Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-523/2022 19.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergil Xidmətinə qarşı “xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə 19 may 2022-ci il tarixdə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-523/2022 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2021-ci il tarixli, **********019400 nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 2000-ci ildən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və onun sonuncu vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müffətişi vəzifəsi olmuşdur. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı1 tutduğu vəzifədən xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixindən işdən azad olunduğu göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağıdakı kimi müəyyən edilmişdir: - 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;- 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən 1 təqvim ayı ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni işçiyə əmrin, yaxud əmək kitabşasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün hesab olunmalıdır. Beləliklə, İddiaçı1 28 oktyabr 2021-ci il tarixdə işlədiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə işdən azad edilməsi bağlı əmrin icrasını təmin etmək üçün təhvil-təslim işləri aparmış və ona işdən azad olunma əmrin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Bu da onu göstərir ki, hal-hazır ki, əmək mübahisəsi ilə bağlı İddiaçı1 tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, İddiaçı1 barəsində qəbul edilmiş Vergilər Nazirliyinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrinin məzmununda göstərilmişdir ki, vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etməmiş, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirmişdir. Bununla da vergi orqanı əməkdaşı İddiaçı1 tərəfindən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci abzasının, “Dövlət Vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, İddiaçı1 işdən azad edilməsinə əsas səbəb onun öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyi qeyd edilmişdir. Beləliklə bununla bağlı bildiririk ki, İddiaçı1 qaynatası ona ilk nəvəsinin toyunu özü edəcəyini söylədiyinə görə iddiaçı qızının xeyir işi ilə əlaqədar xx.xx.2021-ci il tarixində Lənkəran rayonu, Osaküçə kəndində yerləşən “Cənnət Xıll” restoranında təxminən 30 nəfər iş yoldaşına qonaqlıq vermiş, Baş İdarənin rəisi Namiq Bağırov qonaqlığa gələrək pul yazdırıb getmiş, həmin məclisdə bəy və gəlin iştirak etməmiş, videoçəkiliş və musiqiçilər olmamışdır. Bundan sonra xx.xx.2021ci il tarixində Lənkəran şəhərində yerləşən “Ağ saray” X17 Əliyevin X14 tərəfindən onun qızına toy şənliyi təşkil edilmiş, özü tərəfindən isə həmin toy şənliyinə heç bir köməklik göstərilməmişdir və qayınatası İddiaçı1 bildirmişdir ki, “Ağ saray” şadlıq sarayının sahibi ilə onun arasında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi məclisi üçün xidmət haqqının ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində müqavilə bağlanılmışdır. Həmçinin də xx.xx.2021-ci il tarixində qayınatası ilə restoran sahibi arasında “şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair” iltizamnamə bağlanıldığını İddiaçı1 bildirmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3-cü bəndindən də göstərilmişdir ki, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə xx.xx.2021-ci il tarixindən icazə verilmişdir. Həmin Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3.6-cı bəndind də göstərilmişdir ki, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndi də göstərilmişdir ki, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Beləliklə yuxarıda qeyd olunun Nazirlər Kabinetinin qərarından belə görünür ki, şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibinin vəzifəsidir. Şənlik mərasiminin sahibinin vəzifəsidə sadəcə olaraq ondan ibarətdir ki, NK-nin qərarına uyğun olaraq tərəflər arasında bağlanılmış iltizamnaməni imza etməkdir ki, həmin iltizamnamə də İddiaçı1 X14 tərəfindən imzalanmışdır. Bundan sonra qeyd olunan iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilməsi artıq şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən həyata keçirilməli idi. Yəni məsuliyyət artıq şənlik mərasiminin keçirildiyi məkanın sahibinin üzərində idi. Toy şənliyinində “icaze.e-gov.az” portalına daxil edilibedilməməsinə nəzarəti vergi orqanın əmək məzuniyyətində olan işçisi tərəfindən də həyata keçirilmir. Belə ki, İddiaçı1 həmin vaxtlarda əmək məzuniyyətində olmuş və Əmək Məcəlləsinin tələblərinə əsasəndə işçi əmək məzuniyyətində olduqda tərəfindən əmək funsiyalarının icra edilməsi mümkün deyildir. Ona görə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin x) hissəsinə əsasən hər il əmək məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək İddiaçı1 hüququdur və iddiaçıda həmin hüququndan istifadə etmişdir. Yəni toy şənliklərinin “icaze.e.gov.az” portalına işlənilibişlənilməsinə nəzarət edilməsi Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və X2 birgə həvalə edilsə də, sözügedən nəzarət bilavasitə həmin dövlət qurumların məzuniyyətdə olan əməkdaşların deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşların vəzifə səlahiyyətlərinə aiddir. Lakin hal-hazırda Dövlət Vergi Xidməti tərəfindən vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyini qeyd etməsinə əsaslanaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən onun işinə xitam verilməsi qanunvericiliyin tələblərinə əsasən də qanuna ziddir. Çünki İddiaçı1 həmin şənlik mərasimində toy sahibi olmamışdır, həmin şənlik mərasiminin sahibi onun qayınatası olmuşdur.Tərəflər arasında da iltizamnamə bağlanıldığı təqdirdə şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın sahibinin vəzifəsi hesab edilmişdir. Eyni zamanda da İddiaçı1 həmin vaxtda məzuniyyət hüququndan istifadə edərək, əmək məzuniyyətində olmuşdur. Bu da onu göstərir ki, İddiaçı1 əməlində ƏM-nin 70-ci maddəsinin “ç” bəndində və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində göstərilən hallar aşkar olunmur. Ona görə ki, əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindən belə görünür ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 5-ci bəndində də qeyd edilmişdir ki, xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Odur ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq bildiririk ki, İddiaçı1 əməlində Əmək Məcəlləsinin 71-ci maddəsinin 2ci hissəsi, Əsasnamənin 46-cı maddəsi və 75-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallar aşkar edilmir. Ona görə ki, baş verən hadisədən İddiaçı1 hansı növ xidməti intizam qaydasının pozulması qanunvericilik normalarına əsasən müəyyən edilməmişdir. Həmçinin də Dövlət Vergi Xidmətinin Aparatının Hüquq baş idarəsinin avis proqramı vasitəsi ilə verdiyi dərkənarında da müəyyən edilməmişdir. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmr xx.xx.2021-ci il tarixində saat 18:43 radələrində Hüquq baş idarəsinə razılaşdırılması üçün göndərilmiş və həmin baş idarənin rəisi Anar Rzayev tərəfindən həmin qəbul edilmiş əmrə xx.xx.2021-ci il tarixində saat 14:44 radələrində rəy verilmiş və rəydə də göstərilmişdir ki, əməkdaşın xidməti fəaliyyəti ilə bağlı olmayan hansısa bir qaydanı pozması həmin əməkdaşın xidmət intizam qaydasını pozması kimi qiymətləndirilə bilməz. Əməkdaşa intizam tənbeh tədbirinin tətbiqi hüquqi cəhətdə əsaslı deyildir. Eyni zamanda yenidən cavabdeh Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində saat 15:16 radələrində həmin əmrə rəy verilməsi üçün Hüquq baş idarəsinin rəisi Anar Rzayevə əmr göndərilmiş və Anar Rzayev tərəfindən yenidən həmin əmrə rəy verilərkən İddiaçı1 işdən azad edilməsinə hüquqi əsaslar mövcud olmadığı üçün daha yüngül intizam tənbehin verilməsi qeyd edilərək xx.xx.2021-ci il tarixində saat 15:27 radələrində bir daha rədd edilmişdir. Bundan sonra cavabdeh Dövlət Vergi Xidməti tərəfindən həmin əmr xx.xx.2021ci il tarixində saat 20:24 radələrində Hüquq baş idarəsinin rəisinə məlumat üçün göndərilmişdir. Beləliklə yuxarıda qeyd etdiyimiz hallardan da açıq-aşkar görünür ki, İddiaçı1 işdən azad edilməsi ilə bağlı Hüquq baş idarəsinin rəisi Anar Rzayev tərəfindən belə 2 dəfə eyni rəy verilsə də, cavabdeh Dövlət Vergi Xidməti qanunvericiliyin tələblərini pozmaqla İddiaçı1 işdən azad etmiş, Hüquq baş idarəsinin rəyini belə nəzərə almamış, İddiaçı1 işdən azad etməklə xx.xx.2021-ci il tarixində həmin əmri Hüquq baş idarəsinə rəy vermək üçün deyil, məlumat üçün göndərmişdir. Buradan da görünür ki, cavabdeh Dövlət Vergi Xidməti qanunvericiliyin tələblərini pozmaqla həmin aktı qəbul etmişdir. Eyni zamanda İddiaçı1 iş vaxtı ərzində iş yerində xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol versə idi, barəsində “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 49-cu maddəsində göstərilən hallar tətbiq edilməli idi ki, həmin hallarda İddiaçı1 tətbiq edilməmişdir. Belə ki həmin Əsasnamənin məzmunundan belə görünür ki, intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin cavabdeh Dövlət Vergi Xidməti tərəfindən toy şənliyin 11 iyul 2021-ci il tarixdə olmasına baxmayaraq iddia edildiyi pozuntu anından 1 aydan artıq müddət keçdikdən sonra (təxminən 3 ay) 11 oktyabr 2021-ci il tarixdə İddiaçı1 barəsində intizam tənbehi tədbiri görülmüşdür ki, bununla da yuxarıda qeyd edilən qanun normaların kobud pozuntusuna yol verilmişdir. Bu da onu göstərir ki, İddiaçı1 tətbiq edilən intizam tənbeh tədbiri hüquqi cəhətdən əsaslı deyildir və qanunvericiliyin tələbləri pozulmaqla tətbiq edilmişdir. Həmçinin AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində belə təsbit edilmişdir ki, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, işçi tərəfindən yalnız iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi nəticəsində həmin işçinin vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilər. Bundan başqa Dövlət Vergi Xidməti tərəfindən ikinci pozuntu halıda o olmuşdur ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində işə gəlmiş, lakin həmin gün işdə özünü pis hiss etdiyindən səhhətində müəyyən problemlər olduğundan, saat 10:00 radələrində işdə səhhəti ilə bağlı həkimə getdiyini bildirmiş və elə həmin vaxtda həkimdə “əmək qabiliyyətini itirməyilə” bağlı xəstəlik vərəqəsi açılmış və bununla bağlıda işlədiyi struktura xx.xx.2021ci il tarixindən bülletendə olduğunu bildirmişdir və “əmək qabiliyyətini itirməyilə” bağlı xəstəlik vərəqəsinidə işə qayıtdıqda təqdim edəcəkdir. Ona görə ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarında da göstərilmişdir ki, işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Dövlət Vergi Xidməti isə İddiaçı1 xx.xx.2021-ci il tarixindən “əmək qabiliyyətini itirməyilə” bağlı bülletendə olduğunu bildiyi halda onu xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixindən işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilər bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərdir, həmçinin də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasəndə vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Eyni zamanda Dövlət Vergi Xidməti digər pozuntu halınada yol vermişdir. Ona görə ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən xitam verilərsə işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həll edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsində də göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsində də göstərilmişdir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq qeyd edirik ki, iştirakı Dövlət Vergi Xidməti tərəfindən həmkarlar ittifaqı təşkilatının keçirilən iclasında İddiaçı1 iştirakı təmin edilməmiş və məsələni obyektiv araşdırmadan formal olaraq yazılı rəyini cavabdeh Dövlət Vergi Xidmətinə təqdim etmişdir. Bundan başqa İddiaçı1 vergi orqanlarında xidmətinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verildiyi “əmr edirəm” hissəsində qeyd edilsə belə, həmin əmrin qəbul edilmə tarixi xx.xx.2021-ci il göstərilmişdir. Bu halda həmin əmrin etibarlı olub-olmamasına dəlalət edir. Ona görə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda “müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər” göstərilir. Eyni zamanda həmin Maddənin 2-ci bəndində də qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Beləliklə sadalanan qanunvericilik normalarından da göründüyü kimi Dövlət Vergi Xidməti tərəfindən həmin əmrin tarixini işdən azad olunma tarixi deyil, xx.xx.2021-ci il tarix olaraq göstərilməsi ƏM-nin 84-cü maddəsinin tələblərinə əsasən də əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Ona görə ki, əmrin məzmunun da göstərilən tarix ilə əmrin qəbul edildiyi tarix arasında ziddiyyətli hallar olmamalıdır, əmək müqaviləsi ləğv edilən gün, ay, il hansı tarixdə göstərilibsə əmrin qəbul edildiyi gün, ay, ildə həmin tarixdə göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlirik ki, cavabdeh Dövlət Vergi Xidməti İddiaçı1 işdən azad olunmasına əsas olan əmr Əmək Məcəlləsinin və Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbləri pozulmaqla qəbul edildiyindən, həmin əmr (inzibati akt) qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Bundan başqa onu da qeyd edirik ki, Əmək Məcəlləsinin 300-cü maddəsindən də görünür ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunanların nəzərə alınaraq İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı1 əvvəlki vəzifəsinə işə bərpa edilməsi, İddiaçı1 məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X16 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2021-ci il tarixli **********164800 saylı Məzuniyyət haqqında Əmrin surətindən görünür ki, İddiaçı1 – kiçik vergi xidməti müşaviri - İN yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək xx.xx.2021-xx.xx.2022-ci iş ilinə görə 14 təqvim günü əsas, 3 təqvim günü əlavə (xidmət illərinə görə) cəmi 17 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyət dövrünə düşən 2 bayram gününü nəzərə almaqla xx.xx.2021-ci il tarixdən işə çıxmalıdır. İddiaçı1 məzuniyyətdə olduğu müddət ərzində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinin səlahiyyətləri həmin şöbənin dövlət vergi müfəttişi X7 həvalə edilmişdir. Müvafiq struktur bölməyə tapşırılmışdır ki, Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə uyğun olaraq İddiaçı1 bir aylıq vəzifə maaşı həcmində müavinətin ödənilməsini təmin etsin. İşdə olan Vergilər Nazirliyinin “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrdən məzmunundan və nəticə hissəsindən görünür ki, vergi orqanı əməkdaşı İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etməmiş, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirmişdir. İddiaçı1 yuxarıda sadalanan hərəkətləri ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” AR NK-nin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 2-ci abzasının, “Dövlət Vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1 və 3.2.2-ci yarımbəndlərinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.2-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan əməkdaşın vergi orqanlarına xidmətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmiş hesab edilməsi əmr edilmişdir. “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrin təsdiq olunmuş surəti İddiaçı1 tərəfindən xx.xx.2021-ci il tarixində əmrə imza edilməklə Dövlət Vergi Xidmətindən təhvil almışdır. İşdə olan ИТ-İ ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi müfəttişi vəzifəsindən azad edilmişdir. İşdə olan “Əmək qabiliyyətinin olmaması” barədə vərəqədən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzinə çağırış etmiş və ona “Hiporteniya xəstəliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixinədək SN 00007 seriyalı ******* nömrəli xəstəlik vərəqəsi verilmişdir. İddiaçı1 işə başlama tarixi xx.xx.2021-ci il göstərilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi E.Əlizadə tərəfindən “Əmək qabiliyyətinin olmaması” barədə vərəqə xx.xx.2021-ci il tarixində imza edilməklə təhvil alınmışdır. İşdə olan “Mediland Hospital” Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0551 nömrəli tibbi arayışından görünür ki, İddiaçı1 prostatit xroniki pelvik ağrı sendromu diaqnozu ilə ambulator müalicə təyin edilmişdir. Qeyd hissəsində göstərilmişdir ki, kəskin pelvik ağrı səbəbi ilə xəstənin evdə istirahəti uyğundur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE 09741652 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X9 xx.xx.1956-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan “Ağ Saray” Şadlıq Sarayının xx.xx.2021-ci il tarixli məlumat vərəqəsindən görünür ki, X23 sarayında göstərilən şərtlərlə tanış olması və razı olduğu ilə məlumat vərəqəsini imzalamışdır. İşdə olan Lənkəran şəhəri “Ağ Saray” Məişət evin rəhbəri cənab Ə.Ağayevə xx.xx.2021-ci il tarixində təqdim edilmiş ərizədən görünür ki, X9 nəvəsi Mehri xanımın toy Şənliyinin keçirilməsindən ötrü xx.xx.2021-ci il tarixində “Məişət evi”nin ona xidmətə verməsini xahiş etmişdir. İşdə olan Lənkəran şəhəri “Ağ Saray” (Cenub) Məişət Evinin rəhbəri X18 ilə X9 arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi məclisi üçün xidmət haqqının ödənilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılmışdır və Mülki Məcəlləyə əsasən hər iki tərəf arasında müqavilədə nəzərdə tutulan öhdəliklər götürülmüşdür. İşdə olan öhdəlik götürən şəxs - X18 ilə öhdəlik götürən şəxs X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair” iltizamnamədən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində keçiriləcək şənlik mərasimi zamanı “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə əməl etməyi öhdələrinə götürmüşlər və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə AR qanunvericiliyinə uyğun olaraq müştərək məsuliyyətə cəlb olunacağları barədə məlumatlandırmışlar. İltizamnaməni öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş X10 ərizəsindən görünür ki, X18 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Şadlıq Sarayında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi ilə bağlı X9 ilə xx.xx.2021-ci il tarixində müqavilə bağladılar və həmin müqaviləni öz imzaları ilə təsdiq etdilər. Həmçinin də bildirir ki, şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair onunla toy sahibi X9 arasında iltizamnamə imzalanmaqla, həmin iltizamnaməni öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra həmin iltizamnaməni “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirməyə çalışsalarda sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyini “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirilməsi tərəflərindən mümkün olmamışdır. Eyni zamanda qeyd edir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyi ilə bağlı nə danışıqlarda, nə də ki müqavilə bağlayarkən heç bir iştirakı olmayıbdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli **********629600 nömrəli məktubunda qeyd edilmişdir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 150 nəfərə qədər şəxsin iştiraki ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVlD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin Qərarının icrası ilə ələqadar bu sahədə fəaliyyətin çevik və koordinasiyalı şəkildə tənzimlənməsi, İqtisadiyyat Nazirliyi üzrə aidiyyəti və zəruri əlaqələndirmə işlərinin həyata keçirilməsi məqsədilə İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun 26 iyul 2021-ci il tarixli F-101 nömrəli "COVlD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə vaksinasiya və immunizasiya vəziyyətina nəzarət haqqında” əmri ilə İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxslərindən ibarət müvafiq Komissiya yaradılmışdır. Həmin əmrlə Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının 2.5-3.9-cu yarımbəndinə əsasən hayata keçirilən monitorinqlərdə Xidmətin aidiyyəti əməkdaşlarının iştiraki üçün müvafiq tədbirlərin görülmesi Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 150 nəfərə qədar şəxsin iştiraki ilə təşkil olunan şənlik merasimlərində koronavirus (COVlD-19) infeksiyasının idare olunması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birgə monitorinqlər həyata keçirilir. Müraciətinizdə qeyd edilən X18 ********** VÖEN ilə 6 saylı Ərazi Vergiler Baş idarəsinde uçotdadır. Ona məxsus Lənkaran şəhərinda yerləşən, vergi orqanında “CƏNUB ŞADLİQ SARAYİ” adı ilə təsərrüfat subyekti kimi **********-26001 nömrəli obyekt kodla 6 saylı Ərazi Vergilər Baş İdarəsinde qeydiyyata alınmışdır. Həmin şadlıq sarayında xx.xx.2021-ci il tarixdə keçirilmiş şənlik mərasimi barədə malumatlar “icaze.e-gov.az” portalına daxil edilməmişdir. Elektron Hökumətin inkişafı Mərkəzindən real vaxt rejimindən əldə edilmiş məlumatlara əsasən fərdi sahibkar X18 2021-ci ilin 12 iyul tarixdən etibarən onun **********-26001 kodlu “X26” adlı obyektdə keçirilmiş ümumilikdə 89 tədbir barədə malumatlar qanunamüvafiq qaydada “icaze.egov.az” portalında qeydiyyata alınmışdır. Vergi ödəyicisinə məxsus “CƏNUB ŞADLİQ SARAYİ” adlı təsərrüfat subyektinde (obyektinde) 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1050 nömrəli qerarına əsasən operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı Vergi Mecellesinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilərək 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə göndərdiyi İddiaçı1 iddiasına dair etirazında qeyd edilmişdir ki, etirazında qeyd edilmişdir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 5000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, iddia tələbi rədd edilməlidir. Bildiririk ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdə 6 saylı Ərazi Vergilər İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin sabiq dövlət vergi müfəttişi olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı1 vergi orqanlarında xidmətinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İddiaçının ərizəsi ilə bağlı bildiririk ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2021 -ci il 26 may tarixli 151 nömrəli Qərarının tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Araşdırma zamanı İddiaçı1 övladının toy şənliyinin 11 iyul 2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ağ saray” şadlıq sarayında keçirildiyi, həmin şənlik barədə məlumatın Dövlət Vergi Xidmətinə göndərilmiş məlumatlarda əksini tapmadığı, yəni toy şənliyinin “icaze.e-gov.az” portalına işlənilmədən, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla keçirildiyi müəyyən edilmişdir. Sorğu zamanı özünü qeyri-səmimi apararaq övladının toy şənliyinin qayınatası X9 tərəfindən keçirildiyini və onun tərəfindən toy şənliyinin keçirilməsinə heç bir köməklik göstərilmədiyini iddia edən sabiq dövlət vergi müfəttişi İddiaçı1 təqdim etdiyi yazılı izahatında araşdırma predmeti üzrə sualların əksəriyyətini intizam məsuliyyətindən yayınmaq məqsədilə yanlış cavablandırsa da, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirilən tədbirlərdə vergi orqanı əməkdaşı kimi 2-3 dəfə iştirak etdiyini etiraf etmişdir. Dövlət vergi orqanları bilavasitə bu işlərə nəzarət edən qurum olduğu halda, vergi orqanı əməkdaşı olan İddiaçı1 öz övladının toy şənliyini müvafiq tələbləri pozmaqla keçirərək şənlik mərasimi keçirən vergi ödəyicisinin Azərbaycan Respublikasi Nazirlər Kabinetinin məlum qərarının tələblərinə riayət etməsinə nəzarəti təmin etməmiş və həmin vergi ödəyicisinin məlum tələbləri pozmasına şərait yaratmışdır. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində bildirilir ki, əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalı, dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Vergi orqanı əməkdaşlarının, o cümlədən İddiaçı1 öz yaxın qohumlarına Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2021 -ci il 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla toy şənlikləri keçirmələri yerli sakinlərin narazılığına və bu barədə Dövlət Vergi Xidmətinə şikayət etmələrinə səbəb olmaqla ictimaiyyət arasında vergi orqanlarının nüfuzuna xələl gətirmişdir. İddiaçı1 barəsində aparılmış araşdırmanın nəticələri xx.xx.2021-ci il tarixli **********440100 nömrəil xidməti məruzə ilə rəsmiləşdirilmiş, yol verdiyi nöqsanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq, Xidmətin xx.xx.2021 -ci il tarixli **********019400 nömrəli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İddiaçı1 iddia ərizəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ağ Saray” şadlıq sarayında onun qızı üçün keçirilmiş toy şənliyi onun X14 tərəfindən təşkil edilmiş və onun tərəfindən məclisin keçirilməsində heç bir köməklik göstərilməmişdir. Həmçinin X14 ilə şadlıq sarayının sahibi xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdır. İddiaçı Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.5-3.7-cı bəndinə istinad edərək şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməli olduğunu, bununla bağlı bütün məsuliyyətin məkan sahibinin üzərində olduğunu bildirmiş və buna sübut olaraq məhkəməyə müqavilənin və iltizamnamənin surətlərini təqdim etmişdir. Lakin qeyd etməliyik ki, cavabdehin müqavilənin və iltizamnamənin həqiqiliyinə dair əsaslı şübhələri yaranmışdır. İlk növbədə qeyd etməliyik ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1 -ci maddəsinə əsasən isə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İddiaçının isə məhkəməyə sübut qismində təqdim etdiyi müqavilədə məkan sahibi olan X10 iradə ifadəsini əks etdirən hər hansı əlamət mövcud deyildir. Belə ki, uçot baza məlumatlarına əsasən X18 ********** VÖEN ilə 6 saylı Ərazi Vergilər Baş idarəsində uçotdadır və ona məxsus “X26” təsərrüfat subyekti **********-26001 obyekt kodu ilə qeydiyyata alınmışdır. Lakin iddiaçının təqdim etdiyi müqaviləyə nəzər saldıqda görərik ki, obyekt sahibi olan fərdi sahibkara aid rekvizitlərin (VÖEN, obyektin ünvanı, kodu) heç biri əks olunmamış, məkanın adı onun rəsmi adı ilə deyil ticarət adı ilə qeyd olunmuş və eyni zamanda X10 vəsiqə məlumatları da göstərilməmişdir. Həmçinin müqavilədə yalnızca tərəflərin adları, soyadları, ata adları qeyd olunmuş, lakin X18 adından çəkilmiş imza onun daha öncə vergi orqanına təqdim etdiyi ərizə və müraciətlərində çəkilmiş imzalarla eynilik təşkil etmir (imza nümunələrini əks etdirən sənədlərin surətləri əlavə olunur). Həmçinin iltizamnamənin surətinə də nəzər saldıqda eyni hallar təkrar müşahidə olunur və həmin sənədlərin “xidməti göstərən” fərdi sahibkar Ə.H.Ağayev tərəfindən deyil “xidmət alan” tərəfindən doldurulması yuxarıda qeyd olunan şübhəli məqamların əsassız olmamasını bir daha göstərir. Əks halda belə bir sual yaranır ki, əgər X11 ilə şadlıq sarayının sahibi olan X18 arasında xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizam namə imzalanmışdırsa, o halda nəyə görə fərdi sahibkar Ə. H. Ağayev həmin sənəd və məlumatları “icaze.e-gov. az” portalına daxil etməmişdir. Halbuki vergi orqanlarında olan hesabat məlumatlarına əsasən fərdi sahibkar X18 2021-ci ilin iyul ayı ərzində onun təsərrüfatında olan **********- 26001 kodlu “X26” adlı obyektdə ümumilikdə bundan əlavə 20 tədbir keçirilmiş və onların hər biri qanunamüvafiq qaydada “icaze.e-gov.az” portalında qeydiyyata alınmışdır (hesabat cədvəli etiraza əlavə olunur). İddiaçının məhkəməni yanıltmaq məqsədi ilə təqdim etdiyi bir digər dəlil isə xəstəlik vərəqəsi olmuşdur. Belə ki, İddiaçı1 öz iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə işə gəlmiş, lakin həmin gün səhhətində müəyyən problemlər olduğundan həkimə getmiş və həmin vaxtda “əmək qabiliyyətinin müvəqqəti itirilməsi” ilə bağlı xəstəlik vərəqəsi açılmış, xəstəlik vərəqəsini isə işə qayıtdıqdan sonra təqdim edəcəkdir. Həmçinin iddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin onun xx.xx.2021-ci il tarixdən “əmək qabiliyyətinin itirilməsi” ilə bağlı bülletendə olduğunu bildiyi halda onu xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən işdən azad etdiyini biidirmişdir. Bununla bağlı bildirməliyik ki, Dövlət vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrin qəbul edildiyi tarixədək İddiaçı1 tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə xəstəlik vərəqəsi iddia ərizəsinə sübut qismində əlavə olunmuşdur. Lakin həmin sənədə nəzər saldıqda onun qanunamüvafiq qaydada tərtib edildiyinə və həqiqəti əks etdirdiyinə dair əsaslı şübhələr yaranır. Belə ki, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən təqdim edilmiş SN 00007 seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsinə” əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirməsi səbəbi ilə işdən azad edilmiş, daha sonra həmin müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iki dəfə uzadılmışdır. Sənəddə müvafiq tibb müəssisəsinin möhürü, həkim-terapevtin imzası, həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının möhürü və daha sonra 6 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması şöbəsinə xx.xx.2021-ci il tarixdə təqdim edildiyinə dair qeyd, müvafiq strukturun möhürü və rəhbərinin imzası əks olunmuşdur. ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” xx.xx.1993-cü il tarixli 9 nömrəli Qərarının 2 nömrəli Əlavəsinin 2-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Həmin Əlavənin 7-8-ci bəndlərinə əsasən Həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər, əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. İddiaçının isə təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən onun işdən azad olunma vaxtı ikinci dəfə 6 gündən artıq müddətə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, həkim-məsləhət komissiyasının möhürü vurulmuş lakin komissiyanın üzvləri və sədr tərəfindən imzalanmalı olduğu təqdirdə müvafiq bölmələr imzalanmamışdır. Bu hal isə öz növbəsində iddiaçının əmrin qəbul olunduğu tarixə, yəni xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətinin olmamasını təsdiq təsdiq edilmədiyini göstərir. Bir sözlə, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən İddiaçı1 təqdim edilmiş SN 00007 seriyalı ******* nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin iş üzrə mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Göründüyü üzrə iddiaçı, İddiaçı1 barəsindən tətbiq olunmuş intizam tədbirinin nəticələrini aradan qaldırmaq və məsuliyyətdən boyun qaçırmaq məqsədilə məhkəməyə yanlış məlumatlar təqdim etmişdir. Bununla yanaşı iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə səhhəti ilə bağlı işə gəlmədiyini və bu barədə işlədiyi yer üzrə məlumatın verildiyini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Əks halda, əgər iddiaçı xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmiş və xəstəlik vərəqəsini işə qayıtdıqdan sonra təqdim edəcəkdirsə, o zaman nəyə görə həmin vərəqə işlədiyi 6 saylı Ərazi Vergilər İdarəsinə işə qayıtmalı olduğu xx.xx.2021-ci il tarixdə deyil xx.xx.2021-ci il tarixdə təqdim etmişdir? İddiaçının əlavə olaraq sübut qismində təqdim etdiyi xx.xx.2021-ci tarixli “Mediland Hospitaldan alınmış” tibbi arayışa gəldikdə isə, bildiririk ki, NK-nin yuxarıda qeyd olunan qərarına əsasən həmin sənəd işçinin müvəqqəti olaraq əmək qabiliyyətinin itirməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Eyni zamanda həmin arayışda qeyd olunan “prostatit, xroniki pelvik ağrı sinromlu” diaqnozu ilə yuxarıda qeyd olunan xəstəlik vərəqəsindəki “KRX, hipertoniya xəstəliyi” diaqnozu eynilik təşkil etməmiş və həmin diaqnoz İddiaçı1 müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinə səbəb olmamışdır. Göründüyü kimi xəstəlik diaqnozları arasında fərqlərin olması da bu sənədlərin məqsədli şəkildə intizam tənbehindən yayınma üçün tərtib edildiyini deməyə əsas verir. Həmçinin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən pozuntuya yol verilmiş və həmkarlar ittifaqının keçirilən iclasında K.T. Əliyevin iştirakı təmin edilməmiş və məsələ obyektiv araşdırılmamışdır. Bununla bağlı qeyd etməliyik ki, Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Cavabdeh Dövlət Vergi Xidməti qeyd olunan normanın tələblərinə əməl edərək 6 saylı Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqı təşkilatına iştirakı ilə İddiaçı1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi ilə bağlı müvafiq qaydada müraciət etmişdir. Lakin iddia olunanın əksinə qanunvericilikdə həmkarlar ittifaqı təşkilatının iclasının keçirilmə qaydasına işəgötürən tərəfindən nəzarət etmək səlahiyyətinin olduğunu və ya əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulan işçinin həmin iclasda birbaşa iştirakını zəruri edən hər hansı norma nəzərdə tutulmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən 6 saylı Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqı təşkilatı ilə əlaqə saxlanılmış və əldə edilmiş məlumata əsasən təşkilat tərəfindən İddiaçı1 xx.xx.2021-ci il tarixdə həmkarlar ittifaqının iclasına dəvət edilmiş, lakin sonuncu həmin iclasda iştirak etməmişdir. Həmçinin iddiaçı Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə istinad edərək bildirmişdir ki, toy şənliyinin xx.xx.2021-ci il tarixdə keçirilməsinə baxmayaraq pozuntu anından bir aydan artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə İddiaçı1 barəsində intizam tənbehi tətbiq edilmişdir. Qeyd edək ki, həmin maddənin normasına əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər və işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 3-cü hissəsinə əsasən isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İddiaçı pozulduğunu iddia etdiyi müddəti isə intizam xətasını törədildiyi andan yəni xx.xx.2021-ci il tarixdən hesablamış və həmin maddənin 3-cü hissəsinin tələblərini nəzərə almadan cavabdeh tərəfindən Əmək Məcəlləsinin normalarının pozuntusuna yol verildiyi qənaətinə gəlmişdir. Halbuki İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə daxili araşdırmanın nəticəsi üzrə xx.xx.2021-ci il tarixli xidmət məruzə daxil olduqdan sonra bir aylıq müddət yekunlaşmadan xx.xx.2021-ci il tarixli əmrlə xitam verilmişdir. Göründüyü kimi qanunvericilikdə əmək müqaviləsinə xitam cavabdeh Dövlət Vergi Xidməti tərəfindən Əmək Məcələsinin hər hansı normasının pozuntusuna yol verilməmişdir və əmək müqaviləsinə xitam verilməsi əsassız olmamışdır. İddiaçı1 vergi orqanında işlədiyi halda qulluq mövqeyindən sui-istifadə etməsi, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləməsi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması, qanunpozuntusu hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi və həmin qanunpozuntusu halının iştirakçısı olması xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Beləliklə yuxarıda qeyd olunan hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə İddiaçı1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2ci, 3.2.2-ci, 3.10.1 -ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı1 Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Vergi Məcəlləsinin 31-ci maddəsinə əsasən həmin Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək və vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxsləri vəzifələrinə aid edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirməyə borcludurlar. Həmçinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.2-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalıdırlar. “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydalarının” 2.0.2-ci bəndinə əsasən isə əməkdaşların etik davranış qaydaları müəyyən edilərkən rəhbər tutulan dəyərlərdən biri vicdanlılıq və dürüstlükdür, yəni vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsidir. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Bununla yanaşı həmin Qaydaların 3.10.1-ci bəndinə görə əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır və 3.10.2-ci bəndinə görə əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur. Göründüyü kimi, İddiaçı1 yuxarıda sadalanan normalara əməl etməmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır. İddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı isə bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, inzibati orqanların ziyana görə məsuliyyətinin müəyyən edilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cu maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, sadalanan normaların tələblərinə görə maddi və mənəvi ziyanın kompensasiya edilməsi o halda mümkün ola bilər ki, maddi və mənəvi ziyan bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, iddiaçının qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi və mənəvi zərərinin vurulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçı ilk öncə cavabdeh Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə müraciət etdiyi işdən azad olunması ilə bağlı əmrin qanunsuz hesab edilməsi barədə iddia tələbi təmin edilməli idi, daha sonra ona vurulmuş maddi və ya mənəvi ziyanın bilavasitə həmin əmrin qəbul edilməsi zamanı baş verdiyi, qəbul edilmiş əmrlə vurulmuş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin olduğu və bu cür əmrin qəbul edilməsində cavabdeh orqanın təqsirinin mövcud olduğu təsdiq edilməli idi. Göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən cavabdehin iddia ərizəsinə dair təqdim etdiyi etiraza xx.xx.2022-ci il tarixli mülahizədə qeyd edilmişdir ki, İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı1 əvvəlki vəzifəsinə işə bərpa edilməsi, İddiaçı1 məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı1 cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 5.000 manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda isə cavabdeh iddiaya etiraz ərizəsi təqdim edərək, İddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda isə tərəfimizdən qeyd olunan etiraz ərizəsinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh AR İN yanında DVX-i etiraz ərizəsində İddiaçı1 sorğu zamanı yazılı izahatında araşdırma predmeti üzrə sualların əksəriyyətini intizam məsuliyyətindən yayınmaq məqsədilə yanlış cavablandırıldığını və özünü qeyri-rəsmi apardığını, AR NK-nin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının tələblərinə əməl olunmasına nəzarət məqsədilə keçirilən tədbirlərdə vergi orqanı əməkdaşı kimi 2-3 dəfə iştirak etdiyini etiraf etdiyini qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı1 sorğu zamanı ona verilən suallara cavabını həqiqətə uyğun cavablandırmaqla izahatında bildirmişdir ki, İddiaçı1 qayınatası ona ilk nəvəsinin toyunu özü edəcəyini söylədiyinə görə qızının xeyir işi ilə əlaqədar xx.xx.2021-ci il tarixində Lənkəran rayonu, Osaküçə kəndində yerləşən “Cənnət Xıll” restoranında təxminən 30 nəfər iş yoldaşlarına qonaqlıq vermiş, Baş İdarənin rəisi Namiq Bağırov qonaqlığa gələrək pul yazdırıb getmiş, həmin məclisdə videoçəkiliş və musiqiçilər olmamış, bəy və gəlin iştirak etməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində yerləşən “Ağ Saray” X17 Əliyevin X14 tərəfindən onun qızına toy şənliyi təşkil edilmiş, özü tərəfindən həmin toy şənliyinə heç bir köməklik göstərilməmişdir. X14 İddiaçı1 bildirmişdir ki, “Ağ Saray” Şadlıq Sarayının sahibi ilə onun arasında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi məclisi üçün xidmət haqqının ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində müqavilə bağlanılmışdır. Həmçinin də İddiaçı1 xx.xx.2021-ci il tarixində qayınatası ilə restoran sahibi arasında “şənlik mərasimlərinə koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair” iltizamnamə bağlanıldığını söyləmişdir. Toy şənliyi barədə məlumatların “icaze.e-gov.az” portalına işlənilməməsi səbəblərini vergi orqanına bilmədiyini söyləmişdir. Eyni zamanda qeyd edirik ki, xx.xx.2022-ci il tarixində notarial qaydada təsdiq edilmiş ərizədə belə Şadlıq Sarayının sahibi X18 ərizəni öz imzası ilə təsdiq etməklə də bildirmişdir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyi ilə bağlı nə danışıqlarda, nə də ki müqavilə bağlayarkən heç bir iştirakı olmayıbdır. Göründüyü kimi İddiaçı1 izahatı qeyri-rəsmi və yanlış cavablandırılmamışdır, olduqca düzgün və əsaslar olmaqla cavablandırılmışdır. Belə ki, tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən, həmçinin də notarial qaydada təsdiq edilmiş ərizədən belə müəyyən edilir ki, İddiaçı1 izahatı həqiqətə uyğun olmaqla düzgünlüyü əks etdirir və İddiaçı1 xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyi ilə bağlı hər hansı bir köməyi olmamışdır. Digər tərəfdən DVX-i etiraz ərizəsində qeyd etmişdir ki, dövlət vergi orqanları bilavasitə bu işlərə nəzarət edən qurum olduğu halda, vergi orqanı əməkdaşı olan İddiaçı1 öz övladının toy şənliyini müvafiq tələbləri pozmaqla keçirərək, şənlik mərasimi keçirən vergi ödəyicisinin AR Nazirlər Kabinetinin məlum qərarının tələblərinə riayət etməsinə nəzarəti təmin etməmiş və həmin vergi ödəyicisinin məlum tələbləri pozmasına şərait yaratmışdır. Diqqətinizə çatdırmağı vacib hesab edirik ki, yuxarıda qeyd etdiyimiz kimi İddiaçı1 övladının toyunun təşkilini onun X14 edirdi, iddiaçının özü tərəfindən həmin toy şənliyinə heç bir köməklik göstərilmirdi. Həmin toy şənliyinin sahibi iddiaçının qayınatası X9 idi. AR Nazirlər Kabinetinin məlum qərarına əsasən də şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibinin vəzifəsi idi. Şənlik mərasiminin sahibinin vəzifəsidə sadəcə olaraq ondan ibarət idi ki, NK-nin qərarına uyğun olaraq tərəflər arasında bağlanılmış iltizamnaməni imza etməkdir ki, həmin iltizamnamə də İddiaçı1 X14 tərəfindən imzalanmışdır. Çünki həmin toyun sahibi iddiaçının qayınatası idi və şadlıq sarayının sahibi ilə onun arasında toy şənliyi məclisi üçün xidmət haqqının ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində müqavilə bağlanılmışdır. Qeyd olunan iltizamnamənin “icaze.egov.az” portalına daxil edilməsi artıq şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən həyata keçirilməli olduğu üçün bununla bağlı şənlik mərasiminin keçirildiyi məkanın sahibi X18 tərəfindən ərizə yazılaraq, xx.xx.2022-ci il tarixində notarial qaydada təsdiq edilməklə, həmin ərizədə göstərilmişdir ki, həmin iltizamnaməni “icazə.e-gov.az” portalından qeydiyyatdan keçirməyə çalışsalar da sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyini “icaze.e-gov.az” portalından qeydiyyatdan keçirilməsi Şadlıq Sarayı tərəfindən mümkün olmamışdır. Bildirilir ki, dövlət vergi orqanları bilavasitə bu işlərə nəzarət edən qurum olduğu halda, vergi orqanı əməkdaşı olan İddiaçı1 öz övladının toy şənliyini “icaze.e-gov.az” portalına daxil edilibedilməməsinə nəzarəti o zaman həyata keçirə bilərdi ki, həmin tarixlərdə İddiaçı1 əmək məzuniyyətində olmasın. Belə ki, diqqətinizə çatdırılır ki, toy şənliyinin “icaze.e-gov.az” portalına daxil edilib-edilməməsinə nəzarəti Dövlət Vergi orqanın əmək məzuniyyətində olan işçisi həyata keçirmir. İddiaçı1 həmin vaxtlarda əmək məzuniyyətində olmuş və Əmək Məcəlləsinin tələblərinə əsasəndə işçi əmək məzuniyyətində olduqda tərəfindən əmək funsiyalarının icra edilməsi mümkün deyildir. Ona görə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin x) hissəsinə əsasən hər il əmək məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək İddiaçı1 hüququdur və iddiaçıda həmin hüququndan istifadə etmişdir. Yəni toy şənliklərinin “icaze.e.gov.az” portalına işlənilibişlənilməsinə nəzarət edilməsi Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və X2 birgə həvalə edilsə də, sözügedən nəzarət bilavasitə həmin dövlət qurumlarının məzuniyyətdə olan əməkdaşlarının deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşların vəzifə səlahiyyətlərinə aiddir. Eyni zamanda etiraz ərizəsində göstərilmişdir ki, vergi orqanı əməkdaşlarının, o cümlədən İddiaçı1 öz yaxın qohumlarına AR NK-nin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının müvafiq bəndlərinin tələbləri pozulmaqla toy şənlikləri keçirmələri yerli sakinlərin narazılığına və bu barədə DVX-nə şikayət etmələrinə səbəb olmaqla ictimaiyyət arasında vergi orqanlarının nüfuzuna xələl gətirmişdir və İddiaçı1 barəsində aparılmış araşdırmanın nəticələri xx.xx.2021-ci il tarixli **********440100 nömrəli xidməti məruzə ilə rəsmiləşdirilmiş, yol verdiyi nöqsanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq, vergi orqanlarında xidmətinə xitam verilmişdir. Diqqətinizə çatdırılır ki, yuxarıda qeyd edilmişdir ki, toy şənliyinin keçirilməsi yerli sakinlərin narazılığına səbəb olmuşdur. Belə ki, əgər həmin keçirilən toy şənliyi yerli sakinlərin narazılığına səbəb olmuşdursa bu barədə şənlik mərasiminin keçirildiyi məkanın sahibi Əli Ağayev barəsində qanunvericilikdə nəzərdə tutulan tədbir görülərdi ki, belə bir tədbir görülməmiş və inzibati məsuliyyətə cəlb edilməmişdir. Hətta məhkəmə tərəfindən DVX-nə göndərilmiş xx.xx.2022-ci il tarixli 2-1(120)-523/2022 nömrəli müraciətə cavab olaraq da bildirilmişdir ki, vergi ödəyicisi X12 məxsus “X26” adlı təsərrüfat obyektində 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1050 nömrəli qərarına əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilərək 2000 manat məbləğində saksiyası tətbiq edilmişdir. Göründüyü kimi toy şənliyinin keçirilməsi yerli sakinlərin narazılığına səbəb olsa idi, şənlik mərasiminin keçirildiyi məkanın sahibi Əli Ağayev barəsində hər hansısa tədbir görülərdi ki, onun barəsində xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində keçirilən toy şənliyi ilə bağlı hər hansısa tədbir görülməmişdir. Həmçinin də bildirilir ki, K.X28 Xidmətində işlədiyi müddətlərdə daim işində nöqsansız çalışmış, işini yüksək səviyyədə yerinə yetirmişdir. Bildirilir ki, əmək məzuniyyətində olan vergi əməkdaşı İddiaçı1 xidməti fəaliyyəti ilə bağlı olmayan hansısa bir qaydanı pozması həmin əməkdaşın xidməti intizam qaydasını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən də vergi əməkdaşı İddiaçı1 intizam tənbeh tədbirinin tətbiqi hüquqi cəhətdən də əsaslı deyildir. Çünki İddiaçı1 həmin toy şənliyinin sahibi deyildir və əmək qanunvericiliyinə əsasən əmək məzuniyyəti hüququndan istifadə etməklə əmək məzuniyyətində olmuşdur. Bu hal da ona dəlalət edir ki, xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək məzuniyyətində olan vergi əməkdaşı İddiaçı1 qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmişdir. Bundan başqa etiraz ərizəsində göstərilmişdir ki, müqavilənin və iltizamnamənin həqiqliyinə dair əsaslı şübhələr yaranmışdır. Məhkəməyə sübut qismində təqdim edilən müqavilədə məkan sahibi olan Əli Ağayevin iradə ifadəsini əks etdirən hər hansı əlamət mövcud deyildir. Uçot baza məlumatlarına əsasən Əli Ağayev ********** VÖEN ilə 6 saylı Ərazi Vergilər Baş idarəsində uçotdadır, ona məxsus “X26” **********-26001 obyekt kodu ilə qeydiyyata alınmışdır. Müqavilədə obyekt sahibi olan fərdi sahibkara aid rekvizitlərin keç biri əks olunmamış, məkanın adı onun rəsmi adı ilə deyil ticarət adı ilə qeyd olunmuş, vəsiqə məlumatları göstərilməmiş, Ə.Ağayevin adından çəkilmiş imza onun daha öncə vergi orqanına təqdim etdiyi ərizə və müraciətlərində çəkilmiş imzalarla eynilik təşkil etmir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülki qanunvericiliyinə əsasən tərəflər arasında müqavilə bağlanılarkən, həmin müqavilə tərəflər arasında olan şərtlərə əsasən bağlanılır. Həmin xx.xx.2021-ci il tarixli müqaviləyə də nəzər saldıq da aydın şəkildə görünür ki, həmin müqavilə tərəflər arasında olan şərtlərə əsasən bağlanılmışdır. Müqavilənin adı, bağlanıldığı vaxtı və yeri, tərəflərin adları, müqavilə barədə ümumi anlayış, müqavilənin predmeti, müqavilənin qüvvədə olduğu vaxtı, tərəflərin hüquqları, vəzifələri, məsuliyyəti və sair göstərilmişdir. Bildirilir ki, X18 fiziki şəxs qismində 6 saylı Ərazi Vergilər Baş idarəsində fərdi sahibkar kimi ********** VÖEN nömrə ilə qeydiyyata alınmış və bununla da Lənkəran şəhərində yerləşən Şadlıq Sarayında toy şənlikləri keçirməklə fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2021-ci il tarixində keçirilən toy şənliyinin adının “Ağ Saray” Şadlıq Sarayı olması qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Vergi məcəlləsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi fəaliyyət növüdür və həmin şəxs özünə əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlərin görülməsindən və ya xidmətlər göstərilməsindən ibarət fəaliyyət növü seçə bilər. Həmçinin bildirilir ki, Məhkəməyə sübut qismində təqdim edilən müqavilədə çəkilən imza X12 məxsus olmaqla öz həqiqliyini təsdiq edir. Belə ki, Lənkəran rayon notariat ofisinin xüsusi notariusu X1 Əli Hacıağa oğlunun imzasının həqiqliyini özünün iştirakı ilə notarial qaydada təsdiq etmişdir və həmin notarial qaydada təsdiq edilmiş ərizədə X18 tərəfindən bildirilmişdir ki, X18 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Şadlıq Sarayında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi ilə bağlı X13 ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlamışlar və həmin müqaviləni öz imzaları ilə təsdiq etmişlər, həmçinin də iltizamnamənidə imzalamaqla öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə etiraz ərizəsində qeyd edilmişdir ki, X11 ilə şadlıq sarayının sahibi X18 arasında xx.xx.2021-ci il tarixdə müqavilə və eyni zamanda “şənlik mərasimlərində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə dair” iltizamnamə imzalanmışdırsa, o halda nəyə görə fərdi sahibkar Ə.H.Ağayev həmin sənəd və məlumatları “icaze.e-gov.az” portalına daxil etməmişdir. Diqqətinizə çatdırmağı zəruri hesab edirik ki, həmin sənəd və məlumatları AR Nazirlər Kabinetinin məlum qərarına əsasən “icaze.e-gov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibinin vəzifəsi idi ki, bu hal da sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyini “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirilməsi fərdi sahibkar Əli Ağayev tərəfindən mümkün olmamışdır. Həmçinin cavabdeh DVX-i tərəfindən bildirmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrin qəbul edildiyi tarixədək İddiaçı1 tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Bununla bağlı bildirilir ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 nömrəli qərarına əsasən işçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. İddiaçı1 xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək qabiliyyətini itirdiyi müddətlərdə xx.xx.2021-ci il tarixində onu işdən işdən azad etmişlər. Əgər ki, İddiaçı1 işdən azad olunmasa idi qanunvericilikdə nəzərdə tutulduğu kimi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün İddiaçı1 xəstəlik vərəqəsini müəssisənin müdiriyyətinə təqdim edəcəkdi. Lakin İddiaçı1 əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətlərdə işdən azad edilməsi onun əmək qabiliyyətinin olmaması barədə vərəqəsinin müdiriyyətə vaxtında təqdim edilməsi mümkün olmamışdır. Belə ki, həmin əmək qabiliyyətinin olmaması barədə vərəqə Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində təhvil alınmışdır. Bundan əlavə DVX-i bildirmişdir ki, xəstəlik vərəqəsinə nəzər saldıqda onun qanunamüvafiq qaydada tərtib edildiyinə və həqiqəti əks etdirdiyinə dair əsaslı şübhələr yaranır. Diqqətinizə çatdırılaraq ilk növbədə qeyd olunur ki, cavabdeh iddiaçının vergi orqanlarında xidmətinə xitam verilməsi ilə nəticələnmiş “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə vermişdir ki, bu hal da qanunvericiliyin tələblərinə əsasən ziddir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasəndə vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixində Lənkəran Ailə Sağlamlıq Mərkəzinə çağırış etmiş və ona “Hiporteniya xəstəliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixinədək SN 00007 seriyalı № ******* saylı xəstəlik vərəqi verilmişdir. Bu hal da onu göstərir ki, cavabdehin bu mübahisələndirilən əmri iddiaçının xəstəliyi dövründə verməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Həmçinin də Dövlət Vergi Xidməti tərəfindən xəstəlik vərəqəsinin həqiqətə uyğun olmadığını göstərməsi, məhkəməni yanıltmaq məqsədli olması deməkdir. X30 Xidməti qanunvericiliyin tələblərini pozmaqla əmək qabiliyyətini müvəqqəti itirən işçini işdən azad etmişdir. Həmçinin cavabdeh DVX-i etiraz ərizəsində qeyd etmişdir ki, 6 saylı Vergilər Baş İdarəsinin Həmkarlar İttifaqı təşkilatı ilə əlaqə saxlanılmış və əldə edilmiş məlumata əsasən təşkilat tərəfindən İddiaçı1 xx.xx.2021-ci il tarixdə həmkarlar ittifaqının iclasına dəvət edilmiş, lakin sonuncu həmin iclasda iştirak etməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Bildirilir ki, Dövlət Vergi Xidməti Həmkarlar İttifaqının keçirilən iclasında İddiaçı1 iştirakını təmin etməməklə, qanunvericiliyə zidd olan qərar qəbul etmişdir. Belə ki, “X5” AR Qanunun 11-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən tərəfindən əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə razılıq verilməsi barədə təqdim edilmiş materiallar, həmkarlar ittifaqı təşkilatı tərəfindən qabaqcadan öyrənilməli, sonra məsələ bu təşkilatın kollegial orqanın iclasında müzakirəyə çıxarılmalıdır. Həmkarlar ittifaqı təşkilatının iclasında işəgötürənin nümayəndəsi, işdən çıxarılacağı təqdirdə işçinin özü, zəruri hallarda isə şahidlər, mütəxəssislər əvvəlcədən iclasın keçiriləcəyi yeri, vaxtı (il, ay, gün, saat) dəqiq göstərilməklə dəvət olunmalıdır. Qeyd olunur ki, İddiaçı1 ilə Həmkarlar İttifaqı təşkilatı əlaqə saxlamamış, onu həmkarlar ittifaqının iclasına dəvət etməmiş, iclasının keçiriləcəyi barədə qabaqcadan yazılı məlumat göndərməməklə, həmkarlar ittifaqının iclası İddiaçı1 iştirakı olmadan keçirilmişdir. Həmkarlar İttifaqı təşkilatının İddiaçı1 iclasın keçiriləcəyi barədə əlaqə saxlanıldığını iddia etməsi, sadəcə olaraq yazılı kağız üzərindədir. Çünki həmkarlar ittifaqı İddiaçı1 ilə əlaqə saxlasa idi və yaxud yazılı məlumat göndərsə idi, bu barədə sənədlər məhkəməyə sübut qismində təqdim olunardı ki, belə bir məlumat İddiaçı1 bildirilmədiyi üçün məhkəməyədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi iclasın (yığıncağın) keçirilməsi barədə işçi vaxtında xəbərdar edilməmişdirsə, habelə üzürlü səbəblərə görə iclasda iştirak edə bilməmişdirsə, iclasın keçirilməsi başqa vaxta keçirilməlidir. Lakin yuxarıda qeyd olunan hallara baxmayaraq, cavabdeh heç bir əsaslandıran sənəd təqdim etməsinə baxmayaraq həmkarlar ittifaqı bu məsələ üzrə heç bir araşdırma aparmayaraq, iclasın təyin olunması barədə iddiaçıya məlumat verməmiş, onu iclasa dəvət etməmiş, müraciətə obyektiv baxılması üçün iddiaçıdan məlumat, sənəd və ya izahat tələb etməmişdir. Bundan əlavə etiraz ərizəsində göstərilmişdir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər və işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Bununla bağlı bildirilir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək məzuniyyətində idi. İddiaçının məzuniyyət dövrünə düşən 2 günlük bayram nəzərə alınmaqla onun ilk iş günü xx.xx.2021-ci il tarixi günü hesab edilmişdir. Beləliklə əmək qanunvericiliyinin tələblərinə əsasən intizam tənbehi əmək məzuniyyətində olmayan işçiyə bir ay keçənədək verilməli olduğu təqdirdə verilməmiş, DVX-i etiraz ərizəsini həqiqətə uyğun olmayan hallarla əsaslandırmaqla kifayətlənmişdir. Belə ki, İddiaçı1 iş vaxtı ərzində iş yerində xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol versə idi, barəsində “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 49-cu maddəsində göstərilən hallar tətbiq edilməli idi ki, həmin hallarda İddiaçı1 tətbiq edilməmişdir. Belə ki həmin Əsasnamənin məzmunundan belə görünür ki, intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər. X21 Xidməti etiraz ərizəsində bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi və mənəvi zərərinin vurulmasını tələb edə bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin iddia etdiyi mənəvi zərərin vurulması tələbi tərəfimizdən məhkəməyə təqdim edilmiş sənədlərdən açıq-aşkar sübuta yetirilir və həmin sənədlər də görünür ki, İddiaçı1 mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işdə Dövlət Vergi Xidmətinin İddiaçı1 xidməti fəaliyyəti ilə bağlı olmayan toy şənliyinə görə işdən azad edilməsi, onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirilməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, ona mənəvi zərərin dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Qeyd olunanlara əsasən cavabdehin etirazının dəlilləri əsassız hesab edilməli və iddiaçının iddiası isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Göstərilənlərə əsasən, iş üzrə cavabdehin etirazının dəlilləri əsassız hesab etməklə, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, İddiaçı1 2000ci il tarixindən uzun müddət vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Vergilər Nazirliyinin xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmri ilə İddiaçı1 vergi orqanlarında xidmətinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir, cavabdehin nümayəndəsi isə iddiaya etiraz təqdim edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, İddiaçı1 tutduğu vəzifəsindən azad edilməsinə dair “İntizam tənbehi tədbirinin görülməsi barədə” xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmrində iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad edildiyi qeyd edilmiş və həmin əmrdə bunun əsası kimi İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, öz ailə üzvlərinə aid toy şənliklərinin “icaze.e-gov.az” portalına işlənilməsini təmin etmədiyi, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli Qərarının tələblərini pozaraq qadağan olunan şənlik mərasimləri keçirdiyi göstərilmişdir. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3-cü bəndinə əsasən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə xx.xx.2021-ci il tarixindən icazə verilmişdir. Həmin Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 151 nömrəli qərarının 2.5-3.6-cı bəndinə əsasən şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Həmin qərarın 2.5-3.7-ci bəndinə əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, X10 notarial qaydada təsdiq edilmiş ərizəsindən və izahatlardan məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad olunmasına səbəb kimi göstərilən toy məclisi iddiaçının qaynatası X9 tərəfindən keçirilmişdir. İş materiallarından göründüyü kimi, X9 nəvəsi Mehri xanımın toy Şənliyini xx.xx.2021-ci il tarixində “Məişət evi”ndə keçirilməsindən ötrü xx.xx.2021-ci il tarixində Lənkəran şəhəri “Ağ Saray” Məişət evin rəhbəri cənab Ə.Ağayevə ərizə təqdim etmiş və bununla da X18 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Şadlıq Sarayında xx.xx.2021-ci il tarixində keçiriləcək toy şənliyi və xidmət haqqının ödənilməsi ilə bağlı X9 ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlamışlar, həmin müqaviləyə əsasən, şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl edilməsinə dair X18 ilə toy sahibi X9 arasında iltizamnamə imzalanmış və qeyd olunan imzalarının həqiqiliyini X18 məhkəməyə ünvanladığı ərizəsində notarial qaydada təsdiq etdirmiş və həmin ərizədən müəyyən edilmişdir ki, X18 ilə toy sahibi X9 arasında imzalanmış iltizamnaməni “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirməyə çalışsalarda sistemdə olan texniki nasazlıqlar səbəbindən xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyinin “icaze.-e-gov.az” portalından qeydiyyatdan keçirilməsi tərəflərindən mümkün olmamışdır. İddiaçı1 xx.xx.2021-ci il tarixində keçirilmiş toy şənliyi ilə bağlı nə danışıqlarda, nə də ki müqavilə bağlayarkən heç bir iştirakı olmayıbdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, qanunvericiliyin tələbi baxımından və işin hallarından görünür ki, şənlik mərasiminin keçirilməsi barədə məlumatı “icaze.egov.az” portalına daxil etmək şənlik mərasimi keçirilən məkanın və müəssisənin sahibi X10 vəzifəsidir. X4 isə vəzifəsi sadəcə olaraq tərəflər arasında bağlanılmış iltizamnaməni imzalamaqdır ki, həmin iltizamnamədə Vaqif Kərimov tərəfindən imzalanmışdır. Hazırda isə Vergilər Nazirliyinin həmin iltizamnamənin “icaze.e-gov.az” portalına daxil edilibedilməməsinə nəzarəti vergi orqanı əməkdaşı İddiaçı1 nəzarət etməli olduğu halda nəzarət etməməsinə əsaslandırması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Ona görə ki, İddiaçı1 həmin şənlik mərasimində toy sahibi olmamışdır, həmin şənlik mərasiminin sahibi onun qayınatası X9 olmuşdur. Belə ki, İddiaçı1 işdən azad olunmasına səbəb olan toy şənliyi xx.xx.2021-ci il tarixində Lənkəran şəhərində “Ağ Saray” Şadlıq Sarayında baş tutmuşdur. İddiaçı1 işlədiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda həmin toy şənliyinə onun nəzarət etməməsinə səbəb Dövlət Vergi Xidməti tərəfindən ona verilən əmək məzuniyyəti idi. Yəni İddiaçı1 əmək məzuniyyəti hüququndan istifadə etməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər əmək məzuniyyətinə buraxılmışdır. Əmək Məcəlləsinin tələblərinə əsasən də işçi əmək məzuniyyətində olduqda onun tərəfindən əmək funksiyalarının icra edilməsi mümkün deyildir. Yəni sözügedən nəzarət bilavasitə vergi orqanının məzuniyyətdə olan əməkdaşının deyil, xidməti vəzifəsinin icrasını həyata keçirən əməkdaşların vəzifə səlahiyyətlərinə aiddir. Bununla da məhkəmə hesab edir, İddiaçı1 əməlində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində göstərilən hallar aşkar olunmur. Ona görə ki, əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni zamanda məhkəmə müəyyən edir ki, İddiaçı1 xx.xx.2021-ci il tarixində xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirdiyi üçün ona xx.xx.2021-ci il tarixində Lənkəran Şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən “Hiporteniya xəstəliyi” diaqnozu ilə xx.xx.2021-ci il tarixinədək SN 00007 seriyalı ******* nömrəli xəstəlik vərəqəsi verilmişdir. İddiaçı1 işə başlama tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi E.Əlizadə tərəfindən “Əmək qabiliyyətinin olmaması” barədə vərəqə xx.xx.2021-ci il tarixində imza edilməklə təhvil alınmışdır. Göründüyü kimi İddiaçı1 “Hiporteniya xəstəliyi” diaqnozu ilə bağlı xx.xx.2021-ci il tarixindən xəstəliyi ilə əlaqədar büllüetendə olduğu təqdirdə İddiaçı1 Vergilər Nazirliyi xx.xx.2021-ci il tarixli **********019400 nömrəli əmr ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xx.xx.2021-ci il tarixindən işdən azad etmişdir. Halbuki, əmək qanunvericiliyinin və Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilər bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300-cü maddəsindən əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində və Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamədə konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu halda ona dəlalət edir ki, qanunvericiliyin tələbi baxımından əmək qabiliyyətini müvəqqəti itirən İddiaçı1 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr ləğv edilməli, İddiaçı1 əvvəlki işinə (vəzifəsinə) bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********019400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr ləğv edilsin. İddiaçı1 əvvəlki işinə (vəzifəsinə) bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-523/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-523/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver