Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-526/2022 18.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X2 şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “keçmiş illərdə qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(120)-526/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X2 şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddia ərizəsində iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X2 şöbəsində polis serjantı olmaqla xidmət etmiş və xx.xx.2021-ci il tarixdə öz arzusu ilə istefaya çıxmışdır. Xidmət müddəti 20 il 14 gün təşkil etmişdir. Xidmətdən xaric olunması ilə əlaqədar ona 2 aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə 3929 manat 85 qəpik kompensasiya, 2862 manat 91 qəpik əmək haqqı fərqi, 1322 manat 50 qəpik xəstəlik müavinəti, cəmi 9035 manat 26 qəpik ona verilməsi müəyyən edilmişdir. Həmin puldan ona cəmi olaraq 1120 manat ödənilmişdir. Qalan 7915 manat 26 qəpik ödənilməmiş qalmışdır. Bu hal cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X2 Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 286-608 №-li məktubla da təsdiq olunur. Həmin məktubda ona bildirilir ki, qalan məbləğ ona hər ay hissə hissə ödəniləcəkdir. Hər bir göstəriş qanunla tənzimlənməlidir. Baş Mühafizə idarəsinin belə göstərişi qanunsuzdur. Hər ay ödənilmə 5 il, 10 il, 15 il və s. il uzana bilər. Birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, yaranmış əmək haqqı fərqi və xəstəlik müavinətinin konkret olmayan uzun müddət ərzində verilməsi qanunla nəzərdə tutulmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 038-1315-1222 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək keçmiş illərdən qalan istifadə etmədiyi məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi üzrə hesablanmış pul vəsaiti, xəstəlik müavinətinin hesablanaraq verilməsi öhdəliyinin cavabdeh Baş Mühafizə İdarəsinin üzərinə (struktur hissəsi olan X2 şöbəsinin üzərinə) qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə öz arzusu ilə təqaüdə çıxmış, xidmət illəri 20 il 14 cün təşkil etmişdir.Xidmətdən xaric olunmağı ilə əlaqədar ona 2 aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə 3929 manat 85 qəpik kompensasiya, 2962 manat 91 qəpik əmək haqqı fərqi, 1322 manat 50 qəpik xəstəlik müavinəti, cəmi 9035 manat 26 qəpik verilməsi müəyyən edilmişdir. Həmin puldan ona 1120 manat ödənilmiş, qalan 7915 manat 26 qəpik ödənilməmiş qalmışdır. Nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Mühafizə xidmətinin spesifikliyi ondan ibarətdir ki, mühafizə olunan obyektlərdən daxil olan vəsait hesabına əməkhaqları və digər müavinətlər ödənilir. Baş Mühafizə İdarəsinin və onun yerli struktur hissələrinin hesabına dövlət büdcəsindən məzuniyyətlərə görə pul kompensasiyalarının ödənilməsi nəzərdə tutulmadığından, bu yük Baş Mühafizə İdarəsinin üzərinə düşür. Ona görə də İddiaçı ödənilməli olan məbləğ hissə-hissə ödənilir. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı 7915 manat pul vəsaitinin birdəfəlik ödənilməsi barədə iddia tələbini rədd edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 2018 nömrəli arayışından görünür ki, Nəzərov X1 şəhəri, H.Aslanov küçəsi, 48 ünvanında yaşayır. İş materiallarında olan seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Balvar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2003-cü il tarixli, 18ş/h nömrəli əmrdən görünür ki, İddiaçı 27 yanvar 2003-cü il tarixdən Sabirabad rayon Mühafizə bölməsinə polis nəfəri vəzifəsinə təyin edilmiş və ona “polis sıravisi” xüsusi rütbəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə1154Ş/h-038-21 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə xidmət müddəti təqvim hesabı ilə 20 il, 00 ay, 14 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 286-608 nömrəli məktubunda qeyd edilmişir ki, DİN BMİ-nin xx.xx.2003-cü ildə Ə Na-18 ş/h DİO-na polis nəfəri vəzifəsinə təyin olunmuş İddiaçı DİN-nin BMİ-nin xx.xx.2021-ci il tarixli Ə-1154ş/h- 038-21 saylı əmri ilə istefada olan polis nəfəri, polis serjantı sayılmaqla təqaüdə çıxması ilə əlaqədar xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunması ilə əlaqədar ona iki aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya 3929 manat 85 qəpik, əmək haqqı fərqi isə 2862 manat 91 qəpik, xəstəlik müavinəti 1322 manat 50 qəpik hesablanmışdır. Cəmi birlikdə 9035 manat 26 qəpik alacağı olmuşdur. Ondan 2820 manat bu gunkü günə ödənilmişdir. xx.xx.2022-ci il tarixə 6215 manat 26 qəpik alacağı qalıb. BMİ-nin xx.xx.2012-ci il tarixli 018/6-4 göst-39 nömrəli göstərişinə uyğun olaraq maliyyə imkanı daxilində qalan məbləği hər ay hissə-hissə ödəniləcəkdir. Halhazırda şöbənin maliyyə vəziyyəti həmin vəsaitin birdəfəlik ödənilməsi imkanı xaricindədir. Gələcəkdə şöbənin maliyyə vəziyyəti sabitləşdikdə həmin vəsait birdəfəlik ödənilməsi təmin olunacaqdır İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 286-233 nömrəli məktubunda qeyd edilmişir ki, DİN BMİ-nin xx.xx.2003-cü ildə Ə Na-18 ş/h DİO-na polis nəfəri vəzifəsinə təyin olunmuş İddiaçı DİN-nin BMİ-nin xx.xx.2021-ci il tarixli Ə-1154ş/h- 038-21 saylı əmri ilə istefada olan polis nəfəri, polis serjantı sayılmaqla təqaüdə çıxması ilə əlaqədar xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunması ilə əlaqədar ona iki aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya 3929 manat 85 qəpik, əmək haqqı fərqi isə 2862 manat 91 qəpik, xəstəlik müavinəti 1322 manat 50 qəpik hesablanmışdır. Cəmi birlikdə 9035 manat 26 qəpik alacağı olmuşdur. Ondan 2820 manat bu gunkü günə ödənilmişdir. xx.xx.2022-ci il tarixə 6215 manat 26 qəpik alacağı qalıb. BMİ-nin xx.xx.2012-ci il tarixli 018/6-4 göst-39 nömrəli göstərişinə uyğun olaraq maliyyə imkanı daxilində qalan məbləği hər ay hissə-hissə ödəniləcəkdir. Halhazırda şöbənin maliyyə vəziyyəti həmin vəsaitin birdəfəlik ödənilməsi imkanı xaricindədir. Gələcəkdə şöbənin maliyyə vəziyyəti sabitləşdikdə həmin vəsait birdəfəlik ödənilməsi təmin olunacaqdır. Məhkəmə müəyyən etdi ki, Baş Mühafizə İdarəsinin xx.xx.2021-ci il tarixli Ə- 1154ş/h-038-21 saylı əmri ilə öz arzusu ilə iddiaçı təqaüdə çıxmış və bununla əlaqədar iki aylıq 920 manat vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya 3929 manat 85 qəpik, əmək haqqı fərqi isə 2862 manat 91 qəpik, xəstəlik müavinəti 1322 manat 50 qəpik olmaqla ümumilikdə 9035 manat 26 qəpik vəsait hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 286-233 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya təqaüdə çıxmasına görə xidmətdən xaric olunması ilə əlaqədar ona vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya hesablanmış və keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə cəmi 9035 manat 26 qəpik hesablanmış və həmin vəsaitdən 2820 manat bu gunkü günə ödənilmişdir. xx.xx.2022-ci il tarixə 6215 manat 26 qəpik alacağı qalmışdır və həmin vəsait maliyyə imkanı daxilində hər ay hissə-hissə ödənilir. Azərbaycan Respublikasının xidmət keçmə haqqında Əsasnamə
76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət);
88. ... Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norma xx.xx.2004-cü il tarixli 730– İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 88-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir.
97. ... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. (Bu norma xx.xx.2004-cü il tarixli, 730–İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 97-ci maddəyə ikinci hissə kimi əlavə edilmişdir). İşin hallarından göründüyü kimi cavabdeh inzibati orqan yuxarıda sadalanan normalara uyğun iddiaçıya vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiya, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiya, əmək haqqı fərqi və xəstəlik müavinətinə görə cəmi 9035 manat 26 qəpik pul hesablamış, həmin hesablanmış məbləğdən 6215 manat 26 qəpik ödəmişdir. Odur ki, iddiaçının tələbi qismən təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 saylı Qərarı, xx.xx.2004-cü il tarixli, 730—İİQD saylı Qanunla edilmiş əlavə nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 88-ci maddəsi şamil edilməklə əlaqədar hesablanmış 6215 manat 26 qəpik keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, əmək haqqı fərqinin və xəstəlik müavinətinin verilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı 6215,26 manat (altı min iki yüz on beş manat iyirmi altı qəpik) vəzifə və rütbə maaşı müqabilində birdəfəlik kompensasiyanın, keçmiş illərdən qalan istifadə olunmamış məzuniyyət illərinə görə kompensasiyanın, əmək haqqı fərqinin, xəstəlik müavinətinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov