Məhkəmə qərarları › İş №2-1(120)-52/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-52/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-52/2024 24.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 kv.m torpaq sahəsi üzərində İddiaçı adına olan hissə də xüsusi mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X3, X2, X4, X18 və X5 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 2-1(120)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, X8, X13, X6 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur. Məhkəmənin 2-1(120)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinə “Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 kv.m torpaq sahəsi üzərində İddiaçı adına olan hissə də xüsusi mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X3, X2, X4, X18 və X5 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qeydə alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olub və Astara rayonu Ərçivan qəsəbəsində yaşayıb. Azərbaycaan vətəndaşı kimi Azərbaycanda torpaq islahatı keçirilərkən ona Astara rayon Aqrar İslhat Komissiyasının 24 noyabr 2003-cü il tarixli, 6 saylı qərarı ilə 6555 kv.m kənd təssərüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. X10 getmiş, orada yaşamış və Rusiya Fedrasiyasının vətəndaşlığını qəbul etmişdir. Onun Astara rayonu Ərçivan qəsəbəsində olan 6555 kv.m torpaq sahəsinə əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə müraciət edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə 24 may 2021-ci il tarixdə müraciət etmişdir. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi 09 iyun 2021-ci il tarixli, **********89 saylı məktubu ilə təmsil etdiyi şəxsin mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Səbəb kimi onu göstərmişdir ki, “Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan eklspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında kənd təssərüfatı məhsullarının istehsalı üçün etibarlı nümayəndəsi olduğu şəxsin (X11) mülkiyyətinə verilmiş pay torpaq sahəsinə dair hazırki hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçilərdən sayılan X11 xarici ölkə vətəndaşıdır. Belə ki, həmin şəxs xarici ölkə vətəndaşı olduğundan qanunvericiliyin tələbinə əsasən ümumilikdə həmin hüquqmüəyyənedici sənəd üzrə göstərilən torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyata alınması mümkün deyildir. Lakin DƏDRX-nin 10 saylı Ərazi İdarəsi torpaq sahəsinin qeydiyyata alınmasından imtina edərkən hansı qanuna əsaslandığını qeyd etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində qeyd edilir ki, hüquqi və fiziki şəxslər torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin qanunun 49.4-cü maddəsində qeyd edilir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüquq bir il müddətində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özgəninkiləşdirilməlidir. Göründüyü kimi qanunvericilik qanunla əldə edilmiş torpağa mülkiyyət hüququnu rəsmləşdirməyi qadağan etmir, lakin bir il ərzində həmin torpaq sahəsini özgəninkiləşdirməyi tələb edir. Göründüyü kimi DƏDRX-nin 10 saylı Ərazi İdarəsinin imtinası əsassız və qanunsudur. Daşınmaz Əmlakın Dövlət Ryestri haqqında Qanunn 8.0.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər təqdim edildikdə, həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Qanunda nəzərdə tutulduğu kimi 10 saylı Ərazi İdarəsinə Daşınmaz Əmlakın Dövlət Ryestr Xidməti haqqında Qanun qüvvəyə minənədək əldə etdiyi daşınmaz əmlak obyektinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədləri təqdim etmiş, lakin onlar onun hüquqlarını pozaraq onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasına imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, təqdim olunmuş 492767 nömrəli plan və ölçü sənədi üzrə (kadastr planı) ayrılmış 6555 kv.m kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəflərindən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (İddiaçı) adına 6555 kv.m pay torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərlərinə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirilir ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir. İş üzrə sərəncamın icrası olaraq aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya və onun ailə üzvlərinə ayrılmış 6555 kv.m pay torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin etibarlı nümayəndəsinin 2021-ci il 24 may tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən hazırki iş üzrə İddiaçı və onun ailə üzvlərinə məxsus həmin 6555 kv.m kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı şəxsin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinə dair icraatda olan hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçi olaraq İddiaçı xarici ölkə vətəndaşıdır. Belə ki, həmin şəxs xarici ölkə vətəndaşı olduğundan qanunvericiliyin tələbinə əsasən ümumilikdə həmin hüquqmüəyyənedici sənəd üzrə göstərilən torpaq sahəsinə dair onun əvvəllər yaranmış hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (ilkin hüquqmüəyyənedici sənəd üzrə sözü gedən 6555 kv.m pay torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 09 iyun 2021-ci il tarixli, **********89 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin torpaq sahəsinə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edirlər. Xidmət orqanı olaraq bildiririk ki, sözü gedən torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün olmadığından, hazırki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi qanunamüvafiq hesab edirlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinə və X12, X8, X13, X6 və X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən, (1) həmin sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. (2). Nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. (3). Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün təsviri inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış və plan və ölçü qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Astara rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 kv.m torpaq sahəsi üzərində İddiaçı adına olan hissə də xüsusi mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X3, X2, X4, X18 və X5 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara rayonu Ərçivan kənd sakini İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə 6555 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 1012 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2017-ci ildən Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, 135-3785-1221 nömrəli arayışından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 nömrəli qərarı ilə Astara rayonu Ərçivan qəsəbə sakini İddiaçı verilmiş torpaq sahəsinin plan və ölçüsü (A№ 492767) tapılmış kimi Astara rayon Polis şöbəsinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********89 nömrəli bildirişindən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (ilkin hüquqmüəyyənedici sənəd üzrə sözü gedən 6555 kv.m pay torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, İddiaçı və onun ailə üzvlərinin adına ümumbirgə mülkiyyət hüququ üzrə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında ayrılmış 6555 kv.m kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq A№ 492767 nömrəli plan və ölçü sənədinin (kadastr planı) təqdim olunmasına münasibətdə, tərəflərindən arxiv və baza məlumatları araşdırılmışdır. Sorğuda qeyd olunan A№ 492767 nömrəli plan və ölçü sənədinin (kadastr planı) təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə bildiririk ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsindən təhfil alınmış sənədlərin sırasında həmin plan və ölçü sənədinin arxiv nüsxəsi mövcuddur. Bu baxımdan, hazırki sorğunun icrası olaraq aidiyyəti üzrə yuxarıda barəsində qeyd olunan iddiaçı şəxsin adına Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşməklə bütövlükdə 6555 kv.m kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair tərtib olunmuş həmin plan və ölçü sənədinin təsdiqlənmiş surətini təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 3-37-08/2-709/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1960-cı iidə Astara rayonunda anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən hər hansı bir sənədlə təmin edilmədiyi müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. X20 Xidməti tərəfindən İddiaçı Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı hər hansı bir icraat aparılmamışdır. Əlavə olaraq qeyd edirik ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı 2011-2018-ci illərdə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 32 nömrəli çıxarışından görünür ki, hal-hazırda Rusiya Federasiyasında yaşayan 1960-cı il təvəllüdlü İddiaçı Astara rayonu çivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 nömrəli təsərrüfatbaşına kitabın 2115-ci səhifəsində qeydiyyatda olmaqla Ərçivan qəsəbəsində atasına məxsus həyətyanı torpaq sahəsində 1988-ci ildə inşa edilmiş 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, ümumi sahəsi 90 kv.m yaşayış sahəsi 45 kv.m fərdi yaşayış evində qeydiyyatdadır. X1, X8, X13, X6 və X14 ilə birlikdə 1999-cu illər ərzində Azərbaycan vətəndaşı olaraq Astara rayonu Ərçivan qəsəbəsində yaşamış və Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə 0.66 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7580 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2996/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında A№492767 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 6555 kv.m torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. (Sözügedən torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2996/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında A№492767 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 6555 kv.m torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü-dördüncü-beşinci və yeddinci suallar üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2996/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında A№492767 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 6555 kv.m torpaq sahəsi barədə elektron kadastr baza məlumatlarında məlumatların mövcud olması və torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən edilmişdir. Həmin torpaq sahəsinin Ərçivan qəsəbəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2996/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı əsasında A№492767 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 6555 kv.m torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2996/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, mübahisəli torpaq sahəsinin üzərində tikilinin mövcud olması müəyyən edilməmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Miqrasiya Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Miqrasiya Məcəlləsinin 44.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X17rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq üzərində xüsusi mülkiyyət hüququ) əsasən:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.7ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 2-ci bəndinə əsasən, islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. 2-ci maddəsinə əsasən, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması aqrar islahatın əsas istiqamətlərindən olmuşdur. 5-ci maddəsinin 1-ci bəndinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Astara rayonunun Ərçivan kəndində iddiaçının qanuni istifadəsində 6555 kv.m torpaq sahəsi olmuşdur. Astara rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 06 nömrəli qərarı ilə 6555 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh qurum tərəfindən bildirilən etirazın dəlilləri məhkəmə tərəfindən araşdırılmış və iddiaçının əcnəbi olması səbəbindən onun adına mülkiyyət hüquqlarının qeydə alınmasının yolverilməzliyinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi ayrılan zaman iddiaçı Azərbaycan Respublikası ərazisində yaşamışdır. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 1012 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə yalnız 2017-ci ildən Rusiya Federasiyasında yaşayır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 3-37-08/2- 709/2023 nömrəli məktubundan, eləcə də digər sənədlərdən də görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Astara rayonunda anadan olmuşdur. Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışlara əsasən isə 1960cı il təvəllüdlü İddiaçı nümayəndəliyinin 23 nömrəli təsərrüfatbaşına kitabında qeydiyyatda olduğu, X1, X8, X13, X6 və X14 ilə birlikdə 1999-cu illər ərzində Azərbaycan vətəndaşı olaraq Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə 0.66 ha torpaq sahəsi verildiyi müəyyənb edilmiş və qeyd edilənləri təsdiq edən təsərrüfatbaşı kitabından çıxarışlar təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Əgər iddiaçı torpaq sahəsi ayrılan zaman əcnəbi olsaydı belə qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Həmin normaya əsasən torpaq sahəsi torpaq vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçdiksə bir il müddətində əcnəbinin mülkiyyətində qala bilər. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi vardır. Belə ki, X26 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. Hazırkı halda, iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla – Aqrar İslahat Komissiyasının qərarı əsasında əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüquqlarının qeydə alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçının mülkiyyətinə verilmiş pay torpaq sahəsinə dair hazırki hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçilərdən sayılan İddiaçı xarici ölkə vətəndaşı olması onun mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal üzrə onun mülkiyyət hüququnu məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7580 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1521/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında da kassasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən mövqedən yanaşmış, inzibati orqanın qeyd edilən formada hərəkətləri əsassız və qanunsuz hesab edilmiş və qeyd edilmişdir ki, “iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almağa dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqların itirilməsi anlamına gəlməyə əsas verə bilməz. Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı və ailə üzvlərinin adına mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər (ekspertiza xərci) cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə verilmiş 6555 kv.m torpaq sahəsi üzərində İddiaçı adına olan hissə də xüsusi mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X3, X2, X4, X18 və X5 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar