Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-515/2025 23.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş, "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhviltəslim aktına əsasən X14 təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş əmlak kompleksi kimi müəssisənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş, "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən X25 təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarı olmuş, ASC-nin ləğv edilməsi ilə əlaqədar, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, yenidənqiymətləndirilmə aparıldıqdan sonra ASC-nin qalıq əmlakı Səhmdar olaraq natura şəkində ona verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru R.Orucovun imzası ilə verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, səhmdarların ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarına müvafiq olaraq "xxxx" ASCnin səhmlərinin dövlət qeydiyyatından çıxarılması qiymətli kağızların dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Bildirişdən görünür ki, xx.xx.2002ci ildə dövlət qeydiyyatına alınmış (VÖEN:**********) "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Ləğv edilmiş "xxxx" ASC-nin əvvəllər balansında olmuş İmişli rayonu Bəhrəmtəpə ŞTQ-də yerləşən Cəmiyyətin Nizamnamə kapitalını təşkil etmiş qalıq əmlakın dəyəri tərəfimdən digər səhmdarlara tam ödənilmiş, bunun nəticəsi olaraq həmin əmlaklar təhvil-təslim aktına əsasən naturada mənə təhvil verilmişdir. Ləğv edilmiş “İmişli Sutikintinəqliyyat" ASC-nin təsviyyəçisi N.Tağıyevin xx.xx.2018-ci il tarixli əmri əsas tutularaq və N.Tağıyevlə aramızdakı xx.xx.2018-ci il tarixli “Təhvil-qəbul Aktı” ilə naturada mülkiyyətinə verilmiş qalıq əmlakların sırasında daşınar əmlaklarla yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan qeyri-yaşayış sahəsi və torpaq sahəsi (əmlak kompleksi kimi müəssisə və yerləşdiyi torpaq sahəsi) də mövcuddur. Ona naturada təhvil verilmiş qalıq əmlak əmlak kompleksi kimi müəssisə və yerləşdiyi torpaq sahəsi tərəfimdən qəbul edilmiş, faktiki olaraq sahibliyində və istifadəsindədir. Bundan sonra, göstərilən əmlaklara mülkiyyət hüququnun qeydə alınması üçün ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsinə tərəfindən ərizə ilə müraciət olunaraq, həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən müraciətlərinə verilmiş cavablarda göstərilir ki, “daxil olmuş müraciət əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Baxış zamanı ləğv edilmiş “İmişli Sutikintinəqliyyat’’ ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X5 X18 ilə eyniləşdirilən zaman əmlak kompleksi kimi müəssisənin ehtiyat fondu torpaqları kateqoriyasına və örüş uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, baxış zamanı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi ərazinin bir tərəfindən 1.0 metr məsafəsindən, digər tərəfdən isə 6.0 metr məsafəsindən 10.0 kv-luq elektrik xəttinin keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respblikası Qanunun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə ƏMDK-ə daxil olmuş müraciətinizin icrası mümkün olmamışdır. Qeyd olunmalıdır ki, sözügedən ərazi idarəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair digər ərizələrə də eyni məzmunlu cavablar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 Saylı Beyləqan Ərazi İdarəsinin imtinasını əsassız və qanunsuz hesab etməklə bu cür imtina onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunmalıdır ki, ləğv edilmiş "xxxx" ASC-nin balansında (mülkiyyətində) olan daşınmaz əmlaklar (qeyri-yaşayış sahəsi və torpaq sahəsindən ibarət əmlak kompleksi kimi müəssisə) mülkiyyət hüququ ilə ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ASC-nin ləğvi proseduru qanunvericiliyə uyğun tamamlanaraq, əsas səhmdar kimi qalıq əmlak mənə təhvil verilmişdir. ASC-nin mülkiyyətində olmuş əmlakın mənim adıma qeydə alınmasına dair cavabdeh Ərazi idarəsinə müraciət etmişdir. Qeydə alınması xahiş olunan əmlak qeyri-yaşayış sahəsi və torpaq sahəsi ləğv edilmiş ASC-nin mülkiyyət hüququ ilə qeydə alınmış əmlakdır. Hüquqi şəxsin ləğvi ilə əlaqədar olaraq (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59-61-ci maddələri) qalıq əmlakın səhmdarların mülkiyyətinə verilməsi qanunvericiliyin tələbidir. Ləğvetmə proseduru çərçivəsində qalıq əmlak qiymətləndirilmiş, tərəfindən digər səhmdarlara ödənişlər edildiyindən qalıq əmlak tam olaraq mülkiyyətinə verilmişdir. Bu baxımdan, ASC-nin ləğvi ilə əlaqədar əmlakın mülkiyyətçisinin dəyişməsindən sonra, yeni mülkiyyətçi kimi yenidən qeydiyyat üçün müraciət edildiyi nəzərə alınmalıdır. Bununla yanaşı, cavabdeh inzibati orqanın imtinasında torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olması və 1.0, 6.0 metr məsafədən yüksək gərginlikli xəttin keçməsinə dair mülahizələr həqiqəti əks etdirmir. Faktiki olaraq əraziyə baxış keçirdirkdə qeyd olunan məsafədə yüksək gərginlikli elektrik xəttinin keçməsi müşahidə olunmur. İmtina məktubunda həqiqət təhrif olunmuş, müvafiq ərazidən kifayət qədər uzaqdan keçən elektrik xəttinin, guya, mənə məxsus torpaq sahəsinin 1,0 metr və ya 6,0 metr məsafədən keçdiyinə dair yanlış mülahizə yazılmışdır. Bundan başqa, cavabdeh inzibati orqan, həmçinin, nəzərə almamışdır ki, hətta, qeyri-yaşaylış sahəsinin mülkiyyət hüququ ilə qeydə alınmasına dair müraciətə yüksək gərginlikli elektrik xəttinin keçməsi və ya torpaq sahəsinin kateqoriyasına görə imtina verilməsi tamamilə qanunsuzdur. Belə ki, qeyri-yaşayış sahəsinə (tikili və ya qurğuya) mülkiyyət hüququnun qeydə alınmasının torpaq sahəsinin hüquqi rejimi və mühafizə zonası ilə hər hansı bağlılığı yoxdur. Qanunvericilikdə belə bir qadağa, məhdudiyyət nəzərdə tutulmamışdır, indiyədək “İmişli Sutikintinəqliyyat" ASC-nin mülkiyyətində qeydə alınmış əmlak komleksi kimi müəssisənin (qeyri-yaşayış sahəsi və torpaq sahəsi) onun adına təkrar qeydiyyatı prosedur məsələsidir və imtinada göstərilənlər əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Ləğv edilmiş "xxxx" ASC-nin balansında oimuş İmişii rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X5 X18 ilə eyniləşdirilən zaman əmlak kompleksi kimi müəssisənin ehtiyat fondu torpaqları kateqoriyasına və örüş uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, baxış zamanı əmlak kompleksi kimi müəssisənin yeriəşdiyi ərazinin bir tərəfindən 1.0 metr məsafəsindən, digər tərəfdən isə 6.0 metr məsafəsindən 10.0 kv-luq elektrik xəttinin keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli. 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv oian xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanm hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqiarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər və həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1- ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan oiunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən ediiərək hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyiidirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 71 və 73-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" ASCnin balansında olmuş əmlak kompleksi kimi müəssisəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbui edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakrı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) İmişli rayonu ərazisində yerləşdiyindən və İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Cəmiyyətdə aparılmış xx.xx.2018-ci il tarixli Qiymətləndirmə aktına əsasən Cəmiyyətin ümumi əmlakının qalıq dəyərindən Səhmdar H.Z.Zaimoğluna ödəniləsi 26993,0 AZN kreditor borcu çıxıldıqdan sonra ümumi dəyəri 262138,0 AZN olan qalıq əmlak səhmdar H.Z.Zaimoğlunun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona natura şəklində verilsin. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin qalıq əmlakının xx.xx.2018-ci il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin təsviyyəçisi X16 və ləğv prosesində olan "xxxx" ASC-nin səhmdarı İddiaçı ilə tərtib edirik bu aktı ondan ötəri ki, həqiqətən göstərilən ASC-nin balansında olan (mülkiyyətində olan) Bəhrəmtəpə şəhər Tipli Qəsəbəsinin ərazisində yerləşən 289131,2 (iki yüz səksən doqquz min bir yüz otuz bir) manat dəyərində 18 adda əsas vəsaitlər, o cümlədən 13 adda bina və qurğular, 4 adda maşın və avadanlıqlar və 1 adda inventarlaşdırma zamanı aşkar olunmuş asfalt-beton örtüklü sahə-qalıq qalmış əsas vəsaitlərxx.xx.2018-ci il tarixli ƏMR-ə əsasən səhmdar İddiaçına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 11 dekabr 2017-ci İl tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin qiymətli kağızlarının ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-cu il tarixli arayışını və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə (bundan sonra MDM) ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC-nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv etmişdir. Əməliyyat hər iki tərəfin iştirakı ilə, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) İşləri aparılmışdır. Baxış zamanı ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X5 X18 ilə eyniləşdirilən zaman əmlak kompleksi kimi müəssisənin ehtiyat fondu torpaqları kateqoriyasına və örüş uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, baxış zamanı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi ərazinin bir tərəfindən 1.0 metr məsafəsindən, digər tərəfdən isə 6.0 metr məsafəsindən 10.0 kv-luq elektrik xəttinin keçməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxiamlan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş 14 sentyabr 2022ci il tarixli müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq İnventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Baxış zamanı ləğv edilmiş “İmişli Sutikinti nəqliyyat" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin faktiki vəziyyətə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X5 X18 ilə eyniləşdirilən zaman əmlak kompleksi kimi müəssisənin ehtiyat fondu torpaqları kateqoriyasına və örüş uqodiyasına aid ərazidə yerləşməsi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, baxış zamanı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi ərazinin bir tərəfindən 1.0 metr məsafəsindən, digər tərəfdən isə 6.0 metr məsafəsindən 10.0 kv-luq elektrik xəttinin keçməsi müəyyən edilmişdir. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən gərginliyi 10 kv olan xətlərdə 10.0 (on) metr mühafizə zonası müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş 14 sentyabr 2022-ci il tarixli müraciətinin icrası mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, sözügedən məsələ ilə bağlı Ərazi İdarəsinə daxil olmuş 30 mart 2022-ci il tarixli müraciətinə 20 may 2022ci il tarixli, **********40 nömrəli məktubla, 14 sentyabr 2022-ci il tarixli müraciətinə isə 10 oktyabr 2022-ci il tarixli, **********77 nömrəli məktubla münasibət bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********563900 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) “İmişlisutikinti” trestinin tabeliyində olmuş X12 müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış (xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınıb) və xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Müəssisənin İdarə heyətinin sədri X7 11 dekabr 2017-ci il tarixdə vəzifəsindən azad edilib, X17 və X2 cəmiyyətin təsviyəçisi təyin edilmişdir. Cəmiyyətin səhmdarlarının xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən ləğv edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-5736/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən torpaq sahəsinin və əmlak kompleksinin yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşib-yerləşməməsinə dair məlumatın təqdim edilməsi ilə bağlı 2-1 (120)-1430/2024 nömrəli məhkəmə işi üzrə müraciətinizə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, qeyd olunan torpaq sahəsi və əmlak kompleksi 6 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-10/1203 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixi əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İmiş rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixi əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilər əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi "xxxx" ASC-nin yarandığı zaman (may 2002-ci il) və eyni zamanda təhvil verildiyi vaxt (dekabr 2018-ci il) dövlət mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olmuşdur Hazırda isə qeyd olunan torpaq sahəsi X5 X6 dövlət mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid örüş sahəsi kimi qeyc olunsa da, naturada isə "İmişli Sutikintinəqliyyat müəssisəsi fəaliyyətə başladığı dövründən tikint altında olan torpaq sahəsi olmuşdur. Qərardadın üçüncü sualı üzrə: Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə qonşu olan torpaq sahələri X13 X6 dövlət mülkiyyətində olmaqla ehtiyyat torpaqları kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" ASC-nin balansında olmuş, ləğv prosesində olan “İmişli Sutikintinəqliyyat ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin koordinatlarının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməsini müəyyən etmək üçün araşdırma aparılmışdır. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi X20 ərazisində elektron kadastr xəritəsinə dair uçot işləri aparılmadığına görə X5 X6 qeydə alınmamışdır. Qərardadın beşinci sualı üzrə: Qeyd edilən torpaq sahəsinin faktiki istifadəsindəki torpaq sahəsinin hüdudları ilə sənəd üzrə olan hüdudları arasında uyğunsuzluq mövcud deyildir. İddiaçının faktiki istifadəsində olan torpac sahəsinin elektron kadastr xəritəsinə dair uçot işləri aparılmadığı üçün X9 X6 qeydə alınmadığına sxematik xəritədə qeydə alınmamışdır. Ona görə də qeyd olunan torpaq sahəsinin sxematik xəritədə ərazi hüdudları daxilində yerləşməsini müəyyən etmək mümkün olmadı. Qərardadın altıncı sualı üzrə: Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Qeyd edilən torpaq sahəsi İddiaçı istifadəsindədir və "xxxx" ASC-nin təsərrüfat fəaliyyətinə uyğun olaraq təyinatı üzrə istifadə olunur. Qərardadın yeddinci sualı üzrə: Qeyd edilən mübahisəli torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən "xxxx" ASC-nin təsərrüfat fəaliyyətinə uyğun olaraq təyinatı üzrə istifadə olunur. Qərardadın səkkizinci sualı üzrə: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx" ASC- nin balansında olmuş, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur Qərardadın doqquzuncu sualı üzrə: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş “imişli Sutikintinəqliyyat ASC- nin balansında olmuş, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçıya məxsus əmlak kompleksinin layihəsi tikinti və şəhərsalma normalarına uyğun olub-olmamasını müəyyən etmək səlahiyyətlərinizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. Qərardadın onuncu sualı üzrə: Qeyd edilən əmlak kompleksi, "xxxx" ASC-nin təsərrüfat fəaliyyəti nəzərə alınmaqla tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğundur. Qərardadın on birinci sualı üzrə: Qeyd edilen torpaq sahəsinin ərazisində 1 ədəd 466.35 kv.m ölçüdə iki mərtəbədən ibarət inzibati bina, 1511.47 kv.m və 608.32 kv.m ölçülərdə 2 ədəd təmir üçün nəzərdə tutulan bina, 76.67 kv.m ölçüdə tədəd ambar binası, 63.36 kv.m, 75.15 kv.m və 141.84 kv.m ölçülərdə isə 3 ədəd köməkçi tikililər mövcuddur. Qərardadın on ikinci sualı üzrə: Qeyd edilən tikili tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun inşa edilməsini müəyyən etmək səlahiyyətlərinizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. Qərardadın on üçüncü sualı üzrə: İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş “İmişli Sutikintinəqliyyat" ASC- nin balansında olmuş, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən, İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin hüdudlarından kənarda (şərq istiqamətində) qonşuluqda yerləşən müəssisələrə xidmət edən elektrik.xəttinin keçməsi müəyyən olundu: Ancaq, həmin elektrik xəttinin gərginliyinin neçə k/v olmasının müəyyən edilməsi mümkün olmaması səbəbindən qeyd olunan torpaq sahəsinin elektrik xəttinin mühafizə zolağının zonasına düşüb-düşməməsini müəyyən edilməsi mümkün olmadı. Qərardadın on dördüncü sualı üzrə: Mübahisəli ərazidə elektrik xəttinin mühafizə zonası kompleks yerquruluşu layihəsində nəzərdə tutulmamışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 203 nömrəli arayışından görünür ki, İddiaçı oğluna məxsus İmişli rayon Bəhrəmtəpə qəsəbə inzibati ərazisində olan torpaq sahəsində elektrik xətlərinin dirəklərinin yerləri dəyişdirilərək həmin ərazidən çıxarılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı “İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş, "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən X25 təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X21rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X23rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.
4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; - torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi; Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqların tərkibinə həmçinin sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri daxildir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış icarə müqavilələri və tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 3- 16-16/2-10/1203/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixi əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi "xxxx" ASC-nin yarandığı zaman (may 2002-ci il) və eyni zamanda təhvil verildiyi vaxt (dekabr 2018-ci il) dövlət mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu, faktiki istifadəsindəki torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı, təyinatı üzrə istifadə olunduğu, üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi, torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmadığı, tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olduğu, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin hüdudlarından kənarda (şərq istiqamətində) qonşuluqda yerləşən müəssisələrə xidmət edən elektrik xəttinin keçdiyi, ərazidə elektrik xəttinin mühafizə zonası kompleks yerquruluşu layihəsində nəzərdə tutulmadığı müəyyən edilir. İnzibati orqan tərəfindən iddiaçının tələbindən imtina olunduğu zaman 3 əsas hal uyğunsuzluqların olması, torpaq sahəsinin örüş uqodiyasına aid ərazidə yerləşməsi və elektrik xəttinin mühafizə zonasına düşməsi halları əsas kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı isə qeyd edilən əsasların mövcud olmadığı müəyyən edilir. Belə ki, ilk öncə torpaq sahəsi üzərində yerləşən əmlak kompleksinin yeni tikili olmadığı, yəni təhvil-təslim aktının tərtib edildiyi 2018-ci ildə iddiaçı tərəfindən ləğv prossində olan və sonradan ləğv edilən "xxxx" ASC-nin balansında olduğu, əmlaklara heç bir dəyişiklik edilmədiyi, inzibati orqan tərəfindən aparılan müayinə zamanı isə əmlakların ölçüləri ilə bağlı imtinanın əsaslarının olmadığı müəyyən edilir. xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına nəzər yetirilən zmaan isə əmlakların (bina və qurğuların) 1986-cı ildə tikildiyi və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edilir. İnzibati orqanın digər əsas arqumenti isə torpaq sahəsinin kateqoriya və uqodiyası ilə bağlı olmuşdur. Belə ki, inzibati orqan torpaq sahəsinin ehtiyat fondu torpaqları, örüş uqodiyalı olduğunu qeyd etsə də, araşdırma nəticəsində əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi nin"xxxx" ASC-nin yarandığı zaman (may 2002-ci il) və eyni zamanda təhvil verildiyi vaxt (dekabr 2018-ci il) dövlət mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olduğu müəyyən edilir. Hazırda isə qeyd olunan torpaq sahəsi X5 X6 dövlət mülkiyyətində olmaqla, ehtiyyat fondu torpaqları kateqoriyasına aid örüş sahəsi kimi qeyd olunsa da, naturada isə "İmişli Sutikintinəqliyyat müəssisəsi fəaliyyətə başladığı dövründən tikinti altında olan torpaq sahəsi olması və iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunduğu müəyyən edilir. Göründüyü kimi istər müəssisə yarandığı 2002-ci il olsun, istərsə də təhvil verildiyi 2018-ci il olsun torpaq sahəsinin uqodiyası tikinti altında olan torpaq sahəsi olmuşdur. Hansı əsaslarla sonradan uqodiyanın örüş qeyd edilməsi müəyyən edilmir. Lakin qeyd edilən hal iddiaçının ziyanına şərh edilməməlidi. Belə ki, iddiaçıya satılan zaman torpaq sahəsinin kateqoriya və uqodiyası dzügün qeyd edilmiş və iddiaçı qeyd edilən sənədlərə etimad göstərmişdir. Faktiki vəziyyətdə belə təyinatı üzrə istifadə olunduğu müəyyən edilir. Məhkəmə qeyd edilən hissənin imtina üçün əsas kimi qiymətləndirmir. İnzibati orqanın üçüncü əsas arqumenti elektrik xəttinin mühafizə zonasına düşməsi ilə əlaqədar olmuşdur. Həmin hissə üzrə əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin hüdudlarından kənarda (şərq istiqamətində) qonşuluqda yerləşən müəssisələrə xidmət edən elektrik xəttinin keçdiyi üəyyən edilmişdir. Eləcə də, iş materiallarına əlavə edilən İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 203 nömrəli arayışından görünür ki, İddiaçı oğluna məxsus İmişli rayon Bəhrəmtəpə qəsəbə inzibati ərazisində olan torpaq sahəsində elektrik xətlərinin dirəklərinin yerləri dəyişdirilərək həmin ərazidən çıxarılmışdır. Həmçinin ərazinin fotoşəkilləri arayışa əlavə edilərək məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Eləcə də, ekspert rəyinə əsasən ərazidə elektrik xəttinin mühafizə zonası kompleks yerquruluşu layihəsində nəzərdə tutulmadığı da müəyyən edilir. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş xx.xx.2025-ci il tarixli 3-16-16/2- 10/1203/2025 nömrəli ekspet rəyi və digər sənədlərlə ilə mübahisə obyekti olan qeyri-yaşayış binası ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda göstərilən hallarla bağlı uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Müvafiq qeyd edilən sənədlər ilə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Beləliklə, məhkəmə, Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2024-cü il tarixli, 7965 nömrəli müqaviləsinə əsasən Lənkəran şəhəri, ünvan 1 ünvanında qeyri yaşayış sahəsinin yerləşdiyi 56.1 kv.m torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən 56.1 kv.m olan qeyri yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində dövlət qeydiyyatının aparılması üçün əsasdır. «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.6-cı bəndinə əsasən qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, 8.1-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətlərindən biri də dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən ləğv edilmiş, "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən X14 təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. "xxxx"xxxx"xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmrinə və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən X14 təhvil verilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair istifadə hüquqlarının və torpaq sahəsinin üzərinə yerləşən əmlak kompleksinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı X8 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov