Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-51/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin 29 mart 2022-ci il tarixli qərardadı ilə X7, X9, X17 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayon XDS-nin İcrayyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli protokoluna əsasən ona fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verilmişdir. Neftçala bələdiyyəsinin ərazisindən Neftçala XDS İcrayyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin planı Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsi tərəfındən hazırlanmışdır. 1987-ci ildə həmin torpaq sahəsinin üzərində ev tikmişdir. Ona məlum qərar əsasında verilmiş 600 kv.m torpaq sahəsi Azərbacan Respublikasında Torpaq İslahatı aparılan zaman Nefçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə verilmiş və həmin qərar əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə alınmışdır (JN-883F, kod ********). ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. 13 saylı Şirvan Ərazi İdarəsində müraciətinə baxılmış, ona 20 dekabr 2021-ci il tarixli, **********79 nömrəli bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd edilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair akt (plan) və torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfındən torpaq sahəsinin “planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu və 11-ci maddələrinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, sözügedən torpaq sahəsinin digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən uçotu aparılmış və “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə sənədi elektron bazaya daxil edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Göstərilən səbəbdən müraciətinizin icrası qeyri mümkündür O cümlədən “Daşınmaz əmlakın dövlət reyestiri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüququların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. “Torpaq İslahatı haqqında” Qanunun icrası zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunda vətəndaşların qanuni istifadəsindəki, torpaqların özəlləşdirilməsinin əsasları nəzərdə tutulmuşdur. “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrfatlarının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu Qanunun 10-cu maddəsinin 1-ci, 4-cü və 5-ci bəndlərinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və götürdükləri ölcüdə verilir. Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir. Torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüuqunun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfındən verilir. Qeyd edilən Qanunun mənasından görünür ki, Neftçala rayon XDS İcrayyə Komitəsinin l7 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokoluna əsasən onun istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinə qanuni sənədlər olduğu halda həmin torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina barədə 20 dekabr 2021-ci il tarixli bildirişini aldıqdan sonra hüquqlarının pozulduğu ona məlum olmuşdur. Azərbaycan Respublkiası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanmmasmı tələb etmək hüququ vardır. Bu Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə hesab edir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə qanuni istifadəsində olan 600 kv.m torpaq sahəsi üzrə cavabdeh şəxslərin mülkiyyətinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması üçün əsaslar vardır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Babaşova X12 rayon Aqrar İşlahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə verilmiş ünvan 2ndə yerləşən 0.06 ha torpaq sahəsinə aid “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə araşdırılan zaman aşağıdakı çatışmamazlıqlar olduğu məlum olmuşdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair akt (planı) və ya “torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilməmişdir. Ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu və 11-ci maddələrinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, sözügedən torpaq sahəsinin digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədi ilə elektron bazaya daxil edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olıınur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. O cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına üçüncü şəxs X7 gəlmiş, iddiaçı, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********79 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatına alınması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Döviət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair akt (planı) və ya “torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun” 8-ci, 10-cu və 11-ci maddələrinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, sözügedən torpaq sahəsinin digər şəxsin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən uçotu aparılmış və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədi ilə elektron bazaya daxil edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olmuşdur. Göstərilən səbəbdən müraciətinizin icrasi qeyri-mümkündür. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. O cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Odur ki, “Daşınmaz əmlakın döviət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Neftçala rayon XDS-nin İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarından görünür ki, Neftçala rayon sakinləri olan 26 vətəndaşa, o cümlədən İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin verilməsi qərara alınmış, Neftçala rayon XDS-nin İcraiyyə Komitəsinin baş memarına, Neftçala şəhər və Aşağı Surra kənd XDS İcraiyyə Komitələrinin sədrlərinə həmin torpaq sahələrinin vətəndaşa norma daxilində təhkim edilməsi və fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi tapşırılmışdır. İş materiallarından, o cümlədən işdə olan Neftçala Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin, Neftçala şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin və Neftçala Bələdiyyəsinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş Neftçala XDS-in İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin planından müəyyən olunur ki, Neftçala rayon XDS-nin İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına əsasən İddiaçı verilmiş torpaq sahəsinin yeri müəyyən edilərək ona təhkim olunmuş və iddiaçı həmin torpaq sahəsinin üzərində fərdi yasayış evi tikmişdir. İş materiallarında olan 22 iyun 2006-cı il tarixli, JN-883F, kod 80701004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,06 hektar (600 kv.m) torpaq sahəsi mülkiyyət hüququ əsasında X2 adına rəsmiləşdirilmişdir. İddiaçı Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə verilmiş 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı 22 iyun 2006-cı il tarixli, JN-883F, kod 80701004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Neftçala XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən fərdi yaşayış evi tikmək üçün onun mülkiyyətinə veriilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə tərtib olunduğunu iddia edərək həmin şəhadətnamənin etibarsız hesab olunmasını tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Neftçala rayon XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-883F saylı, Kod 80701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2, X6, X10 və X8 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Neftçala rayon XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.metr torpaq sahəsi ilə JN-883F saylı, Kod 80701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X2, X6, X10 və X8 ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Neftçala rayon XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.metr torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 10 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/4522 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: - Neftçala rayon XDS icraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdı yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.m torpaq sahəsinin naturada koordinatları təyin edilmişdir (sxem tərtib edilib). Qərardadın ikinci sualı üzrə: - JN-883F saylı Kod 80701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X2, X6, X10 və X8 ümumi birgə mükiyyətində olan 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edildi (sxem tərtib edilib). Qərardadın üçüncü sualı üzrə: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edildi (sxem tərtib edilib). Qərardadın dördüncü sualı üzrə: - Neftçala rayon XDS lcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.m torpaq sahəsi ilə JN-883F saylı Kod 80701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X2, X6, X11 və X8 ümumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşür (sxem tərtib edilib). Qərardadın besinci sualı üzrə: - Neftçala rayon XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-cı il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.m torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Əhməäov Aydın Hüşeynağa oğlunun mülkiyyətində olan 0.06 ha torpaq üst-üstə düşmür. Göründüyü kimi, istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 10 dekabr 2024-cü il tarixli, 3- 16-16/2-10/4522 nömrəli ekspert rəyinə, istərsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2428/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən Neftçala rayon XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Neftçala şəhərindən ayrılmış 600 kv.m torpaq sahəsi ilə JN-883F saylı Kod 80701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X2, X6, X11 və X8 ümumi birgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üst-üstə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş üzrə təqdim olunmuş Neftçala rayon XDS-nin İcraiyyə Komitəsinin 17 iyun 1987ci il tarixli, 10 nömrəli protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına və Neftçala Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin, Neftçala şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin və Neftçala Bələdiyyəsinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş Neftçala XDS İcrayyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin planına əsasən iddiaçı 1987-ci ildən hal-hazıradək istifadəsində olan və ötən 38 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməyən həmin torpaq sahəsinə qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (16 iyul 1996-cı il, 155-İQ) 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən iddiaçı Babaşova X12 XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu 29 il əvvəl, həmçinin Neftçala rayon Aqrar İslahat Komissiyasının X2, X6, X10 və X8 mülkiyyətinə 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsinin verilməsi barədə 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarından 6 il əvvəl, həmçinin, mübahisələndirilən JN-883F, kod 80701004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verildiyi 22 iyun 2006-cı il tarixdən 10 il əvvəl əldə etmişdir. Digər tərəfdən, qeyd olunduğu kimi, Neftçala XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi 1987-ci ildən hal-hazıradək iddiaçının istifadəsində olmaqla ötən 38 il ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (Beyeler İtaliyaya qarşı, “X13 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbayjan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbayjan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 yanvar 2010-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məjəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən Avropa presedent hüququnda «mülkiyyət» və ya «əmlak» anlayışları çox geniş çərçivədə şərh olunur. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X16 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X1rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi eyni hüquqi mövqeyini Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da göstərmişdir. İşin faktiki hallarından, qanunvericiliyin qeyd edilən müddəalarından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək, məhkəmə hesab edir ki, Babaşova X12 XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolu ilə təsdiq olunmuş 132 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə verilmiş 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş 22 iyun 2006-cı il tarixli, JN-883F, kod 80701004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Neftçala XDS İcraiyyə Komitəsinin 17 iyun 1987-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə tərtib olunmuş və iddiaçı həmin şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunması Konstitusiyadan və X20 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X20 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” Qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ... inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fıziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvcriciliyə uyğun gəlməyən, flziki və ya hüqııqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfındən etibarsız sayıla bilər. İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə verilmiş 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş 22 iyun 2006-cı il tarixli, JN-883F, kod 80701004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Neftçala rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 2002-ci il tarixli, 64 saylı qərarı ilə X2, X6, X10 və X8 mülkiyyətinə verilmiş 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş 22 iyun 2006-cı il tarixli, JN-883F, kod 80701004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-51/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-51/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver