Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-519/2021 23.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi, hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hafiz oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına qarşı adına açılmış **********9 saylı SUN-un (sığorta edənin uçot nömrəsi) 2,77 ha pay torpağının deyil, öz torpaq payına, yəni 0,46 ha torpaq sahəsinə açılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hafiz oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına açılmış **********9 saylı SUN-un (sığorta edənin uçot nömrəsi) 2,77 ha pay torpağının deyil, öz torpaq payına, yəni 0,46 ha torpaq sahəsinə açılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı Hafiz oğlu və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı Hafiz oğlunun və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X2 bildirdi ki, 2018-ci ilin 30 noyabr tarixində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqları ilə bağlı ödənişlərin aparılması və hesabatların təqdim edilməsi məqsədilə vergi orqanları tərəfindən uçota alınır və onlara vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Fondun Biləsuvar rayon filialı tərəfindən vətəndaş İddiaçı Hafiz oğluna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********0 nömrəli cavab məktubunun məzmunundan məlum olur ki, vətəndaşın tələbinə dair məsələnin həlli cavabdehin səlahiyyətləri daxilində deyildir. Bu səbəbdən imtina qanuni və əsaslı olmuşdur. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Hafiz oğlunun iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun direktoru tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmiş torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığorta məqsədilə uçota alınması barədə xidməti məktubun surətindən görünür ki, ...2018-ci ilin 30 noyabr tarixində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqları ilə bağlı ödənişlərin aparılması və hesabatların təqdim edilməsi məqsədilə vergi orqanları tərəfindən uçota alınır və onlara vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. ...ÜDSY Proqramından yararlanmaq üçün sığortaedən kimi qeydiyyata alınmaq məqsədilə vergilər nazirinin 2019-cu 11 fevral tarixli **********113200 nömrəli Əmri ilə təsdiq edilmiş “Fiziki şəxsin uçotu haqqında ərizə” forması doldurularkən fiziki şəxsin uçota alınma meyarı “1.3. Torpaq mülkiyyətçisi” kimi qeyd edilməlidir. ...Əgər torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında torpağın mülkiyyətçisi artıq SUN almışdırsa, lakin torpağın payçısı (ÜDSY) almaq hüququnun müəyyən edilməsi üçün məlumatlarını elektron qaydada VEMTAS-a daxil edərkən, onun torpağa sahib olmadığı aşkar olunarsa, bu halda torpağın payçısı sığortaolunan kimi özünün adının sistemə daxil edilməsini istədiyi təqdirdə, torpağın mülkiyyətçisi vergi orqanına yaxınlaşmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatın təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********310200 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı Hafiz oğlu adlı şəxsin məcburi dövlət sosial sığorta məqsədləri üçün vergi orqanında uçota alınması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığorta məqsədləri üçün vergi orqanında uçota alınması ilə bağlı məsələlər Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********481300 nömrəli məktubu ilə tənzimlənir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Sosial sığorta haqqında” Qanuna xx xxxxxx 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən, 13-cü maddə yeni redaksiyada verilmişdir: Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018- ci il tarixli 421 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 12-ci (hər iki halda) və 13.1 -ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (hər iki halda), 13.4-cü, 14.7-ci maddələrində, 15-ci maddəsinin iyirmi üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 19.1-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi həmin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməmişdir. Başqa sözlə, sosial sığorta haqlarının (debitor borcların) toplanması, sosial sığorta iştirakçılarının uçotu, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu və s. bu kimi məsələrin həlli xx xxxxxx 2019-cu il tarixdən vergi orqanlarının səlahiyyətində olduğundan hazırkı iddia tələbinə cavab verməli inzibati orqan da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx.xx.2021-ci il tarixli, 2-1(120)-519/2021 saylı hüquqi yardım məktubu ünvanlanaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıl İddiaçı Hafiz oğlunun iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-519/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-519/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver