Məhkəmə qərarları › İş №2-1(120)-51/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-51/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-51/2023 31.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı5 və onun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı5, X9, X5, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdehnə qarşı “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 31 may 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı5, X20, X16, X17, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-1300A (kod ********) nömrəli şəhadətnamənin qismən etibarsız hesab edilməsi, torpaq payı almaq hüququ olan subyekt kimi iddiaçıların hər birinə düşən torpaq payının müəyyən edilməsi və iddiaçıların adlarının torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2-1(120)-881/2020 nömrəli qərardadı ilə X21, X18, X24, X25, X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə Şirvan İnzibati Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-1(120)- 881/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı5 və İddiaçı1 qardaşdırlar, digər iddiaçılar isə onların ailə üzvləridirlər. İddiaçılar torpaq islahatından əvvəl və torpaq islahatı aparılarkən mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamış, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmilə məxsus olmuşdur. Mübahisəli daşınmaz əmlakın Cəmilin adına olması barədə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport da vardır və surəti iddia ərizəsinə əlavə edilmişdir. 2005-ci ildə isə mübahisəli torpaq sahəsində yerləşən evə İddiaçı5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla əlaqədar ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə əvvəllər iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmil və Cəmilin qardaşı Könto, yəni iki qardaş və onların ailə üzvləri yaşamışdırlar. Könto 1974-cü ildə, Cəmil isə 1978-ci ildə ölmüşdür. Mübahisəli həyətyanı torpaq sahəsində əvvəllər bir ikimərtəbəli ev olmuşdur. Evin ikinci mərtəbəsində iddiaçılar yaşayırlar. Evin birinci mərtəbəsində isə hazırda əmiləri Köntonun oğlu - üçüncü şəxs X21 yaşayır. Mübahisəli torpaq sahəsində sonradan əlavə bir ev də tikilmiş və həmin evdə üçüncü şəxs X10 qardaşı oğlu üçüncü şəxs X11 yaşayır. İddiaçılar torpaq islahatından əvvəl, torpaq islahatı aparılarkən, həmçinin bu günə qədər fasiləsiz mübahisəli həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. İslahatdan əvvəl və islahat vaxtı, həmçinin hazırda da mübahisəli həyətyanı torpaq sahəsi iddiaçıların da istifadəsində olmasına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə torpaq sahəsini qanunsuz olaraq yalnız üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Onlar həmin qərardan məlumatsız olmuşdurlar. Həmin qərarla onların hüquqları pozulmuşdur. Torpaq islahatı haqqında qanunvericiliyə əsasən həyətyanı torpaq sahələri qanuni istifadələrində olan şəxslərin mülkiyyətinə verilməlidir. İddiaçılar fasiləsiz mübahisəli torpaq sahəsinin istifadəçiləri olmalarına, özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Orxan İsmayılov) 02 iyun 2020-ci il tarixli, 2- 1(120)-881/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı5, X9, X5, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddialarının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar İddiaçı5, X20, X16, X17, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər İ.Q.Əsədov və Z.A.Zeynalovdan ibarət tərkibdə) 18 noyabr 2020-ci il tarixli, 2- 1(106)-507/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı5, X20, X16, X17, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2-1(120)-881/2020 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar İmişli rayon Aqrar İslahat Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verməmiş və şikayət vermə müddətini ötürmüşdürlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçıların tələblərinin əsasını və işin faktiki hallarını tam aydınlaşdırmadan, iddiaçıların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını aydınlaşdırmadan, iddiaçılara tam dolğun hüquqi yardım göstərmədən iddianı mümkün saymamışdır. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçıların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (maddə 10). İşdə olan 1300A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə X4 və onun ailə üzvləri X3, X19, X10, X7, X12, X13, X14 və X15 mülkiyyətinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar qeyd edir ki, İddiaçı5 və İddiaçı1 qardaşdırlar, digər iddiaçılar isə onların ailə üzvləridirlər. İddiaçılar torpaq islahatından əvvəl və torpaq islahatı aparılarkən mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamış, həmçinin həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ev iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmilə məxsus olmuşdur. Mübahisəli daşınmaz əmlakın Cəmilin adına olması barədə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport da vardır və surəti iddia ərizəsinə əlavə edilmişdir. 2005-ci ildə isə mübahisəli torpaq sahəsində yerləşən evə İddiaçı5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bununla əlaqədar ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində yerləşən evdə əvvəllər iddiaçılar İddiaçı5 və İddiaçı1 ataları Cəmil və Cəmilin qardaşı Könto, yəni iki qardaş və onların ailə üzvləri yaşamışdırlar. Könto 1974-cü ildə, Cəmil isə 1978-ci ildə ölmüşdür. Mübahisəli həyətyanı torpaq sahəsində əvvəllər bir ikimərtəbəli ev olmuşdur. Evin ikinci mərtəbəsində iddiaçılar yaşayırlar. Evin birinci mərtəbəsində isə hazırda əmiləri Köntonun oğlu üçüncü şəxs X21 yaşayır. Mübahisəli torpaq sahəsində sonradan əlavə bir evdə tikilmiş və həmin evdə üçüncü şəxs X10 qardaşı oğlu üçüncü şəxs X11 yaşayır. İddiaçılar torpaq islahatından əvvəl, torpaq islahatı aparılarkən, həmçinin bu günə qədər fasiləsiz mübahisəli həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. İslahatdan əvvəl və islahat vaxtı, həmçinin hazırda da mübahisəli həyətyanı torpaq sahəsi iddiaçıların da istifadəsində olmasına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyası xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə torpaq sahəsini qanunsuz olaraq yalnız üçüncü şəxslərin mülkiyyətinə vermişdir. Onlar həmin qərardan məlumatsız olmuşdurlar. Həmin qərarla onların hüquqları pozulmuşdur. Torpaq islahatı haqqında qanunvericiliyə əsasən həyətyanı torpaq sahələri qanuni istifadələrində olan şəxslərin mülkiyyətinə verilməlidir. İddiaçılar fasiləsiz mübahisəli torpaq sahəsinin istifadəçiləri olmalarına, özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına baxmayaraq İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onların hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçıların qeyd etdiklərini, tələblərinin əsasını və işin faktiki hallarını, iddiaçıların subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığını aydınlaşdırmamış, iddiaçılara lazımi hüquqi yardım göstərməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli həyətyanı torpaq sahəsinın hansı qaydada hansı şəxslərə ayrılmasını, islahata qədər kimlərin qanuni istifadəsində olmasını, mübahisəli həyətyanı torpaq sahəsində islahata qədər mövcud olmuş tikililəri, yəni yaşayış sahələrini, həmin yaşayış sahələrində daimi və müvəqqəti yaşayan şəxsləri, islahat vaxtı yaşayış yeri üzrə qeydiyyatda olan şəxsləri, islahata qədər və islahat vaxtı təsərrüfatbaşına kitablara və digər sənədlərə əsasən həmin yaşayış sahələrində yaşamış ailə üzvlərini, mübahisəli həyətyanı torpaq sahəsində sonradan yaranmış və ya ayrılmış ailə təsərrüfatlarını aydınlaşdırmalıdır. Həmçinin mübahisəli həyətyanı torpaq sahəsinə subyektiv hüquqları və qanunla qorunan maraqları olan digər şəxsləri də inzibati işə cəlb etməlidir. Hazırkı inzibati iş üzrə qeyd edilənlər araşdırılarkən Cavabdehnə, mübahisəli həyətyanı torpaq sahəsinin yerləşdiyi yer üzrə icra nümayəndəliyinə, mübahisələndirilən İmişli rayon Aqrar İslahat Komissiyasının qərarının və həmin qərar əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırlanmasında iştirak etmiş digər orqanlara və onlar mövcud olmadıqda onların hüquq varislərinə, şəxlərin yaşayış yerlərini müəyyən edən və yaşayış yeri üzrə qeydiyyatını aparan orqanlara, aidiyyəti arxivlərə və digər məlumat saxlayıcılarına sorğular verilməlidir. İddiaçıların hansı tarixdən, hansı əsaslarla mübahisəli həyətyanı torpaq sahəsindən istifadə etmələri, hansı tarixdən, hansı əsaslarla hansı yaşayış sahələrində yaşamaları, islahatdan əvvəl və islahat vaxtı mübahisəli həyətyanı torpaq sahəsində yerləşən hansı yaşayış sahəsində hansı əsaslarla yaşamaları, islahatdan əvvəl və islahat vaxtı iddiaçıların başqa yaşayış sahələrinin olubolmaması, islahat vaxtı onların mülkiyyətinə ayrı təsərrüfat kimi pay və həyətyanı torpaq sahəsinin verilib-verilməməsi, həmçinin araşdırma zamanı zərurət yaranmış müəyyən olunmalı işin digər faktiki halları aydınlaşdırılmalıdır. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının mübahisələndirməsi üçün iddiaçıların subyektiv hüquqlarının olduğu müəyyən edilərsə, iddianın mümkünlüyü ilə əlaqədar digər şərtlər də, həmçinin iddiaçıların şikayət vermə müddətini ötürübötürməmələri də tam dəqiq aydınlaşdırılmalıdır. Çünki iddiaçılar mübahisələndirdiyi İmişli rayon Aqrar İslahat Komissiyasının qərarından əvvəllər məlumatsız olduqlarını qeyd edirlər. İddiaçıların mübahisələndirdiyi İmişli rayon Aqrar İslahat Komissiyasının qərarından dəqiq hansı tarixdən məlumatlı olmaları birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı5 və onun vəkili X8 gəlmiş, digər proses iştirakçıları isə gəlməmiş, bununla belə digər iddiaçılar ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı5, X20, X16, X17, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş və bildirmişlər ki, Cavabdehnə qarşı keçmiş Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2006-cı il tarixli qərarının qismən ləğv edilməsi, torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin qismən etibarsız hesab edilməsi və onların adlarının torpaq payı almağa hüququ olan subyekt kimi torpağa mülkiyyət hüququna dair Şəhadətnaməyə daxil edilməsinə dair iddia ərizəsi vermişlər. Bildirirlər ki, sözügedən torpaq islahatına dair İmişli rayon Aqrar İslahat komissiyasının həmin qərarı və müvafiq Şəhadətnamənin verilməsindən onların heç bir məlumatları olmamış, iş üzrə üçüncü şəxslərlə mehriban münasibətləri olduğu və üçüncü şəxslərlə onların arasında torpağa dair heç bir mübahisə olmadığı üçün həmin Şəhadətnamədə onların adlarının olub-olmadığnı 2020-ci ilin yanvar ayınadək olan müddətdə bilməmişlər. Yalnız 2020-ci ilin yanvar ayında iş üzrə üçüncü şəxslərin arasında torpaq mübahisəsi ilə bağlı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq onların həyətlərinə aidiyyəti icra orqanlarının nümayəndələri gələrkən, yəni 2020-ci ilin yanvar ayında torpaq ölçüsü aparan nümayəndələr həmin Şəhadətnaməni onlara göstəriblər və onlar həmin gün onların adlarının torpağa mülkiyyət haqqında Şəhadətnamədə olmadığını bilmişlər və dərhal Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi vermişlər. Qeyd edirlər ki, 2020-ci ilin yanvar ayınadək həmin Şəhadətnamə və Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarından xəbərləri olmamış, Şəhadətnamə bu günədək onlara rəsmi və ya qeyri-rəsmi surətdə verilməmiş, Rayon Aqrar İslahat Komissiyasının qərarı onlara təqdim olunmamış, elan edilməmiş və dərc olunmamışdır. Yuxarıda göstərilən səbəbdən onlar üçün əlverişsiz olan inzibati orqanın qərarından üzürlü səbəbdən qanunda nəzərdə tutulmuş müddətdə iddia verə bilməmişlər. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı5 və onun vəkili X8 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddiaçıların “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 1300A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı ilə X4 və onun ailə üzvləri X3, X19, X10, X7, X12, X13, X14 və X15 mülkiyyətinə 0,27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunduğu kimi, iddiaçılar İddiaçı5, X20, X16, X17, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmiş, və bildirmişlər ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2006-cı il tarixli qərarı və həmin qərar əsasında verilmiş Şəhadətnamədən onların heç bir məlumatları olmamış, iş üzrə üçüncü şəxslərlə mehriban münasibətləri olduğu və üçüncü şəxslərlə onların arasında torpağa dair heç bir mübahisə olmadığı üçün həmin Şəhadətnamədə onların adlarının olub-olmadığnı 2020-ci ilin yanvar ayınadək olan müddətdə bilməmişlər. Yalnız 2020-ci ilin yanvar ayında iş üzrə üçüncü şəxslərin arasında torpaq mübahisəsi ilə bağlı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq onların həyətlərinə aidiyyəti icra orqanlarının nümayəndələri gələrkən, yəni 2020-ci ilin yanvar ayında torpaq ölçüsü aparan nümayəndələr həmin Şəhadətnaməni onlara göstəriblər və onlar həmin gün onların adlarının torpağa mülkiyyət haqqında Şəhadətnamədə olmadığını bilmişlər və dərhal Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi vermişlər. Qeyd edirlər ki, 2020-ci ilin yanvar ayınadək həmin Şəhadətnamə və Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarından xəbərləri olmamış, Şəhadətnamə bu günədək onlara rəsmi və ya qeyri-rəsmi surətdə verilməmiş, Rayon Aqrar İslahat Komissiyasının qərarı onlara təqdim olunmamış, elan edilməmiş və dərc olunmamışdır. Bu səbəbdən hesab edirlər ki, inzibati orqanın mübahisələndirilən qərarından şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iddiaçıların bu dəlillərini əsassız hesab edir. Belə ki, İddiaçı5 və onun vəkili X1 məhkəməyə verdikləri izahatlarından, həmçinin məhkəməyə təqdim olunmuş “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin məzmunundan müəyyən olunur ki, İmişli rayonunda aparılan torpaq islahatından iddiaçılar tam məlumatlı olmuş, lakin onlara münasibətdə islahatın nəticələri ilə maraqlanmamış, islahatın nəticələrini bildikləri və ya bilməli olduqlaru və yaxud bilmək imkanına malik olduqlaru halda bu imkandan istifadə etməmiş və nəticə etibarı ilə İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2006-cı il tarixli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti öz təqsirlərindən ötürmüşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir(24.1.). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır(24.2.). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz(24.4.). Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində ... müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçılar isə cavabdeh inzibati orqana qarşı iddianı sözügedən İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qəbul olunmasından 16 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Digər tərəfdən, iddiaçılar məhkəməyə təqdim etdikləri “buraxılmış prosessual müddətin bərpası barədə” ərizədə İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2006-cı il tarixli qərarından və həmin qərar əsasında üçüncü şəxslərə verimiş Şəhadətnamədən yalnız 2020-ci ilin yanvar ayında məlumatlı olduqlarını bildirmişlər. Hətta bu halda belə, həmin inzibati aktlardan qanunvericiliklə müəyyən olunmuş şikayət vermə müddəti iddiaçılar tərəfindən buraxılmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onların təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçılar ərizələrində İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı xx.xx.2006-cı il tarixli qərarından və həmin qərar əsasında üçüncü şəxslərə verimiş Şəhadətnamədən yalnız 2020-ci ilin yanvar ayında məlumatlı olduqlarını bildirmişlər ki, məhkəmə bu arqumentin əsaslı sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, qeyd olunduğu kimi, mübahisələndirilən qərardan və bu qərar əsasında verimiş Şəhadətnamədən vaxtında məlumatlı olmaq imkanı mövcud olduğu halda, iddiaçılar bu imkandan istifadə etməmişlər. Məhz bu səbəbdən də məhkəmə, iddiaçıların mübahisələndirdiyi inzibati aktdan gec məlumatları oluduqları üçün vaxtında məhkəməyə müraciət edə bilmədikləri və bununla da iddia müddətinin buraxılmasının üzürlü olması arqumentlərini əsassız hesab edir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçılar İddiaçı5, X9, X5, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdehnə qarşı “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı5, X9, X5, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdehnə qarşı “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaları üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizələri təmin edilməsin. İddiaçılar İddiaçı5, X9, X5, X6, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X2 Cavabdehnə qarşı “İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarının qismən ləğv edilməsi və iddiaçılara pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar