Məhkəmə qərarları › İş №2-1(120)-5185/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5185/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5185/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Pirşüküldə yerləşən Hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə bir müddət qulluq etdikdən sonra onu N saylı hərbi hissəyə göndərmişlər. Həmin hərbi hissədə də bir müddət qulluq etdikdən sonra onu N nömrəli hərbi hissəyə göndərmişlər. N nömrəli hərbi hissədə bir müddət qulluq etdikdən sonra isə onu N nömrəli hərbi hissəyə göndərmişlər. O, N nömrəli hərbi hissədə qulluq edərkən həmin hərbi hissə komandanlığının əmrinə əsasən silahlı və döyüş sursatı gətirmək üçün Bərdə rayonundakı hərbi hissəyə ezam olunmuşdur. Həmçinin N nömrəli hərbi hissədə qulluq edərkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazisində Atəşkəs elan edildikdən sonra xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş və ehtiyata buraxılana kimi həmin hərbi hissədə qulluq etmişdir. Həqiqi hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar hərbi hissədən ehtiyata buraxılmalarıyla bağlı əmr elan olunandan sonra onu digər 5 nəfər hərbi qulluqçularla birlikdə bizə N nömrəli hərbi hissənin şəxsi heyətində əsgər kimi qeydiyyatda olmadıqlarını bildilər və o, xx.xx.1996-cı il tarixdə həmin hərbi hissəni tərk edib 1993-cü ildə hərbi xidmətə çağırıldığı Kürdəmir rayon Hərbi Komissarlığına gələrək yaranmış vəziyyətlə bağlı məlumat verdikdən sonra Komissarlıqdan yaşadığı kəndə gedib gözləməyini və özlərinin onu çağıracaqlarını bildirdilər. Bundan sonra o, Kürdəmir rayon Hərbi Komissanğının tapşırığına əsasən yaşadığı Kürdəmir rayonunun Məhərrəmli kəndinə getdi və 1 aydan sonra onu Kürdəmir rayon Hərbi Komissarlığına çağınb onun başqa heç bir ünvana müraciət etməməyini bildirib, "Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət Müstəqilliyi günü münasibəti ilə” Amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997- ci il tarixli qərarına əsasən onun hərbi qeydiyyata alındığını bildirdilər. O, Kürdəmir rayon Hərbi Komissarlığında heç bir hərbi cinayət törətmədiyini və qulluq etdiyi hərbi hissələrdən özbaşına fərarilik etmədiyini və onun axırıncı qulluq etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətinə qəbul edilməməsində onun heç bir günahının olmadığı, bunun bu işə cavabdeh olan həmin hərbi hissənin yüksək rütbəli hərbi qulluqçularının səhvi olduğunu bildirsə də, heç bir nəticəsi olmadı. Kürdəmir rayon Hərbi Komissarlığında ona həqiqi hərbi xidmətdə olduğu müddətdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona müharibə veteranı adının veriləcəyini bildirdilər. Bundan sonra, yəni 2005-ci ildə ona müharibə veteranı adı və vəsiqəsi təqdim edildi və o, müharibə veteranı kimi təxminən 5-6 ay ərzində müharibə veteranlarına təyin olunmuş müavinəti də aldı. Lakin 2006-cı ildə ona verilmiş müharibə veteranı adını və vəsiqəsini ləğv edib müharibə veteranı kimi verilən müavinəti dayandırdılar. Sonradan çörəkpulu qazanmaq məqsədilə 2000-ci ildə Rusiya Federasiyasına gedərək uzun müddət orada yaşadığına görə ona verilən müharibə veteranı və vəsiqəsinin hansı səbəbə görə ləğv edilməsi ilə maraqlana bilməmişdir. Hazırda Azərbaycana qayıdaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin bərpa edilməsi ilə bağlı Kürdəmir rayon Hərbi Komissarlığına müraciət etsə də orada ona aidiyyəti üzrə Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyinin "Veteran" adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya müraciət etməyini məsləhət görmüşlər. Ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də hər dəfə müraciəti qəbul edilmədən sənədləri özünə qaytarılmışdır. Sonuncu dəfə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciətiylə əlaqədar ona Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə kosmissiyanın katibliyi tərəfindən o, müvafiq sənədləri yalnız poçt vasitəsilə Bakı şəhəri, Parlament prospekti 3 ünvanına göndərməyini tövsiyyə etmişlər. Bundan sonra o, 2022-ci ilin iyul ayında Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etdi. Lakin həmin komissiya ona Müharibə Veteranı adının vəsiqəsinin verilməsindən imtina etmiş və narazı olduğu halda 30 gün ərzində məhkəmə qaydasında şikayət vermək hüququnun olduğunu izah etmişdir. Onun xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alınmaqla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində müharibədə iştirak etdiyini, göstərərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2025-ci il tarixli 3-25-29/2-2426/2025 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin tərkibini daxil edilərək bütün növ təminatlardan istifadə etmək hüququ verilmiş və 4-cü motoatıcı tabora təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 31 nömrəli əmri ilə hərbi xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilərək bütün növ təminatlardan çıxarılmış 4-cü motoatıcı taborun əsgərlərinin siyahısında iddiaçının adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 93 nömrəli əmrində xx.xx.1994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından, bütün növ təminatlardan çıxarılaraq lazimi sənədlərlə təmin olunmuş və xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 84 əmrində xx.xx.1994-cü il tarixdə döyüş zonasını özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 27N nömrəli 27N nömrəli əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahılarından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədinin Müdafiə Nazirliyinin Şəxsi X6 göndərilməsi qeyd olunmuşdur. Arxiv sənədində də görünür ki, iddiaçının xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/201N nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuş və Kürdəmir rayonu, Məhərrəmli kəndində qeydiyyatdadır. -İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 877,888, və N nömrəli hərbi hissələrdə qulluq etmişdir. -İşdə olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqdim olunan sənədlərə əsasən əməliyyatlara cəlb edilmiş N saylı hərbi hissənin tərkibində xidmət barədə məlumat olmadığına, hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarıldığına və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 4-9/2-8738/2025 saylı məktubuna əsasən, Kürdəmir rayonu, Ərəbqubalı kəndində qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, Marquşavan kəndinin azad olunmasında iştirak etmişdir. İddiaçı sənədləri hazırlanaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün komissiyaya təqdim olunmuş və komissiya tərəfindən ona xx.xx.2000-ci il tarixli M\V 04501N nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarına əsasən ordu sıralarında fərarilik etməsi ilə əlaqədar olaraq Tərtər Qarnizon Hərbi Prokurorunun xx.xx.1998-ci il tarixli 18\ş 75 nömrəli qərarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən hərbi vəzifəlilərin ehtiyatına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Komissarlığından daxil olmuş xx.xx.2006-cı il tarixli 196N nömrəli məktub Kürdəmir rayon Hərbi Komissarlığına daxil olmuşdur. Həmin məktubda qeyd olunurdu ki, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmaları və yaxud tərxis olunmaları təsdiq olunmadığı halda həmin şəxslərə verilmiş vəsiqələrinin geri alınmasını və komissiyaya geri qaytarılmasını təşkil edəsiniz” qeyd edilmişdir. Məktubun icrası ilə əlaqadar olaraq İddiaçı adına verilmiş olan xx.xx.2000-ci il tarixli M\V 04501N nömrəli müharibə veteranı vəsiqəsi geri alınaraq məktub əsasında Azərbaycan Respublikası Hərbi Komissarlığına təhvil verilmişdir. - Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixli 196N nömrəli Kürdəmir rayon Hərbi Komissarlığına daxil olmuş məktubuna əsasən, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmaları və yaxud tərxis olunmaları təsdiq olunmadığı halda həmin şəxslərə verilmiş vəsiqələrinin geri alınmasını və komissiyaya geri qaytarılmasını tələb etmişdir. -İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3- 25-29/2-2487/2025 saylı məktubuna əsasən, Kürdəmir RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X7 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 7 №-li əmrilə (əsas: §-3, sıra-1, səh-44, əmrdə soyadı “Əliyev” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlardan istifadə etmək hüququ verilmiş və 4-cü motaatıcı tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 31 №-li əmrində (əsas: §-1, sıra-276, səh-78, əmrdə soyadı “Əliyev” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilərək bütün növ təminatlardan çıxarılmış 4-cü motoatıcı taborun əsgərlərinin siyahısında X5 adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: “xx.xx.1994- xx.xx.1998”, səh-9/10, sıra 94, məlumatda soyadı “Əliyev” yazılmışdır) xx.xx.1993-cü il tarixdə Kürdəmir RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X5 hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması, “sıravi” hərbi rütbəsinin verilməsi, “kursant” vəzifəsinə təyin olunması və xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyinə görə, komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrində (əsas: §-3, sıra-72, əmrdə soyadı “Əliyev” yazılmışdır, atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissə komandirinin sərəncamında olan İsrafil Əliyevin xx.xx.1994-cü il tarixdən motoatıcı taborun şəxsi heyətinin siyahısına salınaraq ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrində (əsas: §-7, sıra-16, əmrdə soyadı “Əliyev” yazılmışdır, vəzifəsi göstərilməmişdir) xx.xx.1994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından, bütün növ təminatlardan çıxarılaraq lazımi sənədlərlə təmin olunmuş və xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş 4-cü motoatıcı taborun hərbi qulluqçularının siyahısında, kəşfiyyat tağımının əsgəri, sıravi X5 adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-54, sıra-1581, məlumatda soyadı “Əliyev” yazılmışdır) Kürdəmir RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.1994-cü il tarixdə N №li hərbi hissədən gəlməsi, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitabında qeyd edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrində (əsas: sıra-1210, əmrdə soyadı “Əliyev” yazılmışdır) xx.xx.1993-cü il tarixdə Kürdəmir RHK-dan çağırılmış, sıravi X5 xx.xx.1994-cü il tarixdə döyüş zonasını özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahılarından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyat sənədinin Müdafiə Nazirliyinin Şəxsi X6 göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixdən 17 may 1994-cü il tarixədək olan tarixli nizami hissə üzrə əmrlərində X8 barəsində məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, N №li və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə müvafiq qeydiyyatlar aparılmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən təqdim olunan sənədlərə əsasən əməliyyatlara cəlb edilmiş N saylı hərbi hissənin tərkibində xidmət barədə məlumat olmadığına, hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarıldığına və qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - -İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3- 25-29/2-2487/2025 saylı məktubuna əsasən, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-54, sıra-1581, məlumatda soyadı “Əliyev” yazılmışdır) Kürdəmir RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.1994-cü il tarixdə N №li hərbi hissədən gəlməsi, hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə, komandirin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitabında qeyd edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrində (əsas: sıra-1210, əmrdə soyadı “Əliyev” yazılmışdır) xx.xx.1993-cü il tarixdə Kürdəmir RHK-dan çağırılmış, sıravi X5 xx.xx.1994-cü il tarixdə döyüş zonasını özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahılarından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyat sənədinin Müdafiə Nazirliyinin Şəxsi X6 göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin aprel 1994-cü il tarixdən 17 may 1994-cü il tarixədək olan tarixli nizami hissə üzrə əmrlərində X8 barəsində məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, N №li və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə müvafiq qeydiyyatlar aparılmamışdır. -İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 4-9/2-8738/2025 saylı məktubuna əsasən, Kürdəmir rayonu, Ərəbqubalı kəndində qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdə Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında, Marquşavan kəndinin azad olunmasında iştirak etmişdir. İddiaçı sənədləri hazırlanaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün komissiyaya təqdim olunmuş və komissiya tərəfindən ona xx.xx.2000-ci il tarixli M\V 04501N nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.1997-ci il tarixli qərarına əsasən ordu sıralarında fərarilik etməsi ilə əlaqədar olaraq Tərtər Qarnizon Hərbi Prokurorunun xx.xx.1998-ci il tarixli 18\ş 75 nömrəli qərarına əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən hərbi vəzifəlilərin ehtiyatına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Komissarlığından daxil olmuş xx.xx.2006-cı il tarixli 196N nömrəli məktub Kürdəmir rayon Hərbi Komissarlığına daxil olmuşdur. Həmin məktubda qeyd olunurdu ki, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmaları və yaxud tərxis olunmaları təsdiq olunmadığı halda həmin şəxslərə verilmiş vəsiqələrinin geri alınmasını və komissiyaya geri qaytarılmasını təşkil edəsiniz” qeyd edilmişdir. Məktubun icrası ilə əlaqadar olaraq İddiaçı adına verilmiş olan xx.xx.2000-ci il tarixli M\V 04501N nömrəli müharibə veteranı vəsiqəsi geri alınaraq məktub əsasında Azərbaycan Respublikası Hərbi Komissarlığına təhvil verilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar