Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-515/2021 06.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14.09.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyəti 49411 kodlu “yük avtomobil nəqliyyatlarının fəaliyyəti“dir. 2019-cu il ərzində əsas fəaliyyəti üzrə faktiki gördüyü işlərə və göstərdiyi xidmətlərə görə İnternet Vergi İdarəsinin “Asan İmza” bölməsi vasitəsilə “Eqaimə” altsisteminə daxil olaraq 127726 manatlıq “Malların, işlərin, xidmətlərin” təqdim edilməsi elektron qaimələri hazırlayıb imzalayaraq Sifarişçilərə - "xxxx" MMC-yə (VÖEN **********), “X5” MMC-yə (**********), "xxxx" MMC-yə (VÖEN **********) və “X3” MMC-yə (VÖEN **********) göndərmişdir. Bundan əlavə "xxxx" MMC-yə 15.01.2019-cu il tarixli EAAP seriyalı 197216 nömrəli və 18.07.2019-cu il tarixli EAAX seriyalı 359230 nömrəli, “X5” MMC-yə 15.01.2019-cu il tarixli EAAP seriyalı 197578 nömrəli və 12.02.2019-cu il tarixli EAAQ seriyalı 297803 nömrəli, "xxxx" MMC-yə 19.02.2019-cu il tarixli EAAQ seriyalı 578547 nömrəli səhv göndərdiyi 19753,60 manatlıq e-qaimələrin tamamilə ləğvi avtomatik sistem tərəfindən təsdiqləndiyinə görə mümkün olmamışdır. İqtisadi ədəbiyyatda göstərilib ki, avtomobil nəqliyyatının işinin nəticəsi yüklərin və sərnişinlərin daşınması zamanı yerinə yetirilən nəqliyyat işinin həcmindən, yükləmə-boşaltma əməliyyatları və nəqliyyatekspedisiya xidmətləri yerinə yetirilən zamanındakı iş həcmindən formalaşır. O, natural və dəyər (pul) ifadəsində əks etdirilə bilər. Daşımalarla bağlı olan müxtəlif işlər: yükləməboşaltma, ekspedisiya, anbar əməliyyatları, nəqliyyat- ekspedisiya xidmətləri və s. yerinə yetirilə bilər. İş və xidmətləri mülkiyyətimdə olan aşağıdakı avtonəqliyyat vasitələri ilə yerinə yetirmişdir: yükgötürmə qabiliyyəti 35 ton olan **-CO-*** dövlət qeydiyyat nişanlı Shacman markalı (özüboşaldan) və yükgötürmə qabiliyyəti 8,2 ton olan **-BM-*** dövlət qeydiyyat nişanlı MAZ 5334 markalı (avtokran). İş və xidmətləri Sifarişçilər - "xxxx" MMC, “X5” MMC və "xxxx" MMC ilə “Purchase Order” (Alış sifarişi) əsasında və Sifarişçi “X3” MMC ilə müqavilə əsasında icra etmişəm. ‘‘Purchase Orderlərin “Description” (Təsvir) qrafasında iş və xidmətlər ingilis dilində təsvir edilmişdir. Çünki Sifarişçilər - "xxxx" MMC, “X5” MMC və "xxxx" MMC “COİNS v11.07” adlı çoxfunksiyalı proqramdan istifadə edirlər. Bu proqram Böyük Britaniyanın lisenziyalı məhsuludur. Şirkət daxilində olan departamentləri əhatə edən proqramdır. 2019-cu il ərzində yük avtonəqliyyatı üçün yalnız bir dəfə 35 manat məbləğində sadələşdirilmş vergi ödəməklə "Fərqlənmə nişanı" almışdır. Qalan aylarda Sifarişçi hüquqi şəxslərlə "Fərqlənmə nişanı" almadan və e-qaimə ilə rəsmiləşdirməklə daşımaları və bunlarla bağlı olan müxtəlif iş və xidmətləri həyata keçirmiş, bu fəaliyyətinə görə vergi orqanına bəyannamə verməmişdir. Cavabdehin 27.08.2020-ci il tarixli **********925100 nömrəli məktubu əsasında əsas 49411 kodlu “yük avtomobil nəqliyyatlarının fəaliyyəti“ üzrə özümdə apardığım uçot məlumatlarından istifadə edərək səhvən 09.09.2020-ci il tarixdə 96090 kodlu “digər qruplara daxil edilməyən sair fərdi xidmətlər” üzrə dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etmişəm. Həmin bəyannamənin 1250-ci “ÖDƏNİLMƏLİ GƏLİR VERGİSİ” sətrində “7,256.85” rəqəmləri göstərilmişdir. Lakin 2019-cu ildə gəlir vergisi üzrə fəaliyyətimin olmamasına, sadələşdirilmiş vergi növünü tətbiq etmək hüququnun isə olmasına baxmayaraq vergi orqanı tərəfindən verilmiş sərəncamlar əsasında bank hesabından gəlir vergisi adı ilə pul vəsaitləri silinmişdir. Ona görə də, hesabat dövrü üzrə 25.08.2020-ci il tarixdə təqdim edilmiş cari hesabatda və 09.09.2020-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş hesabatdakı məlumatlar uçot məlumatlarına uyğun olmadığına və Vergilər nazirinin 21.11.2019-cu il tarixli **********488400 nömrəli əmri ilə təsdiq edilmiş «Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış»ın elektron forması olmadığına görə həmin dövr üçün 2 dəfə -24.10.2020-ci il və 11.11.2020-ci il tarixlərdə arayış əvəzi yeni dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə zərurət yaranmışdır. Şəxsi hesab vərəqəsindən göründüyü kimi, tərəfindən 24.10.2020-ci il tarixdə 2019-cu il üçün boş dəqiqləşdirilmiş "Gəlir vergisinin bəyannaməsi” təqdim edilməklə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ tam olaraq azaldıldıqdan sonra cavabdeh tərəfindən qeyd edilən bəyannamə nəzərə alınmayaraq 7256,85 manat vergi hesablanmış və “Vergilərin hesablanması barədə” 02.11.2020-cı il tarixli **********660400 nömrəli qərar qəbul olunaraq elektron üsulla elektron kabinetə göndərilmişdir. 11.11.2020-ci il tarixdə 2019-cu il üçün boş dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi” təqdim edilməklə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ azaldılmamış, cavabdeh tərəfindən qeyd edilən bəyannamə nəzərə alınmayaraq yenidən 7256,85 manat vergi hesablanmış və “Vergilərin hesablanması barədə” 02.11.2020-cı il tarixli **********587300 nömrəli qərar qəbul olunaraq elektron üsulla elektron kabinetə göndərilmişdir. Bu zaman cari dəqiqləşdirilmiş hesabatlar üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəlki dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən əhəmiyyətli dərəcədə az olacağına görə, şəxsi hesab vərəqəsində hesablanmış vergi və faiz məbləğləri azaldılmalı, artıq ödənilmiş məbləğlər fəaliyyət göstərdiyi ayların vergilərinin, faizlərinin, maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildikdən sonra qalan məbləğlər mənə geri qaytarılmalıdır. Cavabdeh tərəfindən vergi qanunvericiliyinə riayət olunmamış, mənbəyi bəlli olan məlumatlar - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot-baza məlumatları əsasında "Fərqlənmə nişanfm almayan vergi ödəyicisi olduğumun aşkar edilməsinin operativ vergi nəzarəti məsələlərinə aid edildiyi, yüklərin daşınması fəaliyyəti üzrə bəyannamə verməli olmadığım nəzərə alınmamışdır. Vergi qanunvericiliyində yükdaşımaların həcminin və yük dövriyyəsinin gəlir vergisinin vergitutma obyekti olması, vergi ödəyicisinin üzərinə müəyyən edilməyən, yaxud müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsinin qoyula bilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin X4 izahat verərək bildirdi ki, İddiaçı (VÖEN **********) tərəfindən qarşılıqlı əlaqələrin təhlili nəticəsində əldə edilmiş məlumatlara əsasən, 2019-cu il üzrə e-qaimə ilə 147259,60 manat məbləğində iş və xidmətlər təqdim edilməsinə baxmayaraq qeyd edilən dövr üzrə bəyannamə təqdim edilməmişdir. Qeyd olunan hal vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Vergi ödəyicisi tərəfindən 09.10.2020-ci il 147479,60 manat gəlir və 2342,62 manat gəlirdən çıxılan xərc göstərilərək 7256,85 manat vergi məbləği hesablamaqla 2019-cu il üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və həmin bəyannəmədə göstərilən məlumatlar vergi orqanı tərəfindən nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən hesablamış olduğu 7256,85 manat vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş lakin həmin vergi məbləğinin azaldılması üçün heçbir əsaslandırıcı izahat və sənəd vergi orqanına təqdim edilmədiyi üçün azaldılmış 7256,85 manat məbləğində əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə 02.11.2020-ci il tarixli **********660400 saylı qərar göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən 11.11.2020-ci il tarixdə 2019-cu il üzrə hesablamış olduğu 7256,85 manat vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş lakin həmin vergi məbləğinin azaldılması üçün heçbir əsaslandırıcı izahat və sənəd vergi orqanına təqdim edilmədiyi üçün azaldılmış 7256,85 manat vergi məbləği vergi orqanı tərəfindən bərpa edilərək 16.11.2020-ci il tarixli **********587300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 221.4cü maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə sadələşdirilmiş verginin xüsusi hesablanmasi qaydasının olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 221.4.4-cü maddəsinə əsasən hüquqi şəxsin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları hüquqi şəxsin özü tərəfindən həyata keçirildikdə sadələşdirilmiş vergini həmin hüquqi şəxs ödəyir. Həmin Məcəllənin 221.4.5-cü maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Həmin Məcəllənin 221.4.7-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtəmobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim avının sonunadək öz istəklərinə uyqun olaraq növbəti av, rüb, varımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər və məcburi dövlət sosial sığorta haqqı nəzərə alınır və verginin və məcburi dövlət sosial sığorta haqqının ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur. Vergi ödəyicisi tərəfindən daxil olmuş kameral vergi yoxlaması ilə bağlı müraciətlərdə özünə məxsus yük avtomobili ilə yük daşıma fəaliyyəti ilə məşğul olduğunu bildirmiş lakin araşdırılma zamanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqədə” ödəyici tərəfində yalnız iyul ayı üzrə 18.07.2019-cu il tarixdə ödəniş olunduğu məlum olmuşdur. Nəticədə vergi ödəyicisi tərəfindən 18.07.2019-cu il tarixdə “Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqədə” ödəniş edilməsi və həmin ödənişin 1 ay müddəti olduğu nəzərə alınaraq tərəflərindən 18.07.2019-16.08.2019-cu il tarix aralığında iş və xidmətlərə görə e-qaimə ilə təqdim edilmiş 41936,77 manat dövriyyə məbləği azaldılmışdır. Nəticədə ödəniləcək gəlir vergisi də 2096.84 manat azaldılaraq 5160.01 manat olmuşdur. 2019-cu ilin gəlir vergisi üzrə 16.11.2020-ci il tarixli **********587300 saylı qərardan sonra eyni dövr üçün 07.07.2021-ci il tarixli **********419300 nömrəli qərar çıxarıldığı üçün əvvəlki qərar qüvvədən düşmüş sayılır. Vergi Məcəlləsinin 59.1ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 02.11.2020-ci il tarixli, **********660400 nömrəli qərarının surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 7.256,85 manat gəlir vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 7.256,85 manat gəlir vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 07.07.2021-ci il tarixli **********587300 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.160,01 manat gəlir vergisi hesablanmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 7.256,85 manat gəlir vergisi hesablanmışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 07.07.2021-ci il tarixli **********587300 nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.160,01 manat gəlir vergisi hesablanmışdır. Hazırda İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 2019-cu ilin gəlir vergisi üzrə 16.11.2020-ci il tarixli **********587300 saylı qərardan sonra eyni dövr üçün 07.07.2021-ci il tarixli **********419300 nömrəli qərar çıxarıldığı üçün əvvəlki qərar qüvvədən düşmüşdür. Məhkəmənin qənaətinə görə 02.11.2020-ci il tarixli, **********660400 nömrəli və 16.11.2020-ci il tarixli **********587300 nömrəli qərarlarla iddiaçının subyektiv hüququ pozulmamışdır. Başqa sözlə, iddiaçının cavabdeh tərəfindən qəbul edilən 07.07.2021-ci il tarixli **********419300 nömrəli qərarla subyektiv hüququnun pozulması ehtimal oluna bilər. Yəni cavabdeh inzibati orqanın vergi borcunu tələb etmə hüququ 07.07.2021-ci il tarixli **********419300 nömrəli qərarla yarandığından iddiaçı tərəfindən də həmin qərar mübahisələndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2- ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1 ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2 ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1 ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3 ci maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4 ci maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya 09 iyul 2021-ci il tarixli, 2-1(120)-515/2021 nömrəli məktubla, eyni zamanda məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı dəqiqləşmə barədə ərizəsini məhkəməyə təqdim etməmiş və iddia tələbində heç bir dəqiqləşmə aparmayacağını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmadığından prosessual xərclər (ekspertiza xərci) İddiaçı tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə görə 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-515/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-515/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver