hərbi qulluqçulara pensiyanın təyin olunması və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən həyata keçirilir. Bu məqsədlə ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmək məqsədəuyğundur. 24 aprel 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi-xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılarkən 27 il 6 ay 26 gün xidmətə görə son təminat xərcliyi 76 faiz məbləğində (yəni 20 il təqvim ili üçün yaşına və xəstəliyə görə 55 faiz, 7 il təqvim ili üçün isə 7*3=21 faiz) məbləğində pensiya hesablanmışdır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2021-ci il tarixli, 314 nömrəli qərarına əsasən 01 iyul 2017-ci il tarixdən sonra ehtiyata buraxılmış və buraxıldığı gün pensiya hüququ olan, 20 ildən artıq xidmət etmiş hərbi qulluqçuların 01 iyul 2017-ci il tarixdən sonrakı xidmət illəri (01 iyul 2017-ci il tarixdən/sonräkHxidmət ili 1 ilə 2 faiz hesablanması üçün) barədə məlumatlar göstərilir. Məhkəmənin iş üzrə 04 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 9/3746 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq 27 il 6 ay 26 gün xidmət müddətinə görə təminat xərcliyinin (1599,95 manat) 76 faizi-1215,96 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyin orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1311,29 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşının 900,00 manat, rütbə maaşının 154,00 manat, müvafiq ölkə ilə həmsərhəddə xidmətə görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin- 135,00 manat, xidmət illərinə görə vəzifə rütbə maaşı və həmsərhəddə xidmətə görə əlavənin 30 faizi miqdarında əlavənin-356,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavənin-225,00 manat, xüsusi şəraitdə xidmətə görə vəzifə maaşının 25 faizi miqdarında əlavənin-225,00 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavənin-90,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 2149,70 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyanın təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq (hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi; - natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 70 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (1599,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (2149,70 manat) arasındakı fərq məbləğinin (549,75 manat) 70 faizi-384,83 manat pensiyanın (1215,96 manat) üzərinə əlavə olunmaqla 1600,79 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.” Hazırki tədqiqatla ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş mülki iş materialları ilə aşağıdakılar müəyyən edilir: Təqdim edilmiş mövcud iş materiallarına əsasən iddiaçıya 01 mart 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq 27 il 6 ay 26 gün xidmət müddətinə görə təminat xərcliyinin (1599,95 manat) 76 faizi-1215,96 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1311,29 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 900,00 manat, rütbə maaşı 154,00 manat, müvafiq ölkə ilə həmsərhəddə xidmətə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-135,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı və həmsərhəddə xidmətə görə əlavənin 30 faizi miqdarında əlavəsi- 356,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-225,00 manat, xüsusi şəraitdə xidmətə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-225,00 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-90,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2149,70 manat təşkil etdiyi müəyyən edilir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən əmək pensiyanın təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq (hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi; - natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 70 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (1599,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (2149,70 manat) arasındakı fərq məbləğinin (549,75 manat) 70 faizi-384,83 manat pensiyasının (1215,96 manat) üzərinə əlavə olunmaqla 1600,79 manat məbləğində əmək pensiyası müəyyən edilir. Beləliklə, hazırki ekspertiza tədqiqatı ilə təqdim edilmiş mövcud iş materialları və təsviri hissədə də qeyd edilənləri nəzərə alaraq qeyd edilir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia edilən dövr üzrə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanmasının qanunvericiliyin tələbinə uyğun şəkildə aparıldığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspertiza tədqiqatı ilə təqdim edilmiş mövcud iş materialları və təsviri hissədə də qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia edilən dövr üzrə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanmasının qanunvericiliyin tələbinə uyğun şəkildə aparıldığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Adıçəkilən Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. Sorğuda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tətbiqi zamanı pensiyaçının vaxtilə müvafiq vəzifədə olarkən almadığı və buna görə də məcburi dövlət sosial sığorta haqqı tutulmamış ödənclərin əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması məsələlərinə aydınlıq gətirilməsi zəruridir. Qərarın əsaslandırılması ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Plenum yuxarıda qeyd olunanları nəzərə alaraq “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlmişdir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda da analoji mövqedən çıxış edilmiş, məhkəmənin cavabdehin imtina əsaslarından asılı olmaması öz əksini tapmışdır. Məhkəmə ididaçının arqument kimi qeyd etdiyi Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın təstiq edilməsi haqqında Fərmanının ləğvi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən Fərman Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında dəyişiklik edilməsi və “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının ləğv edilməsi barədə 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilsə də, qeyd edilən hallar 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmana dəyişikliklər edilərək öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarının 5.10-cu maddəsinə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%-in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri kimi 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2 – kodu 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən təminat xərclərinin artım hissəsi ilə bağlı verilən 2%-in 3%-ə tətbiqi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-508/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-508/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver