Məhkəmə qərarları › İş №2-1(120)-523/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-523/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-523/2024 19.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclasının katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə mərhum oğlu X9 şəhid adının verilməsi tələbi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə vermiş olduğu sorğu əsasında Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/4661 nömrəli məktubuna əsasən, X7 xx.xx.2021-ci il tarixdə döyüş növbətçiliyi zamanı özünə təhkim olunmuş avtomat silahdan ehtiyyatsızlıqdan atəş açması nəticəsində hadisə yerində həlak olmasını, N saylı hərbi hissənin qərargah təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin baş maskalanma mütəxəsisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 şəhid adının verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun hesab edilmədiyi bildirilmişdir. Belə ki, oğlu xx.xx.2002-ci ildə anadan olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər X13 21 may 2021-ci il tarixdə düşməndən azad edilmiş Kəlbəcər rayonunun Ermənistan hərbi birləşmələri ilə üzbəüz ərazisində xidməti vəzifələrinin icrası zamanı odlu silahdan açılmış atəş nəticəsində həlak olmuşdur. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə ünvanladığı məktuba əsasən cinayət işinin istintaqı zamanı E.İddiaçı nəşinin müayinəsinin nəticəsi olaraq tərtib edilmiş ekspert rəyinə əsasən, mərhumun meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində narkotik və psixatrop maddələr,o cümlədən etil, alkoloidlər, spirt və güclü təsir edən digər maddələr aşkar edilməmiş, habelə istintaq zamanı mərhum E.İddiaçı ölməsi hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı xx.xx.1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na müvafiq olaraq: 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Odur ki, oğlu E.İddiaçı Kəlbəcər rayonu ərazisində, yəni Ermənistan işğalçı qüvvələri ilə üzbəüz, döyüş şəraitində olan hərbi hissədə öz xidməti vəzifəsini yerinə yetirərkən ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tarixli qərarına görə, Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu məlum qərarı ilə kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının verinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini verinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənlərə görə, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan Kəlbəcər rayonunda yerləşən hərbi hissədə hərbi xidməti yerinə yetirən oğlu E.İddiaçı 21 may 2021-cı il tarixdə düşməndən azad edilmiş Kəlbəcər rayonunun Ermənistan hərbi birləşmələri ilə üzbəüz ərazisində xidməti vəzifələrinin icrası zamanı odlu silahdan açılmış atəş nəticəsində həlak olmuşdur. Ona görə də, cavabdeh inzibati orqanın müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuş, eyni zamanda iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb təmin edilməli, cavabdeh şöbənin üzərinə oğlu E.İddiaçı "şəhid” statusu verilməsi ilə əlaqədar müvafiq arayışın verilməsi vəzifəsi qoyulmalıdır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı “Şəhid statusunun verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X5 Xidmətində, X6 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1 -ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin” 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X5 Xidmətinin, X6 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 16.11 2022-ci il tarixli 11/4661 nömrəli məktubuna əsasən, xx.xx.2021-ci il tarixdə döyüş növbətçiliyi zamanı özünə təhkim olunmuş avtomat silahdan ehtiyatsızlıqdan atəş açması nəticəsində hadisə yerində həlak olmuş, N saylı hərbi hissənin əsgəri X9 şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiаçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü: Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki cavabdeh orqan iddiaçının müraciəti əsasında inzibati akt hesab olunmayan arayışın verilməsindən imtina etmişdir. Həmçinin, iddia tələbi iddaya cavab verməli olan inzibati orqana qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu siravi əsgər olduğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsində hərbi qeydiyyatda olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsidir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, Ş/4979 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı oğlu X7 şəhid statusunun verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, Ş/4979 nömrəli məktunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/4661 nömrəli məktubuna əsasən, xx.xx.2021-ci il tarixdə döyüş növbətçiliyi zamanı özünə təhkim olunmuş avtomat silahdan ehtiyatsızlıqdan atəş açması nəticəsində hadisə yerində həlak olmuş, N saylı hərbi hissənin qərargah təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin baş maskalanma mütəxəssisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər X9 şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın tələblərinə uyğun hesab edilməmişdir. Əlavə olaraq bildirir ki, müraciəti barədə qəbul edilmiş qərardan məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Çağırış vərəqəsindən görünür ki, X13 xx.xx.2020-ci ildə hərbi xidmətə yola düşmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə gəlməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əsgər X13 21 may 2021-ci il tarixdə düşməndən azad edilmiş Kəlbəcər rayonunun Ermənistan hərbi birləşmələri ilə üzbəüz ərazisində xidməti vəzifələrinin icrası zamanı odlu silahdan açılmış atəş nəticəsində ölmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı mərhum E.İddiaçı meyitinin məhkəmə tibbi müayinəsinin nəticəsi olaraq tərtib edilmiş ekspert rəyinə əsasən, mərhumun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik və psixatrop maddələr o cümlədən etil, alkoloidlər (həmçinin tiryək qrupu), spirt və güclü təsir edən digər maddələr aşkar edilməmiş, habelə istintaq zamanı mərhum E İddiaçı ölməsi hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətməsi faktı müəyyən edilməmişdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanununda sığorta ödənişinin verilməsindən imtinaya əsas olan hər hansı bır halın mövcud olmadığı və E.İddiaçı Ermənistan hərbi birləşmələri ilə üzbəüz ərazidə xidməti vəzifələrinin icrası zamanı vəfat etməsini nəzərə alıb, mərhumun maddi vəziyyəti son dərəcə pis olan ailəsinə təcili olaraq sığorta ödənişinin və dəfn pulunun verilməsini təmin etmək xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ№ 181641 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə baş beyin diffuz travması nəticəsində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin X9 ünvanladığı xx.xx.2022-ci il tarixli, Ş/4149 nömrəli məktubundan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, mərhum övladı X11 təqdim etdiyi sənədlər əsasında şəhid adının verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildiriblər ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun cinayət işi uzrə icraata xitam verilməsi haqqında xx.xx.2021 -ci il qərarına əsasən, N saylı hərbi hissənin əsgəri E.İddiaçı Kəlbəcər rayonunun Sınıq Kilsə kəndi ərazisində döyüş növbətçiliyi üzrə patrul naryadında olan zaman xidməti istifadəsində olan silahdan ehtiyatsızlığı nəticəsində özünə atəş açaraq aldığı xəsarətlərdən ölmüşdür. Mərhumun ölüm faktında cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.1.1 -ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilmişdir. Odur ki, sənədlərə baxılması, mövcud sənədlər əsasında mərhum E.İddiaçı şəhid hesab edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi və nəticəsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 11/4661 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 30 dekabr 2021-ci il tarixli HP-02/5518 nömrəli məktubundan və sorğuya əsasən N nömrəli hərbi hissənin N oktyabr 2022-ci il tarixli 3805 nömrəli cavabından görünür ki, həmin hərbi hissənin qərargah təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin baş maskalanma mütəxəssisi vəzifəsində xidmət etmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X7 21 may 2021-ci il tarixdə döyüş növbətçiliyi aparan zaman ona təhkim olunmuş avtomat silahından ehtiyatsızlıqdan atəş açması nəticəsində hadisə yerində həlak olmuşdur. Göstərilənləri nəzərə alaraq mərhum E.İddiaçı "Şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq ediimiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” tələblərinə uyğun deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 1526 nömrəli bildirişində qeyd edilmişdir ki, əsgər X4 rayonu xx.xx.2021-ci il tarixdə Kəlbəcər rayonu, Çaykənd kəndində ona təhkim olunmuş avtomatdan özünə atəş açması nəticəsində həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X7 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, E.Şükürovun hərbi xidmət dövründə və ya mülki həyatda maddi, xidməti və ya sair cəhətdən asılı olmuş şəxs (şəxslər) tərəfindən onunla amansız rəftar etmə, ləyaqətini mütəmadi alçaltma, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halı müəyyən olunmadığına, həmçinin sevdiyi qızın olmaması, sevdiyi qıza görə özünü öldürməməsi, o cümlədən cinayət işi üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmaması müəyyən edilmişdir. E.Şükürovun Kəlbəcər rayonunun, Sınıq Kilsə kəndinin ərazisində olarkən, 21 may 2021 -ci il tarixdə saat 02 radələrində həmin kəndin ərazisində yerləşən qərargah bölüyünün arxa komanda məntəqəsində təşkil olunmuş döyüş növbətçiliyi üzrə patrul naryadında olan zaman xidməti vəzifələrini icra edərkən ona təhkim olunmuş AK-74M markalı, ********* №-li avtomat silahın üzərinə içərisində patron olan darağı taxıb döyüşə hazır vəziyyətə gətirmiş, avtomatik atəş rejimində silahın tətiyinin azad boşluğunu yoxlayarkən tətiyi bir qədər sərt sıxmasına görə ehtiyatsızlıqdan atəş açması nəticəsində o, «Kəllə tağı və əsası sümüklərinin çox qəlpəli açıq sınıqları, baş beyin toxumasının diffuz əzilib dağılması ilə müşayiət olunan başın dəlib keçən odlu silah güllə yaralanması» diaqnozlu xəsarətlər alaraq hadisə yerində ölməsi müəyyən edildiyindən, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021ci ildə baş beyin diffuz travması nəticəsində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli, 294 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyətinin X12 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 261 nömrəli arayışından görünür ki, Şahmallar kənd sakini İddiaçı övladı X13 xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Dəfni atası İddiaçı təşkil etmişdir. X1 dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X7 özünü öldürməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, E.Şükürovun hərbi xidmət dövründə və ya mülki həyatda maddi, xidməti və ya sair cəhətdən asılı olmuş şəxs (şəxslər) tərəfindən onunla amansız rəftar etmə, ləyaqətini mütəmadi alçaltma, hədəqorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halı müəyyən olunmadığına, həmçinin sevdiyi qızın olmaması, sevdiyi qıza görə özünü öldürməməsi, o cümlədən cinayət işi üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmaması müəyyən edilmişdir. E.Şükürovun Kəlbəcər rayonunun, Sınıq Kilsə kəndinin ərazisində olarkən, 21 may 2021ci il tarixdə saat 02 radələrində həmin kəndin ərazisində yerləşən qərargah bölüyünün arxa komanda məntəqəsində təşkil olunmuş döyüş növbətçiliyi üzrə patrul naryadında olan zaman xidməti vəzifələrini icra edərkən ona təhkim olunmuş AK-74M markalı, ********* №-li avtomat silahın üzərinə içərisində patron olan darağı taxıb döyüşə hazır vəziyyətə gətirmiş, avtomatik atəş rejimində silahın tətiyinin azad boşluğunu yoxlayarkən tətiyi bir qədər sərt sıxmasına görə ehtiyatsızlıqdan atəş açması nəticəsində o, «Kəllə tağı və əsası sümüklərinin çox qəlpəli açıq sınıqları, baş beyin toxumasının diffuz əzilib dağılması ilə müşayiət olunan başın dəlib keçən odlu silah güllə yaralanması» diaqnozlu xəsarətlər alaraq hadisə yerində ölməsi müəyyən edildiyindən, ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məktubuna və “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarının 1-ci bəndinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mərhum X7 yas mərasiminin təşkili üçün vərəsəsi İddiaçı hesabına 3000 (üç min) manat məbləğində maliyyə yardımı köçürülmüşdür. İş materiallarında olan Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 17 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Hərbi Prokurorluğunun qərarına əsasən cinayət işinin istintaqına CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 həlak olması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə onun varislərinə Şirkət tərəfindən hər hansı sığorta ödənişi edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Göründüyü kimi normatiq hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının,suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X13, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, əskər X13 21 may 2021 -ci il tarixdə saat 02 radələrində həmin kəndin ərazisində yerləşən qərargah bölüyünün arxa komanda məntəqəsində təşkil olunmuş döyüş növbətçiliyi üzrə patrul naryadında olan zaman ona təhkim olunmuş AK- 74M markalı, ********* №-li avtomat silahın üzərinə içərisində patron olan darağı taxıb döyüşə hazır vəziyyətə gətirmiş, avtomatik atəş rejimində silahın tətiyinin azad boşluğunu yoxlayarkən tətiyi bir qədər sərt sıxmasına görə ehtiyatsızlıqdan atəş açması nəticəsində o, «Kəllə tağı və əsası sümüklərinin çox qəlpəli açıq sınıqları, baş beyin toxumasının diffuz əzilib dağılması ilə müşayiət olunan başın dəlib keçən odlu silah güllə yaralanması» diaqnozlu xəsarətlər alaraq hadisə yerində həlak olmuşdur. Belə ki, iddiaçının oğlu döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən deyil, xx.xx.2021ci il tarixdə xidmətdə olan zaman xidməti istifadə üçün ona təhkim olunmuş AK-74M markalı, ********* №-li avtomat silahın üzərinə içərisində patron olan darağı taxıb döyüşə hazır vəziyyətə gətirmiş, avtomatik atəş rejimində silahın tətiyinin azad boşluğunu yoxlayarkən tətiyi bir qədər sərt sıxmasına görə ehtiyatsızlıqdan atəş açması nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubundan da göründüyü kimi N nömrəli hərbi hissənin qərargah təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin baş maskalanma mütəxəssisi vəzifəsində xidmət etmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X7 21 may 2021-ci il tarixdə döyüş növbətçiliyi aparan zaman ona təhkim olunmuş avtomat silahından ehtiyatsızlıqdan atəş açması nəticəsində hadisə yerində həlak olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X7 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd etməsi şəhid statusu verilməsi üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçının oğluna şəhid statusu vermək öhdəliyi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-ə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar