Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-518/2020 08.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi x2 iştirakı ilə, İddiaçı Əmralı oğlunun cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Əmralı oğlu 06.02.1985-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş, Masallı rayonu, Xırmandalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin cavabdeh tərəfindən ödənilməsi üçün Dövlət x6 Masallı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh 26.12.2019-cu il tarixli, **********4 nömrəli məktubunda ona imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Əmralı oğlu, Dövlət x6 Masallı rayon şöbəsinin və üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı Əmralı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06.02.1985-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 13.07.2003-cü ildən 25.06.2004-cü ilə qədər Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş və SHXÇDX-nin Masallı rayon şöbəsində qeydiyyatda olmuşdur. N saylı hərbi hissədə müddətli hərbi xidmət zamanı xəstələndiyi üçün ordu sıralarından 2-ci qrup əlil kimi tərxis olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının qərarı ilə xəstəliyi hərbi xidmət dövründə olmuşdur. Tərxis olduqdan sonra 2004-cü ildə Dövlət x6 Masallı rayon şöbəsinə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, Dövlət x6 Masallı rayon şöbəsinə müraciət etsə də, müraciətinə baxılmamışdır. Qeyd edilənləri nəzərə alaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin surətlərini, Dövlət x6 Masallı rayon şöbəsinin 07.01.2020-ci il tarixli, **********3 nömrəli arayışını, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin arayışını və cavabdehin imtina məktubu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x8 Azərbaycan Respublikasının Əmək və x5 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x5 Nazirliyi yanında Dövlət x8 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq əsaslı deyil. Belə ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 14048928nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əmralı oğlu 06.02.1985-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş, Masallı rayonu, Xırmandalı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 21.01.2016-cı il tarixli, 017383 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Əmralı oğlu ikinci qrup hərbi xidmət ilə əlaqədar əlildir. İşdə olan Dövlət x6 Masallı rayon şöbəsinin 07.01.2020-ci il tarixli, **********3 nömrəli arayışından görünür ki, Masallı rayonu, Xırmandalı kənd qeydiyyatında olan İddiaçı Əmralı oğlu Dövlət x6 Masallı rayon şöbəsindən 07.07.2006-cı ildən hərbi xidmət dövründə xəstələnmə İİ qrup əlil kimi ayda 130 manat Prezident təqaüdü alır. İşdə olan Dövlət x6 Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı 26.12.2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, 07.07.2006-cı il tarixdə 10 saylı Zona x1 tərəfindən İddiaçı Əmralı oğluna hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2006-cı il üzrə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 07.07.2006-cı il tarixdə 2006-cı il üzrə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 12-ci maddəsinə əsasən 22 yaşınadək əlil olmuş sığorta olunana əlilliyə görə əmək pensiyası 2 il sığorta stajı olduqda təyin edilir. İşdə olan Azərbaycan Pespublikasının Əmək və x5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məhkəməyə ünvanladığı 23.04.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əmralı oğlu x1nda 07.07.2006-cı il tarixdə müayinə edilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi saxlanılmış, sonuncu dəfə 07.01.2016-cı il tarixdə təkrar müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan Dövlət x6 Masallı rayon şöbəsinin məkkəməyə ünvanladığı 06.07.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əmralı oğluna 07.07.2006-cı il tarixdə 10 saylı Zona x1 tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. 2006-cı il üzrə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta stajı və 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 07.07.2006-cı il tarixdə 2006-cı il üzrə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 12-ci maddəsinə əsasən 22 yaşınadək əlil olmuş sığorta olunana əlilliyə görə əmək pensiyası 2 il sığorta stajı olduqda təyin edilir. İddiaçı həmin dövr üçün 2 il sığorta stajı olmadığı üçün onun əmək pensiyası hüququ yoxdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə iddiaçıya əlilliyin təyin edildiyi vaxt (07.07.2006-cı il tarixdə) qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası (bu Qanunun qüvvəyə mindiyi günədək əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 07.07.2006-cı il tarixdə müayinə edilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi saxlanılmış, sonuncu dəfə 07.01.2016-cı il tarixdə təkrar müayinə olunmuş və “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırda iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya əlilliyin təyin edildiyi vaxt (07.07.2006-cı il tarixdə) qüvvədə olan maddi hüquq normasının tələbləri baxımından 22 yaşınadək əlil olmuş sığorta olunana əlilliyə görə əmək pensiyası 2 il sığorta stajı olduqda təyin edilir.Məhkəmə araşdırması zamanı iddiaçıya əlilliyin təyin edildiyi vaxt 2 il sığorta stajının olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Əmralı oğlunun cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Əmralı oğlunun cavabdeh Dövlət x6 Masallı rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi, 2004-cü ildən bu günədək qazanılmış və almalı olduğu pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-518/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-518/2020
08.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver