Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-517/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanı Lənkəran rayonu olduğundan, Lənkəran rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-7068/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmənin 05 iyul 2022-ci il tarixli qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Məlum edir ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət apardığı dövrdə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində “İnsulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, subkompensasiya mərhələsində. Öd daşı xəstəliyi, Xroniki kolkulyoz xolesistit, tam remissiya mərhələsində. Konyuktivit. Vegetativ damar distoniyası” dioqnozu ilə müalicə olunmuşdur. Sonra yenə də həmin hospitalın həmin bölməsində xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “İnsulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, dekompensasiya mərhələsində. Vegetativ damar distoniyası. Öd kisənin polipozu, funksiyanın pozulmaması ilə, burun tənəffüsünü pozmayan burun arakəsməsinin əyriliyi, Quru göz. Diabetik nevropatiya İ mərhələ” dioqnozu ilə müalicə olunmuşdur. Bütün bu xəstəliklərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital hərbihəkim komissiyası tərəfindən 13 oktyabr 2015-ci il tarixdə şəhadətləndirilmiş, ştatlı hərbihəkim komissiyası tərəfindən müayinə olunmuş, müayinə zamanı ona “İnsulin tələbli şəkərli diabet tip-ll, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ, Vegetativ damar distoniyası. Öd kisənin polipozu, funksiyanın pozulmaması ilə” dioqnozu qoyularaq həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qərara alınmışdır və bu barədə xəstəlik haqqında 1706 nömrəli xx.xx.2015-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra o, xx.xx.2015-ci il tarixli 086 əç nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin b bəndinə (xəstəliyə görə) əsasən silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. Ehtiyyata buraxıldıqdan sonra o, xəstəliklə bağlı sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim etmiş və ona ikinci qrup əlillik təyin edilmiş, səbəb də hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixdən İİ qrup əlil kimi ona təqaüd təyin edilmişdir. Həmin tarixdə, yəni xx.xx.2016-cı il tarixdə o, müayinə olunduqdan sonra ona təqaüd təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021ci il tarixə təyin edilmişdir. Bundan sonra o, mütəmadi olaraq müalicə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “şəkərli diabet tip-ll, ağır forma, kəskin subkompensə mərhələsində” dioqnozu ilə stasionarda müalicə almışdır. Sonra xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır forma insulin tələbli, Heportaniya xəstəliyi İİ B mərhələ, Diabetik nefropatiya XBC İİ dərəcə” dioqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yenə də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “şəkərli diabet tip-ll, ağır forma, kəskin dekompensə mərhələsində” dioqnozu ilə stasionarda müalicə almışdır. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə növbəti müayinə tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş və ona “şəkərli diabet tip-İİ, ağır forma, insulin tələbli” dioqnozu qoyulmuşdur. Sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır forma insulin tələbli, dekompensə mərhələsi, Diabetik nefropatiya XBC İİ dərəcə” dioqnozu ilə yanaşı dioqnoz kimi “ÜİX-yi gərginlik stenokardiyası İİ faza. Heportaniya xəstəliyi İİ mərhələ. Mürəkkəb miopik asteqmatezi VİSON=0,5” qoyulmuşdur. Bütün bunlardan sonra ona TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi verilmiş və müayinə tarixi də xx.xx.2022-ci il qeyd olunmuş və ona əsas dioqnoz kimi “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” qeyd edilmişdir. Axırda isə barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Akademik M.C.Cavadzadə adına Respublika Kliniki uroloji xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müayinə olunmuş və komissiya tərəfindən ona “Sağ böyrəyin hidronefrozu və kasacıq daşları. Şəkərli diabet İİ tip. Diabetik nefropatiya” dioqnozu qoyulmuşdur. Onda bütün bu xəstəliklərin olmasına baxmayaraq ona təyin olunmuş əlillik əsassız olaraq ləğv edilmiş və ona təqaüdün verilməsi dayandırılmışdır. Baxmayaraq ki, o, hələ də xəstədir və mütəmadi olaraq müalicəsini davam etdirir. Ona görə də o, Tibbi Sosial Ekspert Komissiyasının müayinəsinin nəticəsi ilə razı deyil. Çünki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda ona “E10.7 İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli, dekompensasiya mərhələsi. Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə) VİS OU=0.5 OU-diabetik angiopatiya. Ağırlaşma 108.3 Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, Diabetik neyropatiya. Ağırlaşma G63.2 Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü .4 işarə ilə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər 115.0 Renovaskulyar hipertenziya, İİ arteriyal hipertenziya. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanm digər formaları, ÜİX-yi Gərginlik İİİ f/s (üç). Yanaşı xəstəliklər H52.2 Astiqmatizm. Mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, Hipertoniya x-yi İİ m yüksək əlavə risk. Yanaşı xəstəliklər N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xr B.C, İİ d.” dioqnozu qoyulmuşdur. Bütün qeyd etdiklərinə əsasən hesab edir ki, onun əliliyi əsassız yerə ləğv edilmişdir. Ona görə də o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46- H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H46 - Görmə sinirinin nevriti; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir VİSOS=0,1 k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1 k/etmir VİSOS=0,1 k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma.Diabetik angiopatiya; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AANV9 saylı göndərişi əsasında baxılmış və “X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli.dekompensasiya mərhələsi. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), VİS OU =0.5 OU -diabetik angiopatiya. Ağırlaşma İ08.3 Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, Diabetik neyropatiya . Ağırlaşma G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər 115.0 Renovaskulyar hipertenziya, İİ arteryal hipertenziya. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik İİİ f/s (üç) Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, Mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya x-yi İİ m yüksək əlavə risk. Yanaşı xəstəliklər N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xr B.C, İİ d.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları 5 (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46- H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H46 - Görmə sinirinin nevriti; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir VİSOS=0,1 k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi : Ümumi xəstəlik => Gözdən əlil; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1 k/etmir VİSOS=0,1 k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: 2.3” səbəbi ilə ona daha bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında təkrar baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma.Diabetik angiopatiya; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion- allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AANV9 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli.dekompensasiya mərhələsi. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), VİS OU =0.5 OU -diabetik angiopatiya. Ağırlaşma İ08.3 Mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, Diabetik neyropatiya . Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineyropatiya. Yanaşı xəstəliklər 115.0 Renovaskulyar hipertenziya, İİ arteryal hipertenziya. Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX-yi Gərginlik İİİ f/s (üç) Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, Mürəkkəb miopik astiqmatizm. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya x-yi İİ m yüksək əlavə risk. Yanaşı xəstəliklər N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xr B.C, İİ d.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlilliyin təyin olunmasında imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1987-ci ildə Lənkəran rayonunda anadan olmuş və ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 24 avqust 2022-ci il tarixli, T 350/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli dekompensasiya mərhələsi. Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OU =0,5, OUdiabetik angiopatiya; Ağırlaşma: 108.3 mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, diabetik neyropatiya; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (ELO-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polineyropatiya; Yanaşı xəstəliklər: İ15.0renovaskulyar hipertenziya, İİ arterial hipertenziya; Yanaşı xəstəliklər: 120.8 stenokardiyanm digər formaları, ÜİX-yi gərginlik İİİ f/s (üç); Yanaşı xəstəliklər: H52.2astiqmatizm, mürəkkəb miopik astiqmatizm; Yanaşı xəstəliklər: 110 essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, yüksək əlavə risk; Yanaşı xəstəliklər: N18.2xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki B.Ç, İİ d” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda müalicəyə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdiyi vaxtlarda müvafıq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 17 fevral 2023-cü il tarixli, 11 saylı rəydə göstərilmişdir ki, 1-3. İddiaçı “X5”ndə xx.xx.2023-cii il tarixdə müayinə zamanı “OU- Diabetik angiopatiya, OU-Mürəkkəb miopik astiqmatizm H 36.0, H 52” müəyyən edildi. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli dekompensasiya mərhələsi. Ağırlaşma: H36.0*-diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OU =0,5, OU-diabetik angiopatiya; Ağırlaşma: 108.3 mitral, aortal və üçtaylı qapaqların eyni zamanda zədələnmələri, diabetik neyropatiya; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (ElO-14 ümumi dördiincü. 4 işarəsi ilə), diabetik polineyropatiya; Yanaşı xəstəliklər: İ15.0-renovaskulyar hipertenziya, İİ arterial hipertenziya; Yanaşı xəstəliklər: 120.8 stenokardiyanm digər formaları, ÜİX-yi gərginlik İİİ f/s (iiç); Yanaşı xəstəliklər: H52.2- astiqmatizm, mürəkkəb miopik astiqmatizm; Yanaşı xəstəliklər: 110 essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, yüksək əlavə risk; Yanaşı xəstəliklər: N18.2-xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki B.Ç, İİ d” onda hazırda da müəyyən olunur. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 verdiyi 24 avqust 2022-ci il tarixli, T 350/2022 saylı rəyi ilə 17 fevral 2023-cü il tarixli, 11 saylı rəyi arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 24 avqust 2022-ci il tarixli, T 350/2022 saylı rəyində “şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi” qeyd olunsa da, 17 fevral 2023-cü il tarixli, 11 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabet” yarımbölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəliyi ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-517/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-517/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver