Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-521/2025 19.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamının Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Saatlı rayonu X15 xx.xx.1995-ci il tarixli, 4/31 saylı qərarı və Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Б № 004750 saylı Dövlət aktı əsasında “Ələhməd” Kəndli (Fermer) Təsərrüfatına ayrılmış Saatlı rayonu Qaraçala kəndində yerləşən 90.77 hektar torpaq sahəsinin örüş kimi, 81.00 hektar torpaq sahəsinin əkin kimi istifadə hüququnun “Ələhməd” Kəndli (Fermer) Təsərrüfatının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi ilə iddia tələbi "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamın Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1447/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi iş üzrə adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı rəhbəri X21 ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək ərizədə bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamının Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçı İstehsal- X11 verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” tələbinə dair iddia üzrə bildirir ki, 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş və qeyd edilən ildə inzibati orqan tərəfindən bildirilmişdir ki, İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd etmək istəyir ki, mübahisələndirilən Sərəncamdan onların məlumatı olmamışdır. Belə ki, torpaq onlara verilən vaxtdan hal-hazırki dövrədək faktiki istifadələrində olmuşdur. 2021-ci ildə torpaq sahəsinə çıxarış almaq üçün müraciət edən zaman ona bildirilmişdir ki, üst-üstə düşmə halı var. Bundan sonra o, xx.xx.2021-ci ildə müraciət etmişdir. xx.xx.2023-cü ildə icraata xitam verilmiş və o, hazırki iddianı xx.xx.2023cü ildə qaldırmışdır və beləliklə də müddəti ötürməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-521/2025 nömrəli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, təsisçisi olduğu İddiaçı Cavabdeh Başçısının 28 yanvar 1992-ci il tarixli 43 nömrəli sərəncamı ilə qeydə alınmış, müəssisənin nizamnaməsi təsdiq edilmiş və bundan sonra müəssisə fəaliyyətə başlamış və hal-hazırda da vergi ödəyicisi kimi qeydiyyatdadır. Bundan sonra müraciəti əsasında Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli Ptorokoluna əsasən Kürdəmir rayon Buzxanalı Sallaqxananın razılığı və rəsmi məktubu ilə onun ərazisindən 40,0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün İddiaçı mülkiyyətçisinə, sahibinə, istifadəçisinə verilmişdir. Bundan sonra müəssisəyə Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmiş və həmin vaxtdan bu günə kimi sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə edilir. Lakin keçən müddətdə torpaq sahəsinə yeni qaydada çıxarış əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlaka (torpaq sahəsinə) çıxarışın verilməsinə köməklik olunmasını 16 saylı Ucar Ərazi İdarəsindən xahiş etmiş və hüquqmüəyyənedici sənədələri təqdim etmişdir. 16 saylı Ucar Ərazi İdarəsi sənədləri dəqiq araşdırmadan, onlara lazımi qiymət vermədən çıxarış verilməsindən əsassız olaraq imtina etmişdir. Şərhdən bir daha aydın olunur ki, cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin “Daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının imtina edilməsinə dair” bildirişi ləğv olunmalı və təqdim olunmuş sənədlər üzrə ona həmin obyektə “Çıxarış” verilməli idi. Lakin təkrar müraciətinə baxmayaraq cavabdeh bunu etmədi. Diqqətə çatdırır ki, sözügedən torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin plan və ölçüsünə” dair sənəd Ərazi İdarəsinə təqdim olunmuşdur və burada həmin torpaq sahəsinin kadastr göstəriciləri və torpaq sahəsinin qaiməsi, yəni sertifikatı açıq aydın qeyd olunmuşdur. Bu göstəriciləri Ərazi İdarəsi baza məlumatlarına əsaslanmamalı idi, həmin məlumatları torpaq komitəsinin qeydiyyat üzrə arxiv sənədlərinə əsasən müəyyən edilməli idi. Bununla əlaqədar təkrarən cavabdehə ərizə ünvanlamış və cavabdeh cavab məktubunda qeyd edir ki, torpaq sahəsinə dair ilkin tərtib edilmiş sənədlər və buna dair qeydiyyat kitabı ləğv olunmuş DT və XK-nin Kürdəmir rayon Şöbəsi tərəfindən 16 saylı Ucar Ərazi İdarəsinə təhvil verilməmişdir. Yuxarıda adları çəkilən hüquqmüəyyənedici sənədlərin sonradan baza məlumatlarına daxil edilməsi öhdəliyi onların səlahiyyətlərinə daxil deyil və bu öhdəlik üzrə biz heç bir məsuliyyət daşımırlar. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995-ci il tarixli, 6 nömrəli Protokoluna əsasən 40 hektar kənd təsərrüfat məhsullarının istehsal etmək üçün İddiaçı mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı əsasında “Çıxarış”ın verilməsi öhdəliyinin DƏDRX-ın 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması barədə Qətnamə çıxarılması tələbi üzrə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddia ərizəsi Məhkəmə tərəfindən 2-1(120)-752/2022 nömrə ilə icraata götürülmüş və bir neçə Məhkəmə iclasından sonra Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(120)-752/2022 nömrəli qərardadı ilə sözügedən torpağın ekspertizasının aparılması İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri cəlb edilməklə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Bundan sonra onun iştirakı ilə sözügedən torpaq sahəsinə yerində baxış keçirilib və bu işə 3-cü şəxs qismində marağı olan "xxxx" ASC cəlb edilib. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/83/61 nömrəli rəyi Məhkəməyə təqdim olunub. Rəyə əsasən ekspertlər yerində sözegedən torpaq sahəsini müəyyənləşdirmiş və naturada müəssisəyə verilmiş 40 ha torpaq sahəsinin "xxxx" ASC-yə məxsus 1200 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh 16 saylı Ucar Ərazi İdarəsi Məhkəməyə "xxxx" ASC-nin mübahisəli torpağa dair hüquqmüəyyənedici sənədlərini təqdim etmişdir. Həmin sənədlərə əsasən, Cavabdeh Başçısının 14 avqust 1998-ci il tarixli, 192 saylı sərəncamı ilə Buzxana- Sallaqxanaya məxsus 1200 ha torpaq sahəsinin "xxxx" ASC-yə verilməsi zamanı, İddiaçı İKKM-nin mülkiyyətinə Kürdəmir rayon XDS-nin xx.xx.1995-ci il tarixli, 6 nömrəli qərarı ilə verilmiş 40 ha torpaq sahəsi nəzərə alınmamışdır. Bu səbəbdən də mübahisəli 40 ha torpaq sahəsi 1200 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Həmçinin Məhkəmə baxışı zamanı yuxarıda qeyd olunan sənədə görə iddia tələbi cavabdeh qismində Kürdəmir RİHnə qarşı yönəldilməsini nəzərdə tutduğu üçün, həmçinin üst-üstə düşmüş ona məxsus 40 hektar torpaq sahəsinin koordinatları ekspertiza rəyində qeyd olunmaması səbəbindən yeni iddia qaldırılması üçün hakimin məsləhəti ilə iddia ərizəsini və ona əlavə olunmuş sənədlərini geri götürmüşdür. Bundan sonra "xxxx" ASC-yə 1998-ci ildə verilmiş Kürdəmir RİHB-nin müvafiq sərəncamında 1200 ha torpaq sahəsi üzrə dəyişiklik edərək, İddiaçı İKKM-yə 1995-ci ildə Kürdəmir rayon XDS-in qərarı ilə verilmiş 40 ha torpaq sahəsi həcmində azaldılaraq 1160 ha torpaq sahəsi kimi qeydə alınması barədə Kürdəmir RİHByə rəsmi məktub ünvanlamışdır. Kürdəmir RİHB aparatının ona ünvanladığı birinci cavab məktubunda müraciətinin onların səlahiyyətində olmadığı qeyd olunmuş, 2-ci cavab məktubunda isə Məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. Həmçinin ona məxsus 40 hektar torpaq sahəsinin koordinatları müraciəti əsasında 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ona təqdim olunmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı İstehsalat-X8 rəhbəri iddia tələbi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-yə Cavabdeh başçısının 14 avqust 1998-cı il tarixli, 192 saylı Sərəncamı ilə Buzxana- Sallaqxanaya məxsus olan 1200 ha torpaq sahəsinin verilməsi barədə Sərəncamında dəyişiklik edilərək Elgün İKKM-yə Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995-ci il tarixli, 6 nömrəli qərarı ilə verilmiş 40 hektar həcmində azaldılaraq, 1160 hektar torpaq sahəsi kimi qeydə alınmasını xahiş etmişdir. Belə ki, Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən Buzxana Sallaqxananın ərazisindən 40 (qırx) hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq mülkiyyətçisinin Elgün İstehsalat- X11 verilmişdir. Lakin, İddiaçı İstehsalat-X11 40 (qırx) hektar torpaq sahəsinin verilməsi barədə Cavabdehndə heç bir məlumat əldə edilməmişdir. Kürdəmir "xxxx" ASCnin 3 iyun 1998-ci il tarixli 9 saylı məktubu ilə rayon İcra Hakimiyyətinə müraciət edərək cəmiyyətin kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də əkinçilik və heyvandarlıqla məşğul olmaq üçün rayondaxili bələdiyyə torpağından 1200 hektar əkin və örüş təyinatlı torpaq sahələri ilə təmin olunmalarını xahiş etmişlər. Cavabdeh başçısının 14 avqust 1998-ci il 192 nömrəli Sərəncamı ilə Buzxana ASC-yə 1200 hektar torpaq sahəsi verilmişdir və hal-hazırda həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilir. Məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin etirazı: Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi üçüncü şəxs iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı (bundan sonra-İddiaçı İKKM) Cavabdehnə qarşı Cavabdeh Başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı, Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilərək ekspert qarşısında: Kürdəmir Rayon XDS-nin 30 iyun 1995-ci il tarixli 6 saylı qərarı ilə İKKM-nə verilmiş 40 ha torpaq sahəsinin və Kürdəmir RİHB-nin 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha torpaq sahələrinin hansı döngə nöqtə kordinatlarda yerləşməsi (sxemi çəkilməklə), Kürdəmir Rayon XDS-nin 30 iyun 1995-ci il tarixli 6 saylı qərarı ilə İddiaçı İKKM-yə verilmiş 40 ha torpaq sahəsinin və Kürdəmir RİHB-nin 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha torpaq sahələrinin hüquqi statusu, kateqoriyası, növü, təyinatının nə olması, Kürdəmir Rayon XDS-nin 30 iyun 1995-ci il tarixli 6 saylı qərarı ilə İddiaçı İKKM-yə verilmiş 40 ha torpaq sahəsinin və Kürdəmir RİHB-nin 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha torpaq sahələrinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcudluğu, Kürdəmir Rayon XDS-nin 30 iyun 1995-ci il tarixli 6 saylı qərarı ilə İddiaçı İKKM-yə verilmiş 40 ha torpaq sahəsinin və Kürdəmir RİHB-nin 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha torpaq sahələrinin kordinatlarının üst-üstə düşüb-düşməməsi, düşürsə hansı hissədə düşməsi (sxemi çəkilməklə və hüquq sahibləri barədə məlumat verilməklə), Kürdəmir Rayon XDSnin 30 iyun 1995-ci il tarixli 6 saylı qərarı ilə İddiaçı İKKM-yə verilmiş 40 ha torpaq sahəsinin və Kürdəmir RİHB-nin 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı ilə "xxxx" ASC-yə verilmiş 1200 ha sahələrinin faktiki olaraq kimin istifadəsində olması ilə bağlı suallar qoyulmuşdur. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin (bundan sonra-16 saylı Ucar Ərazi İdarəsi) xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1611/2024 nömrəli mütəxəssis rəyi verilmişdir. Qeyd edir ki, hazırkı mütəxəssis rəyi məzmunca bundan əvvəl yenə İddiaçı İKKM iddiası ilə bağlı Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(120)-231/2023 nömrəli inzibati iş üzrə 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3151/2023 nömrəli mütəxəssis rəyi ilə eynilik təşkil edir. 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3151/2023 nömrəli mütəxəssis rəyindən aydın olur ki, İddiaçı İKKM-nin təqdim etdiyi “Torpağa mülkiyyət, sahiblik və daim istifadə haqqında” Dövlət Aktında 40 hektar torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. Rəydə həm də bildirilir ki, İddiaçı İKKM-nin təqdim etdiyi “Torpağa mülkiyyət, sahiblik və daim istifadə haqqında” Dövlət Aktında 40 hektar torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Rəydə daha sonra qeyd edilir ki, İddiaçı İKKM-nin nümayəndəsinin naturada göstərdiyi 40 hektar torpaq sahəsinin elektron baza məlumatlarında göstərilən "xxxx" ASC-yə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Belə ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(120)- 231/2023 nömrəli inzibati işdən görünür ki, İddiaçı İKKM cavabdeh 16 saylı Ucar ərazi idarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Kürdəmir Rayon XDS tərəfindən xx.xx.1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən 40 hektar kənd təsərrüfatı məhsullarının istehsal etmək üçün iddiaçının mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(120)-231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı İKKM-nin nümayəndəsi X16 ərizəsi təmin olunaraq, İddiaçı İKKM-nin cavabdeh 16 saylı Ucar ərazi idarəsinə qarşı Kürdəmir Rayon XDS tərəfindən xx.xx.1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən 40 hektar kənd təsərrüfatı məhsullarının istehsal etmək üçün iddiaçının mülkiyyətinə verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi, iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı İKKM-dən tutularaq ekspertə köçürülməsi qərara alınmışdır. Qeyd edir ki, həmin inzibati iş üzrə üçüncü şəxs qismində iddia ərizəsinə etiraz və məhkəmə çıxışı təqdim etmişlər. Mövqeylərini onunla əsaslandırmışlar ki, istər iddia ərizəsinə əlavə edilmiş sənədlərlə, istərsə də məhkəmə araşdırılmasında iddiaçının istinad etdiyi fakt və hallar əsassız olduğuna görə təsdiq edilmədi və sübuta yetirilmədi. Belə ki, "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən 7/08 saylı şəhadətnamə ilə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət müəssisəsi olan "xxxx" Dövlət Şirkətinin X5 çevirilməsi nəticəsində yaradılmışdır. Göründüyü kimi, xx.xx.1997-ci il tarixdə "xxxx" ASC-nə çevirilənədək X10 dövlət müəssisəsi olan "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuşdur. Belə vəziyyətdə isə X5 istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsinin hər hansı hüququ və ya fiziki şəxsə verilməsi onun özünün deyil, tabeliyində olduğu "xxxx" Dövlət Şirkətinin səlahiyyətinə aid olmuşdur. Əgər iddia ərizəsində göstərildiyi kimi, X5 istifadəsində olan torpaq sahəsinin 40 hektarının İddiaçı İKKM-yə verilməsinə rəsmi məktubla razılıq verilsəydi, onda iddiaçı həmin məktubu məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı bununla bağlı hər hansı sübutu məhkməyə təqdim etməmişdir. Eyni zamanda bildirir ki, X6 torpaq sahəsinin 40 hektarını iddiaçının istifadəsinə və mülkiyyətinə verilməsi barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Ona görə də barəsində mübahisə gedən torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və daim istifadə haqqında hüquqlarının verilməsinin hüquqi əsasları barədə ilkin sənədləri məhkəməyə təqdim etmək iddiaçının vəzifəsidir. Məlumat üçün bildirir ki, iddia ərizəsində qeyd edildiyi kimi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 40 ha torpaq sahəsinin İddiaçı İKKM-nin mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilməsinə dair "xxxx" ASC-də heç bir sənəd aşkar edilməmişdir. Bundan başqa ona 40 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün “Torpaq sahəsinin mülkiyyətinə, sahibliyinə və istifadəsinə verilməsi barədə İddiaçı İKKM-nin istinad etdiyi Kürdəmir RXDS-in xx.xx.1995-ci il 6 nömrəli protokolu, o cümlədən həmin qərar əsasında verilmiş B 00 nömrəli Dövlət aktı nə dövlət arxivində, nə 16 sayı Ucar Ərazi İdarəsində, nə də Cavabdehndə aşkar edilməmişdir. “Torpaqdan daimi istifadə hüququna dair” JN-284 nömrəli kod 90605005 olan, Dövlət aktının qeydiyyat kitabında 05 nömrə ilə xx.xx.1998-ci il tarixdə qeydiyyata alınan Dövlət Aktından görünür ki, 1200,59 hektar torpaq sahəsi "xxxx" ASC-nin daimi istifadəsinə verilmişdir. Hüquqi əsasları eyni olduğuna görə bu dəlillərini sübut qismində qəbul edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə, Cavabdehnə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq iddiaçı, cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Kürdəmir rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, mübahisələndirmə növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti mövcuddur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)- 521/2025 nömrəli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Faktiki hallar və sübutlar: Cavabdeh iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, etdiyiniz müraciət rayon icra Hakimiyyətinin səlahiyyətləri daxilində deyildir. Odur ki, müraciətinizlə əlaqədar olaraq məhkəməyə müraciət etməyiniz sizə tövsiyə olunur. İddiaçı Nizamnaməsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyata alınmışdır. Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 43 nömrəli sərəncamından görünür ki, İddiaçı nizamnaməsi nəzərə alınmış və təsdiq edilərək hüquqi şəxs hesab edilmişdir. Cavabdeh Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında qeyd edilmişdir ki, Kürdəmir rayonun Xırdapay kənd sakini X16 müraciəti əsasında bildirir ki, Kürdəmir rayon X17 30 iyun 1995-ci il tarixli 6 N-li protokolu Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilmədi. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçının təsisçisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktını sənəd əsas kimi təqdim etmisiniz. Bununla əlaqədar bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin elektron məlumat bazasında və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsindən qəbul edilmiş arxiv sənədlərində təqdim etdiyiniz dövlət aktı ilə bağlı heç bir məlumat aşkar ediİməmişdir. Dövlət aktında torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları olmadığından elektron baza xəritəsində torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” əsasnaməyə uyğun olaraq sizə məxsus Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar torpaq sahəsi üzərində “torpağa mülkiyyət sahiblik və daimi istifadə hüquna dair” dövlət aktı yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməmişdir. Həmçinin bildiririk ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçının təsisçisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyiniz “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində mövcud olan arxiv materiallarında və elektron kadastr məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydalarından biri də daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmasıdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçının təsisçisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktını sənəd əsas kimi təqdim etmisiniz. Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarında Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-yə məxsus torpaq sahəsi ilə üst-üstə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı hər hansı uyğunsuzluğun aradan qaldırılması müvafiq icra orqanları və məhkəmələr tərəfindən baxılır. Həmçinin bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin elektron məlumat bazasında və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsindən qəbul edilmiş arxiv sənədlərində təqdim etdiyiniz dövlət aktı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Kürdəmir rayon XDS-nin xx.xx.1995-ci il tarixli 6 nömrəli protokoluna əsasında Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının arxiv materiallarının və elektron baza məlumatlarının(dvj) 16 saylı Ərazi İdarəsinə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ********** nömrəli məktubla sorğu verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ********** nömrəli məktubla bildirmişdir ki, Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 40.0 hektar torpaq sahəsinə ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının arxiv materialları aşkarlanmamışdır. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 192 nömrəli sərəncamından görünür ki, "xxxx" ASC-yə rayon bələdiyyə ehtiyat fondundan 1200 ha torpaq sahəsi verilmişdir. Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 54 nömrəli sərəncamından görünür ki, Buzxanalı Sallaqxananın özəlləşdirilməsi ilə əlaqədar Dövlət Əmlak Komitəsi tərəfindən mülkiyyətçiyə verilmiştexniki pasportda göstərilən tikililər altında olan torpaq sahələrindən başqa qalan torpaqlardan onun istifadə hüququna xitam verilməsi və əvvəlki istifadəçisi olmadığına görə Buzxanalı-Sallaqxananın istifadəsindən çıxan 1868 hektar torpaq sahəsi rayonun bələdiyyə ehtiyat fonduna keçirilmişdir. xx.xx.1998-ci il tarixli rayon torpaq şöbəsi və "xxxx" ASC direktoru ilə birgə tərtib etdiyi aktda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 192 nömrəli sərəncamı ilə rayonun bələdiyyə ehtiyyat fondundan "xxxx" ASC-yə ayrılmış əraziyə baxış keçirilmiş, baxış zamanı "xxxx" ASC-yə ayrılmış 1200 ha torpaq sahəsinin sərhədləri cəmiyyətin direktoruna göstərilmişdir. Torpaqdan daimi istifadə hüququna dair JN-284, kod 90605005 nömrəli Dövlət aktından görünür ki, "xxxx" ASC-yə Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 192 nömrəli sərəncamı ilə çizgidə göstərilən sərhəd daxilində 1200.59 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. “Torpağa mülkiyyəti, sahiblik və daimi istifadə hüququna dair” Б 00 nömrəli Dövlət Aktından müəyyən olunur ki, İddiaçınə Kürdəmir XDS-in 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən, Buzxanalı-Sallaqxananın ərazisindən cizgidə göstərilən sərhəd daxilində 40.0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq mülkiyyətçisinə, sahibinə, istifadəçisinə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021ci il tarixdən xx.xx.2056-cı il tarixədək dayandırılıb. “ELGÜN" X2 baza məlumatlarına əsasən hüquqi ünvanı Kürdəmir rayonu, Xırdapay kəndi, cəmiyyətin təsisçisi və rəhbəri X21 (yaşayış ünvanı Kürdəmir rayonu, Xırdapay kəndi) olaraq qeyd olunmuşdur. Cavabdeh Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış Cavabdeh Başçısının xx.xx.1992-ci il tarixli, 43 nömrəli Sərəncamı, İddiaçı İstehsalat X8 nizamnaməsi və Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli,192 saylı Sərəncamı aşkar edilərək təsdiq olunmuş surəti məhkəməyə göndərilir. Lakin Kürdəmir rayon X15 xx.xx.1995-ci il tarixli, 6 nömrəli protokolu Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilməmişdir. Kürdəmir Buzxanlı-Sallaqxananın əmək kollektivinin xx.xx.1997-ci il tarixli, 2 nömrəli protokolundan görünür ki, İddiaçı İstehsalat-X8 istifadəsinə əlavə birinci hissə adlanan şoran örüş sahəsindən 60 ha torpaq sahəsi verilmişdir. Muradxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 169 nömrəli arayışında qeyd edilmişdir ki, Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995-ci İl tarixli 6 nömrəli protokoluna əsasən “Elgün" İstehsal X11 40,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi verilmişdir və hal hazırda həmin müəssisənin istifadəsindədir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin iddiaçının təsisçisinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon X15 xx.xx.1995-ci il tarixli 6 nömrəli Qərarı ilə İddiaçı İstehsal-Kommersiya kiçik müəssəsinin adına verilmiş 40 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın qüvvədə olub- olmamasına dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1447/2024 nömrəli sorğunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Kürdəmir rayon X15 xx.xx.1995-ci il tarixli 6 nömrəli Qərarı ilə İddiaçı İstehsal- Kommersiya kiçik müəssəsinin adına verilmiş 40 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın qüvvədə olubolmamasına dair məlumat aşkar edilməmişdir. Kürdəmir rayon X15 xx.xx.1995-ci il tarixli 6 nömrəli Qərarı əsasında tərtib edilmiş Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktına əsasən İddiaçı İstehsal-Kommersiya kiçik müəssəsinə 40.0 ha torpaq sahəsi verilmişdir. Kürdəmir Buzxana ASC-yə xx.xx.1998-ci il tarixli, 284 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktına əsasən 1200 ha torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsinin 600 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş üzrə mütəxəssis rəyini hazırlayıb vermiş X18 məhkəmə iclasında bildirmişdir ki, Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi naturada Kürdəmir Buzxana ASC-yə xx.xx.1998-ci il tarixli, 284 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktına əsasən verilmiş 1200 ha torpaq sahəsinin 600 ha hissəsində, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş hissəsində üst-üstə düşür. Cavabdeh Başçısının X23 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 169 nömrəli arayışında qeyd edilmişdir ki, Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995ci il tarixli 6 nömrəli protokoluna əsasən İddiaçı İstehsal X11 40,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi verilmişdir və hal hazırda həmin müəssisənin istifadəsindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4336 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1611/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”nda 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün yerləşdiyi ərazini təsbit etmək mümkün olmadı. Baxış zamanı iddaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İdarənin elektron baza məlumatlarında göstərilən, Kürdəmir Buzxana ASC-yə ayrılmış 1498.7 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”nda 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün torpaq sahəsinin hüquqi statusunu, hüquqi rejimini, uqodiyası, növü və təyinatını müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi 40.0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 192 saylı sərəncamı ilə Kürdəmir Buzxana ASC-yə verilmiş 1200 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla müvafiq olaraq əkin, örüş və dinc uqodiyalı olmaqla dövlət mülkiyyətinə aiddir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçınə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı”nda 40.0 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında “Kürdəmir Buzxana" Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi olaraq göstərilən 1498.7 ha torpaq sahəsinin 37.6 ha hissəsi ilə üst-üstə düşür, sxemdə göstərilmişdir. Əlavə olaraq bildirilir ki, "xxxx" ASC Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli, 192 saylı sərəncamı ilə ayrılmış 1200.59 ha torpaq sahəsinin dinc uqodiyalı 127.5 ha torpaq sahəsinə **********27 reyestr nömrəli çıxarış, əkin uqodiyalı 421.4 ha hissəsinə **********28 reyestr nömrəli çıxarış, 21.0 ha hissəsinə **********29 reyestr nömrəli çıxarış, 30.9 ha hissəsinə **********16 reyestr nömrəli çıxarış əldə etmişdir və sözügedən çıxarışlarda göstərilən torpaq sahələri iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsi üst-üstə düşmə mövcud deyil. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X14 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X14 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X12 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X22rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Mülki Məcəllənin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin (6 iyun 2012ci il tarixli 648 nömrıli Fərmanla qüvvədən düşmüşdür) 13-cü maddəsinin 1-ci hissəsinə görə icra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Torpaq Məcəlləsi: Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İş materiallarında olan “Torpağa mülkiyyəti, sahiblik və daimi istifadə hüququna dair” Б 00 nömrəli Dövlət Aktından müəyyən olunur ki, İddiaçınə Kürdəmir XDS-in 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən, Buzxanalı-Sallaqxananın ərazisindən cizgidə göstərilən sərhəd daxilində 40.0 hektar kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq mülkiyyətçisinə, sahibinə, istifadəçisinə verilmişdir. Daha sonra həmin torpaq sahəsi də daxil olmaqla "xxxx" ASC-yə Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 192 nömrəli sərəncamı ilə 1200.59 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Hal-hazırda iddiaçı tərəfindən həmin inzibati akt (sərəncam) mübahisələndirilmiş və həmin sərəncamın iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə, iddia tələbinin əsası ilə bağlı ilk öncə qeyd edir ki, “Torpağa mülkiyyəti, sahiblik və daimi istifadə hüququna dair” Б 00 nömrəli Dövlət Aktı mülkiyyət hüququnun mövcudluğunu təsdiq edilmişdir. Və həmin akt qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmin hallar baş vermədiyindən müəyyən olunur ki, həmin akt öz hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı hesab edilir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun: 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, arxiv sənədlərində həmin aktın saxlanılmaması iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olar. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, 1995-ci ildən torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və onun istifadəsində olmuşdur. İş materiallarında olan Cavabdeh Başçısının X23 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 169 nömrəli arayışında qeyd edilmişdir ki, Kürdəmir rayon X20 tərəfindən 30 iyun 1995-ci il tarixli 6 nömrəli protokoluna əsasən İddiaçı İstehsal X11 40,0 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün torpaq sahəsi verilmişdir və hal hazırda həmin müəssisənin istifadəsindədir. Həmçinin həmçinin qeyd edir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4336 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçınə ayrılmış 40.0 ha torpaq sahəsinin idarənin elektron baza məlumatlarında “Kürdəmir Buzxana" Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi olaraq göstərilən 1498.7 ha torpaq sahəsinin 37.6 ha hissəsi ilə üst-üstə düşür, həmçinin "xxxx" ASC Cavabdeh başçısının 14 avqust 1998-ci il tarixli, 192 saylı sərəncamı ilə ayrılmış 1200.59 ha torpaq sahəsinin dinc uqodiyalı 127.5 ha torpaq sahəsinə **********27 reyestr nömrəli çıxarış, əkin uqodiyalı 421.4 ha hissəsinə **********28 reyestr nömrəli çıxarış, 21.0 ha hissəsinə **********29 reyestr nömrəli çıxarış, 30.9 ha hissəsinə **********16 reyestr nömrəli çıxarış əldə etmişdir və sözügedən çıxarışlarda göstərilən torpaq sahələri iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 40.0 ha torpaq sahəsi üst-üstə düşmə mövcud deyil. Yuxarıda göstərilənlərə, ekspert rəyinə və mütəxəssisin məhkəmə iclasında verdiyi izahata əsasən məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus 40 ha torpaq sahəsi Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi naturada Kürdəmir Buzxana ASC-yə xx.xx.1998-ci il tarixli, 284 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktına əsasən verilmiş 1200 ha torpaq sahəsinin 600 ha hissəsində, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, çıxarışı olmayan hissəsində üst-üstə düşür. Belə olan halda yuxarıda qeyd olunan faktiki və hüququ əsaslar nəzərə alınmaqla iddiaçının qanunla nəzərdə tutulmuş etimad və qanuni gözlənti hüququ yaranmışdır. Etimad hüququnun qorunması Konstitusiyadan və X27 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X27 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. İş üzrə bütün faktiki və hüquqi hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, inzibati orqanın qəbul etdiyi inzibati akt qanunsuz olmuş və onun hüquq və mənafelərinin pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Başçısının "xxxx" ASC-yə 1200 ha torpaq sahəsinin verilməsi barədə 14 avqust 1998-ci il tarixli 192 nömrəli sərəncamı Kürdəmir rayon X15 30 iyun 1995-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçınə verilmiş 40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova