Məhkəmə qərarları › İş №2-1(120)-526/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-526/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-526/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “X5” Qanununun 9.1-ci maddəsinə əsasən yaş və staj tələbləri əsas götürülməklə, 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsində mübahisə yaranmışdır.29 iyun 2022-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün „X5” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin müraciət etmişdir. Lakin cavabdeh 04 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-0-202008/2023 nömrəli məktubu ilə iddiaçıya bildirmişdir ki, sizin ümum is stajınız 22 il 5 ay 25 gün təşkil edir və bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən əsası olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «X5» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin imtina məktubunu 11 sentyabr 2023-cü il tarixində poçtant vasitəsilə konvertdə almışdır və poçt şöbəsinin konvert üzərindəki möhürü ilə təsdiq edilir.İddiaçı 16 aprel 1961-ci ildə Mirbəşir (indiki- Tərtər) rayonunun Yerevanlı kəndində doğulmuş və hazırda Salyan rayonunun Qarabağlı kəndində yaşayır.Natamam orta təhsilini başa vurduqdan sonra 25 avqust 1978-23 iyul 1981-ci illərdə Salyan 76 nömrəli texniki peşə məktəbində qaz qaynaqçısı ixtisası üzrə əyani təhsil almışdır.29 oktyabr 1981-19 noyabr 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.14 dekabr 1983-cü ildə Hidrosantexquraşdırma İdarəsində qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş və 24 mart 1987-ci ildə işdən çıxmışdır. 27 mart 1987-ci ildə Enerjimexanikləşdirmə Trestinin 13 nömrəli X4 elektrik qaynaqçısı işinə qəbul edilmiş və 01 fevral 1996-cı il tarixində işdən çıxmışdır. 16 iyun 2006-cı ildə Bakı Poladtökmə ASC-nə elektrik qaynaqçısı işinə qəbul edilmiş və 06 aprel 2011-ci ildə oradan işdən çıxmışdır. 19 iyul 2011-ci ildə Bakı Poladtökmə ASC- nə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişəm və 18 iyul 2014-cü ildə işdən çıxmışdır. 03 yanvar 2019-cu ildə İlkin-N MMC-nə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və 22 yanvar 2021-ci ildə işdən çıxmışdır. 12 may 2022-ci ildə təkrarən İlkin-N firmasına elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək orada çalışır. İddiaçı iddia ərizənin əsasında əmək fəaliyyəti dövrünün hal-hazıradək 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox hissəsində güzəştli iş stajının olması dayanır. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirmir. Hesab edi ki, bu hal hazırki iddia işində mübahisələndirilməyən hal kimi qəbul edilməlidir.Hazırki iddiada cavabdeh tərəfindən mübahisələndirdirilən iki hal vardır ki, bunlardan birincisi- mən iddiaçının 25 illik ümumi iş stajının olub-olmaması, digəri isə cavabdehin iddiaçıdan pensiya kapitalı tələb etməsidir ki, bu məsələdə cavabdeh qanunsuz olaraq iddiaçının üç ilə yaxın müddətdə Salyan 76 nömrəli texniki peşə məktəbində əyani formada təhsil aldığımdövrü ümumi iş stajına daxil etməməsidir. Cavabdehin digər qanunsuz iradı isə pensiya kapitalına aiddir ki, X5 Qanunun 9.1-ci maddəsində 29 iyun 2022-ci il tarixindən etibarən qüvvədə olan redaksiyasında pensiya kapitalı tələbi qeyd edilmir. Absurd olan hal budur ki, cavabdeh 57 yaşdan pensiya təyinatı apararkən sovet dövründə alınmış təhsil müddətini ümumi iş stajına daxil edir, lakin 9.1-ci maddə ilə təyinat zamanı bunu nəzərə alınmır. Cavabdehin qəbul etdiyi 22 il 5 ay 25 günlük ümumi iş stajına 2 10 ay 28 günlük əyani təhsil dövrünü əlavə etdikdə, ümumi iş stajım 25 il 4 ay 23 gün təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və iddiaçı yaşayış yeri üzrə Salyan rayonunda qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İşdə olan B 807749 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi X9 xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 19-K saylı əmrə əsasən Salyan 76 saylı X10 Məktəbində 3 illik “Elektrik qaz qaynaqçısı” qrupunda əyani təhsil almış, xx.xx.1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişdir. İşdə olan NZ-4466097 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının NT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazırda işləyir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Q-202008/2023 nömrəli imtina məkubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “X5” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1 yanvar 2006-cı il tarixindən bu günədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı ilin iyul, avqust, 2007-ci ilin noyabr, 2008-ci ilin yanvar, dekabr, 2009- cu ilin yanvar, fevral, mart, aprel, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, 2011 -ci ilin yanvar, fevral, mart, aprel, 2019-cu ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə işlədiyiniz müddətdə (27 ay) sığorta ödənişləri fərdi hesabların sığorta hissəsində öz əksini tapmamışdır. Bu səbəbdən də, sizin ümumi iş stajınız 25 ildən az (22 il 5 ay 25 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 8 il 4 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24878,15 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, 1962-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1987-ci ildə (əmr №-20-k, xx.xx.1987-ci il) “Elektromexanzasiya” Trestinin 13 №-li PMK-ya 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (əmr № 4-k, xx.xx.1996-cı il) işdən azad edilmişdir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 08 il, 10 ay, 04 gün təşkil edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402№-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. İşdə olan X6 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 23/06/017 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı Eyyub oğluna ondan ötrü ki, həqiqətən o, xx.xx.2006-cı il tarixində “Bakı Poladtökmə’' ASC-nin ( indiki “X6" ASC-nin) təmir-tikinti sahəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixində əmək müqaviləsinə xitam verilmişdir. C.E. Qaraxanov xx.xx.2007-ci il tarixində yenidən “Bakı Poladtökmə" ASC-nin 3 saylı Yayma sexinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş xx.xx.2010-cu il tarixində Universal Yayma sexinə elektrik-qaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. C.E.Qaraxanov xx.xx.2011-ci il tarixində yenidən "xxxx" ASC-nin Baş mexanik şöbəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Bakı Poladtökmə’' ASC-nin Səhmdarlarının xx.xx.2013-cü il tarixli X2 əsasən xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin adı dəyişdirilərək “X6” ASC adlandırılmışdır. Qeyd edilmiş peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35. Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 014 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı Eyyub oğluna ondan ötrü ki, o həqiqətəndə "xxxx" MMC-də 03 yanvar 2019-xx.xx.2021-ci ilədək (2 il 19 gün) və 12 may 2022-ci ildən hal hazıra kimi elektrik qaz qaynaqçısı peşəsində çalışmaqdadır. İddiaçı Eyyub oğlunun yuxarıda qeyd edilən əmək fəaliyyəti dövründə topladığı güzəştli iş stajı və 12 may 2022-ci ildən 29 iyun 2022-il tarixinə kimi (1 il 17 gün) üst-üstə 2 il 2 ay 5 gün təşkil edir. İddiaçı Eyyub oğlunun çalışdığı elektrik qaz qaynaqçısı vəzifəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 35. Ümumi peşələr bölməsində qeyd edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinin əmək funksiyaları ilə tam eynilik təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/30 nömrəli arayışında qeyd edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı barədə 2-1(120)-4247/2023 №-li, 19 dekabr 2023cü il tarixli Sorğunuza cavab olaraq bildirilir ki, o, həqiqətən xx.xx.1987-ci ildə (əmr №-20k, xx.xx.1987-ci il) “Elektromexanzasiya” Trestinin 13 №-li PMK-ya 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (əmr № 4-k, xx.xx.1996-cı il) işdən azad edilmişdir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıi tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 08 il, 10 ay, 04 gün təşkil edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402 №-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35- ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. İşdə olan X6 Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 24/02/013 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Eyyub oğlu xx.xx.2006-cı il tarixində "X6" ASC-nin (bundan əvvəl "xxxx" ASC) təmir-tikinti sahəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixində əmək müqaviləsinə xitam verilmişdir. C.E.Qaraxanov xx.xx.2007-ci il tarixində yenidən "xxxx" ASC-nin 3 saylı Yayma sexinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixində Universal Yayma sexinə elektrikqaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. C.E.Qaraxanov xx.xx.2011-ci il tarixində təkrar "xxxx" ASCnin Baş mexanik şöbəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. Məlumat üçün nəzərinizə çatdırırıq ki, "X6" ASC uzun illər fəaliyyət göstərən poladəritmə müəssisəsidir. Müəssisə poladdan kvadrat pəstah, val və bir çox çeşidli fiqurlu tökmələr istehsal etmək üzrə ixtisaslaşmışdır. C.E.Qaraxanov Cəmiyyətin bütün istehsalat sahələrində elektrik qaynaq avadanlıqlarından istifadə etməklə sıradan çıxmış (metaldan olan) detalların və hissələrin qaynağı, qaynaq tərtibatlarının hazırlanması, təmir olunan avadanlıqların yığilması, quraşdırılması, qaynaq işlərinin aparılması, qaynaq işlərindən sonar tikişlərin təmizlənməsi və yoxlanması, müxtəlif mürəkkəb tikinti və metal konstruksiyalarının qaynağı və quraşdırılaraq sahəyə təhvil verilməsi, ona təhkim olunmuş avadanlıqların texniki saz və qüsursuz işləmələrini təmin etməklə əmək fəaliyyətini davam etdirmişdir. Qeyd edilmiş elektrik-qaynaqçısı peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 33-cü Ümumi peşələr bölməsinin "xxxx" (23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "xxxx" peşələri ilə eynilik təşkil edir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən C.E.Qaraxanov işlədiyi dövrdə tarif maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Nəzərə almağınızı xahiş edirəm. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 58/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də İlkin-N MMC-də xx.xx.2019-xx.xx.2021-ci ilə qədər və xx.xx.2022 ci il tarixindən bu günə kimi elektrik qaz qaynaqçısı vəzifəsində işləyir.Onun əmək müqaviləsi elektron hökumət portalında qeydiyyatdan keçmişdir. Şirkətimizdə çalışan elektrik qaz qaynaqçıları qaynaq işlərini əl ilə həyata keçirirlər. İddiaçı çalışdığı elektrik qaz qaynaqçısı vəzifəsinin əmək funksiyaları və peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35. Ümumi peşələr bölməsində qeyd edilmiş əl ilə elektrik qaynaqçıları vəzifələrinin əmək funksiyaları ilə tam eynilik təşkil edir. Həmçinin, eyni vəzifənin əmək funksiyaları və peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə göstərilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinin əmək funksiyaları və peşə xüsusiyyətləri ilə tam eynilik təşkil edir. İddiaçı yuxarıda qeyd edilən əmək fəaliyyəti dövründə və hal hazırki dövrə qədər topladığı güzəştli iş stajı 3 il 10 ay 2 gün təşkil edir. Xahiş edirik, nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-8021/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "X6" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa hüquqi şəxsin təsis sənədlərinin surətləri qoşmada Sizə təqdim edilir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2- 57793/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Vergi ödəyicisinin fəaliyyətinin olubolmaması, vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödənişləri barədə məlumatın verilməsinə dair müraciətinizə Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Bildiririk ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "X6" ASC-nin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması və fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında "X6" ASC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixədək olan fəaliyyət dövrü ərzində 2066245,51 manat vergi, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan fəaliyyət dövrü ərzində 708602,30 manat məcburi dövlət sosial sığorta və 454,06 manat işsizlikdən sığorta haqqı ödənilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Əvvəlki dövrlər üçün aparılmış ödənişlər barədə məlumat vergi ödəyicisinin qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsi (şöbəsi) tərəfindən verilə bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-307761/2023 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı Eyyub oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-4247/2023 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-4247/2023 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. İddiaçı Eyyub oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-202008/2023 nömrəli imtina məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən az, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası “X5” Qanununun (bundan sonra - Qanun):1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 8. fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən İddiaçı Eyyub oğluna 1 yanvar 2006-cı il tarixdən bu günədək münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı ilin iyul, avqust, 2007-ci ilin noyabr, 2008-ci ilin yanvar, dekabr, 2009-cu ilin yanvar, fevral, mart, aprel, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, 2011-ci ilin yanvar, fevral, mart, aprel, 2019-cu ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə işlədiyi müddətdə (27 ay) sığorta ödənişləri fərdi hesabın sığorta hissəsində öz əksini tapmamışdır. Bu səbəbdən də, C.E.Qaraxanovun ümumi iş stajı 25 ildən az - 22 il 5 ay 25 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 8 il 4 ay) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, C.E.Qaraxanovun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24878,15 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X5” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, C.E.Qaraxanova güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 25 ildən az, həmçinin fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olmaması səbəbindən mümkün deyildir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(120)- 4247/2023 nömrəli inzibati iş üzrə İddiaçı Eyyub oğlunun "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edirəm. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2025-cü il tarixli, 3-17-1/2-155966/2025 nömrəli etiraza əlavədə qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(120)-526/2025 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-526/2025 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q202008/2023 nömrəli imtina məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən az (22 il 5 ay 25 gün (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 8 il 4 ay)) olması, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası “X5” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşəarasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərə əsasən İddiaçı münasibətdə 1 yanvar 2006-cı il tarixdən bu günədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı ilin iyul, avqust, 2007-ci ilin noyabr, 2008-ci ilin yanvar, dekabr, 2009-cu ilin yanvar, fevral, mart, aprel, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, 2011-ci ilin yanvar, fevral, mart, aprel, 2019-cu ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə işlədiyi müddətdə (27 ay) sığorta ödənişləri fərdi hesabın sığorta hissəsində öz əksini tapmamışdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçıya münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24878,15 manat təşkil edir. Məhkəmə icraatı gedişində aparılan araşdırma əsasında C.X3 təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9 nömrəli arayışa əsasən, xx.xx.1978-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər onun ümumi iş stajına daxil edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 18 nömrəli arayışında xx.xx.1987-xx.xx.1996cı il tarixləri arasındakı dövr ərzində “Elektromexanzasiya” Trestində elektrik qaynaqçısı, “X6” ASC-nin xx.xx.2023-cü il tarixli 23/06/017 nömrəli arayışında xx.xx.2006-xx.xx.2006ci il, xx.xx.2007-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində elektrik-qaynaqçısı peşələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda adıçəkilən şəxsin elektrik-qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər-hansı məlumat göstərilməyib. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 014 nömrəli arayışında xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaz qaynaqçısı işlədiyi qeyd olunsa da, "Əmək və məşğulluq" altsistemində adıçəkilən şəxsin vəzifəsi elektrik-qaynaqçısı kimi qeyd olunduğu müəyyən edilib. Lakin sözügedən arayışda da elektrik-qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər-hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X5” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, icraatınızda olan 2-1(120)-526/2025 nömrəli inzibati iş üzrə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona ümumi iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. İş materiallarından müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir, həmçinin elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. . Məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci Ümumi peşələr (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) bəndinə uyğundur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 25 il ümumi iş stajının olmamasına əsaslanmışdır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Q-202008/2023 nömrəli imtina məkubundan da göründüyü kimi cavabdeh iddiaçının işlədiyi xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006- 2023-cü illər üzrə 8 il 4 ay)) qəbul edərək, 22 il 5 ay 25 gün təşkil etmişdir. Belə olan halda cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı Salyan 76 saylı X10 Məktəbində əyani təhsil aldığı illəri sığorta stajı kimi nəzərə almamışdır. Lakin işdə olan B 807749 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi X9 xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 19-K saylı əmrə əsasən Salyan 76 saylı X10 Məktəbində 3 illik “Elektrik qaz qaynaqçısı” qrupunda əyani təhsil almış, xx.xx.1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişdir. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilməyən 22 il 5 ay 25 gün və cavabdeh tərəfindən qəbul edilməyən (xx.xx.1978-xx.xx.1981 əyani təhsil aldığı müddət) 2 il 10 ay 28 gün toplandıqda cəmi 25 il 4 ay 23 gün ümumi iş stajı edir ki, bu da İddiaçı hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə icraatı zamanı işin halları tərəflərlə müzakirə edildikən sonra, məhkəmə qərar qəbul etmək üçün müşavirə otağında olan zaman cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə yeni etiraz elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Həmin etirazdan müəyyən edilir ki, cavabdeh inzibati orqan imtinanın və əvvəllər məhkəməyə təqdim etdiyi etirazların dəlilindən fərqli olaraq iddiaçının təqdim etdiyi sözügedən arayışlarda adıçəkilən şəxsin elektrik-qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər-hansı məlumatın göstərilmədiyinə istinad etmişdir. Lakin məhkəmə sorğuları əsasında əldə olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı "X6" ASC-də, "xxxx" ASC-də, "xxxx" MMC-də işlədiyi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil aldığından məhkəmə «X5» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda vətəndaşların ali təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan isə hazırda qüvvədə olan «X5» Azərbaycan Respublikasının Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyini əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki, cavabdeh inzibati orqanın hazırda qüvvədə olan qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “X5” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «X5» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. «X5» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «X5» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “X5” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «X5» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «X5» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar