Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-525/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və **********37 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun adına sənədləşdirilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və **********37 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun adına sənədləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X14 02 sentyabr 2014-cü il tarixdə, anası X13 isə 20 oktyabr 2017-ci il tarixdə dünyasını dəyişmişdir. 2018-ci ilin ilk aylarında isə, 9 nəfər miras payı əldə etmiş vərəsələr tərəfindən, yəni, qardaşı X5, bacısı (mərhum) X6 3 (üc) övladlarının və digər qardaşı (mərhum) X8 4 (dörd) övladlarının onun xeyrinə vərəsəlik paylarından imtina etməkləri barədə ərizələri də notarial qaydada sənədləşdirilmişdir. ünvan 1 ünvanda qeydiyyatda olduğu və yaşadığı evinə (0,0999 ha torpaq və 63,8 kv.m yaşayış sahəsinə) mülkiyyət hüququnu əldə etmək məqsədi ilə Hacıqabul şəhər ərazi üzrə Daşınmaz Əmlakın Dövlət Katastrı şöbəsinə tələb olunan müvafiq sənədlər ilə müraciət olunmuşdur. Müraciəti 10 noyabr 2022-ci il tarixdə qeydiyyata alınmış, 21 dekabr 2022-ci il tarixdə isə elektron poçtla ********** qeydiyyat nömrəli sənədin hazır olduğu bildirilmişdir. 05 yanvar 2023-cü il tarixdə tələb olunan dövlət rüsumunun 125 manat, xidmət haqqının isə 121 manat ( 5 manat əlavə) (?) ödənilməsini təsdiq edən qəbz ərazi üzrə şöbənin məsul şəxsinə (Anar adlı) təqdim edilmişdir. Əliyağa Vahid küçəsi 33 ünvanında yerləşən yaşadığı evə cixarış və texniki pasportu əldə edərkən, məlum olmuşdur ki, qeydiyyatda səhvə yol verilmişdir. Valideyinlərinin dünyalarını dəyişməkləri barədə şəadətnamələri, miras üzrə vərəsələrin notarial qaydada miras paylarından imtina ərizələri, həmçinin, vərəsəlik hüququnun tam payda onun adına keçməsi barədə notarius tərəfindən verilmiş şəadətnamə də ərazi üzrə şöbəyə təqdim olunmasına baxmayaraq, çixarışda mülkiyyət hüququ sahibinin adı səhv olaraq, 2 sentyabr 2014-cü il tarixdə dünyasını dəyişmiş atası X14 göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və **********37 reyestr nömrəli fərdi yaşayış evinin Texniki pasportunun onun adına sənədləşməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi iddia tələbinə etiraz edərək, etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Hacıqabul rayon Notariat ofisinin 26 oktiyabr 2022-ci il tarixli 316 nömrəli X7 vərəsəlik işinin açılması barədə arayışı və vəfat etmiş şəxsin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən, X7 mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi və **********37-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X12 şəhadətnamə verir. Odur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan vəfat etmiş X7 payının başqasına keçirilməsi, özgəninkiləşdirilməsi (X12, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında) notarial təsdiq edilmiş müqavilə (şəhadətnamə) təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş-nin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz etmişdirlər. İddiaçı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi, ev 33, Yeni qaydalarla: AZ 2400 Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi, giriş 55 X7 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, AZ-İ 695740 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 09 ayının 09 günündə 133 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli, AZ-İ 898492 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 11 ayının 03 günündə 46 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayonu notariat kontorunun notariusu X10 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Qanun üzrə X12 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş mərhum X4 vərəsəsi oğlu İddiaçıdur. Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 33 və o miras əmlakı bütövlükdə payalmalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Şirvan filialında AZ72ATAZ******************** hesab nömrəsində olan pul vəsaitindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 139 nömrəli məktubundan görünür ki, X7 adına 2014-2023-cü illərə dair “Elektron notariat” İnformasiya sistemində hər hansı bir əməliyyat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 21-3-38/2-1407/2023 məktubuna çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 169 nömrəli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X7 adına “Elektron notariat” X1 axtarış aparılarkən açılmış vərəsəlik işinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, mübahisə predmetini təşkil edən əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hüquqlarının olubolmaması və inzibati orqan tərəfindən parılan inzibati icraat zamanı anunvericiliyin tələblərinin pozulub-pozulmaması halı müəyyən edilməlidir. Bu istiqamətdə qiymətləndirmənin aparılması isə aşağıda göstərilən qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, X12, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[24] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.2. müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi üzərində isə həmin hüququn digər şəxsin adına qeydiyyata alınması üçün nəzərdə tutulmuş müvafiq sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X12 şəhadətnamə verir. İddiaçı məhkəmə müraciət edilən zaman Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı təqdim edərək inzibati orqan tərəfindən qeyd edilən çıxarışın onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüquqlarının adına qeydə alınan X7 ölməsini təsdiq edən Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli, AZ-İ 695740 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətidə təqdim edilmişdir .İnzibati orqan tərəfindən imtina verilən zaman isə öln şəxsin əmlakı ilə bağlı vərəsəlik şəhadətnaməsinin, eləcə də digər vərəsələrin razılıq ərizələrinin təqdim edilməməsini əsas gətirmişdir. Qeyd edilən istiqamətdə məhkəmə tərəfindən araşdırılma aparılmış və iş materialları ilə, o cümlədən məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 169 nömrəli məktubdan da göründüyü kimi xx.xx.2014-cü il tarixdə ölmüş X7 adına “Elektron notariat” X1 axtarış aparılarkən açılmış vərəsəlik işinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən qanun üzrə X12 şəhadətnaməyə və vərəsələrin ərizələrinə diqqət etdikdə həmin vərəsəliyin başqa şəxs barəsində, ölmüş mərhum X4 vərəsələrinin müəyyən edilməsi ilə bağlı olduğu məlum olur. Məhkəmə qeyd edir ki, iddiaçı əmlakın qanuni sahibliyini təsdiq edə biləcək heç bir hüquqi sənəd (vərəsəlik şəhadətnaməsi və digər vərəsələrin ərizələri) təqdim etməmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan vəfat etmiş X7 payının başqasına keçirilməsi, özgəninkiləşdirilməsi üçün yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən (X12, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında) notarial təsdiq edilmiş müqavilə (şəhadətnamə) təqdim edilməlidir. İddiaçı isə qeyd edilən sənədləri inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əsasən vəfat etmiş X14 barəsində vərəsəlik işinin açılmadığını müəyyən olunur və belə olan halda digər vərəsələrin dairəsi müəyyən edilmədiyindən hal-hazırki inzibati iş üzrə həmin şəxslərin üçüncü şəxs kimi cəlb edilməsini də məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ona keçməsini təsdiq edən sənədləri təqdim etmədiyindən cavabdeh tərəfindən verilən imtina onun qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərindən irəli gəlmiş və cavabdeh iddiaçının tələbindən əsaslı olaraq imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və **********37 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun adına sənədləşdirilməsi” barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və **********37 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun adına sənədləşdirilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-525/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-525/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver