Məhkəmə qərarları › İş №2-1(120)-5289/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5289/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5289/2025 12.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştarkı ilə, İddiaçı cavabdeh İmişli regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh İmişli regional Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinə qarşı “İmişli rayonu Qızılkənd kənd icra nümayəndəliyi tərəfindən adına tərtib edilmiş 29 saylı xx.xx.1997-ci il tarixli doğum haqqında akt qeydində ata qrafasında soyadın Mahmudov-dan, Əsgərova, ana qrafasında soyadın Mahmudova-dan Əsgərova-ya və adın Amaliya-dan Almara-ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan «Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı ildə İmişli rayonu Qızılkənd kəndində anadan olmuşdur. X1 anası X15 olduğunun lakin İmişli rayonu Qızılkənd kənd icra nümayəndəliyi tərəfindən adına tərtib edilmiş 29 saylı xx.xx.1997-ci il tarixli doğum haqqında akt qeydində ata qrafasında atasının soyadı Mahmudov, anasının soyadı Mahmudova və anasının adı Amaliya kimi qeyd edildiyi bildirdi. İmişli rayonu Qızılkənd kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 29 saylı xx.xx.1997-ci il tarixli doğum haqqında akt qeydində ata qrafasında soyadın Mahmudovdan Əsgərova, ana qrafasında soyadın Mahmudova-dan Əsgərova-ya və adın Amaliyadan Almara-ya dəyişiklik edilməsi üçün “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş cavabdeh tərəfindən heç bir bir qanuni əsas görmədən vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş etməkdən imtina edildiyini və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq doğum akt qeydində ad qrafasında adın “doğum haqqında akt qeydində ata qrafasında soyadın Mahmudov-dan, Əsgərova, ana qrafasında soyadın Mahmudova-dan Əsgərova-ya və adın Amaliya-dan Almara-ya dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə İmişli rayonu İmişli rayonu Qızılkənd kəndində anadan olmuş, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ-№ 230145 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X7 xx.xx.2021-ci il tarixdə Xroniki obstruktiv pielonefrit xəstəliyindən İmili rayonu Qızılkənd kəndində vəfat etmişdir. İş materiallarında olan ХХ-ЖГ №-340878 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il ildə İmişli rayonu Qızılkənd kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X8, anası X13 göstərilmişdir. İş materiallarında olan AЗ №-1026635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il ildə İmişli rayonu Qızılkənd kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında anası X9 göstərilmişdir. İş materiallarında olan Vİ-ЖГ №- 384775 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X4 xx.xx.1994-cü il tarixdə nikahları bağlamışdır. İş materiallarında olan AЗ №-1744456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1969-cu il ildə İmişli rayonu Qızılkənd kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X14 anası X5 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” X3 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-62-757/2025 nömrəli imtina məktubundan görünür ki, yoxlama nəticəsində müəyyən edilmişdir ki, İmişli rayonu Qızılkənd icra nümayəndəliyi tərəfindən ona tərtib edilmiş 29 saylı xx.xx.1997-ci il tarixli doğum haqqında akt qeydində atasının soyadı “Mahmudov”, anasının soyadı “Mahmudova”, anasının adı “Amaliya” qeyd olunmasına baxmayaraq, atasına məxsus doğum və nikah akt qeydlərində, şəxsiyyət vəsiqəsində adə “Almara”, nikaha daxil olanadək soyadı “Balakişiyeva” nikaha daxil olandan sonra isə “Əsgərova” qeyd olunmuşdur.Mövcud ziddiyyətlər səbəbdən valideynlərinin şəxsiyyətini eyniləşdirmək mümkün olmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən “Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirildiyini və İmişli rayonu Qızılkənd icra nümayəndəliyi tərəfindən adına tərtib edilmiş 29 saylı xx.xx.1997-ci il tarbixli doğum haqqında akt qeydində ata qrafasında soyadı “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadı “Mahmudova”-dan “Əsgərova”ya, adı “Amaliya”dan “Almara”-ya dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından aidiyyəti məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional”Asan xidmət” X3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13- 1736/2025 nömrəli məktubuna 29 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, uşaq haqqında məlumat qrafasında İddiaçı kimi qeyd edilmiş, xx.xx.1996-cı il tarixdə İmişli rayonu Qızılkənd kəndində anadan olmuş, atası X6, anası X2 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsidir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan iddiaçının doğum haqqında şəhadətnaməsinin surətindən, valideynlərinin nikah haqqında şəhadətnaməsindən atasının ölüm haqqında şəhadətnaməsindən, anasının şəxsiyyət vəsiqəsindən və iş materiallarına əlavə edilən digər sənədlərdən görünür ki, iddiaçının ata soyadının “Əsgərov”, ana soyadının “Əsgərova”, ana adının “Almara” olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçının xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilərək yeni doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan «Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsi öhdəliyi cavabdeh İmişli regional Asan Xidmət X3 üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli, 29 saylı doğum akt qeydində ata qrafasında soyadının “Mahmudov”-dan “Əsgərov”-a, ana qrafasında soyadının “Mahmudova”-dan “Əsgərova”-ya və ana qrafasında adının “Amaliya”-dan “Almara”-ya düzəliş edilməsi öhdəliyi cavabdeh İmişli regional Asan Xidmət X3 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar