Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-527/2021 06.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, X4, X6 və X3 Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı binanın 117 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-527/2021 saylı qərardadı ilə X9, X11 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 117 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 55,6 kv/metr, yaşayış sahəsi 30,3 kv/metr-dən ibarət mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, həmin mənzili o, xx.xx.2010-cu ildə alqı-satqı müqaviləsi əsasında X5 almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş və bu barədə xx.xx.2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində **********1 qeydiyyat, **********39-05101-093029 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Hazırda Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı binanın 117 saylı mənzilində X9, X11 və X3 qanunsuz olaraq hələ də mənzilində pasport qeydiyyatında olmalarından xəbər tutmuşdur. Həmin şəxslərin pasport qeydiyyatları formal xarakter daşıyır, həmin ünvanda yaşamırlar. O, qeydiyyatda olan həmin şəxslərin ünvandan pasport qeydiyyatından çıxarılmaları ilə əlaqədar Şirvan ŞPŞ-yə müraciət etsə də, Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda həmin şəxslərin mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin zəruriliyi bildirilmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Mülkiyyətçi olaraq həmin şəxslərin ünvanda qeydiyyatda olmaları onun hüquqlarını məhdudlaşdırır, onların yerinə əlavə kommunal xərclər ödəməyə məcbur qalır. Digər tərəfdən satıcı X11 xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin şərtlərini pozmuş olur. Həmin müqavilənin 13-cü bəndində göstərilən bir ay müddətində qeydiyyatdan çıxmağı üzərinə götürsə də, bu şərtə bu günə qədər riayət etməmişdir. Hesab edir ki, satıcı X11 və onun ailə üzvləri mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmalıdırlar. Bu baxımdan məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Şirvan şəhər PŞ-yə ərizə ilə müraciət edərək yaşadığı ünvan 1 mənzil 117 ünvanında qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Məktubda adı göstərilən şəxslərin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər ünvan 1 mənzil 117 ünvanında 2003-cü il tarixdən qeydiyyatdadırlar. İddiaçı və Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məktubla bildiriş göndərilsə də, məktub «bu ünvanda yaşamır» qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə və Şirvan bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakarı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2010-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ilə İddiaçı arasında Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, 48 saylı binada yerləşən 117 saylı, 2 otaqlı, yaşayış sahəsi 30,3 kv/metr, köməkçi sahəsi 25,3 kv/metr, ümumi sahəsi 55,6 kv/metrdən ibarət mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X11 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisi tərəfindən xx.xx.2010-cu il tarixli, 4Ə-262 reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əlavə olunmuş Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı evin 117 saylı mənzilində yaşayan X4 ərizəsinin təsdiq olunmuş surətindən görünür ki, X2 şəhəri, H.Ə.Əliyev küçəsi, 48 saylı binanın, 117 saylı mənzilinin qardaşı X11 tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, istənilən qiymətə satmasına razılıq vermişdir. İş materiallarında olan Şirvan şəhər 1 saylı Dövlət Notariat ofisi tərəfindən xx.xx.2010-cu il tarixli, 4Ə-262 reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əlavə olunmuş Şirvan şəhəri, H.Əliyev küçəsi, 48 saylı evin 117 saylı mənzilində yaşayan X3 ərizəsinin təsdiq olunmuş surətindən görünür ki, X1 şəhəri, H.Ə.Əliyev küçəsi, 48 saylı binanın, 117 saylı mənzilinin oğlu X11 tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, istənilən qiymətə satmasına razılıq vermişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3, 117 saylı mənzil (2 otaqlı, ümumi sahəsi 55,6 kv/metr, yaşayış sahəsi 30,3 kv/metr, yardımçı sahəsi 25,3 kv/metr) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxxxx 2021-ci il tarixli **********48 nömrəli məktubunda qeyd edilmişdir ki, X11 ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 4-Ə-262 nömrəli alqısatqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 117 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X8, X6 və X3 ünvan 3 ünvanda yerləşən 117 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X4, X6 və X3 ünvan 1 mənzil 117 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünluk verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 ilə İddiaçı arasında Şirvan şəhəri, H.Ə.Əliyev küçəsi, 48 saylı binada yerləşən 117 saylı, 2 otaqlı, yaşayış sahəsi 30,3 kv/metr, köməkçi sahəsi 25,3 kv/metr, ümumi sahəsi 55,6 kv/metrdən ibarət mənzilə dair xx xxxxxxx 2010-cu il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, satıcı X11 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən bir ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bununla da X11 hazırda iddiaçının mülkiyyətində olan mənzili satmaqla həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmiş hesab olunur. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə X4, X6 və X3 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X4, X6 və X3 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər mənzildən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir. Buna görə də Cavabdeh X4, X6 və X3 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 117 ünvanından X4, X6 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 117 ünvanından X4, X6 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-527/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-527/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver