Məhkəmə qərarları › İş №2-1(120)-510/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-510/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-510/2025 09.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-510/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək “pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Lerik rayonunun Hamarat kəndində anadan olmuşdur. Hazırda Lənkəran rayonunun Daşdatük kənddə qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonunda yaşayarkən yaşadığı kənd m\əktəbinə uzaq olduğundan və məktəbə getmək üçün imkan olmadığından ilk dəfə olaraq 1968-ci ildə 10 yaşında olarkən Hamarat kənd orta məktəbinin birinci sinfinə getmiş və 1971-ci ildə Ailəmizin Lənkəran rayonunun Daşdatük kəndinə köçməsi ilə əlaqədar olaraq həmin kəndə gəlmiş və 14 yaşında olarkən 1971-ci ilin sentyabrında Daşdatük kənd natamam orta məktəbinin 4-cü sinifinə getmişdir. 1976-cı ildə Daşdatük kənd natamam orta məktəbinin 8-ci sinidini bitirdikdən sonra həmin ilin sentyabr ayında Lənkəran şəhər 34 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuşdur. 1978-ci ildə həqiqi hərbi xidmətə çağırılmağı ilə əlaqədar olaraq peşə təhsilini yarımçıq qoymuş və hərbi xidmətə aparılmışdır. 1980-ci ilin dekabr ayında hərbi xidməti başa vurandan sonra yaşadığı Lənkəran rayonuna qayıtmış və texniki peşə təhsilini davam etdirmişdir, hərbi xidmətə çağırılana kimi həm təhsil müəssisəsində 3-cü kursu bitirə bilmədiyi üçün hərbi xidmətdən qayıdandan sonra təhsilini yenə də 3-cü kursdan davam etdirmiş və 1981-ci ildə həmin texniki peşə təhsil müəssisəsini avtomobillərin təmiri üzrə çilingər ixtisası üzrə bitirmişdir. ilk əmək fəaliyyətinə xx.xx.1981-ci İdə başlamış və həmin tarixdə Lənkəran rayonunun Frunze adına tərəvəzçilik və heyvandarlıq sovxozuna qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1991-ci ildə həmin sovxoz Daşdadük kolxozuna və Frunze sovxozuna ayrıldığına görə həmin tarixdə Daşdatük kənd kolxozuna köçürülmüş və orada qaynaqçı kimi əmək fəaliyyətini davam etdirmişdir. 16 iyul 1992-ci il tarixdə verdiyi ərizəyə əsasən həmin kolxozdan işdən azad olunmuş, 20 iyul 1992-ci il tarixdə 102 nömrəli Təmir Tikinti idarəsinə qaynaqçı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1997-ci ilə kimi həmin idarədə işləmiş və 05 avqust 1997-ci ildə idarədən öz ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2000-ci ildə Lənkəran rayon meşə bərpa və mühafizəsi müəssisəsinə fəhlə təyin edilmişdir. xx.xx.2001-ci ildə həmin müəssisə ləğv olunduğuna görə AR Əmək Məcəlləsinin 70-ci madəsinin a bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə Lənkəran rayon Meşə mühafizəsi və bərpası müəssisəsi yenidən yaradıldığından 3 ay müddətinmə bütün fəhlə və qulluqçular kimi o da yenidən işə qəbul olunmuşdur. 03 oktyabr 2005-ci il tarixədək həmin müəssisədə işləmişdir. Bütün bu sadaladığı əmək fəaliyyəti işə girmə və işdən azad olma əmrləri ona məxsus olan İT № ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Təhsili və hərbi xidmətdə olmağı ilə bağlı sənədləri də vardır. Yaşa görə ona pensiya təyin edilməsindən ötrü müvafiq sənədlərini toplayıb: Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialı vasitəsi ilə müraciət etmiş və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz filialı isə onun verdiyi sənədləri qəbul etməyərək 11 avqust 2023-cü il tarixli 3-17-1/1-11- 182099/2023 saylı məktubla cavab verərək təhsil aldığı illərlə hərbi xidmətdə olduğu illər üst-üstə düşdüyünü qeyd etmişdir. Təlsil müəsisəsi hazırda fəaliyyət göstərmədiyindən təhsil miiəsisəsinə qəbul olunmağı və 3-cü kursda təsilinin yarıda qalaraq hərbi xidmətə getməyi, yalnız hərbi xidməti başa vurandan sonra yenidən təhsilini davam etdirməyi barədə müvafiq sənədlərin cavabdeh təşkilata təqdim edilməsi onun tərəfindən qeyri-mümkün olmaqla imkanı xaricindədir. Ona görə də həmin halları qərarda yaza bilmədikləri üçün qərarda imtinanın səbəbi barədə heç nə göstərməmişlər, ona yaşa görə pensiyanın təyin olunması üçün yalnız məhkəməyə müraciət edəcəyi halda mümkün ola biləcəyini bildirmişlər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İcraatda olan 2-1 (120)-4179/2023 nömrəli iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik.Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğu üçün iddianın təmin edilməməsinə dair qərar qəbul edilməlidir. İşin faktiki halları:İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Mərkəzi filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 7 ay 18 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bundan başqa, İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən. xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixdək təhsil illəri hərbi xidmət dövrü ilə üst-üstə düşdüyündən təhsil dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Hüquqi Əsaslar:“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta staiı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.22.2-ci maddəsinə əsasən sıqortaolunanın avrı-avrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları.Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3- cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəvvən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təvin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və va məcburi dövlət sosial sığortas ma cəlb edilməyən əmək haqqının, təminat xərclivinin, dövlət məvacibinin və va onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uvğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1 -ci maddəsinə əsasən əmək haqqı -müvafiq iş vaxtı ərzində əmək funksiyasını verinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü isə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və va natura formasında ödənilən gündəlik və va avlıg məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, iddiaçı A.Hadıvev tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona vaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası inzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə etiraza əlavə təqdim edilərək göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Mərkəzi filial tərəfindən 3-17-1/2-H-182099/2023 nömrəli 11 avqust 2023-cü il tarixli imtina məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən (01.11,1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 7 ay 18 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan başqa, iddiaçı A.Fİadıyevin təqdim etdiyi diplomun surətinə əsasən, xx.xx.1978-ci il tarixdən xx.xx.1981ci il tarixdək təhsil illəri hərbi xidmət dövrü ilə üst- üstə düşdüyündən təhsil dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət və təhsil illəri, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 19 il 4 ay 4 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxil olma qeydində müəssisənin adı yoxdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş edilib və səlahiyyətli şəxsin imzası yoxdur) xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. Belə ki, yuxarıda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”ndan da görünür ki, işçilərin əmək kitabçasında işdən azad olunması barədə qeydlər işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkiların, idarənin möhürü ilə təsdiq edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1992-ci il tarixdən xx.xx.1997ci il tarixədək olan dövrə dair qeydlərdə doldurulma qaydası pozulduğu (işə daxil olma qeydində müəssisənin adı yoxdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş edilib və səlahiyyətli şəxsin imzası yoxdur) aydın görünür. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2- ci maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lənkəran şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Hadiyev X2 rayonu, Daşdatük kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizənə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respubikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az oimayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 7 ay 18 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.Təqdim etdiyiniz diplomun surətinə əsasən bildirilir ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri hərbi xidmət dövrü ilə üst-üstə düşdüyündən təhsil dövrünün sığorta stajına daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixində 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1991-ci il tarixli, ИТ-İ №1839525 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.2005-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan B №137461 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1978xx.xx.1981- illərdə Lənkəran 34 nömrəli orta texniki peşə məktəbinin avtomobil təmiri çilingəri ixtisasını bitirmişdir. - İşdə olan HЗ №3700700 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı həqiqətən 1978-1980-cı ilədək orduda xidmət etmişdir. - İşdə olan X12 tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli məktubunda göstərilmişdir ki, Verilir İddiaçı ondan ötrü ki, o , həqiqətən xx.xx.1976-cı il tarixində (Əmr № 28 K ) Lənkəran 34-№ li Texniki PeşəMəktəbinə “ Avtomobil təmiri çilingəri ” ixtisası üzrə təhsil müddəti 3 illik olan əyani qrupa qəbul edilmiş , 23 noyabr 1978 ci il ( Əmr № 41 /1) tarixində Ordu sıralarına çağırışla əlaqədar məktəbdən xaric edilmiş, 20 dekabr 1980-ci il (Əmr№51K ) tarixində Ordu sıralarından qayıtdığı üçün “Avtomobil təmiri çilingəri ” qrupuna qəbul edilmiş ,21.iyul 1981 ci il (Əmr № 18 K ) tarixində məktəbi bitirmişdir. - İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-42/2-131/2024 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon Daşdatük kəndində yaşayan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 11.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-63/2-02/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təhsil sənədinin təsdiqi barədə Təhsil sənədinin təsdiqi ilə bağlı müraciətə aidiyyəti üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyində baxılmışdır. İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixində 34 nömrəli Lənkəran Peşə Məktəbinə “Avtomobil təmiri çilingəri” ixtisas qrupuna daxil olmuş, xx.xx.1978-ci il tarixində ordu sıralarına çağırışla əlaqədar məktəbdən xaric edilmiş və xx.xx.1980-ci il tarixində hərbi xidmətdən qayıtdığı üçün yenidən təhsilini həmin ixtisasa bərpa etmişdir. xx.xx.1981 -ci il tarixində məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış № B 137461 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Təhsil sənədini imzalayan direktor Fərəməz Bağırov olmuşdur. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-306916/2023 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X3 01,07.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərin surətinə əsasən 01,09.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət və təhsil illəri, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 19 il 4 ay 4 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. İddiaçı əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxil olma qeydində müəssisənin adı yoxdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş edilib və səlahiyyətli şəxsin imzası yoxdur) xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan X7 filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-48-DA- 7F/1-24/2023 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran rayon 34 nömrəli orta texniki peşə məktəbinin sənədləri X10 fılalına təhvil verilməmişdir. Ona görə İddiaçı həmin peşə məktəbində təhsil alması barədə tərəfimizdən məlumatın verilməsi mümkün olmadı. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-34/2-123/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 104 nömrəli Tikinti İdarəsinə dair məlumat mövcud deyildir. 104 saylı təmirtikinti idarəsi (sonradan Bakı şəhəri 104 saylı Təmir-Tikinti İdarəsi) 29 noyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-54298/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı Mirəlim oğlunun əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxil olma qeydində müəssisənin adı yoxdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş edilib və səlahiyyətli şəxsin imzası yoxdur) xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşə daxil olma qeydində müəssisənin adı göstərilmədiyindən sözügedən dövrlərin üzləşdirilməsi aparılmamışdır. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli **********603900 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində 104 nömrəli Tikinti İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3/2- 3955/2024 nömrəli məktubunda göstərilmişdir ki, iddia tələbinə dair inzibati işlə əlaqədar 104 nömrəli Tikinti İdarəsinin hansı tarixdə qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasına dəyişiklərin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib- edilməməsi barədə məlumatın və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Məlumatın təqdim edilməsi haqqında sorğuda qeyd olunan 104 nömrəli Tikinti İdarəsinin hüquqi və ya faktiki ünvanı, funksional tabeçiliyi göstərilmədiyindən Əmlak Məsələləri Dövlət Xidmətində məlumatları dəqiqləşdirmək mümkün olmadı, eyni zamanda nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. - İşdə olan X7 filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-DA- 7F/1-93/2024 nömrəli məktubunda göstərilmişdir ki, 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsinin sənədləri X7 filalına təhvil verilməmişdir. Ona görə sorğuda qeyd olunmuş xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində işləmiş vətəndaşların (işçilərin) sənədlərini, həmçinin İddiaçı xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə həmin təşkilatda işləməsi barədə tərəfimizdən məlumatın verilməsi mümkün olmadı. Həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, işlədiyi idarənin adı əvvəllər SU-76 Tresti olub və həmin idarədə dülgər peşəsində işləmişdir, sonradan 1993-cü ildə idarənin adı dəyişdirilərək 104 saylı Tikinti İdarəsi ilə əvəz edilmişdir. İşlədiyi müddətdə əmək haqqı alırdı. 1994-cü ildə işdən azad olunmuşdur. İşlədiyi dövrdə İddiaçı da onunla birlikdə işləmişdir. O, da işlədiyi müddətdə əmək haqqı almışdır. Hazırda pensiyaçıdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-cü il tarixli 3-17-1/2-34514/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4-18-2/2-796/2025 nömrəli sorğusuna baxılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumata əsasən sorğuda adıçəkilən X6 xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Adıçəkilən şəxsə pensiya təyin edilərkən onun xx.xx.1972-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006- cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 33 il 2 ay 12 gün sığorta stajı kimi nəzərə alınmışdır. E.Şükürovun pensiya işinin surəti təqdim olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində qaynaqçı işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmət və təhsil illəri, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 19 il 4 ay 4 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-63/2-02/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təhsil sənədinin təsdiqi barədə Təhsil sənədinin təsdiqi ilə bağlı müraciətə aidiyyəti üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyində baxılmışdır. İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixində 34 nömrəli Lənkəran Peşə Məktəbinə “Avtomobil təmiri çilingəri” ixtisas qrupuna daxil olmuş, xx.xx.1978-ci il tarixində ordu sıralarına çağırışla əlaqədar məktəbdən xaric edilmiş və xx.xx.1980-ci il tarixində hərbi xidmətdən qayıtdığı üçün yenidən təhsilini həmin ixtisasa bərpa etmişdir. xx.xx.1981 -ci il tarixində məktəbi əyani formada bitirmişdir. Onun adına yazılmış № B 137461 diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Təhsil sənədini imzalayan direktor Fərəməz Bağırov olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıya məxsus B seriyalı, 137461 saylı diplomda xx.xx.1978-ci il tarixdə 34 nömrəli Lənkəran Peşə Məktəbinə daxil olması barədə məlumat öz əksini tapsa da, iddiaçı xx.xx.1976-cı il tarixdə 34 nömrəli Lənkəran Peşə Məktəbinə “Avtomobil təmiri çilingəri” ixtisas qrupuna əyani formada daxil olmuşdur. Buna görə xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci ilədək olan iddiaçının təhsil aldığı dövr məhkəmə tərəfindən sosial siğorta stajı olaraq qəbul edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində qaynaqçı işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun 104 saylı təmirtikinti idarəsinin mövcudluğu barədə sorğular göndərilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-34/2-123/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 104 nömrəli Tikinti İdarəsinə dair məlumat mövcud deyildir. 104 saylı təmir-tikinti idarəsi (sonradan Bakı şəhəri 104 saylı Təmir-Tikinti İdarəsi) 29 noyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin zavodda işləməsi və əmək haqqı alması, o cümlədən zavodun fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsi mövcud olmuş, iddiaçı 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində işləmiş və əmək haqqı almış, sadəcə olaraq 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsinin 1992-ci il tarixdən 1997-ci ilədək olan sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində qaynaqçı işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi idarənin sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı Aİddiaçı xx.xx.1992-xx.xx.1997-ci il tarixlərdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsində qaynaqçı işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsi mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün idarəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsinə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması idarədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Eyni zamanda cavabdeh orqan tərəfindən İddiaçı əmək kitabçasının doldurulma qaydaları pozulduğundan (işə daxil olma qeydində müəssisənin adı yoxdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş edilib və səlahiyyətli şəxsin imzası yoxdur) xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçıya məxsus əmək kitabçasında 1992- 1997-ci illər üzrə 104 saylı (Lənkəran şəhəri) Tikinti İdarəsi tərəfindən qeydiyyatlar aparılan zaman müəssissənin adı göstərilməsə də, müəssisənin adı göstərilən möhür vurulmuşdur, işdən çıxma qeydində əmr tarixlərində düzəliş müəyyən edilmədi və səlahiyyətli şəxsin imzası mövcuddur. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçıya xx.xx.2023-cü il tarixdə 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən), yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan (sosial müavinət çıxılmaqla) ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar