Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-509/2023 19.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, N993-N994-cü illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N994-cü illərdə erməni qəsbkarlarına 'qarşı gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak edərək döyüşmüşdür. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq o hal-hazıra qədər müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir.O ərizə ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin İdarədən məktubla cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N.Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2.Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05 oktyabr 2022-ci il tarixli 4/2-6676 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərə əsasən, iddiaçı N nömrəli hərbi hissə komandirinin N2 dekabr N993-cü il tarixli 267 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 3NN nömrəli əmri ilə İddiaçı 08 fevral N994-cü il tarixdən 4-cü Motoatıcı tabora xidməti ezamiyyətə getmiş hesab olunmuşdur. 06 mart N994-cü il tarixdən İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılmış, ilkin istintaq materialları hazırlanaraq hüquqmühafizə orqanlarına göndərilmişdir.Əlavə olaraq qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin may-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.Beləliklə də məhz bu əsaslarla, habelə N nömrəli hərbi hissədə hərbi xidməti barədə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığı üçün iddiaçıya “Müharibə veteram” vəsiqəsinin verilməsindən imtina edilmişdir.Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, o, N993-cü il tarixdən N994-cü ilədək döyüşlərdə iştirak etmiş, N994-cü il tarixdə N saylı hərbi hissədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edən zamanda qardaşı X4 N994-cü ildə “İ Qarabağ müharibəsi” zamanı itkin düşmüş və şəhid olmuşdur, buna görə ailə üzvündən bir nəfər şəhid olduğu üçün tapşırıq əsasında hərbi hissənin komandiri tərəfindən evə ailəsinin yanına buraxılmışdır, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA03N5027 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N969-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Qara Nuru kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N0478 nömrəli arxiv arayışında göstərilmişdir ki, Saatlı RHKdan çağırılmış N969-cu il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 267 №-li əmrilə (əsas: səh.34, §2) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3NN №-li əmrilə (əsas: səh.26, §6, sıra-23) xx.xx.N994-cü il tarixdən 4-cü MAT- una xidməti ezamiyyətə getmiş hesab olunmuşdur.Hərbi hissəni xx.xx.N994-cü il tarixdə tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 387 №-li əmrilə (əsas: səh.N4, §9, sıra-27) ştatdan kənar olunaraq bütün növ təminatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N6-cı il tarixli 9/2-2785 №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vətəndaşa ünvanladığı xx.xx.202N-ci il tarixli, N/x-N43N3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N8-ci il və təkrar xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-N0479 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman 06.03 N994-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazırlər Kabinetinin 22.09 N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. Vətəndaşların müraciətləri haqqında“ Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladdığı N4 iyun 2022-ci il tarixli, 4/2-3909 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı RHK-dan çağırılmış N969-cu il təvəllüdlü çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 267 №-li əmrilə (əsas: səh.34, §2) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3NN №-li əmrilə (əsas: səh.26, §6, sıra-23) zenit-raket divizionunun hərbi qulluqçusu İddiaçı xx.xx.N994-cü il tarixdən 4-cü MAT-una xidməti ezamiyyətə getmiş hesab olunmuşdur. xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 387 №-li əmrilə (əsas: səh.N4, §9, sıra-27, əmrdə RHK “Qax” qeyd edilmişdir) ştatdan kənar olunaraq bütün növ təminatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına göndərilmişdir.Qeyd edirik ki, İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli 9/2-2045 №-li məktubla ünvanınıza cavab göndərilmişdir. İşdə olan НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N987xx.xx.N989-cu illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N78-N5443 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı RHK-dan çağırılmış N969-cu il təvəllüdlü çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 267 №-li əmrilə (əsas: səh.34, §2) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir.N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3NN №-li əmrilə (əsas: səh.26, §6, sıra-23) zenit-raket divizionunun hərbi qulluqçusu İddiaçı xx.xx.N994-cü il tarixdən 4-cü MAT-una xidməti ezamiyyətə getmiş hesab olunmuşdur.xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 387 №-li əmrilə (əsas: səh.N4, §9, sıra-27, əmrdə RHK “Qax” qeyd edilmişdir) ştatdan kənar olunaraq bütün növ təminatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb hüquq mühafizə orqanlarına göndərilmişdir. İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli 9/2- 2045 №-li məktubla ünvana cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 970 nömrəli arayışında göstərilmişdir ki, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda oian N969-cu ii təvəllüdlü İddiaçı xx.xx.N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçı ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün xx.xx.20N9-cu il tarixdə hərbi qeydiyyatından çıxarılmışdır.İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi, hərbi hissədən tərxis olunması, hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətin araşdırılması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi, digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, cinayət təqibinə xitam verilməsi və aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinnin Saatlı rayon şöbəsində heç bir məlumat aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, N356 nömrəli arayışında göstərilmişdir ki, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olan N969-cu il təvəllüdlü İddiaçı xx.xx.N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İddiaçı N993-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etməsi, hərbi xidmət zamanı yaralanması, hərbi hissəni özbaşına tərk etməsi, fərariliyi, digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Səfərbərlik və Flərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 oktyabr 2022-ci il tarixli, 4/2-6676 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı RHK-dan çağırılmış N969-cu il təvəllüdlü çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 267 №-li əmrilə (əsas: səh.34, §2) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3NN №-li əmrilə (əsas: səh.26, §6, sıra-23) zenit-raket divizionunun hərbi qulluqçusu İddiaçı xx.xx.N994-cü il tarixdən 4-cü MAT-una xidməti ezamiyyətə getmiş hesab olunmuşdur. xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 387 №-li əmrilə (əsas: səh.N4, §9, sıra-27, əmrdə RHK “Qax” qeyd edilmişdir) ştatdan kənar olunaraq bütün növ təminatlardan çıxarılıb ilkin istintaq materialları hazırlanıb, hüquq mühafizə orqanlarına göndərilmişdir. N №-li hərbi hissə komandirinin may-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 28 sentyabr 2022-ci il tarixli, HPxx/xx-N037N nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt və hansı hərbi hissələrdə xidmət etməsi barədə heç bir məlumat qeyd olunmadığından məktubla bağlı tez bir vaxtda, yəni sorğuda qeyd etdiyi N0 gün müddətində ərazi hərbi prokurorluqlarından məlumatlar alıb onun tərəfindən cavabın verilməsi mümkün deyildir. Təkrar sorğuda vətəndaş İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt, harada və hansı hərbi hissələrdə xidmət etməsi barədə ətraflı məlumatların göstərildiyi və bunu təsdiq edən sənədlər (İddiaçı hərbi xidməti barədə Müdafiə Nazirliyinin arxiv arayışı, hərbi biletinin və ya iddia ərizəsinin surətləri) müraciətə əlavə edildiyi halda qısa müddət ərzində sorğuya cavabın verilməsi təmin ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N2 yanvar 2023-cü il tarixli, HPxx/xx-N2983 nömrəli məktubunda qeyd edilmişdir ki, Vətəndaş İddiaçı N993-cü ilin dekabr ayından N994-cü ilin mart ayınadək N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Lakin, müraciətə əlavə edilmiş Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9/2-N0478 nömrəli arxiv arayışında İddiaçı xx.xx.N994-cü il tarixdə xidmət yerini özbaşına tərk etdiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 387 №-li əmri ilə onun şəxsi heyətin siyahısından çıxarılması və barəsində ilkin materialın toplanaraq hüquq-mühafizə orqanlarına göndərilməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Cəbrayıl rayon Məhkəməsinin Q-30/2023 nömrəli N0 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ərizəçi XN oğlu X2 ’’şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işin materiallarında Cəbrayıl Rayon Məhkəməsinin 2-63 saylı, 02 oktyabr N997-ci il tarixli qətnaməsindən şikayətin verilməsi görünmür. Eləcə də, mülki işin materiallarında Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnaməsinin icra vəziyyəti barədə məlumat yoxdur. Müraciətə əsasən Cəbrayıl Rayon Məhkəməsinin 2-64 saylı 02 oktyabr N997- ci il tarixli qətnaməsinin təsdiq olunmuş surəti göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2023-ci il tarixli, 3-43-49/2-463/2023 nömrəli arayışında göstərilmişdir ki, Saatlı rayon Qara Nuru kəndində anadan olmuş xx.xx.N974cü il təvəllüdlü mərhum X4 N994-cü ildə “İ Qarabağ müharibəsi” zamanı itkin düşmüş və Cəbrayıl rayon məhkəməsinin xx.xx.N997-ci il tarixli 2-63 nömrəli qətnaməsinə əsasən ölmüş hesab edilmişdir. M.P.Xəlilov SHXÇDX-nin Saatlı rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş zabit, gizir, çavuş, əsgərlərin qeydiyyatı kitabında “Şəhid” olaraq qeydiyyatdadır. İşdə olan Cəbrayıl rayon Xalq Məhkəməsinin 2-63 nömrəli 02 oktyabr N997-ci il tarixli qətnaməsindən görünür ki, X4 ölmüş elan edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.202N-ci il tarixli, N/x-N43N3 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-N0479 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman 06.03 N994-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazırlər Kabinetinin 22.09 N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının izahatı və iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı N994-cü il tarixdə N saylı hərbi hissədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edən dövrdə qardaşı X4 N994-cü ildə “İ Qarabağ müharibəsi” zamanı itkin düşmüş və şəhid olmuşdur, buna görə ailə üzvündən bir nəfər şəhid olduğu üçün tapşırıq əsasında hərbi hissənin komandiri tərəfindən evə ailəsinin yanına buraxılmışdır. Həmçinin məhkəmə tərəfindən İddiaçı qardaşı Saatlı rayon Qara Nuru kəndində anadan olmuş xx.xx.N974-cü il təvəllüdlü mərhum X2 N994-cü ildə “İ Qarabağ müharibəsi” zamanı itkin düşməsi və Cəbrayıl rayon məhkəməsinin xx.xx.N997-ci il tarixli 2-63 nömrəli qətnaməsinə əsasən ölmüş hesab edilməsi, M.P.Xəlilov SHXÇDX-nin Saatlı rayon şöbəsi üzrə həlak olmuş, vəfat etmiş zabit, gizir, çavuş, əsgərlərin qeydiyyatı kitabında “Şəhid” olaraq qeydiyyatda olmasə barədə müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-509/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-509/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver