Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5232/2025 05.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “Üçüncü şəxslər X37, X21, X22, X15, X23, X24, X26, X16 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Hacıqabul rayon Polis şöbəsinə qarşı “Üçüncü şəxslər X37, X21, X22, X15, X23, X24, X26, X16 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X37, X21, X22, X15, X23, X24, X26, X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur.Həmin fərdi yaşıyış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən tam mülkiyyət hüquqi ilə ona məxsus xüsusi mülkiyətində olamsına baxmayaraq X37, X21, X22, X15, X23, X24, X26, X27 həmin fərdi yaşayış evində formal olaraq qeydiyyatdadırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Şirvan şəhər Polis şöbəsinə müraciət etsə də ona məktubu mülk sahibinin ərizəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaqları nəzərədə tutulmadığı və bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq ünvan 2 ünvanından X37, X21, X22, X15, X23, X24, X26, X16 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şirvan şəhər Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: Hacıqabul rayonu, Hacıqabul şəhəri, Bakı küçəsi, 25) fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Hacıqabul rayon Polis şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13- 78/2-Ə-188xx/xx/2025 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbində qeyd etdiyi şəxsləri yaşayış yeri üzrə qeydiyyatdan çıxartmaq nəzərdə tutulmamışdır. Onun mülkiyyətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxsləri məktuba əsasən çıxartmaq mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-3777/2025 nömrəli məktubuna X20 adına verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarış sənədi və həmin sənədin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, sözügüdən daşınmaz əmlaka dair istifadə hüququ barədə məlumatlar Ərazi İdarəsində aşkar edilməmişdir. İşdə olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-318/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X37, X21, X22, X15, X23, X24, X26, X27 ilə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama xx.xx.2025-ci ilədək aparılmış və qohumluq əlaqələri barəsində ki, məlumat X9 İsmayıl Əslan oğlunun qardaşı,X6 İsmayıl Əslan oğlunun qardaşının həyat yoldaşı,X7 İsmayıl Əslan oğlunun bacısı, X2 İsmayıl Əslan oğlunun bacısının əri, X3 İsmayıl Əslan oğlunun bacısı nəvəsi, X4 İsmayıl Əslan oğlunun bacısı qızı, X5 İsmayıl Əslan oğlunun bacısı oğlu oduğu qeyd edilmişdir. İşdə olan Hacıqabul şəhər İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər Ərazi Dairəsi Üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 153 nömrəli məktubunda qeyd edilmişdir ki, X37, X21, X22, X15, X23, X24, X26 və X1 şəhəri Bakı küçəsi ev 60 ünvanında yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 7 İddiaçı mülkiyyətindədir. İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslər X37, X21, X22, X15, X23, X24, X26, X16 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar iddiaçıya cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İşdə olan Hacıqabul şəhər İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər Ərazi Dairəsi Üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 153 nömrəli məktubunda qeyd edilmişdir ki, X37, X21, X22, X15, X23, X24, X26 və X1 şəhəri Bakı küçəsi ev 60 ünvanında halhazırda yaşamırlar. Eləcə də, Hacıqabul rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-318/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X37, X21, X22, X15, X23, X24, X26, X27 ilə avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama xx.xx.2025-ci ilədək aparılmış və qohumluq əlaqələri barəsində ki, məlumat X9 İsmayıl Əslan oğlunun qardaşı, X6 İsmayıl Əslan oğlunun qardaşının həyat yoldaşı,X7 İsmayıl Əslan oğlunun bacısı, X2 İsmayıl Əslan oğlunun bacısının əri, X3 İsmayıl Əslan oğlunun bacısı nəvəsi, X4 İsmayıl Əslan oğlunun bacısı qızı, X5 İsmayıl Əslan oğlunun bacısı oğlu müəyyən edilir. Beləliklə, X9 İsmayıl Əslan oğlunun qardaşı, X6 İsmayıl Əslan oğlunun qardaşının həyat yoldaşı olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə həmçinin qeyd edilən şəxslərin həmin yaşayış sahəsinə istifadə hüquqlarının olduğu nəzərə alaraq qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxslər X28 və X16 qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində nəzərdə tutulan əsaslarlardan hər hansı biri, o cümlədən onların həmin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil. Belə olan halda, məhkəmə İddiaçı “X27 və X30” aid olan hissədə iddiasını əsassız sayır və hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. İnzibati orqanın iddiaçının tələbindən X27 və X30 aid olan hissədə imtinası qanunazidd və onların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən şəxslərdən X28 adının müvafiq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədi üzrə payının olduğu, qeyd edilən pay hissəsində çıxarış açıq saxlanıldığı, X16 isə R.Əliyevin həyat yoldaşı olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən üçüncü şəxslər öz paylarından imtina etmədiyi və ya bağışlamadığı (satmadığı) təqdirdə həmin şəxslərin qeyd edilən ünvandan qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə və normalarına zidd olacaqdır. Digər üçüncü şəxslərə nisbətdə isə məhkəmə iddiaçının iddiasını uğurlu və əsaslı hesab edir. Göründüyü kimi digər üçüncü şəxslər X11, X12, X8, X13, X14, X17, iddiaçılara məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından X11, X12, X8, X13, X14, X17 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Hacıqabul rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. İddia qalan hissədə, yəni X27 və X30 aid hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evindən X11, X12, X8, X13, X14, X18 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Hacıqabul rayon Polis şöbəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-5232/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5232/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver