Məhkəmə qərarları › İş №2-1(120)-529/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-529/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-529/2024 23.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialının nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin X2rşı “qəbzin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, xx.xx.2013-cü il tarixli, 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödədiyi pul vəsaitinin fərdi şəxsi hesabına işlənilərərək yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü ildə 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2059/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Mil-Muğan regional filialına qarşı “xx.xx.2013-cü ildə 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının, iddia tələbinin olduğu kimi saxlanılması, cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsinin Mil-Muğan regional filialının cavabdeh sırasından çıxarılması, Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X5 Mərkəzi Filialının cavabdeh qismində tanınması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-529/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial Ödənişlərin X2rşı “xx.xx.2013cü ildə 41 saylı qəbzlə məcburi dövlət sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-529/2024 nömrəli qərardadı ilə iddia tələbinə “qəbzin nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, xx.xx.2013-cü ildə 41 saylı qəbz nəzərə alınmaqla avtomatlaşdırılmış qayada ona pensiya təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia ərizəsinə əlavə olunmuş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaş yarımda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır. İş materiallarında olan NZ №3076635 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 41 saylı qəbzdən görünür ki, İddiaçı fiziki şəxs kimi torpağ sahəsinə görə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məcburi dövlət sığorta haqqı ödəniş etmişdir. İş materiallarından görünür ki, İddiaçı adına Dövlət Sosial Sığortası Haqqında **********791 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 63/2281 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə **********4 saylı torpaq mülkiyyətçisi kimi qeydiyyata alınmış və məcburi dövlət sosial sığorta haqqı məbləğinin 5 manatını ödəmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 74 nömrəli məktubunda qeyd edilmişdir ki, “Kapital Bank" ASC-nin Saatlı rayon filialı sizin xx.xx.2023-cu il tarixli 2-1(120)-2059/2023 saylı məktubunuza cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 iyul 2013-cü il tarixli, 16/3 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatına” əsasən təsdiq olunmuş 1 №-li Əlavənin “Azərbaycan Respublikası bank sistemini fəaliyyəti nəticəsində yaranan sənədləri saxlanma müddəti üzrə siyahı”nın 118-ci maddəsinin (Milli və xarici valyutada memorial və kassa sənədləri (əməliyyat gününün sənədləri)) və müştərilərin ödəniş sənədləri (ödəniş tapşırıqları, köçürmə ərizələri, svift bildirişləri, məktublar, birja şəadətnamələri və digər ödəniş sənədləri) tələblərinə uyğun olaraq, qeyd edilən sənədlərin saxlanma müddəti başa çatdığına görə 2013-cü ilin kassa sənədləri müvafiq qaydada ləğv olunur. Prosedura əlavə olunmuş “Sənədlərin saxlanma müddəti üzrə siyahıya (Prosedura Əlavə 1 №-li) uyğun olaraq kassa sənədləri üzrə saxlanma müddəti 5 (beş il müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, X10 komissiyasının qərarına (Aktına) əsasən 2013-cü ilə aid olan kassa sənəİəri, saxlanma müddəti başa çatmış sənədlər kimi məhv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-298486/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra- Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Mil-Muğan regional Filialına daxil olmuş İddiaçı tərəfindən ödənilmiş vəsaitlə bağlı 2023-cü il 28 sentyabr tarixli 2-1(120)-2059/2023 nömrəli məktuba Fondda baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətə əlavə edilmiş arayışda qeyd olunan **********4 uçot nömrəsi ilə X4 “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmışdır. Müraciətlə bağlı bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı və R.Həsənova aid 2013-cü il üçün təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B2) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3), həmçinin ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsidir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-133936/2023 nömrəli etirazında qeyd edilmişdir: icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X2rşı “məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesaba işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2059/2023 nömrəli inzibati iş vardır. İddiaçı ona pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə 07 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Fondun Sosial X5 mərkəzi filialı tərəfindən İddiaçı 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1-ci maddəsinin tələblərinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1,2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı , əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 -ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, adıçəkilən Qanunun 22-1.1-ci maddəsinin tələbinə əsasən, avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçı pay torpaq sahəsinə görə sığorta haqqı ödənilməsi ilə bağlı 41 nömrəli xx.xx.2013-cü il tarixli qəbz təqdim etmişdir. Lakin Nazirliyin “X1 Sitemində” İddiaçı aid "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B2) və ona uyqun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sıqortaolunanlar haqqında məlumatlar”lar (Forma B3) aşkar edilməmişdir. Bununla yanaşı iddiaçı müraciəti zamanı əmək kitabçası da təqdim etməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlər natamam olduğundan, eyni zamanda ona yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından, ona yasa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilmiş pul vəsaitinin fərdi şəxsi hesaba işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-2059/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ... “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 250- İQ nömrəli Qanununa əsasən: Maddə 4. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; ... 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla müəyyən edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı qəbzin nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Yuxarıda göstərilən normaların təhlili onu deməyə əsas verir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş iki mühüm şərtə cavab verməlidir 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış və ya qeydə alınmalı olan pensiya kapitalının mövcud olması. 01 iyul 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək kişilər üçün pensiya yaşı 63 yaş yarım müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 63 yaş yarımının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaranmışdır. İkinci şərtə münasibətdə isə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli, 41 saylı qəbzinə əsasən İddiaçı tərəfindən fiziki şəxs kimi torpağ sahəsinə görə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məcburi dövlət sığorta haqqı ödənişi həyata keçirilmiş, ödəniş iş materialları ilə öz təsdiqini tapmışdır. İnzibati orqan tərəfindən isə həmin ödənişlərin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmaması, onun konstitusion səviyyədə tanınan sosial təminat hüququnun, yəni pensiya hüququnun məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Bununla yanaşı cavabdehin iddiaya qarşı müvafiq B2 və B3 hesabatlarının iddiaçı tərəfindən təqdim edilməli olması, lakin təqdim edilməməsi kimi formal xarakterli tələblərdən irəli gələn arqumentləri əsassızdır. Vəsaitin iddiaçının fərdi hesabında düzgün əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz. İşin faktiki hallarında yuxarıda qeyd olunan normaların tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, hər iki tələb iddiaçıya münasibətdə ödənilməkdədir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunur ki, iddiaçının manat məcburi dövlət sığorta haqqı ödənişi qəbul etməkdən və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ödədiyi qəbzi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Sosial X5 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar